28
1.
Vikilüğət (wikiionary.org) – izahedici məqalələr,
tezaurus və tərcümələrin saxlandığı müxtəlif dillərdə
hazırlanan qrammatik lüğətdir.
2.
Vikikitablar (wikibooks.org/) –
elektron kitabların birgə
hazırlanması layihəsidir. İdeyaya görə azad tərtib edilən
kitabların xüsusi yeri olmalıdır. Burada toplanan
informasiya əsasən tələbələr, müəllimlər, mütəxəssislər,
tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
3.
Vikiversitet (wikiversity.org) – viki universitetdir.
Pulsuz dərs vəsaitləri və kursları təqdim edən onlayn
cəmiyyətdir. Hər bir cəmiyyətin öz təyinatı və məqsədi
mövcuddur.
4.
Vikixəbərlər
(wikinews.org)
–
ensiklopediya
kon
tekstində cari hadisələr haqqında məlumat verən
layihədir. Digər layihələrdə olduğu kimi, burada da əsas
şərt neytrallığın gözlənilməsidir. Xarici mənbələrdən
əldə edilmiş xəbərlər burada orijinal və ya qısa xülasə
şəklində verilə bilər. Layihənin əsasən məqsədi digər
nəşriyyatlara alternativ və düzgün, mötəbər mənbələrə
söykənən xəbərlərin təqdim olunmasıdır.
5.
Vikinövlər (wikispecies.wikimedia.org) – əsasən təbiət
elml
əri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Vikipediya f
əlsəfəsinə görə hər bir canlı, öz səhifəsinə
malik olmalıdır. Layihənin məqsədi dünyada olan bütün
bioloji növl
ər haqqında verilənlər bazasının
hazırlanmasıdır.
29
6.
Vikianbar (commons.wikimedia.org) –
şəkillərin,
s
əslərin, videonun və s. bu kimi məlumatların saxlandığı
qlobal x
əzinədir. Bu layihənin dil prinsipinə əsasən
bölünm
əsinə ehtiyac yoxdur və layihə azad istifadə
üçün media-filml
ər anbarı kimi tanınır.
7.
Vikisitat (wikiquote.org) – aforizml
ər, məşhur şəxslərin
söyl
ədikləri ifadələrdən ibarət kataloqdur. Burada
m
ənbəyi göstərilmiş sitatları müəllifin icazəsi olmadan
istifad
ə etmək mümkündür.
8.
Vikim
ənbə (wikisource.org) – nəşr olunmuş kitabların
şəbəkə kitabxanası, azad yayımlanmasına icazə verilən
müxt
əlif mətnlərin saxlanması üçün nəzərdə tutulmuş
çoxdilli layih
ədir.
9.
Metaviki (meta.wikimedia.org) –
İnternetdə viki-
layih
ələrin əsas əlaqələndirmə mərkəzidir. Mərkəz viki-
istifad
əçilər arasında “Meta” kimi tanınır. Viki-mühitdə
meydana çıxan problemlər və ya münaqişələr, sual və
təkliflərlə bağlı bu layihəyə müraciət edilir. İstifadəçilər
müxtəlif mövzu ilə bağlı da bu sayta müraciət edə
bilərlər.
10.
Vikiverilənlər (wikidata.org) – viki-səhifələrdə
toplanmış müxtəlif tipli verilənlərin mərkəzləşdirilmiş
mühafizəsini təmin edən layihədir.
11.
Vikisəyahət (Wikivoyage.org) – açıq çoxdilli layihə
olub turizmin inkişafı üçün nəzərdə tutulmuşdur.
Layihədə ölkələrin təbiəti, turizm və istirahət
mərkəzləri, otel və restoranlar haqqında məlumat verilir.
30
İnformasiyanın azad yayılması xüsusiyyətini nəzərə alan
Vikipediya layihələri GNU-azad sənədlər lisenziyası ( GNU Free
Documentation License, GFDL
) əsasında işləyir. GFDL kopileft-
lisenziya olub, azad proqram təminatı fondu tərəfindən
işlənmişdir. GFDL lisenziyası Vikipediyaya daxil edilmiş
kontentin
istənilən şəxs tərəfindən və istənilən şəkildə istifadə
edilməsinə icazə verir, bir şərtlə ki, ilkin müəllif göstərilməli və
materiallar bu lisenziyanın şərtləri üzrə yayılmalıdır. Məqsəd,
istifadəçiyə proqramları köçürmək, şəkilləri dəyişdirmək və
yaymaq hüququnun verilməsi (müəlliflik hüququ qanunlarına
görə bunlar qadağan olunublar), eləcə də bütün viki-layihələrin
istifadəçilərinin göstərilən hüquqlara malik olmasını təmin
etməkdir [24].
31
FƏSİL 2. VİKİMETRİYANIN BƏZİ ELMİ-NƏZƏRİ
PROBLEMLƏRİNİN ANALİZİ
Viki-
mühitdəki münasibətlər, prinsiplər və problemlər
araşdırma sahəsi kimi dünya alimlərini və mütəxəssislərini cəlb
etməkdədir ki, b
una da əsas səbəb viki-cəmiyyətin yaratdığı
kontentin ictimai fikrə təsirində rolunun artmasıdır.
Viki-
cəmiyyətin xüsusiyyətlərini analiz edərkən yüz milyonlarla
insanı özünə cəlb edən, İnternet məkanında uğurla reallaşdırılan
və milli maraqlar baxımından mühüm əhəmiyyət kəsb edən
Vikipediya ensi
klopediyasında
istifadəçilərin
artım
dinamikasının və onun səbəblərinin öyrənilməsi vacibdir.
Viki-mühitd
ə küllü miqdarda müxtəlif tipli informasiyanın
toplanması, kontentin daima yenilənməsi və ya dəyişdirilməsi bir
t
ədqiqat obyekti kimi analitikləri cəlb etməkdədir. İlk növbədə
viki-mühitin c
əmiyyətin bilik daşıyıcılarını özünə cəlb etməsi və
insanların öz əmək və biliklərini, vaxtlarını təmənnasız olaraq
viki-layih
ələr vasitəsilə dünya ictimaiyyətinə bağışlamaq
ist
əməsi alimləri düşündürməkdədir [7, 9, 25]. Viki-mühitin
yalnız ensiklopediya deyil, həm də nəhəng sosial şəbəkə olması
bu virtual layih
ədə müxtəlif qruplaşmaların, informasiya
qarşıdurmalarının yaranmasına səbəb olmuşdur [25–28].
Şəkil 3-dən göründüyü kimi Vikipediya layihəsində
qeydiyyatdan k
eçən istifadəçilərin sayı zaman keçdikcə artaraq
2014-
cü ilin mart ayında 44,5 mln. olmuşdur. Anonim
istifadəçilərin, həmçinin, digər viki-layihələrdə fəaliyyət
göstərənlərin də sayını nəzərə alsaq bu gün viki-cəmiyyət virtual
Dostları ilə paylaş: |