-
Film Fiction, 17 -
22
22
KIŞ
UYKUSU
“Əgər insanlar sənə mane olursa, onda yaşamağa dəyməz.
İnsanlardan qaçmaq elə intihardır”
C
eylanın üç saat on altı dəqiqə davam
edən yuxusunun - filminin qəhrəmanları
hamısı bir-birindən qaçır. Qaçır, qaçır və
intihar edirlər.
Ömrünün 20 ildən çoxunu teatra həsr
etmiş Aydın indi soyuq Kapadokiya dağlarında
açdığı otellə dolanır. Otelin adı – “Otello” təsadüfi
seçilməyib. Tez-tez sitat gətirdiyi Şekspir qəhrəmanı
kimi Aydın da gənc və ağbəniz arvadı Nihalı -
Dezdemonanı möhkəm qısqanır.
Get-gedə ərindən soyuyan Nihal heç kəsə lazım
olmayan xeyriyyə işləriylə məşğuldur. Ceylanın
qəhrəmanları həmişə vicdan, xeyriyyə, incəsənət,
adət-ənənə, iman və mərhəmət kimi böyük
anlayışların arxasında gizlənirlər. Amma Şekspir
demişkən,
vicdan qorxaqların sevdiyi sözdür
.
Əyyaş ərindən boşanıb qardaşı Aydının yanına
gələn Necla isə hamını iynələyə-iynələyə
ətrafdakıları öz depressiyasına yoluxdurmaqla
məşğuldur.
Aydının kirayə verdiyi evlərdə yaşayan məscid
imamı Hamdi, qardaşı İsmayıl və ailəsi Dostoyevs-
kinin əzilmiş, alçaldılmış obrazlarıdır. İsmayıl və
oğlu
“Karamazov qardaşları”
ndakı Nikolay və İlyuşa
Snegiryevləri xatırladır. Filmin sonlarında İsmayıl
eynilə Nastasya Filippovna (“İdiot”) kimi Nihalın
gətirdiyi bir qalaq pulu sobada yandırır.
Əlbəttə, Ceylan
“Qızıl palma budağı”
nı adi ailə
münaqişəsini kinoya gətirdiyinə görə almayıb.
Heç Dostoyevski də belə bir süjetə görə klassik
elan olunmazdı.
“Qış yuxusu”
türk intellektualının
keçirdiyi ağır mənəvi böhran haqdadır. Dildə
qəhrəman, əməldə passiv olan Aydın rejissor
Ceylanın özünə çox bənzəyir. Bütün hikkəsini heç
kəsin oxumadığı əyalət qəzetindəki köşəsinə tökən
aktyor Gəzi hadisələri zamanı bitərəf qalan rejis-
soru xatırlatmaya bilməz.
Çexovun Vanya dayısı professor Serebryakovu
Allah bilir, ancaq professorun gerçək simasını
görəndən sonra həyatının mənasını itirir. Bir za-
manlar Aydının böyük insan və böyük sənətkar
olacağına inanan Necla və Nihalın da bu
Leyla Əliyeva
-
Film Fiction, 17 -
24
24
ceylansayağı Serebryakovda
yanılması uğursuz sənətkarı kasıb
qonşuların nifrətindən çox ağrıdır.
Çünki Allah ola bilməmək Aydına
vicdansız insan kimi yaşamaqdan
qat-qat artıq əzab verir.
Fonda səslənən melodiya
Şubertin son əsəridir. 20-ci so-
nata faniliyi və ölümü simvolizə
edir.
Film ekranlara yenicə çıxanda
Avropa mətbuatı yazırdı ki, Cey-
lan insan psixologiyasını İnqmar
Berqman kimi ustalıqla araşdırıb.
Bu məsələdə aktyorların və
mətnin xidməti böyükdür. “Qış
yuxusu”nda Haluk Bilginər
nəinki özünün kino karyerasının,
hətta türk kinosunun ən yaxşı
rollarından birini yaradıb. Bu
baxımdan “Qış yuxusu” təkcə
Ceylanın yox, Bilginərin də şah
əsəridir.
“Qış yuxusu” Tarkovskinin
“Kino ədəbiyyatın xarabalıqları
üzərində yaranır”
fikrinin
növbəti təsdiqidir. Çexovun
əyalət girdabı, Tolstoyun mənəvi
təbəddülatları, Dostoyevskinin
zirzəmisi, Şekspirin amansız
sualları – hamısı bu 200 dəqiqəlik
yuxu-filmdə var.
“Qış yuxusu” baş verməyən
hekayət və olmayan hadisə
haqda filmdir. Hər üç qəhrəman
İstanbula can atır, amma Çexo-
vun üç bacısı kimi mərkəzə
heç cür gedib çıxa bilmirlər.
Köməyə tələsirlər, amma
əllərindən heç nə gəlmir.
Qərib adlı kənddə işləyən
gənc müəllimələrin
yazdığı məktubu ox-
uyub təsirlənən Aydın
kəndin yanından keçəndə
dayanmır. “Pisliyə pisliklə
cavab verməmək” prinsipi ilə
yaşayan Necla qırılan iki stəkanın
davasını aparır. Ərinin köməyini
rədd edən Nihal onun
himayəsi olmadan
yaşaya bilmir.
Filmin mahiyyəti Aydının
bacısı və arvadıyla
dialoqlarında açılır.
Onlar bütün kinlərini,
qəzəblərini Aydının
içinə yükləyirlər. Elə bu
əhvalla da İstanbula
getmək üçün stansiyaya yol-
lanan baş qəhrəman fikrindən
daşınıb dostu Suavinin fermasına
dönür. Filmin məhz bu sonuncu
epizodundan – Aydın-Levent-
Suavi dialoqundan sonra Aydının
qusması onun illər boyu içinə
yığılmış zəhərdən qurtulmasını
simvolizə edir.
Düşünürsən ki, film burada
bitəcək, amma yox. Xeyli pul
xərcləyib aldığı atı azadlığa
buraxan Aydın ovda vurduğu ağ
dovşanla evə qayıdır. Qəhrəman
yol gələ-gələ xəyalən həyatının
ən sanballı əsərini – arvadına
məktubunu yazır. Aydın “danışır”,
maşının pəncərəsindən isə
ucsuz-bucaqsız Kapadokiya
dağları görünür.
Nihal da xəyalən ərinin
məktubunu oxuyur. O, bütün
hikkəsini udub, Aydını gözləyir.
Onlar xoşbəxt olmayacaqlar
– Çexovun, Dostoyevs-
kinin, Şekspirin qəhrəmanları
kimi. Aydınla Nihal bir yerdə
yaşayacaq, yandırdıqları ocağın
kömürünü qarışdıracaqlar.
Belə soyuqda dağda ocağı
söndürmək olmaz...
-
Film Fiction, 17 -
25
25
LA
PİANİSTE
“Ehtiraslarınızla bacarmasanız, qəddar ehtiraslar sizə
sahiblənəcək!”
İ
lk öncə demək istəyirəm ki, bu
film çox SƏMİMİ, eyni za-
manda kədərli və dəhşətlidir...
Mixael Xaneke cəmiyyət
üçün ən ağrılı ekzistensial
dram nümunəsini çəkib. Açıq
və güclü
“La Pianiste”
filmi
keyfiyyətli Avropa əsəri sayıla
bilər. Bu filmdə hər şey var, burda
sizi marağlandıra, sevdirə və
uzaqlaşdıra biləcək səhnələr ola
bilər. Eşitdiyimə görə, məsələn
pozğunluq, pornoqrafik və
seksual xarakterli səhnələrə
rast gəlmədim, lakin bu film
geniş auditoriya üçün nəzərdə
tutulmayıb. Burada kişi və qadın
anlaşılmazlığı və mübarizəsi
göstərilir. Bir də əlbəttə ki, musiqi.
Onu da deyim ki, başdan-axıra
kimi müəllif filmidir. Görünür,
sadəcə bu cür tematikanı necə
var elə də qəbul etmək lazımdır.
Başdan-ayağa olan psixoloji
kadrlar, bir sözlə, möhtəşəmdir.
Mənim fikrimcə, kobud səhnələr
olmasaydı bu filmdə, izləyənlər
tam atmosferi ala bilməzdilər
və qəhramanları başa düşmək
çətin olardı. Baş qəhramanın
anası ilə olan münasibətlərinə
real həyatda da rast gəlinir.
Filmin ən böyük problemi isə
qarşılıqsız sevgi və itirilmiş
arzulardır. Erikanın sadomazoxist
kompleksləri bir çox izləyicilərdə
nifrət yarada bilər, amma filmi
izlədikcə onu anlayırsan, hara-
dasa öz içində rəğbət yaranır
ona qarşı və sonda sevirsən.
Belə insanlara açıq-aydın, müasir,
ahəngsiz reallıqda yer yoxdur.
Rejissor sadəcə “ədəbsiz kino
çəkmək istəyib” və bunu da
bacarıb.
İndi tam süjet haqqında:
Film uğursuzluq, tənhalıq
qorxusu ilə yaşayan bir piano
müəlliməsi haqqındadır, şəxsi
həyatına anasının qarışması,
onu özünə qapandırır. 40 yaşlı
Erika Koxut anası ilə kiçik bir
mənzildə yaşayır. Erika, Vyana
konservatoriyasında mu-
siqi müəlliməsi işləyir. O, gənc
nəslə Şopen və Şubertin ölməz
əsərlərini öyrədir. Musiqi onun
üçün havadır. Bütün müvcud
halların əbədi qurbanı, mazoxist
olan bu qadın, anasından tam
asılı bir haldadır. Erika anasını
sevir və eyni zamanda ona nifrət
edir. Çünki anasının seksuallığa
Sona Əmrəhova
-
Film Fiction, 17 -
27
qarşı olan ittihamları, onun intim
həyatına təsir edib və nəticədə
gizli xəyalları yaranıb.
Filmdə sevgi nifrətə çevrilir.
Şagirdlərindən biri ona aşiq
olduğu zaman, Erika həm
onu, həm də eyni zamanda
izləyiciləri şoka salır. Öz içində
Erika əsəbidir, o, emosiyalarını
saxlaya bilmir, nəticədə özünə və
ətrafdakılara ziyan vurur.
Baş verən 3 münasibəti
həyəcanla izlədim: Erika və anası,
Erika və Valter, Erika və Şubertin
musiqisi. Sonda onu deyim ki, bu
film məndə unudulmaz təəssürat
yaratmışdır. Tamamilə mükəmməl
film, aktyor oyunundan isə
söhbət belə gedə bilməz. Ak-
tyorlar xarakterlərə tam uyğun
gəlirlər, bütün bu oyunu çox
incə təmkinlə oynamaq lazım
idi və onlar bunun öhdəsindən
mahir gəliblər. Xarakterlər çox
ağır idilər, çünki özünü sek-
sual münasibətlərdə qəribə
aparan bir qadını və buna cavan
oğlanın necə reaksiya verməsini
göstərmək çox çətindir.
Film izlənilməyə layiqdir, onda
xüsusi psixoloji cazibədarlıq var.
-
Film Fiction, 17 -
28
28
HEMŞO
O
la bilər, bu
replikaları
tanımırsınız.
Məqalənin
adını öz
dilimizdə yazmışam
deyə hər kəs başa
düşməz. Türkiyənin çox
da tanınmayan film, se-
rial rejissoru və ssenar-
isti Ömer Uğur bu filmin
yaradıcısıdır. 2000-ci ilin
istehsalı olan kinoda
o dövrün zəif ssenari
ifadələri hiss olunur. Lakin
süjet xətti xariqüladədir.
Mövzuya isə söz ola
bilməz. Böyük ehtimal
mənim bu yazımda spoil-
er olacaq. Xatırladım ki,
məqaləm yalnız resenziya
rolu daşımır. Filmin
məğzi bir diyarbakırlı
kənd sakininin
İstanbula gedib, atasını
öldürən yerlisini tapıb
öldürməkdir. Kəndlinin
qanlısı təsadüfən onun
qarşısına çıxır, amma onu
tanımadığına görə canını
qurtarır. Yaşar obrazı
fırıldaqçı qaçaqdır, onu
hamı “Çavuş” deyə çağırır.
Çavuş kəndlinin onun
yerlisi olduğunu biləndə,
onu “Hemşo” adlandırır.
Hemşo – “hemşehirli”
sözünün qısaltmasıdır,
yəni “eyni şəhərli”, “ye-
rli” deməkdir. Çavuş
ona evində yaşamasına
icazə verir. Bundan sonra
bir çox hadisələr baş
verməyə başlayır.
Tənqidi cəhətdən deyə
bilərəm, film xoşuma
gəldi, baxmayaraq ki,
ssenari teatr tamaşasını
xatırladırdı. Filmdə
Çavuşun fahişəlik edərək
pul qazanan, həkim
olmaq üçün pul yığmaq
istəyən sevgilisi hər
cür çətinliklərə qatlaşır.
Polislərlə pasportunu geri
ala bilmək üçün havayı
yatır və onlardan biri bir
müddət sonra qızın “iş
yoldaşı”nı səhvən öldürür.
Qız onlardan qaçır. Bu-
nunla çətinlik qurtarmır.
Çavuş da çayxana sa-
hibinin həyat yoldaşı
“Katil de neymiş,
insan kanlısını
vurmakla, katil olur
mu?!”
“Yahu ne biçim
adamsın sen,
kardaş? Hiç utan-
man yok mudur?!
Niye borcunu
ödemirsen? Niye
yalan söylüyirsen?
Benim kanlım
böyle mi olacak
idi?!”
Kamran Novruzzadə
-
Film Fiction, 17 -
29
ilə yatdığına görə, ölümdən qaçır. Lakin bir gün
çayxana sahibi onu qısqanır və yaralayır. Hemşo
Çavuşu xəstəxanaya aparır. Çavuş sevgilisi ilə
ölkədən qaçmaq planı qurur, Hemşo isə həmin
qıza aşiqdir və onlara kömək eləmək qərarına
gəlir. Polisdən qaça-qaça, sonda ölkədən qaçmaq
üçün limana gəlib çıxırlar. Hemşo onları qorumaq
istəyərkən polislər onu öldürürlər. Çavuş yardım
üçün onun silahını götürür, polislərə atəş açır,
amma yerə yıxılmış polislərdən biri də onu öldürür.
Kamera qalxır, qız ağlayır, Hemşoyla Çavuşun
cəsədləri görsənir, filmin sonu...
Filmin baş rollarını ifa edirlər: Mehmet Ali Erbil
(Çavuş/Yaşar), Okan Bayülgen (Hemşo/Cebrayıl),
Demet Şener (Tatyana). Demet Şener gözəlliyinə
görə filmdə rol alıb, bacarığı yox kimidir. Mehmet
A. Erbil ilə Okan Bayülgenin aktyorluğu isə sadəcə
möhtəşəm! Əgər filmə baxsanız, Erbilin əslində
necə qüsursuz oynadığını görə bilərsiniz. Bayül-
gen isə onsuz da həmişə yaxşı aktyor olub. Bu da
əbəs deyil, bilindiyi kimi, Okan Türkiyənin bir neçə
teatrında rejissor olaraq fəaliyyət göstərib, hələ
də davam etməkdədir. “En iyi aktör, yönetmendir.”
– deyə bir deyim var. Bu deyim tamamilə O.
Bayülgenə aiddir.
P.S: Filmin adı “Hemşo”-dur. 2000-ci il, Avşar film
istehsalıdır.
İndi isə niyə bu film haqqında bu qədər
maraqlandım onu deyim. Filmdə Yaşar çox alçaq,
fırıldaqçı biridir. Cebrayıl isə həddindən artıq saf,
kənd cahilliyi üstündə qalan, müasir dövrdən
yararlana bilməyən, atasının intiqam hissi ilə
alışıb-yanan, axmaq “qaz”dır. Hər ikisinin mənfi
tərəfi böyükdür, gördüyünüz kimi. Amma filmin
sonunda ikisinin də ağıllanmağı şübhə oyadır
izləyicilərdə. Xeyr, ssenarist ağılsızlıq etməyib.
Sadəcə insanların əslində nə olduğunu
və nə olmaqdan qorxduqlarını, yaxud
məcburiyyətdən nəyə çevrildiklərini göstərir
bizə proyekt sahibi. Ən çox da Tatyanada
bu əks olunur. Rumıniyada həkim ola bilmir,
Yaşarla tanış olub Türkiyəyə gəlir, lakin
burada iş tapa bilmədiyinə görə, məcburən
axırıncı yol olan fahişəliklə məşğul olur.
Yaşar qanlısını uşaq yaşda öldürür, 7-8 il
həbsdə vicdan əzabı, həbsdən çıxandan
sonra isə qorxu hissi ilə yaşayır. Cebrayıl
ümumiyyətlə insanlardan təcrid olunmuş
uşaqlıq keçirmişdi. Babası onu himayəsinə
götürüb, hər gün onu vaxtı gələndə
qisasını alsın deyə doldururdu. Cahil, avam, “mec-
zup” kimi böyüyən Cebrayıla evlənmək qismət
olmamışdı. Baxın, elə bu cür taleyi olan insanlar
nəinki
Türkiyədə,bir çox ölkədə var,
həmçinin bizim ölkədə də.
-
Film Fiction, 17 -
31
31
COLİN
FİRTH
“Heç nə departamenti”
“Qürur və qərəz”
,
“Bricit Consun
gündəliyi”
,
“Kral danışır”
,
“Tənha adam”
kimi filmlərdə yaratdığı maraqlı obra-
zlarla tanınan Kolin Fertin daha bir gizli
istedadı var imiş. Oskar mükafatçısı
teatr və kinoda fəaliyyəti ilə yanaşı,
çox gözəl qısa hekayələr yazır. Nik
Hornbinin autizm xəstəsi olan uşaqlar
üçün nəşr etdiyi
“Mələklərlə söhbət”
kitabında Melissa Bank, Zadie Smit,
İrvin Velş, Helen Fildinq və Dev
İqqers kimi məşhur qələm ustaları
arasında Kolin Fertin də imzası var.
Aktyor böyüklərin darıxdırıcı dünyasını,
mənasız qanun və qadağalarını,
diqqətsizliklərini balaca qızın dilindən
yazır. 2007-ci ildə hekayə əsasında
eyniadlı qısa film də çəkilib. Seçimimizə
inanın və Fertin
“Heç nə departa-
menti”
(The departament of Nothing)
hekayəsindən bir parça oxuyun:
Leyla Əliyeva
-
Film Fiction, 17 -
32
“Emma sehrli fırtınanın burulğanı
içərisində uçuşan, ruh kimi
ağappaq gecə geyimində
qaranlıq meşəylə qaçırdı. Ca-
dunu pozmağın yeganə yolu
Gecə bağçasını tapmaq, Sar-
dorfu dəmir yumruğu ilə idarə
edən şeytanın – Lüsyen Losairin
əlindəki üzüyü çıxarmaq idi.
Buna görə də Emma qaranlığın
bütün rənglərini oğurladığı,
qırmızı qanını vampir kimi içdiyi
bu qorxunc meşəni keçmək
məcburiyyətindəydi. Balaca
Emma daha böyük və sehrli
bir təhlükəyə doğru qaçdığını
haradan biləydi? Bilmirdi, buna
görə də yoluna davam etməli
və doğru yolla irəlilədiyinə
inanmalıydı. Birdən o, qaça-
qaça iri ağac kötüklərinin və
qorxunc qaraçöhrə ağaclarının
yanından keçib, sarmaşıqlarla
örtülmüş divara yaxınlaşdı. Divarı
keçmək üçün min vasitəyə əl
atdı, fikirləşdi ki, bəlkə bəxti
gətirər, bəlkə tale onun üzünə
gülər. Və birdən tale onun üzünə
güldü, Emma qapını tapdı, bu
qapı Gecə Bağçasına açılırdı.
Ay işığında işıldayan Gecə
bağçasına... İndi demək olar ki,
unudulmuş bu bağça böyük bir
evin, ya da qalanın bir hissəsi
idi. Bağça uçuq divarlar, köhnə
saatlar, heykəllər, gül ağacları
və qorxunc heyvan başları
ilə əhatə olunmuşdu. Emma
qayaların arxasından ona baxıb
gülümsəyən balaca şeytanları
görmürdü. Sonra o, bir dəstə
uşaqla rastlaşdı, uşaqlar onu
diqqətlə süzdülər və birdən “Sən
kimsən?” deyə soruşdular. Emma
ağzını açmağa fürsət tapmamış,
qəfildən hardansa qəribə bir səs
eşidildi. Kimsə “Henriiii, mənim
adım Henridiiii!” deyə qışqırdı.
Gözlərimi açanda nə bağça
vardı, nə də uşaqlar. Nənəmin
qaxac edilmiş balıq iyisi
verən çarpayısının yanında
oturmuşdum və çox güman
ki, məktəbə gecikmişdim.
Nənəmin hekayələri heç
bitməsin istəyirdim. Bunun
necə zəhlətökən və darıxdırıcı
olduğunu görmürsünüz? Əslində
saat doqquza iyirmi dəqiqə
qalmışdı və elə bu dəqiqə
məktəbə tələsməsəydim, böyük
bir cəza alacağıma əmin idim.
Nənəm dayanmasın, danışsın
istəyirdim, amma gecikdiyimi
görəndə o da üzünü turşudur
və “hekayə qurtardı, dağılışın”
deyirdi.
Nənəm hekayə danışanda vaxtı
görməmək üçün divardan asılan
saatı tərsinə çevirirəm. Nənəm
də hər dəfə əsəbiləşir və vaxta
hörmət etməli olduğumu deyir.
Bütün saatlar HÇŞ siyahısına
daxildir. Həyatımızı Çətinləşdirən
Şeylər siyahısına. Böyüklər isə
saatları çox sevir, vaxtı hesab-
lamaqdan yorulmurlar. Hətta
sehrli nənəm də “tələs, tələs”
deyir. Qəribədir, çünki onun
hekayələrində zaman da, məkan
da unudulur. Hekayə qurta-
randan sonra da uzun müddət
özünü çəkisizlik mühitində hiss
edirsən.
Sehrli Gecə Bağçasında
gəzişdiyin vaxt anamın “balığını
niyə yeməmisən?” qışqırığıyla
xəyallar aləmindən ayrılanda,
az qalıram başımı itirim. Buna
görə də həyatımız əslində heç
vaxt tamamlanmayan yarımçıq
hekayə və oyunlardan ibarət
olur. Bunun bircə adı var: çoxları
buna real həyat deyir, amma
əslində bu Heç nə Departa-
mentidir. Özü də bir yox, bir
neçə balaca departamentlər.
Qara kələm, qaxac edilmiş
balıq və içində ürəkbulandırıcı
ədviyyatlar olan ət “Heç nə
Mətbəxi”ndə hazırlanır. Ev
tapşırıqları və mənasız cəzalarla
yükləndiyiniz məktəb, əslində
“Kağız Departamenti”dir. “Sonra
gəlin”, “İndi olmaz, məşğulam”,
ya da “Yaşın çatmır, balacasan”
kimi cümlələrin qurulduğu yer
“Heç nə Gözləmək Otağı”dır.
Hekayə və oyunların ən maraqlı
yerlərini udan, onları yenidən
tapmağımıza mane olan “Toz-
soran Departamenti” də var.
Böyüklər hər şeyin onların
nəzarəti altında olduğunu
düşünür, amma belə deyil,
çünki əsl güc və hakimiyyət “Saat
Departamenti”ndədir. Əslində
biz hamımız o Depratamen-
tin işçiləriyik. Mənim üçün o
deprtamentdən qurtulmağın
yeganə yolu isə nənəmin
otağıdır.
Nənəmin hekayələri həyatımdakı
ən gözəl və rəngli hadisədir.
Yaxşı, olsun, başqa gözəl şeylər
də var: nənəmin hekayələri,
nənəm, Tenten kitabları,
“Chronicle”dəki krossvordlar,
şənbə və bazar günləri, məktəbin
olmadığı günlər. Amma ən gözəli
və işıqlısı, əlbəttə ki, nənəmdir”.
Dostları ilə paylaş: |