K. A.ġahbazov, H. S. Həsənov


Bu mərhələlər  aĢağıdakılardır:  1) Problem situasiyanın aĢkara çıxarılması və təhlili



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə18/63
tarix26.10.2023
ölçüsü1,36 Mb.
#132261
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   63
.
Bu mərhələlər 
aĢağıdakılardır: 
1)
Problem situasiyanın aĢkara çıxarılması və təhlili 
mərhələsi.
Qərarın iĢlənib hazırlanmasının bu mərhələdə tədqiqat 
obyekti və xarici mühit haqqında ilkin informasiya təhlil edilir, 
həmçinin, qohum obyektlər və daha yüksək səviyyədə duran ob-
yektlər arasında tədqiq olunan obyektin yeri və rolu müəyyən edi-
lir, o cümlədən, problemin aĢkara çıxarılması, quruluĢunun müəy-
yən edilməsi və vacibliyinə görə sıraya düzülməsi həyata keçirilir. 
Bu mərhələdə. həmçinin, konkret məqsədin formalaĢması üçün 
aĢkara çıxarılmıĢ problemin həllinin strateji istiqamətləri müəyyən 
edilir. AĢkara çıxarılmıĢ problemin həllinin starteji variantı ssenari 
üzrə ifadə oluna bilər.
Ssenari dedikdə, burada tədqiqat obyektinin mövcud və 
proqnozlaĢdıran vəziyyətinin verbal (sxem), analitik və ya proble-
min həllinə prinsipial yanaĢmanın təsviri baĢa düĢülür. Ssenaridə 
müxtəlif strateji istiqamətlərdə problemin həlli üçün zəruri olan 
resursların ilkin hesablanması öz əksini tapır. 
Qərarın iĢlənib hazırlanmasının birinci mərhələdə iĢin son 
nəticəsi həll edilməli olan köklü problemlərin aĢkara çıxarılması, 
bu problemlərin vacibliyinə görə sıraya düzülməsi və həlli üçün 
lazım olan resursların ilkin qiymətləndirilməsi yolu ilə onların 
həllinin strateji istiqamətinin seçilməsidir. 
2)
Məqsədin formalaĢması mərhələsi.
 
Bu mərhələdə prob-
lemin həllinin konkret məqsədi müəyyənləĢdirilir. Təcrübədə 
məqsədin formalaĢması üsullarının sadə siyahısından tutmuĢ, qra-
fiklərin qurulmasınadək (qərar ağaclarının) kifayət qədər geniĢ 
diapazondan istifadə edilir. Məqsədlər konkret formaya və kəmiy-
yət xarakteristikasına malik olmalıdır. Məhz ikinci mərhələdə iĢin 
son nəticəsi konkret məqsədin müəyyənləĢdirilməsi və bu məqsə-
din formasının kəmiyyət xarakterinin təyin edilməsi hesab olunur. 
3)
Alternativlərin tam siyahısının müəyyən edilməsi mərhə-
ləsi

Bu mərhələdə qarĢıya qoyulan məqsədə çatmağın alternativ 


40 
variantlarının (üsullarının, vasitələrinin) mümkün qədər daha 
tam məcmuu müəyyən olunur. Real Ģəraitdə qərarın iĢlənib hazır-
lanmasının əsasən iki-üç variantına baxmaq mümkündür. Lakin 
bu variantları seçərkən nəzərə almaq lazımdır ki, onlardan hər biri 
az əmək tutumluluğu ilə fərqlənsin və kobud səhvlər buraxılması 
Ģansı aĢağı olsun. Bu mərhələdə iĢin son nəticəsi səhvsiz, yəni op-
timal hesab edilən alternativ variantların tam siyahısının müəyyən 
edilməsidir. 
4)
Həlli mümükün olan alte rnativin seçilməsi 
mərhələsi
.
Bu mərhələdə aĢkar edilmiĢ alternativləri müxtəlif 
məhdudlaĢdırıcı süzgəcdən, yəni ehtiyatların mövcudluğu, hü-
quqi, sosial, iqtisadi, etik-əxlaqi və s. baxımından süzgəcdən 
keçirirlər. Bu mərhələdə iĢin son nəticəsi yuxarıda qeyd olun-
muĢ məhdudlaĢdırıcı normalardan keçə bilən və həlli bütün al-
ternativlərə nisbətən daha real olan optimal variantın müəyyən 
edilməsidir. 
5)
YaxĢı alternativin ilkin seçilməsi mərhələsi

Bu mərhələdə qarĢıya qoyulan məqsədə çatmaq, resursların 
məsrəfi, alternativin konkret Ģəraitə uyğun olması nöqteyi-nə-
zərindən bütün alternativlərin mümkün olan hərtərəfli təhlili 
aparılır. Lakin yadda saxlamaq lazımdır ki, yalnız kəmiyyət 
mülahizələri əsasında bütün alternativlər içərisindən hansısa bi-
rinin üstün olması barədə fikir söyləmək çox çətindir. Buna gö-
rə də, alternativlərin sayı həddən artıq çox olduqda, istifadə et-
mək daha məqsədəuyğundur, çünki alternativi seçməkdənsə, bu 
mərhələdən optimal olan alternativlər qrupunu müəyyən etmək 
daha asandır. Bu mərhələdə iĢin son nəticəsi daha yaxĢı hesab 
edilən alternativ və ya alternativlər toplusu haqqında konkret 
mülahizələrin yürüdülməsidir. 
6)
SeçilmiĢ alternativlərin qərar qəbul edən 
Ģəxslər tərəfindən qiymətləndirilməsi mərhələsi .
 
Bu 
mərhələdə əvvəlki mərhələlərdən alınmıĢ məlumatların və in-
formasiyaların köməyilə konkret məqsədə nail olmağın daha 
yaxĢı üsulunun seçilməsinə baĢlanılır, yəni yaxĢı hesab edilən 


41 
alternativin qərar qəbul edən Ģəxslər tərəfindən qiymətləndirilməsi 
aparılır. Qərarın bu və ya digər variantının seçilməsi haqqında 
qənaətə gələrkən, qərar qəbul edən Ģəxslər analitiklər sisteminin 
nəzərə almadıqları əlavə faktları da hesaba ala bilərlər. Beləliklə, 
mütəxəssislərin malik olduqları intuisiyadan, rəhbərlərin 
təcrübəsindən və təhlil metodlarından birgə istifadə edilməsi həll 
ediləcək problemin bütün aspektlərini daha tam Ģəkildə nəzərə 
almağa imkan yaradır. Bu mərhələdə iĢin son nəticəsi qarĢıya 
qoyulan məqsədə nail olunmasına üstünlük verilən variant 
haqqında qərar qəbul edən Ģəxslər tərəfindən irəli sürülən mü-
lahizələrin hazırlanmasıdır. 
7)
SeçilmiĢ alternativin eksperimental qaydada 
yox lanıl ması . Nə vaxt ki, qərar qəbul edən Ģəxslərin daha 
yaxĢı alternativi birdəfəlik seçməyə müvafiq imkanları olursa, 
onda iki-üç sayda daha yaxĢı hesab edilən alternativin eksperi-
mental qaydada yoxlanılması həyata keçirilir. Məsələyə belə 
yanaĢılması, elmi-texniki fəaliyyət sahəsində qərarların qəbul 
edilməsi üçün xarakterikdir. Bu mərhələdə iĢin son nəticəsi qə-
rar qəbul edən Ģəxslərdə qərarın müəyyən variantına üstünlük 
verilməsi haqqında son mülahizələrin formalaĢması üçün zəruri 
olan əlaqə eksperimental informasiyanın əldə olunmasıdır. 
8)
Vahid qərarın seçilməsi mərhələsi . Bu mərhələ-
də eksperimental yoxlama məlumatlarını və digər əlavə infor-
masiyaları nəzərdən keçirərək yekun vahid qərarı qəbul edirlər. 
Bu isə, səkkizinci mərhələdə iĢin son nəticəsi hesab olunur. La-
kin, yadda saxlamaq lazımdır ki, əgər eksperimental yoxlama 
keçirməyə ehtiyac yoxdursa, onda altıncı və səkkizinci mərhə-
lələr birləĢdirilir. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə