Hacı Mirfazil
66
var idi. Bu zəvvarların on altısı Sədərəkdən idi.
Zəvvarlar arasında 4 nəfər qonşu kənddən çox
cavan yeniyetmə də var idi. Bu cavanlar tez-
tez öz aralarında zarafat edərdilər. Bunlar bu
dəfə də sözlərini bir araya qoyub, öz aralarında
belə qərara alıblar ki, Miryaqub ağa ilə zarafat
etsinlər. Biz hamılıqla çadırları qurduq ki,
istirahət edək. Uşaqlar samovar saldılar, yemək
hazırladılar. Miryaqub ağa yavaş-yavaş atınan
karvanın arxasınca gəlirdi. O, atdan düşdü,
dəstəmaz aldı (o, həmişə tez- tez dəstəmaz
alardı, bu onun adəti idi). Cavanlar ona tərəf
gəlib dedilər: “Ağa, biz Kərbəladan çıxanda bizə
vəsiqə kimi bir sənəd veriblər ki, biz həqiqətən
Kərbəla ziyarətini etmişik. Bu sənəddən
sən də alıbsan? Miryaqub ağa bu sözlərdən
təəccübləndi, çox narahat oldu və tez ağ atına
mindi, elə atın üstündə üzünü mənə tutub
dedi: “Salman kişi, mən gedirəm Kərbəlaya o
kağızdan mən də alam. Siz yaxşı olar ki, məni
gözləməyin, istirahət etdikdən sonra yolunuza
davam edin. Mənə görə narahat olmayın, mən
arxadan gəlib inşallah sizə çataram”.
Ağa çox tələsirdi. Bunu deyib atını
Kərbəlaya tərəf sürdü, sanki onu kimsə
çağırırdı. Təpəni aşıb gözdən itdi. Biz oradakılar
hamılıqla cavanları danladıq ki, siz qoca kişi
ilə belə rəftar etdiniz. İndi o, çox əziyyət çəkib,
yol gedib, geri qayıdacaq. Mən bu işə görə çox
Sədərəyin Seyidlər ocağı
67
narahat idim. Bu cavanlar etdikləri bu əmələ görə
çox peşiman oldular. Onlar atlarını yəhərləyib
ağanın arxasınca getmək istəyirdilər ki, bu
vaxt təpənin arxasından ağanın ağ atı göründü.
Qəlbən çox sevindik ki, ağa çox uzaqlaşmayıb.
Ağa bizə çatana qədər cavanları başa saldıq ki,
ağa gəlib sizə bir söz deyər, siz ona bir kəlmə də
cavab verməyin. O həm seyiddi, həm ağsaqqaldı,
günah sizin özünüzdədir.
Ağa yavaş-yavaş gəlib biz olan yerə çatdı.
Atdan düşdü. Onun rəngi ağappaq olmuşdu.
Əvvəl biz onu başa düşmədik, elə bildik ki,
aldandığına görə belədi. Heç kəs cürət edib ona
bir söz demədi. Mən bu günə qədər Miryaqub
ağanı belə görməmişdim. Ağa bizdən su istədi.
Biz hamılıqla ona xidmət etmək istəyirdik. Tez ona
su verdik. O, suyu içəndən sonra şükür etdi. Bir
az gözlədi. Hamının diqqəti ağada cəmlənmişdi.
Sonra ayağa durdu. Artıq özünə gəlmişdi. Bunu
onun sifətindən hiss etmək olurdu. Biz istədik ki,
ağadan üzrxahlıq edək. Ancaq o, əli ilə işarə etdi
ki, danışmayın. Özü sözə başladı: “Bilirsiniz mən
niyə qayıtdım?”. Heç kəs dinmədi. Miryaqub ağa
sözünə davam etdi: “Mən Kərbəlaya gedirdim, o
təpələri təzə aşmışdım ki, gördüm Ağam İmam
Hüseyn (ə.s) özü məni qarşıladı”. Bunu deyib
Miryaqub ağa susdu. Heç kəs dinmirdi. Axı bu
necə ola bilər. Bu ki, həqiqi möcüzədir. Bir də
ki, Miryaqub ağa heç vaxt yalan danışan adam
Hacı Mirfazil
68
deyil. Ancaq dediyi söz çox qəribədi. Miryaqub
ağa ayağa durdu və əlini salıb çuxasının
altından bir yumru bükülmüş, qıraqları ipək
sapla hörülmüş ipləri olan bir kağız çıxardı.
Biz hamımız çox təəccübləndik. Ağa asta-
asta kağızları açdı və məktubu bizə göstərdi.
Biz istədik ki, təbərrük olsun deyə əlimiz o
məktuba dəysin. Ağa bizə icazə vermədi ki, siz
buna layiq deyilsiniz, əlinizi vurmayın, ancaq
baxa bilərsiniz. Hamılıqla məktuba yaxından
baxdıq, məktubdan çox gözəl müşk iyi gəlirdi.
Məktub ərəb dilində gözəl xətlə yazılmışdı.
Məktub Kərbəlayi Miryaqub ağa haqqında
idi və məktubun sonunda İmam Hüseyn (ə.s)
möhürü vurulmuşdu.
Bu həqiqətən çox böyük kəramət idi.
Həmin hadisədən sonra zəvvarlar bildilər ki,
Miryaqub ağa Allahın dostlarındandır. Vətənə
qayıdana qədər zəvvarlar arasında ona çox
böyük hörmət və ehtiram olunurdu.
Həmin məktub Miryaqub ağa Allahın
rəhmətinə qovuşana qədər bizim ocaqda
idi. Bu məktubu bir çox adamlar öz
gözləri ilə görüblər. Ancaq Miryaqub ağa
dünyasını dəyişəndən sonra məktub yox
oldu. Allah-təala belə şəxslər haqqında belə
buyurur: “Onu bilin ki, Allahın dostlarının,
övliyalarının heç bir qorxusu yoxdur. Onlar
qəm-qüssə etməzlər. Şübhəsiz, Allah bizim
Sədərəyin Seyidlər ocağı
69
rəbbimizdir deyəndən sonra da öz imanlarına
sadiq qədəmlə qalanlara rəhmət mələkləri nazil
olub, onlara belə müjdə verərlər. Qorxmayın və
kədərlənməyin. Peyğəmbərlərin vəd verdikləri
behiştlər sizin üçündür” (Fussilət surəsi, 30-cu
ayə).
Kərbəlayi Miryaqub ağa 1950-ci ilin yanvar
ayının 9-da Sədərək kəndində rəh mətə getmişdir.
O, 63 il çox şərəfli ömür sürmüşdür. Qəbri nurla
dolsun. Amin!
Hacı Mirfazil
70
Seyid Müzəffər
Seyid Müzəffər
Ağa
Ağa
Sədərəyin Seyidlər ocağı
71
* * *
M
M
iryaqub ağanın beş oğlu, bir qızı ol-
muşdur. Kərbəlayi Miryaqub ağanın
bi rinci övladı Müzəffər ağadır. O, 1921-ci ildə
Sədərək kəndində Seyidlər ocağında dünyaya
göz açıb. Müzəffər ağı nın həyatı çox keşməkeşli
olub. O, öz ata-babalarının inandığına iman
gətirən bir dindar kimi Allahın lütf və inayətinə
çatmaq üçün Uca Rəbbimizin ya
xınlığını,
dostluğunu, mərhəmətini və razılığını qa zanmaq
üçün bu yolda daimi cani-könüldən çalışıb.
O, yaşadığı bu illərdə evin böyük oğlu olduğu
üçün atasına hər cür kömək edir, əkinçilik və
təsərrüfatla məşğul olurdu. Müzəffər ağanın
ömrünün ən çətin illəri Böyük Vətən müharibəsi
illərinə təsadüf edir. Belə ki, Müzəffər ağa 1941-
ci ildə vətənin müdafiəsinə yola düşür və 1945-
ci ilə qədər vətənin azadlığı uğrunda vuruşur.
O, bir neçə dəfə müharibədə ağır yaralanır.
Lakin sağaldıqdan sonra yenə də müharibənin
ön sıralarına vuruşa yola düşür. Müharibə
qurtardıqdan sonra ağa öz doğma kəndinə
qayıdır. Ağa həmişə çox təəssüflə deyirdi ki:
“Mən Ukraynanın azadlığı uğrunda gedən
döyüşlərdə qardaşım Mirəlini gördüm. Bu bizim
son görüşümüz oldu”.
Ağanın həyatında ən çətin illərdən biri də
bu olub ki, 1946-cı ildə əmisi Qəzənfər ağa və
Dostları ilə paylaş: |