K. A.ġahbazov, H. S. Həsənov


qə- rarların qəbul edilməsi meyarları



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə10/63
tarix26.10.2023
ölçüsü1,36 Mb.
#132261
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   63
qə-
rarların qəbul edilməsi meyarları
 
adlandırmaq tövsiyə olunub. 
Onlar qərarların qiymətləndirilməsi üzrə tövsiyə kimi çıxıĢ edir. 
Məsələn, avtomobil almaq haqqında qərar qəbul edərkən qiymət 
meyarına - 10 min doll-dan baha olmamalı; iqtisadilik meyarına 
(qənaətçilik) - 1 qallon bezinə 25 mildən az olmamalı; həcm me-
yarına - eyni zamanda 5 böyük adam; cazibəlik meyarına və xid-
mət göstərmək baxımından yaxĢı xüsusiyyətlərinə əsaslana bilər-
siniz. 
3.Alternativlərin müəyyən edilməsi.
 
Növbəti mərhələ - 
problemin alternativ həlləri toplusunun formalaĢdırılmasıdır. Ġde-
alda, problemin səbəblərini aradan qaldıra bilən və bununla da 
təĢkilata, öz məqsədlərinə nail olmaq imkanı verən bütün iĢləri aĢ-
kar etmək yaxĢı nəticə verərdi. Bununla belə, rəhbər təcrübədə hər 
bir alternativi qiymətləndirmək və formalaĢdırmaq üçün nadir hal-
larda kifayət qədər biliyə və vaxta malik olur. Hətta çox sayda al-
ternativləri nəzərdən keçirmək (onlar real olsa belə) çox vaxt do-
laĢıqlığa gətirib çıxarır. Ona görə rəhbər, bir qayda olaraq, daha 
faydalı görünən bir neçə alternativi ciddi nəzərdən keçirmək üçün 
qərar variantlarının sayını məhdudlaĢdırır. Ən yaxĢı mümkün qə-
rarı axtarmaq əvəzinə adamlar, müəyyən olunmuĢ münasib mini-
mum standarta cavab verən qərar aĢkar edilənə qədər alternativləri 
araĢdırmağa davam edirlər. 


28 
Rəhbərlər baĢa düĢürlər ki, optimal qərarın axtarıĢı həddən 
çox vaxt aparır, bahadır və ya çətindir. Onun əvəzinə problemi 
aradan qaldırmağa imkan verən qərarı seçirlər. 
Lakin mümkün qərarın keyfiyyət qədər geniĢ spektrinin 
nəzərə alınmasının qayğısına da qalmaq lazımdır. Çətin prob-
lemlərin dərindən təhlili, fəaliyyətsizlik imkanı da daxil olmaq-
la, bir neçə həqiqətən fərqlənən alternativlərin iĢlənib hazırlan-
ması üçün lazımdır. Əgər rəhbərlik nə baĢ verəcəyini qiymət-
ləndirmək iqtidarında deyildirsə və əgər heç bir təĢəbbüs edil-
məsə, onda təcili fəaliyyətin tələbləri qarĢısında davam gətirə 
bilməmək təhlükəsi mövcud olacaqdır. Fəaliyyət xatirinə fəa-
liyyət göstərmək, problemin baĢlıca səbəbinə deyil, onun xarici 
simptomlarına reaksiya vermək ehtimalını artırır. 
Əgər, avtomobillə bağlı nümunəmizə qayıtsaq, onda siz me-
yarlarımıza cavab verən bir neçə modeli seçmək qarĢısında qala-
caqsınız. Alternativləri seçərkən onları qiymətləndirmək lazımdır. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə