Gerçək Təbiət Tarixi -I-
69
vəziyyətdədir. “Təbiət” (Nature) jurnalının redaktoru Henri Cinin bu ssenarini
qeyri-elmi hekayə hesab etməsinin səbəbi budur:
Təkamüllə bağlı “itmiş halqalarla” bağlı ənənəvi hekayələr də bir-birilə
ziddiyyət təşkil edir, çünki hadisələrin yeganə ehtimal olunan gedişatı var
– hekayədə ifadə edilən. Əgər hekayənizdə bir qrup balığın necə quruya
doğru iməklədiyi və ayaqlarının necə təkamül keçirdiyindən bəhs edilirsə,
bunu ancaq bir dəfə baş verəcək hadisə kimi görməkdə çətinlik çəkirik,
çünki hekayənin gedişatı budur. Hekayəyə ya etibar edəcəksiniz, ya da
etməyəcəksiniz, başqa alternativ yoxdur.
82
Təkcə təkamülün “mexanizmləri” deyil, fosil qeydləri və yaşayan
tetrapodlar üzərində aparılan tədqiqatlar nəticəsində əldə edilən tapıntılar da
təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətdə olduğunu açıq şəkildə göstərir.
Robert Karol: “nə fosil qeydləri, nə də müasir familiya cinslərindəki irəliləyişlər
üzərindəki elmi fəaliyyətlər hələ də tetrapodların bədəninə oynaqlarla bağlanan
orqan cütlərinin necə təkamül keçirdiyinə dair tam fikir söyləyə bilmir”, - deyə
etiraf etmək məcburiyyətində qalır.
83
Qurbağaların da mənşəyində təkamül yoxdur.
Bilinən ən qədim qurbağalar balıqlardan
tamamilə fərqli özünəməxsus quruluşları ilə
meydana çıxmışdır. Bugünkü qurbağalarla
eyni xüsusiyyətlərə sahibdirlər. Dominikan
Respublikasında tapılan kəhrəba içindəki qurbağa
fosili ilə yaşayan nümunələri arasında heç bir fərq
yoxdur.
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
70
Balıqlarla quruda yaşayan canlılar
arasındakı keçidi göstərdiyi iddia edilən
canlılar isə əslində müxtəlif balıq və suda-
quruda yaşayan canlı növləridir, bunların
heç birində ara keçid forması xüsusiyyəti
yoxdur.
Təkamülçü təbiət tarixçiləri,
əsasən,
rhipidistian
və
ya
selakant siniflərinə aid balıqları
dördayaqlıların əcdadı hesab edirlər.
Bunlar
crossopterygian dəstəsinə aid balıqlardır və təkamülçüləri ümidləndirən
yeganə xüsusiyyətləri üzgəclərinin digər balıqlara nisbətən “ətli” olmasıdır.
Lakin bu balıqların heç biri ara keçid forması deyil və suda-quruda yaşayanlarla
aralarında anatomik və fizioloji cəhətdən uçurumlar var.
Balıqların suda-quruda yaşayanların təkamül əcdadı hesab edilməməsinin
ən mühüm səbəblərindən biri aralarındakı çox böyük anatomik fərqlərdir. Bunun
iki nümunəsi tetrapodların mənşəyi ilə bağlı təkamül ssenarilərinin çoxunda
istifadə edilən
eusthenopteron (nəsli kəsilmiş balıq) və
aconthostegadır. (Nəsli
kəsilmiş suda-quruda yaşayan növüdür). Robert Karol “Onurğalıların təkamül
modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı
kitabında aralarında təkamül xarakterli əlaqə olduğu iddia edilən bu canlılar
haqqında belə şərh verir:
Eusthenopteron və
acanthostega balıq və suda-quruda yaşayanlar arasındakı
keçidin son mərhələsi hesab edilə bilər. Bu iki cins arasında müqayisə
ediləcək 145 anatomik xüsusiyyətdən 91-i quruda yaşamağa uyğunlaşmağa
meyilli dəyişikliklər göstərmişdir... Bu, paleozoik tetrapodların on beş
əsas qrupunun mənşəyi ilə bağlı keçidlərin hər hansı birində üzə çıxan
dəyişikliklərin sayından daha çoxdur.
84
145 anatomik xüsusiyyət üzərində 91 dəyişiklik... Təkamülçülər bütün
bunların təqribən 15 milyon illik proses ərzində bir sıra təsadüfi mutasiya
nəticəsində əmələ gəldiyinə inanırlar.
85
Bu cür qeyri-mümkün bir ssenariyə
inanmaq təkamül nəzəriyyəsini xilas etmək üçün lazım ola bilər, ancaq bu elmə
və məntiqə zidd inancdır. Eyni vəziyyət digər balıq-amfibiya (suda-quruda
yaşayan) ssenariləri üçün də keçərlidir. “Təbiət” (Nature) jurnalının redaktoru
Henri Ci
ichthyostega (
acanthostegaya çox bənzəyən xüsusiyyətləri olan nəsli
kəsilmiş suda-quruda yaşayan) üzərində qurulmuş başqa bir ssenari haqqında
belə şərh verir:
İchthyosteganın balıqlar və daha sonrakı dövr tetrapodları arasındakı itmiş
halqa olduğuna dair açıqlama daha çox ön mühakimələrimizi ortaya qoyur.
Devon dövrünə aid Kanadada
tapılan Eusthenopteron foordi fosili
Gerçək Təbiət Tarixi -I-
71
Həqiqət bizim təsəvvür etdiyimizdən daha böyük, daha əcaib və daha fərqli
olduğu zaman həqiqətin üzərində öz məhdud təcrübəmizi əsas götürərək
məhdudlaşdırılmış fikri nə cür qəbul etdirdiyimizi göstərir.
86
Suda-quruda yaşayanların mənşəyi ilə başqa diqqətçəkən digər bir
xüsusiyyət isə üç suda-quruda yaşayan kateqoriyanın ani surətdə üzə
çıxmasıdır. R.Karol “qurbağalar, əsl ayaqsızlar (
caecilidae) və salamandrların
ən qədim fosillərinin hamısı Erkən Yura dövründən Orta Yura dövrünə qədər
görünür. Hamısı hal-hazırda yaşayan xələflərinin mühüm xüsusiyyətlərindən
çoxunu daşıyır”
87
deyir. Başqa sözlə, bu heyvanlar ani surətdə üzə çıxmışlar və
o dövrdən bəri heç bir “təkamülə” məruz qalmamışdırlar.
Selakant (Cœlacanth) haqqındakı təkamülçü fərziyyələr
Selakant sinfinə aid olan balıqlar bir zamanlar balıqlar və suda-quruda
yaşayanlar arasında ara keçid forma dəlili hesab edilirdi. Təkamülçü biolqolar
bu canlının fosillərinə əsaslanaraq canlının bədənində ibtidai (tam funksiya
yerinə yetirməyən) ağciyər olduğunu irəli sürmüşdülər. Bu bir çox elmi
mənbədə verilir, hətta
selakantı dənizdən quruya çıxarkən göstərən rəsmlər də
dərc edilmişdi. Bütün bunlar canlının nəsli kəsilmiş növ olması fərziyyəsinə
əsaslanırdı.
Ancaq 22 dekabr, 1938-ci ildə Hind okeanında çox maraqlı kəşf edildi. 70
milyon il əvvəl nəsli kəsilmiş ara keçid forması kimi tanıdılan
selakant ailəsinin
latimeria növünə aid canlı üzvü açıq okeanda ələ keçdi!
Selakantın “canlı”
nümunəsinin tapılması, şübhəsiz, təkamülçülər üçün böyük şok idi. Təkamülçü
paleontoloq J.L.B.Smit: “yolda dinozavrla qarşılaşsaydım, bundan daha az
təəccüblənərdim”, - demişdi.
88
Sonrakı illərdə başqa ərazilərdə də 200-dən çox
selakant tutuldu.
Bu balıqların tutulmasıyla bu canlılar haqqındakı fərziyyələrin əsassızlığı da
başa düşüldü.
Selakant iddiaların əksinə, nə ibtidai ağciyərə, nə də böyük beyinə
malik idi. Təkamülçü tədqiqatçıların ibtidai ağciyər olduğunu düşündükləri
forma balığın orqanizmindəki yağ kisəsindən başqa bir şey deyildi.
89
Habelə
“sudan çıxmağa hazırlaşan sürünən namizəd” kimi tanıdılan
selakantın əslində
okeanın ən dərin sularında yaşayan və 180 m dərinlikdən yuxarı qalxmayan
balıq olduğu başa düşüldü.
90
Bundan əlavə,
selakantın təkamülçü KİV-lərdəki ad-sanı da aradan qalxdı.
Piter Forey adlı təkamülçü paleontoloq “Təbiət” (Nature) jurnalında dərc edilən
bir məqalədə bu barədə belə deyir:
Selakantların tetrapodların əcdadına yaxın olduğuna dair fikir uzun
müddət boyu qəbul edildiyi üçün latimerianın (canlı növünün) tapılması ilə
balıqlardan suda-quruda yaşayanlara keçid haqqında birbaşa məlumatların