45
Tarixdə bu gün
20
illiyi
XOCALI SOYQIRIMININ
20-ci İLDÖNÜMÜ
FEVRAL
Ərazisi – 0,936 kv.km
Əhalisinin sayı – 25 000 nəfər
İşğal tarixi – 26 fevral 1992-ci il
Ötən əsrin 1992-ci ilinin fevralında tarixdə
görünməmiş qətliam baş verdi. Türkləri özlərinin
əbədi düşməni hesab edən ermənilər məskunlaş-
dıqları türk torpaqlarında insanlığa xas olmayan
vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini
yer üzündən sildilər – insanlar amansızlıqla qətlə
yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalandı.
Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə
erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet
366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən
dəhşətli soyqırım törədildi. Buna qədər isə Xo-
calı erməni-daşnaklar tərəfindən tam mühasirəyə
alınmışdı. Yollar tamam kəsilmiş, Xocalı taleyin
ümidinə buraxılmışdı. Halbuki xocalılar erməni-
daşnak hərbi qüvvələrinə mərdliklə müqavimət
göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayır-
dılar. Düşmən elə buna görə də Xocalı sakinlərini
vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə ye-
tirdi.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli
idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar
günahsız insanların cəsədləri ilə dolmuşdu. Yer-
göy qan ağlayırdı. Ermənilər qadınlara və uşaq-
lara, qocalara və xəstələrə rəhm etmədən hamını
güllələyərək süngüdən keçirmişdilər. Xocalı soy-
qırımına siyasi qiymət verən və bu barədə dünya-
nın ən yüksək tribunalarından danışan ümummili
lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə
demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cava-
bını verək, şəhidlərin qanının yerdə qalmaması
gününü görək. Azərbaycanın ərazi bütövlüyünü
təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını
tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan
xalqı belə qüdrətə malikdir”.
Xocalı soyqırımının 20 ili tamam olur. Bu
faciə zamanı böyük bir yaşayış məntəqəsi yer
üzündən silinib, azərbaycanlılara qarşı amansız
soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib, 1275
nəfər əsir götürülüb. Qanunsuz erməni silahlı
qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq
olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə
görə yollarda, keçidlərdə, meşələrdə təqib
edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaş-
mış erməni hərbçiləri əsir və girov götürdükləri
azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə
verərək qətlə yetiriblər. Mühasirədən çıxıb qaç-
mağa müvəffəq olan sakinlər təqib edilərək
Kətik meşəsində, Naxçıvanik yolunda, Qara-
qaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şel-
li istiqamətində, Əsgəran asfalt yolunun 86-cı
kilometrliyində və digər ərazilərdə amansızlıqla
qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri
Əsgəran rayon Daxili işlər şöbəsində işgəncə
verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə
qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz
işgəncələr verilib, insanların başlarının dərisi so-
yulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb.
Xocalıya hücum edən erməni dəstələri ölkə iqti-
sadiyyatına 170 milyon dollardan artıq ziyan vu-
rub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə
obyekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif
dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab
verməlidirlər. Əgər bunu edə bilməsək, gələcək
nəsillər bizi heç vaxt bağışlamayacaqdır!
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il
26
46
fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmiş-
dir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan
xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini
yad edir.
Doğma yurdlarından didərgin düşmüş və
Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı
sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün
dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa
edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalq-
larına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-
ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda
törədilmiş terrorizm, etnik təmizləmə faktları-
nı pisləmək barədə müraciətlər edirlər. Heydər
Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımı-
nın dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdı-
rılması istiqamətində böyük işlər görüb. Dünyanın,
Avropanın onlarla ölkəsində Xocalı soyqırımının
ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi,
filmlərin nümayiş olunması və sair bu qəbildəndir.
Xocalı soyqırımına dair müxtəlif dillərdə Fond
tərəfindən filmlər hazırlanıb, həmin filmlərin
təqdimatı keçirilib. Həmçinin Xocalı soyqırımı
ilə bağlı fotosərgilərin təqdimatı dünyanın onlarla
ölkəsində düzənlənib. Xocalı soyqırımı ilə bağlı xa-
rici kütləvi informasiya vasitələrinin əməkdaşları,
jurnalistlər bu günə qədər nələri yazmışdı, onların
sərgiləri keçirilib. Bununla yanaşı, “Xocalı uşaq-
ların gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər
təşkil olunub. Bunlar hamısı Fondun və ələlxüsus
Mehriban xanımın Xocalı soyqırımının tanıdıl-
ması istiqamətində çox böyük xidmətləridir. Özü
də nəinki Xocalı soyqırımının, ümumilikdə bütün
Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bu
xidmətlər ölçüyəgəlməzdir. Eyni zamanda Leyla
xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini
erməni işğalçılarının Azərbaycan xalqına qarşı
törətdikləri dəhşətli cinayətlər haqqında obyek-
tiv məlumatlara cəlb etmək, sözügedən faciələrə
beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət
vermək, eyni zamanda, Azərbaycanın Qarabağ
münaqişəsində milli maraqlarının müdafiə olun-
ması məqsədi ilə “Xocalıya ədalət – Qarabağa
azadlıq” (“Justice for Khojaly, Freedom for Ka-
rabakh”) devizi altında beynəlxalq kampaniyanın
keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
“Xocalıya ədalət!” - artıq dünyada bu
kampaniyaya qoşulan insanların sayı günü-
gündən çoxalmaqdadır. Bu kampaniya daha da
genişlənməkdədir. Bu baxımdan çox güman ki, bu
kampaniya və təbii ki, bu istiqamətdə görülən işlər
bundan sonra da davam edəcək. Amma söhbət on-
dan gedir ki, bizim hər birimiz bu kampaniyala-
ra dəstək verməliyik. Harada yaşamağından asılı
olmayaraq – Azərbaycanda da, Azərbaycandan
kənarda da. Hərənin gücü nəyə çatırsa, Azərbaycan
həqiqətlərinin, Xocalı həqiqətlərinin təbliğ
edilməsi, bütövlükdə Qarabağ savaşında şəhid, əlil
olmuş, yaralanmış qəhrəmanlarımızın, ümumən
Azərbaycan xalqının başına gətirilən bütün
müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının
qarşısının alınması istiqamətində öz fəaliyyətini
ortaya qoymalıdır.
Ə d ə b i y y a t
Aşırlı, A. Türkün Xocalı soyqırımı [Mətn] /Akif Aşırlı; red.
Ə.M.Həsənov. - Bakı: Nurlan, 2005. - 152 s.
Xəlilqızı, Ə. Güllələnmiş uşaqlıq [Mətn] /Əsli Xəlilqızı; red.
M.Nazimoğlu.- Bakı: Çaşıoğlu, 2007.- 295 s.
Soyqırım cinayəti [Mətn] : (Beynəlxalq aktlar, normativ sənədlər,
müraciətlər və şərhlər toplusu) /bur. məsul N.Abdullayev; red.
H.İsgəndərov.- Bakı: CBS Poliqrafiya, 2010.- 87 s.- (rus dilində).
Мамедова, Х. Ходжалы: шехиды и шахиды [Текст]:
армянский терроризм как составная часть международного
терроризма /Хавва Мамедова; пер. С.Мамедзаде.- Баку: Дом
сказки, 2005.- 248 с.
Помпеев, Ю. Кровавый омут Карабаха [Текст] /Юрий
Помпеев.- Баку: Изд-во Азербайджан, 1992.- 208 с.
Ходжалы [Текст]: хроника геноцида /сост. Э.Ахундова; ред.
С.Рустамханлы, Ч.Алиоглы.- Баку: Азернешр, 1993. - 144 с.
Церцвадзе, Ф. Забытый геноцид [Текст] /Феликс Эрастович
Церцвадзе. - Нью-Йорк : б. и., 2005. - 132 с.
İ n t e r n e t d ə
www.human.az
www.khojaly.org.az
www.khocaly.s5.com
www.azerigenocide.org