H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə8/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
13 
qiymətləndirilməsi  daxildir.  Qalıq  təsirlər  aşkar  edilərsə,  təsirlərin  azaldılması  və  monitorinq  üzrə  əlavə 
tədbirlər müəyyən edilir. 
1.4.  Normativ-hüquqi tələblər 
Layihə obyektin tikintisi və istismarı zamanı ətraf təbii mühitin mühafizəsi sahəsində fəaliyyət Azərbaycan 
Respublikasının  qüvvədə  olan  «Ətraf  mühitin  mühafizəsi  haqqında»,  «Ekoloji  təhlükəsizlik  haqqında», 
«Balıqçılıq  haqqında»,  «Sanitariya-epidemioloji  salamatlıq  haqqında»,  «Yerin  təki  haqqında»,  «Su 
məcəlləsi», «Torpaq məcəlləsi» və başqa qanunlarına və mövcud normativ sənədlərinə əsaslanmışdır. 
Ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə layihədə aşağıdakılar nəzərə alınmışdır: 

  ətraf  mühitin  mühafizəsi  sahəsində  Azərbaycan  Respublikasında  qüvvədə  olan  standartlara, 
norma və qaydalara riayət edilməsi

  Azərbaycan  Respublikasının  qoşulduğu  bir  sıra  Beynəlxalq  konvensiyaların  tələblərini  nəzərə 
alaraq,  ətraf  mühitin  mühafizəsi  sahəsində  Beynəlxalq  norma  və  standartların  tələblərinin 
gözlənilməsi; 

  təbii ehtiyatlardan səmərəli istifadə edilməsi

  ətraf mühitin çirklənməsinin qarşısının alınması. 
Layihənin bu hissəsinə layihələndirilən obyektin qurğuların və kommunikasiyalarının tikintisi və istismarı 
zamanı ətraf mühitin mühafizəsini təmin edən texniki, texnoloji, konstruktiv və təşkilatı tədbirləri daxildir. 
Bu  layihədə  tətbiq  olunan  qurğular,  avadanlıqlar  və  kommunikasiyalar  Dövlət  standartlarına,  norma  və 
qaydalarına uyğun işlənir və ekoloji cəhətdən qəbul edilə bilər. Təmir-tikinti işləri ətraf mühitin normalarına, 
istehsalatda sanitariya və təhlükəsizlik texnikası qaydalarına riayət olunmaqla yerinə yetirilməlidir. 
Layihələndirilən  obyektin  tikintisi  zamanı  əmələ  gələn  istehsalat  tullantıları  (qaynaq  çubuqlarının, 
qırıntıların,  armatur,  dəmir  parçaları)  yığılıb  müəssisənin  istehsalat  bazasına  göndəriləcəkdir.  Metal 
tullantıları aidiyyəti metallurgiya zavoduna təhvil veriləcəkdir. 
Layihədə ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün aşağıdakı tədbirlər nəzərdə tutulur: 

  texnoloji avadanlıqların səmərəli yerləşdirilməsi; 

  kommunikasiyalar arasında norma məsafələrin qoyulması; 

  texnoloji rejimlərin və şərtlərin optimallaşdırılması; 

  təzyiq altında işləyən avadanlığın qoruyucu klapanlarla təchiz olunması;   

  avadanlıq, armatura və boru kəmərlərinin tam hermetikləşdirilməsinin təmin olunması; 

  texnoloji  prosesin  idarə  olunmasının  müasir  nəzarət,  siqnallaşma  və  avtomatlaşdırma 
vasitələrindən istifadə edilməsi; 

  layihələndirilən  obyektlərin  göstəricilərinin  düzgün  seçilməsinə,  bütün  tələblərə  cavab  vermə 
nöqteyi  nəzərdən  qəbul  edilməsinə,  armaturların,  boruların  və  s.  qaynaq  edilməsi  üçün 
elektrodların  möhkəmlik  və  mexaniki  xüsusiyyətlərinin  göstəricilərinə,  qaynaq  tikişlərinin  lazımı 
üsulu ilə yoxlanılması; 

  yeni avadanlıqların və texnoloji kəmərlərin quraşdırıldıqdan sonra, hidravliki və yaxud pnevmatik 
olaraq kipliyə sınaqdan keçirilməsi; 

  boru kəmərlərinin başlanğıcında və sonunda işçi təzyiqə uyğun siyirtmələrin nəzərdə tutulması; 

  sənaye çırkab sularının yığılması üçün drenaj sisteminin nəzərdə tutulması;  

  məişət-çirkab sularının zərərsizləşdirilməsi üçün bioloji təmizləmə qurğularının quraşdırılması; 

  məişət tullantılarının xüsusi konteynerlərə yığılması və xüsusi yerlərə daşınması; 

  obyektin  tikilməsində  nəzarət-ölçü  cihazları  nasaz  olan  avadanlıqların,  mexanizmlərin  və 
aqreqatların istismarının qadağan edilməsi; 

  konstruksiyaları  və  kommunikasiyaları  korroziyadan  mühafızə  etmək məqsədi  ilə  antikorroziyalı 
örtüklərdən istifadə edilməsi. 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
14 
1.5.  ƏMTQ üzrə iş həcmi 
ƏMTQ üzrə iş həcmi sifarişçi tərəfindən müəyyən edilmişdir və aşağıda olduğu kimi təqdim edilir. 
Podratçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tələblərinə uyğun şəkildə 
ƏMTQ-in  hazırlanmasına  görə  məsuliyyət  daşıyacaqdır.  ƏMTQ-in  hazırlanmasında  bütün  tənzimləyici 
normalar və ən qabaqcıl üsullar tətbiq ediləcək. ƏMTQ-də əsas diqqət, aşağıda sadalanan, lakin onlarla 
məhdudlaşmayan vacib məsələlərə və ən ciddi potensial təsirlərə yönələcək: 

  Layihənin Əsası və Təsviri 

  Qanunvericiliyin və Normaların İcmalı  

  Mövcud Ətraf Mühit 

  Fiziki və Coğrafi Yerləşmə  

  Geologiya və Geo-təhlükələr, 

  Torpaq və torpaqdan istifadə 

  İqlim və Meteorologiya  

  Qrunt və Səth Suları 

  Bioloji və Təbii Sərvətlər (Flora və Fauna) 

  Havanın çirklənməsi 

  Səs-küy və titrəmə 

  Sosial və İqtisadi Aspektlər 

  Arxeologiya və Mədəni İrs  

  Təklif Edilən Fəaliyyətin Potensial Təsirinin Qiymətləndirilməsi 

  Maddi-texniki Təminatın İdarə edilməsi 

  Tullantıların İdarə Edilməsi 

  Dağılmaların Qarşısının Alınması və Nəzarəti  

  Nəqliyyat 

  Etibarlılıq və Təhlükəsizlik 

  Layihəyə Alternativlər 

  Ətraf mühitə və insanlara təsirin azaldılmasına yönəlmiş təklif edilən Təsirin Minimallaşdırılması və 
Monitorinq Tədbirləri. 

  İctimai məsləhətləşmələr. 
1.6.  Hesabatın strukturu 
Yuxarıda,  paraqraf  1.3-də  təqdim  olunan  iş  həcmlərinə  uyğun  olaraq  ƏMTQ  Hesabatının  strukturu 
hazırlanmış və sifarişçi ilə razılaşdırılmışdır.  
Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Hesabatlarına aşağıdakı bölmələr daxil olacaqdır:
 
Xülasə 
Bu  bölmə  əsasən  ƏMTQ  Hesabatlarının  konsepsiyasından  götürülən  qısaldılmış  materiallardan  ibarət 
olacaq  və  tədqiqatın  nəticələrinə  və  yekunlarına  diqqəti  cəlb  edəcək.  Bu  bölmə  ümumi  oxucular  üçün 
mümkün qədər ətraflı hazırlanacaqdır. 
1-ci Fəsil: Giriş 
Bu bölmə Layihənin məqsədlərini, ƏMTQ tədqiqatlarının məqsədlərini və miqyasını müəyyən edəcək və 
araşdırma  sahələri  üçün  ətraf mühitin  ilkin  vəziyyətinə  uyğun  qiymətləndirmələrin  aparılacağı  meyarları 
təqdim edəcəkdir. Bu bölmələr eyni zamanda çöl tədqiqatları barədə qısa məlumatları, ekoloji və köçürmə 
məsələlərini, ƏMTQ-nin, araşdırmalarını, normativ tələblər barədə ümumi məlumatları əks etdirəcəkdir. 
2-ci Fəsil: Ətraf Mühitə Və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi Metodologiyası 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə