K
ONVENSIYANIN
6-
CI MADDƏSI ÜZRƏ TƏLIMAT
–
MÜLKI HÜQUQI ASPEKT
60. Bu cür bir imtinanın sərbəst, qanuni və birmənalı şəkildə müəyyən edilməsi şərti ilə
fərdlər arbitrajın xeyrinə məhkəməyə müraciət etmək hüquqlarından imtina edə bilərlər (
Suda
Çex Respublikasına qarşı
, §§ 48-49). Demokratik cəmiyyətdə məhkəməyə hüquq o qədər
böyük əhəmiyyət daşıyır ki, bu hüquq sadəcə şəxsin mübahisəni işin məhkəmə
araşdırılmasına münasibətdə yardımçı xarakter daşıyan prosedurun gedişatında həll etməsi
səbəbilə itirilə bilməz (eyni yerdə.)
7
.
3. Hüquqi yardım
(a) H
ÜQUQI YARDIMIN TƏMIN EDILMƏSI
61. 6 § 1 Maddə dövlətin üzərinə "mülki hüquq"la bağlı bütün mübahisələr üçün pulsuz
hüquqi yardım təmin etmək öhdəliyi qoymur (
Airey İrlandiyaya qarşı
, § 26). Cinayət
prosesində müəyyən şərtlər daxilində pulsuz hüquqi yardım almaq hüququna təminat verən 6
§ 3 Maddənin (c) yarımbəndi və hüquqi yardıma heç bir istinad etməyən 6 § 1 Maddə
arasında aydın fərq var (
Essaadi Fransaya qarşı
, § 30).
62. Bununla belə, Konvensiya praktiki və effektiv olan hüquqları, xüsusilə də məhkəməyə
çatım hüququnun qorunması üçün nəzərdə tutulur. Bu səbəbdən, 6-cı Maddənin 1-ci bəndi
məhkəməyə effektiv çatım imkanının təmin edilməsi baxımından vəkil yardımının zəruri
olduğu hallarda, bəzən Dövlətdən bu cür yardımı təmin etməsini tələb edə bilər (
Airey
İrlandiyaya qarşı
, § 26).
63. 6-cı Maddənin mülki iddiaçı üçün hüququ təmsilçiliyin təmin edilməsini tələb edib-
etməməsi məsələsi işin konkret hallarından asılı olacaqdır (
Airey İrlandiyaya qarşı
, § 26;
McVicar Birləşmiş Krallığa qarşı
, § 48;
Steel and Morris Birləşmiş Krallığa qarşı
, § 61). İşin
bütün halları nəzərə alınmaqla, hüququ yardımın təmin edilməməsinin ərizəçini ədalətli
məhkəmə araşdırmasından məhrum edib-etmədiyi müəyyən edilməlidir (
McVicar Birləşmiş
Krallığa qarşı
, § 51).
64. 6-cı Maddənin pulsuz hüquqi yardımın təmin edilməsini tələb edib-etmədiyi məsələsi
digər məsələlərlə yanaşı, aşağıdakı amillərdən asılı olacaqdır:
- işin mahiyyətində duran məsələnin ərizəçi üçün əhəmiyyəti (
Steel və Morris Birləşmiş
Krallığa qarşı
, § 61);
- müvafiq qanunvericiliyin və prosedurun mürəkkəbliyi (
Airey İrlandiyaya qarşı
, § 24);
- ərizəçinin maraqlarını səmərəli şəkildə təmsil etmək bacarığı (
McVicar Birləşmiş
Krallığa qarşı
, §§ 48-62;
Steel və Morris Birləşmiş Krallığa qarşı
, § 61;
P., C. və S.
Birləşmiş Krallığa qarşı
, § 100);
- qanunvericiliyə əsasən hüquqi təmsilçiliyin olması tələbi (
Airey İrlandiyaya qarşı
, § 26;
Gnahoré Fransaya qarşı
, § 41
sonda).
65. Buna baxmayaraq, sözügedən hüquq mütləq deyil və əvvəlki bənddə qeyd olunanlara
əlavə olaraq, xüsusilə aşağıdakı mülahizələrə əsasən, hüquqi yardımın verilməsi bəzi şərtlərin
mövcudluğundan asılı ola bilər:
- mülki prosesdə tərəfin maliyyə vəziyyəti (
Steel və Morris Birləşmiş Krallığa qarşı
,
§ 62);
- onun məhkəmədə mübahisəni udmaq perspektivi (
Steel və Morris Birləşmiş Krallığa
qarşı
, § 62).
Bu səbəbdən, hüquqi yardım təmin olunan işləri seçən hüquqi yardım sistemi mövcud
ola bilər. Lakin qanunverici orqanla müəyyən edilən sistem fiziki şəxslərə onları
7
. Həmçinin Açıq məhkəmə araşdırması bölməsinə baxın.
18/71
Avropa İnsan Hüquqları Məhkəməsi
K
ONVENSIYANIN
6-
CI MADDƏSI ÜZRƏ TƏLIMAT
–
MÜLKI HÜQUQI ASPEKT
özbaşınalıqdan qoruyacaq maddi təminatlar təqdim etməlidir (
Gnahoré Fransaya
qarşı
, § 41;
Essaadi Fransaya qarşı
, § 36;
Del Sol Fransaya qarşı
,
§ 26;
Bakan
Türkiyəyə qarşı
, §§ 76 və 75 bu qərara istinadla:
Aerts Belçikaya qarşı
məhkəməyə
hüququnun mahiyyətinə xələl gətirilməsi ilə bağlı). Buna görə də, dövlət daxilində
hüquqi yardım sisteminin keyfiyyətinə lazımi diqqət göstərilməsi (
Essaadi Fransaya
qarşı
, § 35) və səlahiyyətli orqanlar tərəfindən seçilən üsulun Konvensiyaya uyğun
olub-olmadığının yoxlanılması vacibdir (
Santambrogio İtaliyaya qarşı
, § 52;
Bakan
Türkiyəyə qarşı
, §§ 74-78;
Pedro Ramos İsveçrəyə qarşı
, §§ 41-45).
66. Məhkəmələrin hüquqi yardımın təmin edilməsindən imtinanın əsaslarını göstərməsi və
hüquqi yardımla bağlı tələbləri dəqiqliklə incələməsi vacibdir (
Tabor Polşaya qarşı
, §§ 45-
46;
Saoud Fransaya qarşı
, §§ 133-136).
67. Bundan əlavə, xarici hüquqi şəxslərə hüquqi yardımın göstərilməməsi 6-cı Maddəyə
zidd deyil (
Granos Organicos Nacionales S.A. Almaniyaya qarşı
, §§ 48-53).
(b) T
ƏMIN EDILƏN HÜQUQI YARDIMIN SƏMƏRƏLILIYI
68. Dövlət rəsmi olaraq təyin olunmuş vəkilin hərəkətlərindən məsul deyil. Vəkilliyin
dövlətdən ayrı, müstəqil peşə olması baxımından, müdafiəçinin ödənişsiz hüquqi yardım
sistemi çərçivəsində və ya fiziki şəxsin öz hesabına təyin edilməsindən asılı olmayaraq,
(
Staroszczyk Polşaya qarşı
, § 133), müdafiənin təşkili müdafiə olunan şəxs və onun
müdafiəçisi arasında razılaşdırma əsasında müəyyən edilir. Başqa sözlə, xüsusi hallar istisna
olmaqla, müdafiəçinin davranışı Dövlətin Konvensiya üzrə məsuliyyətini yarada bilməz
(
Tuziński Polşaya qarşı
(qərardad)).
69. Bununla belə, prosesdə tərəfin maraqlarını təmsil etmək üçün müdafiəçinin təyin
edilməsi özlüyündə səmərəli yardıma təminat vermir (
Siaƚkowska Polşaya qarşı
, §§ 110 və
116). Hüquqi yardım məqsədləri üçün təyin edilmiş vəkil uzun müddət prosesdə iştirakdan
uzaqlaşdırıla və ya vəzifələrini yerinə yetirməkdən yayına bilər. Səlahiyyətli milli orqanlar bu
vəziyyətdən xəbərdar olduqda, onu digər vəkillə əvəz etməlidirlər; əvəz etmədikləri halda,
prosesdə iştirak edən tərəf pulsuz hüququ yardım ilə təmin edilməsinə baxmayaraq,
praktikada effektiv yardımdan məhrum olacaq (
Bertuzzi Fransaya qarşı
, § 30).
70. Bir tərəfdən ədalət mühakiməsinə çatım hüququndan səmərəli istifadə, digər tərəfdən
isə vəkillik peşəsinin müstəqilliyi arasında düzgün balansın təmin edilməsi hər şeydən əvvəl
Dövlətin məsuliyyətidir. Məhkəmə aydın şəkildə vurğulamışdır ki, ödənişsiz hüquqi yardım
göstərmək üçün təyin edilən vəkilin fəaliyyət göstəməkdən imtina etməsi müəyyən keyfiyyət
tələblərinə cavab verməlidir. Pulsuz hüquqi yardım sistemindəki çatışmazlıqlar fərdləri malik
olduqları məhkəməyə "praktiki və effektiv" çatım hüququndan məhrum edirsə, bu tələblər
yerinə yetirilməmiş hesab olunur (
Staroszczyk Polşaya qarşı
, § 135;
Siaƚkowska Polşaya
qarşı
, § 114 - pozuntu).
19/71
Avropa İnsan Hüquqları Məhkəməsi