K
ONVENSIYANIN
6-
CI MADDƏSI ÜZRƏ TƏLIMAT
–
MÜLKI HÜQUQI ASPEKT
məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə
və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (
Cañete de Goñi
İspaniyaya qarşı
, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması,
mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır
(
Miragall Escolano İspaniyaya qarşı
;
Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı
,§ 51).
47. İşin konkret hallarında bu hüququn praktiki və effektiv xarakteri pozula bilər,
məsələn:
- fərdin maliyyə imkanları baxımından həddən artıq yüksək məhkəmə xərclərinin
olması ilə:
•
cinayət mühakimə icraatında mülki iddiaçı qismində iştirak etmək üçün zəruri
məhkəmə məsrəflərinin təminat məbləğinin həddən artıq yüksək olması (
Aït-
Mouhoub Fransaya qarşı
, §§ 57-58; həmçinin baxın
Garcia Manibardo
İspaniyaya qarşı
, §§ 38-45;
•
məhkəmə rüsumlarının həddən artıq çox olması (
Kreuz Polşaya qarşı (№. 1)
,
§§ 60-67);
Podbielski və PPU PolPure Polşaya qarşı
, §§ 65-66;
Weissman və
digərləri Rumıniyaya qarşı
, § 42; həmçinin baxın,
Reuther Almaniyaya qarşı
(qərardad));
- vaxt məhdudiyyətləri ilə bağlı məsələlərlə:
•
apellyasiya şikayətinin baxılmasına sərf olunan müddətin şikayətin
qəbuledilməz elan olunması ilə nəticələnməsi (
Melnyk Ukraynaya qarşı
, § 26);
•
“ərizəçilərin vicdanla və fəal şəkildə iştirak etdikləri məhkəmə prosesinin gec
mərhələsində iddia müddətinin keçməsinin bildirilməsi onları hüquqlarını
müdafiə etmək imkanından qəti olaraq məhrum etmişdir" (
Yagtzilar və
digərləri Yunanıstana qarşı
, § 27);
- məhkəməyə müraciət imkanının qarşısını alan və onu məhdudlaşdıran prosessual
manelərin mövcudluğu səbəbi ilə:
•
prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh
edilməsi (həddən artıq formalizm), ərizəçiləri məhkəməyə çatım hüququndan
məhrum edə bilər (
Perez de Rada Cavanilles İspaniyaya qarşı
, § 49;
Miragall
Escolano İspaniyaya qarşı
, § 38;
Société anonyme Sotiris və Nikos Koutras
ATTEE Yunanıstana qarşı
, § 20;
Beles və digərləri Çexiya Respublikasına
qarşı
, § 50;
RTBF Bekçikaya qarşı
§§ 71, 72, 74);
•
öncəki məhkəmə qərarının icrasıyla bağlı tələblər, məhkəməyə çatım
hüququna xələl gətirə bilər; məsələn, ərizəçinin kifayət qədər maliyyə
vəsaitlərinin olmaması, onun hətta daha əvvəlki qərarı icra etməyə başlamasını
qeyri-mümkün etdiyi hal (
Annoni di Gussola və digərləri Fransaya qarşı
, §
56;
Arvanitakis Fransaya qarşı
(qərardad)) ilə müqayisə edin).
•
müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil
edən prosessual qaydalar (
The Holy Monasteries Yunanıstana qarşı
§ 83;
Philis Yunanıstana qarşı
, § 65; həmçinin baxın
Lupas və başqaları
Rumıniyaya qarşı (№ 1)
, §§ 64-67; hüquq qabiliyyəti olmayan yetkinlik
yaşına çatmayanlarla bağlı bax:
Stanev Bolqarıstana
qarşı [BP], §§ 241-245)
5
.
Lakin, yenə formalizm ilə əlaqədar olaraq, hüquq məsələləri üzrə şikayətin
qəbuledilənlik şərtləri qanuna uyğun şəkildə adi şikayətdən daha ciddi ola
bilər. Kassasiya Məhkəməsinin rolunun xüsusi xarakterini nəzərə alsaq,
xüsusilə də işə tam yurisdiksiyaya malik olan əvvəl birinci instansiya
məhkəməsində, daha sonra apellyasiya məhkəməsində baxıldıqda, Kassasiya
5
. Həmçinin Hüquqi yardımın təmin edilməsi bölməsinə baxın.
14/71
Avropa İnsan Hüquqları Məhkəməsi
K
ONVENSIYANIN
6-
CI MADDƏSI ÜZRƏ TƏLIMAT
–
MÜLKI HÜQUQI ASPEKT
Məhkəməsindəki icraat daha formal ola bilər (
Levages Prestations Services
Fransaya qarşı
, §§ 44-48;
Brualla Gomez de la Torre İspaniyaya qarşı
, §§ 34-
39).
48.Bundan əlavə, məhkəməyə hüquq təkcə məhkəmə icraatı başlatmaq hüququnu deyil,
həmçinin mübahisənin məhkəmə tərəfindən həllini əldə etmək hüququnu da ehtiva edir
(
Kutic Xorvatiyaya qarşı
, § 25 və § 32 məhkəmə icratının təxirə salınması ilə bağlı;
Acimovic
Xorvatiyaya qarşı
, § 41;
Beneficio Cappella Paolini San Marinoya qarşı
, § 29 ədalət
mühakiməsindən imtina ilə bağlı). Məhkəməyə hüquq həmçinin o halda pozulur ki, yerli
məhkəmə müddət məhdudiyyəti olan silsilə məhkəmə qərarından verilən şikayətlərə qanunla
nəzərdə tutulmuş müddətdə baxmır (
Musumeci İtaliyaya qarşı
, §§ 41-43) və ya qərar
çıxarmır (
Ganci İtaliyaya qarşı
, § 31). “Məhkəməyə hüquq" həmçinin qərarların icrası
hüququnu da əhatə edir
6
.
(b) M
ƏHDUDIYYƏTLƏR
49. Məhkəməyə çatım hüququ mütləq deyil və dolayı şəkildə yol verilən
məhdudiyyətlərə məruz qala bilər (
Golder Birləşmiş Krallığa qarşı
, § 38;
Stanev
Bolqarıstana qarşı
[BP], §§ 230). Bu, xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir,
çünki bu məsələ təbiəti etibarilə, bu sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan
Dövlət tərəfindən tənzimlənmə tələb edir (
Luordo İtaliyaya qarşı
, § 85).
50. Bununla belə, tətbiq olunan məhdudiyyətlər fərdin məhkəməyə çatım imkanını
sözügedən hüququn mahiyyətinə xələl gətirə biləcək dərəcədə azaltmamalı və
məhdudlaşdırmamalıdır. Bundan əlavə, məhdudiyyət "legitim məqsəd" daşımırsa və "tətbiq
edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi
yoxdursa, 6-cı Maddənin 1-cı bəndi ilə uyğunluq təşkil etmir" (
Ashingdane Birləşmiş
Krallığa qarşı
, § 57;
Fayed Birləşmiş Krallığa qarşı
, § 65;
Markovic və digərləri İtaliyaya
qarşı
[BP], § 99).
51. Məhkəməyə çatım hüququ həmçinin müəyyən hallarda qanunla nəzərdə tutulmuş
iddia müddəti
(
Stubbings və digərləri Birləşmiş Krallığa qarşı
, §§ 51-52), məhkəmə
xərclərinin təminatı (
Tolstoy Miloslavsky Birləşmiş Krallığa qarşı
, §§ 62-67) və ya
məhkəmədə təmsilçilik tələbi (
R.P. və digərləri Birləşmiş Krallığa qarşı
, §§ 63-67) kimi
qanuni məhdudiyyətlərə məruz qala bilər.
52. Məhkəməyə çatım qanunvericilikdə və ya təcrübədə məhdudlaşdırıldığı halda,
Məhkəmə məhdudiyyətin hüququn məzmununa təsir edib-etmədiyini və xüsusilə onun
legitim məqsəd daşıyıb-daşımadığını və ya tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd
arasında ağlabatan mütənasiblik əlaqəsinin olub-olmadığını araşdırır: (
Ashingdane Birləşmiş
Krallığa qarşı
, § 57). Məhdudiyyət Məhkəmə tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun
olarsa, 6-cı Maddənin 1-ci bəndi pozulmuş olmur.
53. Beynəlxalq təşkilatlatların milli yurisdiksiyadan immuniteti: legitim məqsəd daşıyan
(
Waite və Kennedy Almaniyaya qarşı
[BP], § 63) bu müqavilə əsaslı qaydaya yalnız 6-cı
Maddənin 1-ci bəndi baxımından bir şərtlə icazə verilir ki, ondan irəli gələn məhdudiyyət
qeyri-mütənasib olmasın. Müvafiq olaraq, sözügedən şəxslər Konvensiya çərçivəsində malik
olduqları hüquqlarını effektiv şəkildə müdafiə etmələri üçün münasib alternativ vasitələrlə
təmin edilərlərsə, bu qayda 6 § 1 Maddə ilə uyğundur (
Waite və Kennedy Almaniyaya qarşı
[BP], §§ 68-74;
Prince Hans-Adam II of Liechtenstein Almaniyaya qarşı
[BP] § 48;
Chapman
Belçikaya qarşı
(qərardad), §§ 51-56).
6
. Həmçinin Qərarların icrası bölməsinə baxın.
15/71
Avropa İnsan Hüquqları Məhkəməsi