H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə9/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   5   6   7   8   9   10   11   12   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
15 
Bu Fəsildə layihə ərazisinin fiziki, bioloji və sosial-iqtisadi mühitinə potensial təsirləri müəyyən olunur. Bu 
fəsildə eyni zamanda layihənin mənfi ekoloji təsirlərini yumşaltmağa kömək edəcək tədbirlər müəyyən edilir.  
3-сü Fəsil: Layihənin Təsviri 
Bu bölmə təklif edilən Layihənin texniki çərçivəsini təqdim edəcək. Bu fəsildəki məlumatlar Obyekt üçün 
işlənilmiş Texniki Tapşırıqdan götürüləcək və nisbətən qısaldılmış şəkildə veriləcəkdir. 
4-cü Fəsil: Hüquqi Çərçivə. Norma və Standartlar 
Müvafiq  normativ  çərçivə,  o  cümlədən  təklif  edilən  layihələrin  həyata  keçiriləcəyi  planlar  və  siyasətlər 
(milli/beynəlxalq) bu fəsildə müzakirə ediləcəkdir.
 
5-ci Fəsil: Ətraf Mühitin İlkin Vəziyyəti 
Bu bölmədə layihə təsirlərinin nəzərə alınmasına uyğun olaraq mövcud yerli və regional ekoloji vəziyyətlər 
təqdim olunur. Bu fəsildə qiymətləndirilən məsələlər təklif edilən Layihə və onun yerləşdiyi əraziyə aid olan, 
nəzərdən keçirilmək üçün müəyyən edilmiş potensial ekoloji mövzuların tam siyahısından ibarət olacaqdır. 
6-cı Fəsil: Alternativ Variantların Təhlili
 
Bu fəsil obyektin tikintisi işləri üçün layihə əsaslandırmasını, bu tədqiqatlarda nəzərdən keçirilmiş alternativ 
variantların icmalını və layihə üçün nəzərdən keçirilmiş alternativlərinin təsvirini əks etdirəcəkdir. 
7-ci Fəsil: Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi və Yumşaltma Tədbirləri 
Bu fəsildə ətraf təbii və sosial-iqtisadi mühitlərə təsirlər, layihənin mənfi ekoloji təsirlərinin yumşadılmasına 
kömək  edəcək  tədbirlər  müəyyən  ediləcəkdir.  Təklif  edilən  layihənin  ətraf  mühitə  potensial  əhəmiyyətli 
təsirləri,  onların  müəyyən  edilmiş  hüdudları  aşıb  aşmaması  əsasında  müzakirə  ediləcəkdir.  Layihənin 
təsirləri və yumşaltma tədbirləri fəslin hər bir başlığında ardıcıl olaraq nömrələnəcəkdir. 
8-ci Fəsil: Ətraf Mühitin İdarə Edilməsi və Monitorinqi Planları 
Bu fəsildə Ətraf Mühiti İdarəetmə Planının və ya Proqramının tələb olunan son vəziyyətə necə nail olacağı 
və  ətraf  mühitə  mənfi  təsirləri  olan  və  ya  ola  biləcək  fəaliyyətlərin  necə  yumşaldılacağı,  nəzarət  və 
monitorinq ediləcəyi ətraflı təsvir olunacaq. 
Bu  fəsil  layihə  fəaliyyətləri  müddətində  müşahidə  ediləcək  xüsusi  tələbləri  və  əgər  ətraf  mühitə  olan 
təsirlərin  qarşısı  lazımi  səviyyədə  alınmazsa,  yaxud  yumşaldılmazsa,  əsaslı  tədbirlərin  görülməsini 
işıqlandıracaqdır. 
Bu  fəsil  həmçinin  layihə  iştirakçısının,  ekoloji  idarəetmə  qrupunun  və  podratçıların  rolları  və  vəzifələri 
barədə tövsiyələri daxil etməklə yumşaldıcı tədbirlərin həyata keçirilməsini təmin etmək üçün görülən işləri 
müəyyən edəcəkdir. 
Əlavələr 
Bu bölmə ƏMTQ araşdırmaları dövründə aparılmış çöl tədqiqatları və laboratoriya analizləri metodikaları, 
qüvvədə  olan  standartlar,  ictimai  məsləhətləşmələr  barədə  təfsilatlı  məlumatlar,  fotoşəkillər,  xəritələr 
təqdim edilir. 
 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
16 
FƏSİL
 
2
 
2.  ƏTRAF  MÜHİTƏ  VƏ  SOSİAL-İQTİSADİ  SAHƏLƏRƏ  TƏSİRLƏRİN  QİYMƏTLƏNDİRİLMƏSİ 
METODOLOGİYASI 
 
2.1.  Giriş 
“H.Əliyev adına NEZ”-nın modernləşmə layihəsi, ƏMTQ prosesi onun başlanğıcından etibarən və bütün 
layihə boyu ekoloji və sosial risklərinin və təsirlərin qiymətləndirilməsinə və onların yumşadılmasına, idarə 
olunmasına və nəzarət olunması üzrə tədbirlərin təsvirinə yönəlmiş sistematik yanaşmadır. Layihənin tərkib 
hissələrinin  və  fəaliyyətlərinin  təsvirindən  risklərin  və  təsirlərin  müəyyənləşdirilməsinin  əhatə  dairəsi  və 
tədbirlərin keçirilməsi səviyyəsini təyin etmək üçün istifadə edilir və bu təsvir yumşaldılma, idarəetmə və 
nəzarət etməyə yaxınlaşmalar üçün əsası təmin edir. 
ƏMTQ prosesi adətən özündə aşağıdakı Şəkil 2.1-də göstərilən tərkib hissələri ehtiva edir. 
 
Şəkil 2.1. ƏMTQ Prosesi 
Maraqlı  tərəflərin  qiymətləndirmələrə  qoşula  bilməsini,  və  lazım  olarsa,  layihəyə  layihələndirmə 
mərhələsindən başlayaraq, yumşaldılma, idarəetmə və nəzarət etmə tədbirlərinə təsir edə bilməsini təmin 
etmək üçün maraqlı tərəflərlə görüşlər, layihə və ƏMTQ üzrə məlumatların açılması bütün ƏMTQ prosesi 
boyunca davam edir. İlkin ƏMTQ Hesabatının açılması və müzakirə olunması maraqlı tərəflərin Layihədə 
iştirakı proqramının və planlaşdırılmış məsləhətləşmələrin bir hissəsini təşkil edir. 
Qeyd  etmək  lazımdır  ki,  ƏMTQ  prosesi  xətti  proses  yox,  layihənin  təyini  inkişaf  etdikcə  və  təsirin 
qiymətləndirilməsi təkmilləşdikcə alınan nəticələrə yenidən baxılan və şəkli dəyişdirilən prosesdir. Prosesin 
əsas  çıxışı  konkret  araşdırmalardan  alınan  nəticələri  və  tam  qiymətləndirməni  təqdim  edən  hərtərəfli 
ƏMTQ-dir. ƏMTQ Layihənin təsdiqlənməsi prosesində qərar qəbul edənlər üçün əsas alətdir. 
Yumşaltma, İdarəetmə və Monitorinq 
Təsirlərin Müəyyənləşdirilməsi və Qiymətləndirilməsi 
(məcmu və qalıq təsirlər daxil olmaqla)
Mövcud Ekoloji və Sosial-İqtisadi 
Şəraitin Mövcud Vəziyyəti
Layihənin Alternativlərinin Təsviri 
və Əsas İşin Layihələndirilməsi
Tələblərin Təhlili
Seçimlər


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə