100
Aynur CABBAROVA
“Kitabxana resursları və informasiya axtarış
sisteml
əri” kafedrasının dissertantı
RESPUBLİKA ELMİ PEDAQOJİ KİTABXANASI – TƏHSİL
NAZİRLİYİ KİTABXANALARININ METODİKİ MƏRKƏZİ KİMİ
Açar sözl
ər: Pedaqoji kitabxana, Metodiki mərkəz, Peşə məktəb
kitabxanaları, Orta məktəb kitabxanaları
Ключевые слова: Педагогическая библиотека, Методический центр,
библиотеки технического училища, школьные библиотеки
Keywords:Pedagogical Library, Methodical center, library, technical school,
school libraries
B
əşəriyyətin inkişafında mühüm əhəmiyyət kəsb edən təhsil,
həmişə
c
əmiyyətin diqqət mərkəzində olmuş, onun təşkili və inkişafına xüsusi qayğı
göst
ərilmişdir. Hələ lap qədim zamanlardan ilk məktəblər yaranmağa
başlayandan bu günki inkişaf etmiş sivilizasiyamızadək təhsil kitabxanaları
h
əmişə məktəblərin strukturuna daxil olmuş, onun tərkib
hissəsini təşkil
etmişlər.
Dünyanın ən qədim mədəni xalqlarından biri olan Azərbaycanda da
t
əhsil kitabxanalarının yaranması, formalaşması və inkişafı çox mürəkkəb və
ç
ətin tarixi yol keçmişdir. Belə ki, lap qədim dövrlərdən başlayaraq
z
əmanəmizə qədər fəaliyyət göstərən məktəblərin yanında təhsil kitabxanaları
yaradılmış, onların inkişafına qayğı göstərilmişdir. Kitabsız təhsil olmadığı
kimi, kitabxanasız məktəb də yoxdur.
Hazırki müstəqil və suveren Azərbaycan Respublikasının sosial-
iqtisadi t
ərəqqisi,
yeni cəmiyyət quruculuğu, xalqın milli-mənəvi dəyərlərinin,
m
ədəniyyətinin inkişafı kitabxana quruculuğunu da informasiyalaşdırılmış
c
əmiyyətin tələbləri səviyyəsinə yüksəltməyi tələb edir. Məhz buna görədir
ki, bel
ə bir strateji əhəmiyyət kəsb edən islahat mərhələsi
təhsil
kita
bxanalarının da təşəkkülünə və inkişafına, müasir durumuna da öz təsirini
göst
ərmişdir.
Respublikamızda ən böyük kitabxana şəbəkələrindən biri də
Az
ərbaycan Respublikasının Təhsil Nazirliyinə məxsusdur. Təhsil
kitabxanalarının şəbəkəsi çoxaldıqca onların qarşısında duran vəzifələr də
artmış, kitabxanaların işinin məzmununda əsaslı dəyişikliklər baş vermiş,
kitabxana işinin zənginləşməsi,
təkmilləşməsi, yeniləşməsi üçün şərait
yaranmışdır.
T
əhsil kitabxanaları uşaqların mütaliəsinə, onların tədris-trəbiyə
prosesin
ə, sinifdənkənar işlərinin təşkilinə xidmət edən
mədəni-maarif