“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf
Mühitə Təsirin Qiymətləndirilməsi
EKOLOGİYA İDARƏSİ
15
Bu Fəsildə layihə ərazisinin fiziki, bioloji və sosial-iqtisadi mühitinə potensial təsirləri müəyyən olunur. Bu
fəsildə eyni zamanda layihənin mənfi ekoloji təsirlərini yumşaltmağa kömək edəcək tədbirlər müəyyən edilir.
3-сü Fəsil: Layihənin Təsviri
Bu bölmə təklif edilən Layihənin texniki çərçivəsini təqdim edəcək. Bu fəsildəki məlumatlar Obyekt üçün
işlənilmiş Texniki Tapşırıqdan götürüləcək və nisbətən qısaldılmış şəkildə veriləcəkdir.
4-cü Fəsil: Hüquqi Çərçivə. Norma və Standartlar
Müvafiq normativ çərçivə, o cümlədən təklif edilən layihələrin həyata keçiriləcəyi planlar və siyasətlər
(milli/beynəlxalq) bu fəsildə müzakirə ediləcəkdir.
5-ci Fəsil: Ətraf Mühitin İlkin Vəziyyəti
Bu bölmədə layihə təsirlərinin nəzərə alınmasına uyğun olaraq mövcud yerli və regional ekoloji vəziyyətlər
təqdim olunur. Bu fəsildə qiymətləndirilən məsələlər təklif edilən Layihə və onun yerləşdiyi əraziyə aid olan,
nəzərdən keçirilmək üçün müəyyən edilmiş potensial ekoloji mövzuların tam siyahısından ibarət olacaqdır.
6-cı Fəsil: Alternativ Variantların Təhlili
Bu fəsil obyektin tikintisi işləri üçün layihə əsaslandırmasını, bu tədqiqatlarda nəzərdən keçirilmiş alternativ
variantların icmalını və layihə üçün nəzərdən keçirilmiş alternativlərinin təsvirini əks etdirəcəkdir.
7-ci Fəsil: Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi və Yumşaltma Tədbirləri
Bu fəsildə ətraf təbii və sosial-iqtisadi mühitlərə təsirlər, layihənin mənfi ekoloji təsirlərinin yumşadılmasına
kömək edəcək tədbirlər müəyyən ediləcəkdir. Təklif edilən layihənin ətraf mühitə potensial əhəmiyyətli
təsirləri, onların müəyyən edilmiş hüdudları aşıb aşmaması əsasında müzakirə ediləcəkdir. Layihənin
təsirləri və yumşaltma tədbirləri fəslin hər bir başlığında ardıcıl olaraq nömrələnəcəkdir.
8-ci Fəsil: Ətraf Mühitin İdarə Edilməsi və Monitorinqi Planları
Bu fəsildə Ətraf Mühiti İdarəetmə Planının və ya Proqramının tələb olunan son vəziyyətə necə nail olacağı
və ətraf mühitə mənfi təsirləri olan və ya ola biləcək fəaliyyətlərin necə yumşaldılacağı, nəzarət və
monitorinq ediləcəyi ətraflı təsvir olunacaq.
Bu fəsil layihə fəaliyyətləri müddətində müşahidə ediləcək xüsusi tələbləri və əgər ətraf mühitə olan
təsirlərin qarşısı lazımi səviyyədə alınmazsa, yaxud yumşaldılmazsa, əsaslı tədbirlərin görülməsini
işıqlandıracaqdır.
Bu fəsil həmçinin layihə iştirakçısının, ekoloji idarəetmə qrupunun və podratçıların rolları və vəzifələri
barədə tövsiyələri daxil etməklə yumşaldıcı tədbirlərin həyata keçirilməsini təmin
etmək üçün görülən işləri
müəyyən edəcəkdir.
Əlavələr
Bu bölmə ƏMTQ araşdırmaları dövründə aparılmış çöl tədqiqatları və laboratoriya analizləri metodikaları,
qüvvədə olan standartlar, ictimai məsləhətləşmələr barədə təfsilatlı məlumatlar, fotoşəkillər, xəritələr
təqdim edilir.
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf
Mühitə Təsirin Qiymətləndirilməsi
EKOLOGİYA İDARƏSİ
16
FƏSİL
2
2. ƏTRAF MÜHİTƏ VƏ SOSİAL-İQTİSADİ SAHƏLƏRƏ TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
METODOLOGİYASI
2.1. Giriş
“H.Əliyev adına NEZ”-nın modernləşmə layihəsi, ƏMTQ prosesi onun başlanğıcından etibarən və bütün
layihə boyu ekoloji və sosial risklərinin və təsirlərin qiymətləndirilməsinə və onların yumşadılmasına, idarə
olunmasına və nəzarət olunması üzrə tədbirlərin təsvirinə yönəlmiş sistematik yanaşmadır. Layihənin tərkib
hissələrinin və fəaliyyətlərinin təsvirindən risklərin və təsirlərin müəyyənləşdirilməsinin əhatə dairəsi və
tədbirlərin keçirilməsi səviyyəsini təyin etmək üçün istifadə edilir və bu təsvir yumşaldılma, idarəetmə və
nəzarət etməyə yaxınlaşmalar üçün əsası təmin edir.
ƏMTQ prosesi adətən özündə aşağıdakı Şəkil 2.1-də göstərilən tərkib hissələri ehtiva edir.
Şəkil 2.1. ƏMTQ Prosesi
Maraqlı tərəflərin qiymətləndirmələrə qoşula bilməsini, və lazım olarsa, layihəyə layihələndirmə
mərhələsindən başlayaraq, yumşaldılma, idarəetmə və nəzarət etmə tədbirlərinə təsir edə bilməsini təmin
etmək üçün maraqlı tərəflərlə görüşlər, layihə və ƏMTQ üzrə məlumatların açılması bütün ƏMTQ prosesi
boyunca davam edir. İlkin ƏMTQ Hesabatının açılması və müzakirə olunması maraqlı tərəflərin Layihədə
iştirakı proqramının və planlaşdırılmış məsləhətləşmələrin bir hissəsini təşkil edir.
Qeyd etmək lazımdır ki, ƏMTQ prosesi xətti proses yox, layihənin təyini inkişaf etdikcə və təsirin
qiymətləndirilməsi təkmilləşdikcə alınan nəticələrə yenidən baxılan və şəkli dəyişdirilən prosesdir. Prosesin
əsas çıxışı konkret araşdırmalardan alınan nəticələri və tam qiymətləndirməni təqdim edən hərtərəfli
ƏMTQ-dir. ƏMTQ Layihənin təsdiqlənməsi prosesində qərar qəbul edənlər üçün əsas alətdir.
Yumşaltma, İdarəetmə və Monitorinq
Təsirlərin Müəyyənləşdirilməsi və Qiymətləndirilməsi
(məcmu və qalıq təsirlər daxil olmaqla)
Mövcud Ekoloji və Sosial-İqtisadi
Şəraitin Mövcud Vəziyyəti
Layihənin Alternativlərinin Təsviri
və Əsas İşin Layihələndirilməsi
Tələblərin Təhlili
Seçimlər