www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
879
E-antologiya:
çağdaĢ filoloji materiallar
onun 1882-ci ildə Kağızman Ģəhərində ikisinifli, rus
dilində təhsil verən məktəbin təĢkilindəki xidmətlərindən
və açılıĢındakı rolundan bəhs edilir.
Əslində, həmin kiçik məktəb regionun azərbaycanlı
əhalisi üçün təĢkil edilən ilk yeni tipli maarif ocağı idi. Bu
məktəbin müəllimi də bizə tanıĢdır. O, Qori
seminariyasının məzunu, milliyyətcə aysor olan Ġosif
Novruzov idi. Sonralar Ġ.Novruzov Mirzə Cəlillə birlikdə
Ġrəvan quberniyasının Uluxanlı və BaĢ NoraĢen
məktəblərində çalıĢmıĢdı. Azərbaycan Ģifahi xalq
yaradıcılığı nümunələrinin toplanması və nəĢrində
xidmətləri olmuĢdu. Bir sıra folklor nümunələrimizi ilk
dəfə yazıya alaraq SMOMPK ("Sbornik po opisaniyu
mestnostey i plemyon Kafkaza") məcmuəsində dərc
etdirmiĢdi.
Qarsın mədəni həyatında Ġ.S.ġahtaxtinskinin adı və
fəaliyyəti ilə sıx bağlı olan baĢqa bir yenilik isə, 1882-ci
ilin oktyabrında burada yerli mətbəənin təĢkil edilməsi idi.
Tezliklə bu mətbəədə azərbaycanlı publisistin
redaktorluğu ilə rus dilində həftəlik "Kars" qəzeti nəĢrə
baĢlamıĢdı.
Nekroloqda bu barədə oxuyuruq: "Ġsa Sultanın xidməti
fəaliyyəti sözün həqiqi mənasında yorulmaz və qaynar idi.
Özünün mürəkkəb və çoxsaylı birbaĢa xidməti iĢləri ilə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
880
E-antologiya:
çağdaĢ filoloji materiallar
yanaĢı, mərhum həftədə bir dəfə çıxan "Kars" qəzetini
qurmuĢ və ilk redaktoru olmuĢdu. O, eyni zamanda
gündəlik teleqraf bülletenləri hazırlayıb çap etdirirdi".
Tiflisdə, daha sonra isə Leninqradda-indiki Peterburqda
müəyyən axtarıĢlar aparsam da, "Kars" qəzetinin
komplektini aĢkara çıxarmaq mümkün olmamıĢdır. Təbii
ki, bu qəzetlə tanıĢlıq Ġsa Sultanın redaktorluq və
publisistik fəaliyyəti barəsində daha geniĢ materiallar və
çoxsaylı faktlar əsasında danıĢmağa imkan verərdi.
Gözdən-könüldən iraq, hələ tərkibinə qatıldığı imperiya
ilə qaynayıb-qarıĢmayan və əslində, buna çox da can
atmayan kiçik Qars Ģəhərində qəzet nəĢri ideyası, heç
Ģübhəsiz" Ġsa Sultana aid idi. Yeni təĢəbbüsü ilə o, özünün
onsuz da az olmayan iĢlərini daha da artıracağını, necə
deyərlər, ağrımaz baĢına dəsmal bağlayacağını yaxĢı
bilirdi. Lakin mətbuata, jurnalist fəaliyyətinə olan sevgi və
maraq, habelə daxili tələbat qarĢısında həmin çətinliklər
ona xırda, əhəmiyyətsiz görünmüĢdü.
"Kars", təbii ki, əyalət qəzeti idi. Burada daha çox vilayət
hərbi qubernatorluğunun rəsmi əmr və sərəncamları,
bölgənin inzibati və iqtisadi həyatı ilə bağlı informasiyalar
və s. çap olunurdu. Lakin mənbələrdəki ayrı-ayrı dağınıq
məlumatlardan da göründüyü kimi, Ġsa Sultan hətta çox
cüzi imkanlara malik olan əyalət qəzetində də maarifçi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
881
E-antologiya:
çağdaĢ filoloji materiallar
fikirlərini yayır, polemist və publisist istedadını nümayiĢ
etdirirdi.
Əgər belə olmasaydı, onlarla maraqlı qəzet və jurnalın
nəĢr olunduğu paytaxt Ģəhəri Peterburqda yaĢayan Niko
Nikoladze əyalətdə çıxan "Kars"la yaxından
maraqlanmazdı.
Bu barədə Ġsa Sultanın Niko Nikoladzeyə göndərdiyi 30
mart 1883-cü il tarixli məktubdan xəbər tuturuq.
Tale Tiflisdən sonra onları müxtəlif yollarla aparsa da,
aralarındakı əlaqələr qırılmamıĢdı. Rus-türk savaĢı bitincə
1878-ci ilin sonlarında Tiflisə dönən N.Nikoladze burada
"Obzor" qəzetini nəĢr etməyə baĢlamıĢdı. Lakin tezliklə
qəzet bağlanmıĢ, redaktor isə, polis nəzarəti altında
yaĢamaq Ģərti ilə Stavropola sürgün edilmiĢdi.
N.Nikoladze yeni gəldiyi yerdə də sakit dayanmamıĢ,
N.Saltıkov-ġedrinin redaktorluğu ilə çıxan "Oteçestvennıe
zapiski" jurnalı ilə yaradıcılıq əlaqələri quraraq, yenidən
çap imkanları qazanmıĢdı.
N.Nikoladze "Kars"ın nəĢrindən xəbər tutduqdan sonra
Peterburqdan azərbaycanlı dostuna yazdığı məktubda
qəzetlə bağlı ona daha geniĢ məlumat göndərilməsini
xahiĢ etmiĢdi. Təəssüf ki, Ġ.S.ġahtaxtinskinin arxivi
qorunub saxlanmadığından N.Nikoladzenin məktubunun
(yəqin ki, məktublarının!) məzmunu haqqında geniĢ
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
882
E-antologiya:
çağdaĢ filoloji materiallar
danıĢmaq mümkün deyildir. Ġsa Sultanın görkəmli gürcü
maarifçisi ilə yazıĢmasını əks etdirən yeganə sənəd isə,
N.Nikoladzenin Gürcüstan Mərkəzi Dövlət Tarix
Arxivindəki Ģəxsi fondunda (13-397 Ģifrəsi ilə) mühafizə
olunur. Cavab səciyyəli həmin məktubda Ġsa Sultan
yazırdı:
"Əziz Nikolay Yakovleviç, qəzetciyimizin (rusca
orijinalında "qazetik" - bu kəlmə redaktorun öz nəĢrinə
münasibətdə bir qədər ironik mövqeyini nümayiĢ etdirir
və Ġsa Sultanın "Kars"ı arzu etdiyu Ģəkildə çıxara
bilmədiyinə iĢarə vurur-V.Q.) Sizə göndərilməsi
haqqındakı xahiĢinizi böyük məmnuniyyətlə yerinə
yetirirəm. O, son dərəcə məhdud proqrama malik sırf
bürokratik nəĢrdir (orijinaldakı "kazennoe izdanie"
ifadəsi, təbii ki, müəllifin fikrini daha dəqiq ifadə edir-
V.Q.) Mən imkan daxilində bu proqramdan uzaqlaĢmağa
çalıĢıram. Təəssüf ki, qəzetin ilk üç sayı, ümumiyyətlə,
qorunub saxlanmamıĢdır".
Qəzetin proqramı və mündəricəsi ilə bağlı Ġsa Sultanın öz-
özünə tutduğu irad onun "Kars"ı əmr və sərəncamların,
rəsmi məlumatların çap edildiyi "bürokratik nəĢrdən"
cəmiyyət həyatının müxtəlif sahələrinə nüfuz etməyi
bacaran dinamik bir mətbuat orqanına çevirmək
niyyətindən xəbər verir.
Dostları ilə paylaş: |