16.
Genişləndirmə (dilyatasiya) və kyuretaj tamamlandıqdan sonra artıq qanaxmaya nəzarət
m
əqsədilə xəstənin yaxından müşahidəsi aparılmalıdır. Lazım olduqda uterotonik
preparatlardan istifad
ə edilə bilər (məs., venadaxili maye infuziyası zamanı köçürülən
mayenin h
ər bir litrinə 20 vahid Pitosin əlavə edilir və ya əzələ daxilinə 10 vahid Pitosin
yeridilir v
ə ya Methergine® 0.2 mq ƏD və ya peroral yolla verilir). Prostaglandin F2alfa
preparatının (Hemabate®) abortdan sonrakı qanaxmaların müalicəsində istifadəsinə rəsmi
icaz
ə yoxdur, lakin nəzəri olaraq effektiv ola bilər. Qan preparatlarının transfuziyası nadir
hallarda t
ələb olunur.
17.
X
əstənin Rh qrupu mənfidirsə (Rh-), ona 50 mkq (mini-doza) Rh immun qlobulin
verilm
əlidir
(B Kateqoriyası).
Dilyatasiya v
ə kyuretajla bağlı ağırlaşmalar
H
ər bir cərrahi prosedurda olduğu kimi aspirasiyalı D&K üsulu ilə aparılan abort da
mü
əyyən ağırlaşamalarla müşayiət olunur. Prosedurun ehtiyatla həyata keçirilməsi, lazım
olduqda daha t
əcrübəli həkimlə konsultasiyanın aparılması və ağırlaşmaların baş vermə
ehtimalının daim nəzərdə saxlanması, onların baş verməsinin qarşısını ala bilər.
1.
Perforasiya —
uşaqlıq daxilinə yeridilən alətin uşaqlıq divarını dəlib keçməsi nəticəsində baş
verir. Zond v
ə ya dilyatator uşaqlıq boynundan keçib gözlənildiyindən daha çox dərinliyə daxil
olduqda uşaqlığın perforasiyası, adətən, müəyyən edilir. Bəzi hallarda sorma kyuret və ya iti
kyuret vasit
əsilə aparılan kyuretaj zamanı qadının qarın boşluğu orqanlarının hissələri,
m
əsələn, piy toxuması və ya bağırsaq uşaqlıq boynundan çıxarıla bilər. Ağır qanaxma,
peritonit
əlamətləri və ya qarın daxilinə qanaxmanın mövcudluğu perforasiyanın müəyyən
edilm
əsinə yardımçı ola bilər.
Əgər perforasiya zond kimi küt alətlə manipulyasiya zamanı baş veribsə və D&K
tamamlanıbsa, bu zaman xəstənin sadəcə müşahidəsi yetərli ola bilər. Əgər perforasiya iti
kyuret v
ə ya sorucu kyuret səbəbindən baş veribsə, bu zaman xəstənin müalicəsi üçün
laparoskopiya v
ə ya laparotomiyanın aparılması tələb oluna bilər. Əgər perforasiya baş verən
zaman D&K tamamlanmamışdırsa, onu ultrasəs müayinəsi və ya laparoskopiya müşahidəsi
altında başa çatdırmaq olar. İstənilən perforasiya halında xəstənin geniş spektrli
antibiotikl
ərlə, məs., sefalosporin qrupu antibiotiki ilə müalicəsi nəzərdən keçirilməlidir.
2.
Uşaqlığın natamam boşaldılması — D&K prosedurundan sonra qanaxmanın və qarın
ağrılarının davam etməsi və ya US müayinəsində uşaqlıq boşluğunda abort toxumasının
qalması və ya endometritin müəyyən edilməsi uşaqlıq boşluğunun natamam
boşaldılmasından xəbər verir. Bu cür hallarda prosedurun təkrarlanması tələb oluna bilər.
Ultras
əs nəzarəti və ya ümumi anesteziya çox vaxt faydalı olur. Birinci prosedurdan bir neçə
saat sonra ikinci prosedurun (t
əkrar D&K) aparılması tələb olunduqda antibiotiklərin
verilm
əsi tövsiyə edilir. Uşaqlıq əzələsini stimullaşdıran vasitələr və ya oksitosik
prepearatlar, o cüml
ədən venadaxili oksitosin, əzələdaxili və ya per os metilerqonovin, ya da
əzələdaxili və ya per os qəbul edilən prostoqlandin də faydalı ola bilər.
3.
Qanaxma —
Qanaxmanın diferensial diqnostikasına uşaqlığın perforasiyası, uşaqlıq
boşluğunda abort toxumasının qalması ilə nəticələnən uşaqlığın boşaldılması proseduru,
uşaqlıq boynu və ya uşaqlığın zədələnməsi və ya qanaxma daxildir. Prosedur zamanı və ya
ondan sonra ağır dərəcəli qanaxması olan xəstələrin müalicəsi, adətən, gündə 4 dəfə olmaqla
iki gün
ərzində 0.2 mq Metilerqonovinlə (Methergine®) aparılır. Alternativ kimi iki gün
ərzində gündə 4 dəfə 200 mkq misoprostol (Cytotec®) istifadə edilə bilər. Qeyd edilməlidir
ki, misoprostolun bir sıra ölkələrdə (məs., ABŞ) bu məqsəd üçün istifadəsinə icazə
verilm
əyib.
4.
İnfeksiya — Septik abort, endometrit, paraendometrit və ya çanaq boşluğunun peritoniti
D&K-
nin infeksion ağırlaşmalarıdır. İnfeksion ağırlaşma diaqnozu qızdırma, uşaqlıq və
uşaqlıqətrafı strukturlarının ağrılığı, peritonit və leykositlərin sayının artması əsasında
qoyulur. Müalic
ə antibiotiklərlə aparılır. Hospitalizasiya edilməsi tələb olunan xəstələrin
müalic
əsinin venadaxili sefalosporin və ya üçlü antibiotiklərlə (ampisillin, gentamitsin və
klindamitsin v
ə ya metronidazol) aparılması tələb olunur. Klinik vəziyyəti daha yüngül olan
x
əstələrin müalicəsi ambulator qaydada aparıla bilər. Antibiotiklərin istifadəsinə dair dəqiq
t
əlimatlar mövcud deyil. Uşaqlıq daxilində döl/abort toxumasının qaldığı aşkar edilərsə,
uşaqlığın təkrar kyuretajı tələb oluna bilər. Uterotonik preparatlar yuxarıda verilmiş ikinci
paraqrafda t
əsvir edildiyi qaydada təyin edilə bilər. Nadir hallarda, çox ağır olan xəstələrin
hospitalizasiyası və histerektomiyanın aparılması tələb oluna bilər.
5.
Gec f
əsadlar — Uşaqlıqdaxili sinexiyalar və ya bitişmələr (Aşerman sindromu) çoxsaylı
müzakir
ələrin
obyekti olsa da, nadir hallarda qeydə alınır. Aşerman sindromu daha çox
infeksiya v
ə ya uzanmış gizli abort zamanı və ya doğuşdan sonra aparılan aspirasiyalı D&K-
d
ən sonra baş verir. Uşaqlıq boynunun zədələnməsi səbəbindən onun çatışmazlığı nadir
hallarda inkişaf edə bilər. Aspirasiyalı D&K-nin daha geniş yayılmış gec fəsadlarına
hamil
əliyin itirilməsi səbəbindən inkişaf edən depressiya və müvafiq psixoloji reaksiyalardır.
HAMİLƏLİYİN ERKƏN POZULMASI HALLARINDA KƏDƏR REAKSİYASI VƏ
XƏSTƏLƏRİN İZLƏNMƏSİ
Spontan abort hamil
ə qadın və onun ailəsi üçün böyük itkidir. Bir çox hallarda sevimli bir
insanın itirilməsinə bərabər olan səciyyəvi kədər reaksiyası müşahidə edilir (C Kateqoriyası).
H
ətta yaxın dostlar və ailə üzvləri belə spontan abortun yaratdığı hisslərin ağırlığını başa düşə
bilmirl
ər. Pasiyentlərə bəzən itkiləri ilə bağlı qeyri-həssas fikirlər söylənilir. “Sən yenə cəhd
ed
ərsən” və ya “yaxşı ki, daha tez baş verdi” tipli şərhlər kədərlənən insan üçün düzgün
yanaşma olmaya bilər. Səhiyyə xidməti əməkdaşları spontan abort ilə bağlı qadınlara və
onların həyat yoldaşlarına müvafiq məsləhət verməkdə böyük rol oynaya bilərlər. Pasiyentlərə
itki bar
ədə ilk dəfə məlumat verərkən aşağıdakı məqamlar nəzərə alınmalıdır:
1.
Günahı etiraf etmək və o hissi məhv etməyə cəhd etmək. Bir çox qadınlar düşünürlər ki,
onların bəzi hərəkətləri düşüyə səbəb olmuş və ya təsir etmişdir. Bu günah hissi cinsi əlaqə,
qidalanma, kiçik travma, fiziki aktivlik (
əyilmək, yuxarı qalxmaq, idman etmək) və ya
emosional stress il
ə əlaqələndirilə bilər. Pasiyenti heç bir səhv hərəkət etmədiyinə
inandırmaq məqsədəuyğundur. Bu inandırıcı fikri bir neçə dəfə təkrarlamaq lazım gələ bilər.
Qadına izah edilməlidir ki, böyük ehtimalla genetik və ya inkişaf problemləri hamiləliyin
erk
ən dövrlərində baş verib və bu hamiləliyin diri doğuşla başa çatması mümkünsüzdür.