A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
28 oktyabr 2016-cы il № 69-72 (9075)
7
Oktyabrın 20-də gecə silahlı
şəxslər Liviya sahil mühafizəsi
xidmətinin fərqlənmə nişanı olan
geyimdə Aralıq dənizində 150
mühaciri daşıyan qayığa hücum
ediblər.
TASS informasiya agentliyi xə-
bər verir ki, insident nəticəsində azı
4 mühacir həyatını itirib.
Liviya sahil mühafizə xidməti-
nin hücumu qayıqda həyəcana sə-
bəb olub. Qayığının zədələnməsi
səbəbindən mühacirlər dənizə tökü-
lüb. Hadisə nəticəsində, həmçinin
15-25 mühacirin də itkin düşdüyü
bildirilir.
Beynəlxalq Miqrasiya Təşki-
latının məlumatına əsasən, ilin əv-
vəlindən oktyabrın 16-dək Aralıq
dənizi vasitəsi ilə Avropa ölkələrinə
319 min mühacir və qaçqın gəlib.
Bununla yanaşı, 3,6 min nəfər suda
boğularaq həlak olub və ya itkin dü-
şüb.
İtaliya Sahil Təhlükəsiz-
lik Komandanlığının keçir-
diyi əməliyyatlar nəticəsində
Aralıq dənizində 3 min 300
miqrant xilas edilib. Ana-
dolu agentliyi xəbər verir ki,
xilasetmə əməliyyatları zama-
nı iki qayıqda yeddi miqrantın
cəsədi də aşkar olunub.
Aralıq dənizinin İtaliya
ilə Liviya arasında, Siciliya
kanalı adlandırılan bölgəsində
miqrantların xilas olunması
əməliyyatları davam etdirilir.
Macarıstanın populyar
Heviz kurortu Budapeştdən
təqribən 190 kilometr cə-
nub-qərbdə, meşələrin əhatə-
sində yerləşir. Əhalisi təx-
minən beş min nəfər olan eyni
adlı şəhərcikdə sakit həyat
hökm sürür. Hara baxsanız
müxtəlif fəvvarələr, maraqlı
heykəltəraşlıq kompozisiyaları
görərsiniz. Burada istirahət
edənlər Heviz fermer bazarına
getməyi də xoşlayırlar. Bazardakı
piştaxtalarda ekoloji təmiz məhsul-
lar, xüsusən bal, qab-qacaq, məişət
əşyaları və suvenirlər diqqəti cəlb
edir.
Hevizi ən çox məşhurlaşdıran isə
eyni adlı termal göldür. Bu, bioloji
baxımdan aktiv olan ən böyük təbii
müalicəvi göldür. Hətta qışda da gö-
lün suyunun temperaturu 24 dərəcə-
dən aşağı enmir. Bu səbəbdən ilboyu
su prosedurları üçün yararlıdır. Bura-
dakı istirahət-müalicə kompleksinin
ərazisinə giriş pulludur. Giriş haqqı 6
avrodan başlayır. Hesab edirlər ki, bu
göldə çimmək dayaq-hərəkət apara-
tının müxtəlif xəstəliklərinin, o cüm-
lədən revmatizmin, oynaq və onurğa
sütunu xəstəliklərinin, xroniki gine-
koloji və digər xəstəliklərin müalicəsi
üçü faydalıdır.
Göl 38 metr dərinlikdə yerləşən
hidrokarbonat tərkibli bulaqlardan qi-
dalanır. Onun suyunda çoxlu mineral
maddələr var. Saniyədə 410 litr suyun
yer səthinə çıxması sayəsində cəmi
72 saat ərzində gölün suyu tamamilə
təzələnir. Göldə temperatur 7 bulaq
suyunun qarışması hesabına formala-
şır. Bu qaynaqlardan ikisindən qaynar
su, beşindən soyuq su çıxır. Hava şəra-
itindən asılı olaraq gölün temperaturu
24-38 dərəcə arasında dəyişir.
Heviz gölünün bəzi yerlərində
dərinlik 38,5 metrə çatır. Gölün əra-
zisinin üçdə iki hissəsində isə dərinlik
1,5-2 metrdir: əlinizi uzatsanız gölün
dibinə çatar. Buradakı yumşaq lil və
palçıq da müalicəvi effektə malikdir.
Gölün suyu insanı sakitləşdirir və
təravətləndirir, müntəzəm və fasiləsiz
su axını orqanizmə xoş yüngül ma-
saj təsiri bağışlayır. Burada heç kəs
üzmür. İnsanlar xilasetmə dairələrinə
söykənərək suyun ilıq səthində sərbəst
şəkildə uzanıb dincəlirlər. Gölün di-
bindən fasiləsiz fontan vuran bulaqlar
burada dincələnlərin göl səthində asta-
ca dreyf etməsinə şərait yaradır. Onu
da qeyd edək ki, həkimlə məsləhətləş-
mədən gölün suyunda 30 dəqiqədən
çox qalmaq tövsiyə olunmur.
Yeri gəlmişkən, Hevizdə içməli
mineral su bulaqları da var. Bu suyun
tərkibindəki kükürd xroniki qastritlər
və mədə turşuluğunun azlığı kimi hal-
larda yaxşı təsir göstərir. Şəhərin bir
neçə hissəsində yerləşən bu bulaqların
suyundan hər kəs pulsuz istifadə edə
bilər.
Hevizdə istirahət edənlər çox olsa
da, göl daim canlıdır. Buradakı çəhra-
yı, ağ, yasəməni rəngli güllər xoş ətir
saçır. Göldə bitkilərdən əlavə, balaca
balıqlar da var. Onlar suda çimən in-
sanlara əsla mane olmur. İlin soyuq
fəslində isə bura köçəri quşlar – ör-
dəklər və qu quşları uçub gəlir. Gö-
lün dövrəsindəki gözəl meşə onu kə-
nar təsirlərdən – küləkdən, tozdan və
hay-küydən qoruyaraq, ətrafda unikal
mikroiqlim yaradır.
Alimlər bildirirlər ki, güclü və zərif cinsin
nümayəndələrinin orta yuxu müddəti son 10 ildə
2 saat qısalıb.
“healthvesti.com” saytı xəbər verir ki, Böyük
Britaniyada yerləşən klinik mərkəzin əməkdaşla-
rı belə qənaətə gəliblər.
Əvvəllər həkimlər insanların gecə istirahətinə ayırdıqları saatların
sayına görə narahatlıq keçirmirdilər. Amma hazırda insanın orta yuxu
müddəti təqribən 5 saatdır. Halbuki ötən illərdə bu göstərici 7 saata
bərabər idi.
Az yatmaq işləyən kişi və qadınlarda müşahidə olunur. Həkimlər
müşahidə ediblər ki, cavanlar istirahət günlərində adəti üzrə olduğun-
dan yarım saat çox yatırlar. Tədqiqatçıların sözlərinə görə, insan pen-
siya yaşına çatanda, onun statistik informasiyası əsaslı surətdə dəyişir.
Alimlər həyəcan təbili çalaraq bildirirlər ki, insanlar gecə istirahə-
tinə getdikcə daha az vaxt ayırırlar. Maddi rifah halının yüksəldilməsi
ilə bağlı yaşanan stress, ortaya çıxan problemlər yuxunu ərşə çəkir.
Myanmada Çinduin çayında baş
vermiş gəmi qəzası nəticəsində həlak
olanların sayı 70 nəfərə çatıb. Bu
barədə oktyabrın 20-də Myanmar
Eleven qəzetinin internet versiyası
məlumat yayıb.
Xilasedicilər suyun üzərinə qal-
dırdıqları çay gəmisində 40-dək cəsəd
aşkarlayıblar. Otuz nəfərdən çox insan
hələ də itkin düşmüş sayılır. Ölənlər
arasında budda bayramını qeyd etmək
üçün məbədlərdən birinə gedən çox-
lu dövlət qulluqçularının, universitet
müəllimləri və tələbələrinin, həmçinin
yanğın mühafizəsi xidməti əməkdaşla-
rının böyük qrupunun olduğu bildirilir.
Qəza oktyabrın 9-u - bazar günü
səhər saatlarında baş verib. Qəzetin
məlumatına görə, 150-170 sərnişin
üçün nəzərdə tutulan çay gəmisinin
göyərtəsinə 300-dək insan yığışıb. Su-
altı maneəyə toxunan gəmi çevrilərək
batıb. Qəzadan dərhal sonra 154 nəfəri
xilas etmək mümkün olub.
Tahir Dadaşov
silahlı Şəxslər Mühacirlərin qayığına hücuM ediBlər
aralıq dənizində 3 Min 300 Miqrant xilas ediliB
ən Böyük Mineral sulu göl
yuxuMuz ərŞə çəkilir
gəMi qəzası nəticəsində ölənlərin sayı 70 nəfərə çatıB
yarızarafat,
yarıgerçək
Burnumuzu çox yerə soxduğumuz üçün
ağızla yediyimizi bəzən burnumuzdan gətirir-
lər?
qəribədir, ən tənbəl adam da küyə gedir.
əvvəllər çox şeyə fikir vermədiyim üçün
indi mənə fikir vermirlər?
it hürən tərəfə gedəcək adam üçün nə gecə,
nə gündüz?!
arı olan varı ilə öyünməz.
ədəb-ərkan da dəbə düşsəydi...
hər lüt gəzən aləmi bəzəyən deyil.
qismətdən artıq... demək olmur.
dilə-dişə düşmək işə düşməkdən daha
pisdir.
fikirləşməyə həmişə dəyər.
kişi də söz aparıb-gətirər?
Bulanıq suda da ancaq və ancaq olan şeyi
tutmaq olur.
kimi gününə, kimi də özünə gün ağlayır.
ağıllı adamların susmağa ixtiyarı yoxdur.
yoxsa axmaqların səsi dünyanı başına gö-
türər.
təmizliyi sevmədiyimiz üçün erməniləri
işğal etdikləri ərazilərimizdən təmizləmirik?
adam var işləri, adam var həmişə dişləri
qaydasında olur.
əyriyə düz deyən də elə düzə əyri deyənin
tayıdır.
Boynumu gərək yoğunladam. son vaxtlar
bütün günahları mənim bonuma tökürlər.
krandan suyu gələn adama quyu niyə
qazırlar?
Bu boyda yalan olar? yalan nə boyda olan-
da yaxşıdır ki?
adamın təpəsindən çıxan tüstüyə baxanda
siqaret tüstüsünə min şükür!
əvvəllər heç nə olmayanda da abır-həya
var idi.
Maraqlıdır, işdən baş çıxarmayanlar pul
necə çıxarırlar?
indi adı toy dəftərində olmayanlar daha
çox sevinir.
turp o qədər xeyirlidir ki, çox adamın
başında turp əkirlər?
Bəziləri ələ verəcəyindən qorxduğu üçün
saqqal saxlamır?
əcəli gəlməyinin üstünə kim gəlsə ölməz.
ağzı qatıq kəsməyənin ayranı nə olar?
suyu heç gəlməyəndə də suyu süzülə-sü-
zülə gəlir.
Bəzilərinin saqqızını oğurlayandan mən
ən azı oğurlaya bilməsinlər deyə saqqız çeynə-
mirəm.
görəsən bığ saxlasam, kimsə altından
keçər?
keyfiyyəti sevdiyi üçün hər şeyin çürüyünü
çıxardır?
Baisin evi nədəndir ki, yıxılmır?
Bəzi adamların ayaqlarını da qorumaq
lazımdır. çünkü həmin adamların ayaqlarının
bildiyini çox adamın heç başı bilmir.
guya yenilik edirlər:qurdu qoyuna tapşı-
rırlar.
Başları omadığı üçün aş olan yerdə bəziləri
baş olmaq istəyir?
hər üç adamdan ikisinin çörəyi diz üstə-
dirsə, çörəkdə bərəkət qalar?
əcdadları uzunqulaq olmayıbsa, ermənilər
bizə münasibətdə niyə bu qədər uzunqulaqlıq
edirlər?
təbiəti çox sevdiklərinə görə bəziləri qar-
lı-şaxtalı qış günlərində də özlərini tez-tez dağ
başına qoyurlar?
Məni o qədər “baqaja” qoyublar ki, bəzən
maşınla getmək vacib olanda da, az qalır
özüm “baqaja” minim.
iki ən yaxşı adamın adını çəkə bilərsən?
sən allah, ikincisi də mənəmsə, vay bu dünya-
nın halına.
iş adamın cövhəri olduğu üçün “qa”
deyəndə də mənə iş verirlər, “qu” deyəndə də?
hər üç sözündən ikisi yalan, biri də iftira
olmayan yəqin ki, erməni deyil.
Başqa millətlərə həmişə kəniz olan ermə-
nilər niyə yuxularında daha çox 3 kəniz yox,
3 dəniz görürlər?
yumurtadan yun qırxanlar çoxaldığı üçün
yumurta bahalaşır?
ən pis inflyasiya adamların ucuzlaşması-
dır.
iynə deyil ki! adamlığı da itirmək olar?
heyf deyil vegeterianlıq. ən azı bilirsən ki,
bir-birinin ətini yemirlər.
hər kəs adətən iştahasına görə vəzifə istə-
yir.
ermənilərin yeri-yurdu olmayıbsa, biz də
onlara yerini göstərməməliyik?
yaxşı ki, kommunizm qura bilmədik.
yoxsa onu sökməyə də filan qədər vaxtımız
gedərdi.
Şəxsən mən hansısa “kişi”nin sırğa taxma-
ğının əleyhinə deyiləm. Bir şərtlə ki, ləçək də
bağlasın.
qulaqlardan dadlı nə isə bişirmək olur?
niyə adətən daha çox adamın qulağını kəsmək
istəyirlər?
düzəltməsən, “çaşmaqdan” pis şey yoxdur.
deyəsən yuxarıdan baxanda yaxşı gö-
rünürəm. yoxsa niyə bu qədər adam mənə
ancaq yuxarıdan aşağı baxır?
filankəsə araq butulkası atıblar. inciyib.
Butulka boş olduğu üçün?!
Rasif TAHİROV
sərxoş sürücünü qəbul
etməyən avtomobil
ABŞ-da düşünülmüş və avtomobillərin sükanı
arxasına yerləşdirilmiş yeni elektron sistem toxunuş
və nəfəs qəbulediciləri ilə sürücünün spirtli içki
qəbul etdiyini təsdiqləyərsə avtomobil kilidlənir və
maşını idarə etmək mümkün olmur.
Amerika mütəxəssislərinin hazırladıqları bu elekt-
ron sistem avtomobil qəzalarına son qoyacaq. Sürü-
cülər içkili olduqda sistem işə düşəcək. Əvvəlcə avto-
mobili işə salmaq üçün sükan arxasına yerləşdirilmiş
elektron sistemlə spirtli içki testindən keçmək lazım-
dır. Nəfəs sensoru qandakı alkoqolu ölçür və sürücü
spirtli içki qəbul etmiş olarsa, maşın hərəkət etmir.
uçan avtomobillər
Tezliklə fan-
tastik filmlərdə
nümayiş etdirilən
uçan avtomobillər
reallığa çevrilə-
cək. Belə ki, 2017-
ci ildə "AeroMo-
bil 3.0" adlı uçan avtomobil satışa çıxarılacaq.
"belta.by" saytı xəbər verir ki, Slovakiya şirkəti
həmin avtomobillərin istehsalını həyata keçirəcək.
"AeroMobil 3.0" avtomobilinin təqdimat videosu
hələ 2014-cü ildə "YouTube" videohostinqində yer-
ləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bəra-
bərdir.
Bu avtomobil səmada saatda 200 kilometrədək
sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını
açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində
boş məkana malik olmalıdır. Gələcəyin avtomobili
havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədir.
"AeroMobil" uçan avtomobilinin qiyməti 200
min avro təşkil edir. Bundan başqa, belə avtomobili
idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm
də pilot lisenziyası tələb olunur.
ziyarətçilərə ilan masajı təklif olunur
Filippinin Sebu
şəhərindəki heyvanxa-
naya gələn turistlərə
ilk baxışda maraqlı
görünən pulsuz ilan
masajı təklif olunur.
Bu vaxt masaj insanlar
tərəfindən deyil, ümumi çəkiləri 250 kiloqram olan
böyük ilanlar tərəfindən edilir. Əlbəttə ki, bu prose-
durla ziyarətçilərin heç də hamısı razılaşmır.
Heyvanxananın əməkdaşları ziyarətçilərə qurşağa
qədər soyunmağı, bərk bambuk çarpayının üzərinə
uzanmağı və özlərini dörd Birma pitonunun ixtiyarına
verməyi təklif edirlər. Bu pitonların adı Mişel, Uolter,
İ-Ci və Danieldir. Müştəri ilə ünsiyyət zamanı gözlə-
nilməz aclıq tutmalarından qaçmaq üçün hər bir masaj
seansı ərəfəsində bu ilanların hər biri 10 cücə yeyir.
Heyvanxananın əməkdaşlarının bildirdiyinə görə,
bu təhlükəli canlıların insan bədəni üzərində 10-15
dəqiqə hərəkəti orqanizmə sakitləşdirici və sağlamlaş-
dırıcı təsir göstərir.
Belə masaj qəbul etmiş ziyarətçilərdən birinin bil-
dirdiyinə görə, masaj zamanı nəfəsi ilanlara tərəf ver-
mək olmaz, çünki bu, onlara iynə batırma və ya zərbə
təsiri bağışlayır. İkincisi, əgər təhlükə hiss edirsinizsə,
heç vaxt köməyə çağırmaq olmaz. Bu zaman bədən-
dəki titrəyişi hiss edən ilanlar bunu onlara hücum kimi
qəbul edə bilərlər.
Heyvanxananın əməkdaşının bildirdiyinə görə, bu
prosedur çoxlarına qorxulu gəlsə də, sonda ondan çox
razı qalırlar.
etibarlı bank kartı hazırlanıb
Fransanın
“Oberthur Tech-
nologies” şirkəti
təhlükəsizlik
kodunu hər saat
dəyişən kredit
kartı hazırlayıb.
İstehsalçıların
fikrincə, belə təhlükəsizlik tədbiri kart oğurlandığı
zaman ondan istifadəni qeyri-mümkün edəcək.
“techcult.ru” saytının verdiyi xəbərə görə, son
zamanlar kredit bank kartları ilə bağlı internet fırıl-
daqçılığı geniş yayılıb. Əksər banklar şübhəli əməliy-
yatların nişanlanması yolu ilə fırıldaqçılarla mübarizə
aparmağa çalışsa da, bu sistem özünü doğrultmayıb.
Fransanın “Sosiete General” və “Groupe BPCE”
bankları “Oberthur Technologies” şirkəti tərəfindən
hazırlanmış və fırıldaqçılığın qarşısının alınması üzrə
“Motion Code” adlı yeni sistem tətbiq edib.
Kredit kartının arxa tərəfində yerləşdirilmiş kiçik
ekranda hər saat təhlükəsizlik kodu dəyişilir ki, bu da
fırıldaqçı əməliyyat cəhdlərinin qarşısını alır. Ekran
möhkəm sukeçirməz materialdan hazırlanıb və üçillik
kiçik litium akkumulyator vasitəsilə işləyir.
Azərbaycan Respublikası ərazisin-
də tanınan və ekvivalentliyi müəyyən
edilmiş (nostrifikasiya olunmuş) xari-
ci dövlətlərin ali təhsil müəssisələrinin
diplomlarını almış şəxslər barədə mə-
lumat bazası istifadəyə verilib. Məlu-
mat bazasına Təhsil Nazirliyinin say-
tındakı “Nostrifikasiya” bölməsinin
“Tanınan diplomların sahibləri barədə
məlumat bazası” (http://edu.gov.az/az/
nostrification/search) keçidindən daxil
olmaq olar.
Nazirlikdən bildiriblər ki, bazanın
yaradılması Prezident İlham Əliyevin
“Dövlət orqanlarının elektron xidmət-
lər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında” Fərmanın-
dan irəli gələn vəzifələrin icrası işinin
səmərəliliyinin artırılması məqsədlə-
rinə xidmət edir.
Məlumat bazasında ilkin olaraq
2013-cü il mayın 13-dən bu günədək
ekvivalentliyi müəyyənləşmiş (nost-
rifikasiya olunmuş) xarici dövlətlərin
ali təhsil müəssisələrinin diplomlarını
almış şəxslər barədə məlumatlar yer-
ləşdirilib. Axtarış panelində diplomu
təsdiqlənmiş şəxsin soyadı, adı və
atasının adı yazılmaqla onun təhsil
aldığı ölkə, müəssisə, ixtisası və təh-
sil səviyyəsi barədə məlumatları əldə
etmək mümkündür. Məlumat bazası
mütəmadi yenilənəcəkdir.
Bazadakı məlumatlardan həm
nostrifikasiya olunmuş diplomların
sahibləri, həm də onları işəgötürənlər
faydalana bilərlər.
tanınan diploMlarla Bağlı yeni MəluMat Bazası
səyahətçilər üçün modul ev
Stokholmun
“MAP” memarlıq
studiyası meşə və
dağları gəzdikdən
sonra yorulmuş
səyahətçilər üçün
evcik layihəsini
təqdim edib.
“novate.ru” saytı bildirir ki, “DICE”
adlanan bu evdə yolundan azmış və səfər
zamanı heydən düşmüş turistlər bir gecəlik
qala bilərlər.
Evcik istənilən yer üçün (düzənlik
və ya çətin keçilən dağ) adaptasiya oluna
bilər. Burada yalnız pəncərədən düşən təbii
işıqdan istifadə ediləcək.