43
Xarici ədəbiyyat
200
illiyi
ÇARLZ DİKKENS
1812-1870
FEVRAL
Çarlz Dikkens 1812-ci il fevral
ayının 7-də Lendport şəhərində xırda
məmur ailəsində anadan olmuşdur.
Çarlz dünyaya gələndən azacıq sonra
onun ailəsi London şəhərinə köçmüş-
dür. 1823-cü ildə ilk ibtidai təhsilini
başa vuran Çarlz müstəqil qazanc əldə
etmək üçün məktəbdən uzaqlaşmağa
məcbur olmuşdur. Görkəmli ingilis
yazıçısı “Bozun oçerkləri” olan ilk ki-
tabını 1835-cı ildə yazmışdır. Dünya
ədəbiyyatının görkəmli nümayəndəsi
kimi tanınan Çarlz Dikkens ingilis
ədəbiyyatında tənqidi realizmin banisi
olmaqla yanaşı, həm də tanınmış yu-
mor və satira ustasıdır. Onun yaradı-
cılığının ilkin dövrünə aid olan “Pik-
vik klubunun qeydləri” (1936) adlı
əsərində patriarxal İngiltərə təsvir olu-
nur. “Oliver Tvistin macəraları” (1837)
adlı romanında yoxsulların həyatını
təsvir edərək şəxsi səadət naminə öz
qəhrəmanını maneələrin dəf olunma-
sına çağırır. Bundan sonra “Nikolas
Nikkibi” (1838), “Qədim dövrlər dü-
kanı” (1839) və “Barnabi Rac” (1841)
romanlarını çap etdirmişdir. 1842-ci
ildə azadlıq və xoş güzəran əldə etmək
məqsədilə Dikkens Amerikaya (ABŞ)
səyahət etmiş və tezliklə aldanıldı-
ğını anlamışdır. O, vətənə qayıdaraq
“Amerika qeydləri”ni çap etdirmişdir.
Bir il sonra isə Çarlz “Martin Çezz-
lvit” romanını oxuculara təqdim edir.
40-cı illərdə Dikkens məşhur “Yeni il
hekayələri” silsiləsini və “Dombi və
oğlu” (1847) romanını nəşr etdirmiş-
dir.
1948-ci ildən sonra Dikkens bir
sıra sosial məzmunlu romanlar yaz-
mışdır. Bunlardan, xüsusilə, “Soyuq
ev” (1852), “Ağır zamanlar” (1854),
“Balaca Dorrit” (1856) romanla-
rı diqqətəlayiqdir. Eyni zamanda bu
illərdə Dikkens daha çox öz əsərlərini
oxumağa diqqətini artırır. Onun əsəri
qiraətlə oxumaq istedadı da elə bu za-
man məlum olur.
50-ci illərin sonlarından başlayaraq
o, az yazır, sosial mövzulardan uzaq-
laşır, əsərlərinin mövzu dairəsi daralır.
Ömrünün son onilliyi onun yaradıcılı-
ğının süqut illəri kimi səciyyələnir və
Çarlz Dikkens 1870-ci ildə sonuncu
romanı “Edvin Drud” əsərini bitirməyə
macal tapmamış dünyasını dəyişir.
Ə d ə b i y y a t
Dikkens, Ç. Oliver Tvistin
macəraları [Mətn]: roman /
Çarlz Dikkens.- Bakı: Çaşı-
oğlu, 2005.- 455 s.
Dikkens Çarlz [Mətn] //
Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə.- Bakı,
1979.- C. 3.- S. 449-450.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
7
İngilis yazıçısı
44
Tarixdə bu gün
20
illiyi
QARADAĞLININ İŞĞALINDAN
20 İL ÖTÜR
FEVRAL
Əhalisinin sayı 1507 (354 ailə)
İşğal tarixi 17.02.1992
Qaradağlı kəndi Xocəvənd rayo-
nunda, rayon mərkəzindən 13 kilo-
metr qərbdə, Xocəvənd-Xankəndi av-
tomobil yolunun kənarında, dağətəyi
ərazidə, Xonaşen çayının sahilində
yerləşir. Əhalisi əsasən heyvandarlıq,
taxılçılıq, baramaçılıq, üzümçülük
və bostançılıqla məşğul olur. Kəndin
ərazisində Qaranlıq dərə, Kotan dərəsi,
Pambıqlı, Qəfər dərəsi, Şuşu, İtuçan
qaya, Nağı meşəsi, Heydər bağı, Kar
daş, Namaz ölən yol, Şirinin meşəsi,
Manas dərəsi, Manas düzü, Musa
dərəsi, Pişikli dərə, Dəhnə dərəsi,
Bəylik bağı, Baba bulağı, Məmməd
bulağı, Bəylik bulağı, Kar daş bulağı,
Çanaq bulağı, Fındıqlı bulaq və s. coğ-
rafi adlar qeydə alınıb.
1988-ci ildən mənfur qonşuları-
mızın torpaq-ərazi iddiası başlayan
dövrdən etibarən Qaradağlı kəndinin
dinc sakinləri hər gün ermənilərin
hücumuna məruz qalmışdır. Erməni
təxribatçıları tərəfindən törədilmiş ter-
ror aktları nəticəsində 1991-ci ilin 28
iyun tarixində 3 nəfəri qadın olmaqla 6
nəfər diri-diri yandırılmış, 1991-ci ilin
sentyabr ayında sərnişin avtobusunun
gülləbaran edilməsi nəticəsində 8 nəfər
öldürülmüş, çoxlu sayda insan yara-
lanmış, güllə yarası alanlardan 5 nəfəri
sonradan dünyalarını dəyişmişlər. 17
fevral 1992-ci il tarixdə Qaradağlı
kəndi ermənilər tərəfindən işğal edi-
lib. Qarabağ müharibəsində kənd üzrə
43 ailə öz başçısını itirib. 118 nəfər
əsir götürülmüş, 33 nəfər ermənilər
tərəfindən güllələnmiş, öldürülən
və yaralı halda olanları bir yerdə
təsərrüfat quyusuna tökərək üzlərini
torpaqlamışlar. Əsirlikdə saxlanılan-
lara qarşı vəhşi, vandalizm hərəkətləri
ilə davranılması, insanların başları-
nın kəsilməsi, diri-diri basdırılması,
dişlərinin çəkilməsi, ac-susuz saxlanıl-
maları, döyülərək öldürülmələri insan-
lığa qarşı törədilmiş cinayət hadisəsi
idi. 140-a yaxın uşaq yetim qalmış-
dır. Ümumilikdə Qaradağlı kəndində
91 nəfər, kənd sakinlərinin hər 10
nəfərindən biri qətlə yetirilmişdir.
Öldürülənlərdən 10 nəfəri qadın, 8
nəfəri məktəbli olmuşdur.
İşğal nəticəsində kənddə 200 ev, 1
mədəniyyət evi, 320 yerlik orta məktəb
binası, 25 çarpayılıq xəstəxana binası
və digər obyektlər dağıdıldı. Kəndin
800 nəfərə yaxın sakini məcburi köç-
kün düşdü.
Məhərrəmli, Z.Qaradağlı
faciəsi [Mətn].-Bakı,2011.
Aydınoğlu, T. Erməni
vəhşiliyinin qanlı səhifəsi
// Xalq qəzeti.- 2011.-17
fevral. - №. - S. 8. -
Babayev, S. Qaradağlı
faciəsi: onun miqyası
dəhşətli olmuşdur // Res-
publika. - 2011.-17 fevral.
- №37. - S.8
Rzalı, R. Qaradağlı faciəsi
// Azərbaycan. - 2011.-17
fevral. - №37. - S. 6.
İ n t e r n e t d ə
www.xocavendmks.com
www.faktxeber.com
www.dak.az
17