-
Film Fiction, 17 -
12
12
TSAİ MİN
LİANG
Müsahibə
M
alaziya əsilli Tayvan
rejissoru Tsay
Min Lyan 10 bədii
filmin rejissoru,
beynəlxalq kino
festivalların mükafatçısıdır.
XXI əsr insanının tənhalığı
haqqında süjetləri onu Trüffo və
Antonioniyə yaxınlaşdırsa da,
bəzən istifadə etdiyi pop-art
elementləri özünəməxsusluğu ilə
seçilir. Uzunmetraj səssiz kadrları,
dəyişkən planları, bəzən virtuoz
şəkildə bəzənsə də, qeyri-adi
olaraq qəhrəmanların Taybeydən
möcüzəvi şəkildə Parisdə peyda
olması, musiqi ilə şərq fəlsəfi
çalarlarının verilməsi, porno
elementlər və dialoqlarda estetik
Asiya həyat tərzi onu haqlı olaraq
seçilən rejissorlar siyahısına əlavə
etmək imkanı yaradır.
“Küçə itləri”
filmini rejissor kinoda son işi sayır.
Beynəlxalq uğurunu “Qızıl Şir”lə
başlayan rejissor elə son filmini
də Venesiya festivalına təqdim
etməklə sadiqliyini nümayiş
etdirdi. (İlk filminə mükafatı Devid
Linç, son filminə isə Bernardo
Bertoluççi verib)
Son filminizə uzun bir müddət,
təxminən dörd il vaxt sərf etdiniz.
O nədən yarandı və niyə bu
qədər uzun çəkdi?
Həyatda olduğu kimi,
incəsənətdə də ilhamın zaman
anlayışı yoxdur. Nəsə məni
həyəcanlandırdı, nəsə marağıma
səbəb oldu. Şəxsi həyatımda
dəyişikliklər oldu və budur
qarşımızda yeni film var. Vaxt
keçdikcə düşünürəm ki, hər
şeydən nədən və haradan
başladı.
“Sizdə saat neçədir?”
valideynlərimin ölümü ilə başladı;
“Küçə itləri” öz başlanğıcını 2000-
ci illərin əvvəllərində tayvanlıların
yenidən doğuşu ilə götürdü.
Qəribədir, yeni əsrdə reklamlar
deyil, insanlar reklam plakatları
altında qaldı, əzildi. Hər yerdən
səslənirlər ki, həyatımız dəyişdi,
bahalı geyimlər, yeməklər aldıq.
Amma bu şüarların altında nə
qədər adam yenə ac-yalavac
yaşamağa məcbur oldu və olur.
Bu fikirlər məni çox məşğul
etməyə başladı. Elə bu zaman
İctimai kanaldan bunlar barədə
mənə serial ssenarisi təklif etdilər.
Lakin mən bu süjeti dəyişib onu
film halına gətirdim.
Doğurdanmı, kinoya olan
Elmidar Süleymansoy
-
Film Fiction, 17 -
14
həvəsiniz ölüb və onu tərk etmək
istəyirsiniz?
Bu mənim hazırkı kino
sənayesinə öz reaksiyamdır.
O, absurd şəkildə inkişafdadır,
yaradıcı mühiti kəskin həvəsdən
salıb, yalnız kommersiya tərəfə
yönəldərək hazır məhsul
istəyir. Filmin dəyəri ona alınan
biletlərlə ölçülür. 20 ilə yaxın
müddətdə seçimim olmadan
sistemə tabe oldum. Hər zaman
fiaskoya uğrayacağımı bilə-bilə
təzyiq altında işlədim, filmlərim
boks-ofisdə qəpik-quruş
qazandırdı, böyük auditoriyaya
çatmağım mümkün olmadı.
Əgər birinci gün filmi izləməyə
yüzə yaxın adam gəlirdisə,
ikinci gün kinoteatr rəhbərliyi
asanlıqla afişadan onu silirdi.
Bu şey başıma gəlib! İstədiyim
auditoriyaya çatmaq üçün başqa
yollar axtarmağı düşünməyə
başladım.
“Əlvida, Əjdaha oteli”
(“Goodbye, Dragon İnn” – filmin
adının müxtəlif tərcümələrinə
rast gəlinir) mənim üçün yenilik
oldu. Gözlənilmədən kinoteatrlar,
hətta muzeylər belə baxışları
keçirməyə dəvət etdilər. “Küçə
itləri”nin də ilk baxışı muzeydə
olacaq. Uğur olsa, nələrsə
düşünməyə dəyəcək.
Yəni sonuncu film deyil?
Qorxuram ki, sonuncudur.
Bununla məşğul olmaqdan
yorulmuşam. Filmlərim kustar
obyektlərdir, onların dekorasiya,
kostyum, səs, işıq – hər şeyini
özüm edirəm. Hətta subtitrlərini
də... Bu çox yorucudur. Lakin
mən taleyə inanıram. Hər bir
film taleyin verdiyi töhfədir, indi
ondan istədiyim odur ki, mənə
başqa işlər görməyə kömək etsin.
Dediniz ki, “Küçə itləri”ni
muzeydə göstərəcəklər. Dağılmış
evin divarında olan freskaya
qəhrəmanın uzun müddət səssiz
baxmağı qəribə qarşılanacaq,
deyilmi?
Mən hər bir dağılmış evin bir gün
muzeyə çevriləcəyinə inanmaq
istəyirəm. Rəssamın vəziyyətində
isə hər şey aydındır, o, yaşadığı
sistemlə mübarizədədir, məhv
edilmiş dəyərləri qorumaq istəyir.
Bununla kinematoqrafın gələcək
taleyini düşünmüşəm.
Kadrlarınız muzey obyektlərinə
bənzəyir, kamera tərpənmədən
on dəqiqə eyni yerdən çəkir,
tamaşaçı divardan asılmış sərgi
materiallarına baxır. Nə zaman
anlayırsınız ki, artıq “Stop!”
demək olar? Bunun sonra
kəsiləcəyini təxmin edirsinizmi?
Əlimdə rəqəmsal kamera var,
bununla nə qədər istəyirəm
çəkə bilirəm. Əvvəllər 35
mm-lik kameralarla yalnız on
dəqiqə çəkmək imkanımız
varıydı. Əsas olan nə zaman
çəkimi saxlamaqdır. Eləcə də,
mənə həmişə çəkilən materialı
kəsmək ağırdır. Sonuncu dəfə
bu məsələdə “Sima” filminin
montajında prodüsserlərlə
mübahisə etmişəm. Orada
Letisiya Kastanın qəhrəmanı
aynanı qara lentlə uzun müddət
bağlayır. Mənə etiraz etməyə
başladılar: “Çox uzundur, gəl
qısaldaq”. Mən qısaltdım, indi
ayna yarıyacan bağlıdır. Film
hazır idi, edəcək bir şeyim
qalmamışdı. Kadr nə qədər uzun
olmalıdır? Bu, rejissorun demək
istədiyinə bağlıdır, onun düşüncə
azadlığından asılıdır. Aktyorum Li
Kan Şen şəklin qarşısındadır və
ona baxır, necə göstərmək olardı
ki, o, ümidsiz vəziyyətdədir?
Ancaq bir yol var – kamera
dayanmadan onun şəklə uzun
baxışını göstərməlidir.
Bəs filmlərinizə gələn rəylər sizə
maraqlıdırmı?
Haradasa müəyyən dövrlərdə
maraqlı idi. Kinoteatrdan çıxan
tamaşaçı, “bu mənə lazım idi?”
deyə özünə sual verirdisə,
bu, artıq mənim uğuruma və
həyəcanlanmağıma səbəb idi.
Sonradan anladım ki, mənə
daha çox aktyorlarımın azadlığı,
öz istəyini realizə eləməsi
vacibdir. Zaman keçdi və mən
gözlədim. Lakin indi düşünürəm
ki, həyatın faniliyini anlatmaq
üçün uzun danışmaqmı,
yoxsa tamaşaçı ilə polemikaya
girməkmi vacibdir? Bunun
üçün incəsənətin öz məntiqi
var. Bura, əsasən, poeziyanı aid
edirlər, mən isə memarlığı əlavə
edərdim. Əgər bir ev tikirsinizsə,
kərpicləri üst-üstə düzməlisiniz,
monoton olsa belə, bunu
etməyə məhkumsunuz, yoxsa
birini buraxsanız, tikili dağıla
bilər. Kino da belədir, bir obraz
digəri ilə vahid zaman və məkan
yaratmağa məcburdur. Burada
əsas olan zaman və məkanın
sadə anlamını verməkdir.
Kameranı filmlərinizin
bərabərhüquqlu personajı hesab
edə bilərikmi?
Kamera qərarları qəbul edən
rejissorun dediklərini edir. Amma
rejissora bunları həyata keçirmək
üçün lazım olan elə kameradır.
Lao Szı deyirdi ki, səma küçə iti,
həşərat və insanlar arasında fərq
qoymur, onların hamısı onun
yanında kiçik varlıqlardır. Mən
də bunu göstərmək istəyirəm,
kamera isə bu məsafəni
anlatmaq üçün lazımdır.