H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə10/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
17 
2.2.  ƏMTQ-nin tələbləri 
ƏMTQ-nin  əhatə  dairəsini  və  mütəxəssis  araşdırmaları  üçün  nəzərdən  keçirilməsi  zəruri  olan  aidiyyəti 
hüquq tələbləri və qanunvericiliklə müəyyən edilmiş standartları müəyyənləşdirmək məqsədilə Azərbaycan 
qanunvericiliyi, beynəlxalq konvensiyalar, ekoloji və elmi ədəbiyyat icmal edilmişdir. 
2.3.  Tələblərin təhlili 
Tələblərin təhlili elə prosesdir ki, onun vasitəsilə əsas fiziki/bioloji, sosial, mədəni, iqtisadi və antropogen 
mühitin aspektləri və təklif olunan işlərlə bağlı risklər layihənin icrası müddətində mümkün qədər erkən 
müəyyənləşdirilir.  Tələblərin  təhlili  zamanı  ƏMTQ-nin  sonrakı  mərhələlərinin  yalnız  texniki  və  maliyyə 
cəhətdən  əsaslandırılmış  alternativlərin  qiymətləndirilməsi  üzərində  cəmlənməsini  təmin  etmək  üçün 
alternativlər müəyyənləşdirilir və uyğun təfərrüat səviyyəsində qiymətləndirilir. 
Alternativlərin  qiymətləndirilməsi  tələblərin  təhlili  mərhələsində  seysmik  xətlər  üçün  alternativ 
bərabərləşdirmələrin və mərz çəkmək üçün istifadə oluna biləcək alternativ metodun müəyyənləşdirilməsi 
və  qiymətləndirilməsi  üçün  həyata  keçirilmişdir.  Təklif  olunan  hər  bir  mərz  xətti  üçün  üstünlük  verilən 
bərabərləşdirmə və metodun seçilməsində ekoloji və sosial meyarlar nəzərə alınmışdır. 
Tələblərin təhlili prosesi özündə Layihənin mümkün ekoloji və sosial təsirlərinin ilkin qiymətləndirilməsini 
ehtiva etmiş və ƏMTQ üçün təklif olunan yanaşmanı müəyyənləşdirməyə kömək etmişdir. 
2.4.  Bazis tədqiqatları 
ƏMTQ  prosesinin  mühüm  tərkib  hissəsi  bazis  şəraitinin,  yəni  Layihənin  mümkün  olan  təsirlərinin 
qiymətləndirilməsi aparılan əvvəllər mövcud olmuş ekoloji və sosial şəraitin müəyyənləşdirilməsidir. Bazis 
şəraitinin  müəyyənləşdirilməsi  mümkün  həssas  qəbuledicilərin  (misal  olaraq,  ekosistemlər  və  yerli 
icmaların) müəyyənləşdirilməsini və onların təsirlərə qarşı həssaslığının qiymətləndirilməsini asanlaşdırır. 
Mövcud bazis məlumatları 
Bu  fəaliyyət  mövcud  mənbələrdən,  o  cümlədən  dövlət  agentliklərindən,  nəşr  olunmuş  mənbələrdən, 
maraqlı  tərəflərdən  və  yerli  ekspertlərdən  əldə  edilən  mövcud  ekoloji,  sosial  və  mədəni  irs  üzrə 
məlumatların icmal edilməsindən ibarətdir. 
İcmala  aşağıdakı  mövzular  daxildir:  topoqrafiya,  geologiya,  meteorologiya  və  iqlim,  hidrologiya  və  su 
ehtiyatları, flora, fauna, mühafizə olunan sahələr, mədən irs və sosial-iqtisadi şərait. 
Layihə Ərazisinin mövcud xarakteristikaları xəritə üzərinə keçirilmişdir, belə ki, istənilən həssas məsələlər
və ya məhdudiyyətlər Layihənin təsiri altında olan yerlərə nəzərən əyani surətdə görünə bilər. 
Bazis (İlkin Vəziyyət) araşdırmaları 
Açıq  məlumatların  icmalından  başqa  monitorinq  araşdırmaları  aparılmış  və  əlavə  ilkin  məlumatlar 
toplanmışdır. Bazis araşdırmalarının metodologiyaları və nəticələri, ədəbiyyat məlumatlarının icmalından 
alınan məlumatlarla birlikdə bu Hesabatda verilmişdir. 
2.5.  Təsirlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi 
Təsirlərin  qiymətləndirilməsi  prosesi  Şəkil  2.2-də  göstərilmişdir  və  aşağıdakıları  nəzərdə  tutan  iterativ 
prosesi ehtiva edir: 
• 
Proqnozlaşdırma – Bu Layihənin icrası nəticəsində ətraf mühitdə (ekologiyada) nə baş verəcək? 
• 
Qiymətləndirmə  -  Bu,  təsir  predmetidirmi?  Onun  müsbət  və  ya  mənfi  effekti  olacaqmı?  O,  nə 
dərəcədə mühüm və ya əhəmiyyətlidir? O, Layihənin Ekoloji və Sosial Məqsədlərinə cavab verirmi? 
• 
Yumşaldılma – Əgər bu əhəmiyyətlidirsə, bununla bağlı nə isə etmək olarmı? 
• 
Qalıq Təsir – Bu hələ də əhəmiyyətlidirmi? 
Təsirlərin  proqnozlaşdırılması,  Layihənin  icrası  səbəbindən  qəbuledicilərə  münasibətdə  ola  biləcək 
mümkün  təsirlər  (məsələn,  ekoloji,  sosial  və  ya  mədəni  irsə)  kimi  təyin  olunmuşdur.  Təsirlərin 
proqnozlaşdırılması və  qiymətləndirilməsi prosesi mümkün olan təsirlərin qarşısını almaq və  ya  praktiki 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
18 
cəhətdən mümkün qədər aşağı səviyyələrə qədər azaltmaq üçün Layihəyə daxil edilmiş mövcud idarəetmə 
tədbirlərini nəzərə alır. 
Təsirlər Layihənin bir sıra fərqli aspektləri üçün qiymətləndirilmişdir: 
• 
Planlaşdırılmış hadisələr; 
• 
Planlaşdırılmamış hadisələr; 
• 
Məcmu; və 
• 
Transsərhəd. 
 
Şəkil 2.2. Təsirlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesi 
2.5.1. Planlaşdırılmış hadisələrin əhəmiyyətinin müəyyənləşdirilməsi 
Təsirlərin qiymətləndirilməsi, Layihə təsirlərin qiymətinin proqnozlaşdırılması və onların praktiki cəhətdən 
mümkün dərəcəyə qədər müəyyənləşdirilməsi vasitəsilə həyata keçirilməsi halında nəyin baş verəcəyini 
təsvir  edir.  Onu  da  qeyd  etmək  vacibdir  ki,  təsirlərin  müəyyənləşdirilməsi  Layihənin  hazırlanmasının 
Layihənin  planının  bir  hissəsi  olan  istənilən  yumşaldılma  və  idarə  etmə  tədbirlərini  nəzərə  alır. 
Müəyyənləşdirilmiş  təsirlərin  daha  da  azaldılmasına  yönəlmiş  əlavə  yumşaldılma  tədbirləri  daha  sonra 
zəruri və ya uyğun olduğu təqdirdə təklif olunur. 
Mümkün olan təsirlər (həm faydalı, həm də zərərli) Layihənin proqnozlaşdırılan təsirlərinin mövcud ekoloji 
və  sosial  vəziyyətin  texniki  qiymətləndirilməsi  vasitəsilə  müəyyənləşdirilmişdir.  Qiymətləndirmə  çıxış 
məlumatlarından  (həm  ilkin,  həm  də  ikinci  məlumatlardan),  layihələndirmə  üzrə  milli  və  beynəlxalq 
normativlərindən və ƏMTQ qrupunun texniki ekspertizasından istifadə edir. 
Proqnozlaşdırılan  təsirlər  Layihənin  fəaliyyət  müddəti  üçün  aşağıdakı  əsas  mərhələlərə  əsaslanaraq 
qiymətləndirilmişdir: 

  Səfərbərlik 

  İcra 

  Təxris olunma 
 
Proqnoz-
laşdırma 
Qiymət-
ləndirmə 
Yumşaltma/ 
Gücləndirmə 
Qalıq 
Təsirlər 
Təklif  olunanın 
edilməsi 
nəticəsində  nə 
baş verə bilər?
 
Bu  mühümdürmü 
(əhəmiyyətlidirmi)? 
Bununla  bağlı  nə 
etmək olar? 
Hələ 
də 
əhəmiyyətli  təsir 
varmı? 
Artıq  qatılmış 
idarəetmə 
tədbirlərinin 
təsdiqlənməsi 
Bunu 
həll 
etməyə  kömək 
etmək 
üçün 
Maraqlı 
Tərəflərlə 
məsləhətləşmə 
Həlləri  işləyib 
hazırlamaq 
üçün  maraqlı 
tərəflərlə 
və 
Layihənin 
mühəndisləri 
ilə 
qarşılıqlı 
əlaqə 
Bəzi  təsirlər 
üçün 
ardıcıllığın 
təkrar 
olunması 
lazım 
ola 
bilər 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə