K
ONVENSIYANIN
6-
CI MADDƏSI ÜZRƏ TƏLIMAT
–
MÜLKI HÜQUQI ASPEKT
54. Dövlət immuniteti: Dövlət immuniteti doktrinası beynəlxalq ictimaiyyət tərəfindən
ümumi qayda olaraq qəbul edilir. Üzv Dövlət tərəfindən alınan və beynəlxalq ümumi
hüququn dövlət immuniteti barədə ümumilikdə qəbul edilən qaydalarını əks etdirən tədbirlər,
avtomatik olaraq məhkəməyə çatım hüququnun qeyri-mütənasib məhdudiyyətini təşkil etmir
(
Fogarty Birləşmiş Krallığa qarşı
[BP], § 36;
McElhinney İrlandiyaya qarşı
[BP], § 37;
Sabeh El Leil Fransaya qarşı
[BP], § 49).
- Yurisdiksiyadan Dövlət immuniteti: Dövlətin yurisdiksiyadan immuniteti prinsipinin
tətbiqi məhkəməyə çatım hüququnu məhdudlaşdırdığı hallarda, işin hallarının bu cür
məhdudiyyətə haqq qazandırıb-qazandırmadığı müəyyən edilməlidir. Məhdudiyyət
legitim məqsəd daşımalı və bu məqsədə mütənasib olmalıdır (
Cudak Litvaya qarşı
[BP], § 59;
Sabeh El Leil Fransaya qarşı
[BP], §§ 51-54). Mülki məhkəmə icraatı
çərçivəsində Dövlətə suveren immunitetin verilməsi, dövlətlərarası nəzakətin və yaxşı
əlaqələrin inkişaf etdirilməsi məqsədilə, beynəlxalq hüquqa riayət etmək "legitim
məqsədini" daşıyır (
Fogarty Birləşmiş Krallığa qarşı
[BP], § 34 və
Al-Adsani
Birləşmiş Krallığa qarşı
[BP], § 54;
Treska Albaniya və İtaliyaya qarşı
, (qərardad)).
Alınan tədbirin mütənasib olub-olmamasına gəldikdə isə, sözügedən tədbir bəzi
hallarda fərdin məhkəməyə çatım hüququnun mahiyyətinə xələl gətirə (
Cudak Litvaya
qarşı
[BP], § 74;
Sabeh El Leil Fransaya qarşı
[BP], § 49), bəzi hallarda isə
gətirməyə bilər (
Al-Adsani Birləşmiş Krallığa qarşı
[BP], § 67;
Fogarty Birləşmiş
Krallığa qarşı
[BP], § 39;
McElhinney İrlandiyaya qarşı
[BP], § 38).
Dövlətin yurisdiksiya immuniteti beynəlxalq adət hüququndakı dəyişikliklərlə
məhdudlaşdırılmışdır: məsələn, immunitet qaydası, ciddi şəkildə nizamlanan hallar
istisna olmaqla, dövlətin ölkə xaricindəki diplomatik missiyalarının əməkdaşları ilə
bağladığı əmək müqavilələrinə tətbiq olunmur (
Sabeh El Leil Fransaya qarşı
[BP], §§
53-54 and §§ 57-58). İmmunitetə məhdudlaşdırıcı yanaşma həmçinin Dövlət və xarici
fiziki şəxslər arasındakı ticarət əməliyyatları ilə əlaqədar qəbul edilə bilər (
Oleynikov
Rusiyaya qarşı
, §§ 61 and 66). Digər tərəfdən Məhkəmə 2001-ci ildə, iddianın
baxıldığı Dövlətin ərazisində hərəkət və ya hərəkətsizlik nəticəsində vurulmuş şəxsi
zərərlə bağlı beynəlxalq hüquqda və müqayisəli hüquqda Dövlət immunitetini
məhdudlaşdırmağa yönəlik tendensiyanın mövcud olmasına baxmayaraq, bu
praktikanın heç bir şəkildə universal olmadığını qeyd etmişdir (
McElhinney
İrlandiyaya qarşı
[BP], § 38).
- Məcburi icradan Dövlət immuniteti özlüyündə 6-cı Maddənin 1-ci bəndinə zidd deyil.
Məhkəmə 2005-ci ildə bildirmişdir ki, Dövlət immuniteti məsələlərini tənzimləyən
bütün beynəlxalq hüquqi mexanizmlər ümumi prinsip yaradırlar: konkret, ciddi
şəkildə məhdudlaşdırılan istisnaların predmeti olmaqla, xarici Dövlətlər məhkəmə
proseslərinin aparıldığı Dövlətin ərazisində icraya qarşı immunitetdən istifadə edirlər
(
Manoilescu və Dobrescu Rumıniyaya qarşı
(qərardad), § 73). Məsələn, Məhkəmə
2002-ci ildə qərara aldı ki, “Yunan məhkəmələri Almaniya tərəfindən ərizəçilərə
təzminat ödənilməsi barədə qərar çıxarmalarına baxmayaraq, bu, Yunanıstanın
üzərinə ərizəçilərin borclarını mütləq surətdə Yunanıstanda aparılan icra icraatı
çərçivəsində almalarını təmin etmək öhdəliyi” qoymur (
Kalogeropoulou və digərləri
Yunanıstan və Almaniyaya qarşı
(qərardad)). Bu qərarlar sözügedən müddətdə
beynəlxalq hüququn cari vəziyyətinə münasibətdə qüvvədədir və gələcəkdə həmin
hüquqda dəyişikliklərin olacağını istisna etmir.
55. Deputat toxunulmazlığı: dövlətlərin ümumilikdə xalqın nümayəndələrinin söz
azadlığını təmin etmək və qərəzli şikayətlərin parlamentin funksiyalarını yerinə yetirməsinə
mane olmasının qarşısını almaq məqsədilə millət vəkillərinə müxtəlif səviyyələrdə
16/71
Avropa İnsan Hüquqları Məhkəməsi
K
ONVENSIYANIN
6-
CI MADDƏSI ÜZRƏ TƏLIMAT
–
MÜLKI HÜQUQI ASPEKT
toxunulmazlıq verməsi uzun müddətdir ki, davam edən bir təcrübədir (
C.G.I.L. Və Cofferati
(№. 2) İtaliyaya qarşı
, § 44). Nəticə etibarilə, deputat toxunulmazlığı aşağıdakı şərtlərlə 6-cı
Maddəyə uyğun ola bilər:
- legitim məqsədlər daşıyarsa: parlamentdə söz azadlığının müdafiəsi və qanunvericilik
və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsünün qorunması (
A. Birləşmiş
Krallığa qarşı
, §§ 75-77 və § 79);
- qarşıya qoyulan məqsədlərə mütənasibdirsə (müvafiq şəxs öz hüquqlarını effektiv
şəkildə müdafiə etmək üçün ağlabatan alternativ vasitələrə malikdirsə (
A. Birləşmiş
Krallığa qarşı
, § 86) və immunitet yalnız deputatlıq funksiyalarının həyata keçirilməsi
ilə məhdudlaşırsa (
A. Birləşmiş Krallığa qarşı
, § 84;
Zollmann Birləşmiş Krallığa
qarşı
(qərardad)). Deputatlıq fəaliyyəti ilə hər hansı aydın əlaqənin olmaması, qarşıya
qoyulan məqsəd və tətbiq olunan vasitələr arasında mütənasiblik anlayışının dar
çərçivədə şərhini tələb edir (
Cordova İtaliyaya qarşı (№. 2)
, § 64;
Syngelidis
Yunanıstana qarşı
, § 44). Mübahisəli bəyanat Parlament üzvü tərəfindən verilibsə,
fiziki şəxslərin məhkəməyə çatım hüququ 6 § 1 Maddəyə uyğun olmayan şəkildə
məhdudlaşdırıla bilməz
(Cordova İtaliyaya qarşı (№ 1)
, § 63;
C.G.I.L. və Cofferati
(№ 2) İtaliyaya qarşı
, §§ 46-50, bundan əlavə, qurbanlar öz hüquqlarını müdafiə
etmək üçün hər hansı ağlabatan alternativ vasitəyə malik olmadığı halda).
56. Hakimlərin toxunulmazlığı legitim məqsəd daşıyırsa, yəni ədalət mühakiməsinin
düzgün şəkildə aparılması məqsədini güdürsə
(
Ernst və digərləri Belçikaya qarşı
, § 50) və
ərizəçilərin Konvensiya çərçivəsində malik olduqları hüquqlarını effektiv şəkildə qorumaları
üçün ağlabatan alternativ vasitələrə malik olmaları baxımından mütənasiblik prinsipinə
uyğundursa, eynilə 6 § 1 Maddəyə zidd deyil (
Ernst və digərləri Belçikaya qarşı
, § 53-55).
57. Dövlət qulluqçularının immuniteti: Fərdlərin, dövlət məmurlarının fərdlərin nüfuzuna
xələl gətirən ifadələrinə və hərəkətlərinə etiraz etmək üçün məhkəmədə iddia qaldırmaq
hüquqlarına qoyulan məhdudiyyətlər ictimai maraqlar çərçivəsində legitim məqsəd daşıya
bilər (
Fayed Birləşmiş Krallığa qarşı
, § 70); bununla belə, sözügedən legitim məqsədlə tətbiq
olunan vasitələr arasında mütənasiblik əlaqəsi olmalıdır (
Fayed Birləşmiş Krallığa qarşı
,
§§ 75-82).
58.
İmmunitetin hədləri: əgər dövlət, hər hansı məhdudiyyət və Konvensiyanın tətbiqinə
məsul qurumların nəzarəti olmadan, mülki iddiaların bütöv spektrini məhkəmələrin
yurisdiksiyasından çıxara bilsəydi və ya şəxslərin geniş qruplarına, yaxud kateqoriyalarına
mülki məsuliyyətdən immunitet verə bilsəydi, bu, demokratik cəmiyyətdə qanunun aliliyi və
6 § 1 Maddədə əksini tapan əsas prinsip, yəni mülki iddiaların hakim tərəfindən baxılması
üçün məhkəməyə təqdim edilə bilməsi prinsipi ilə uzlaşmazdı (
Fayed Birləşmiş Krallığa
qarşı
, § 65;
McElhinney İrlandiyaya qarşı
[BP], §§ 23-26;
Sabeh El Leil Fransaya qarşı
[BP],§ 50).
2. Məhkəməyə hüquqdan imtina
(a) P
RINSIP
59. Razılığa Gələn Dövlətlərin milli hüquq sistemlərində, şəxsin işinə məhkəmə və ya
tribunal tərəfindən baxılması hüququndan imtina etməsinə tez-tez mülki məsələlərdə,
xüsusilə də müqavilələrdə arbitraj şərtləri formasında rast gəlinir. Sözügedən şəxs üçün, eləcə
də ədalət mühakiməsinin həyata keçirilməsi üçün inkaredilməz üstünlükləri olan imtina
prinsip etibarilə Konvensiya ilə ziddiyyət təşkil etmir (
Deweer Belçikaya qarşı
, § 49).
(b) Ş
ƏRTLƏR
17/71
Avropa İnsan Hüquqları Məhkəməsi