Bəşəriyyət tarixin yeni bir dövrünə qədəm qoymaq‑
dadır. Bütün dünyanı əhatə etməkdə olan qlo ballaşma
və inteqrasiya prosesləri beynəlxalq münasibətlərin
forma və məzmununu dəyişir, sivilizasiyalararası dia ‑
loqu zərurətə çevirir, cəmiyyətin ümumi inkişafına
daha dinamik xarakter verir. Sovetlər çağında lobbizm
haqqında Qərb cəmiyyətində çox geniş yayılmış bu
təcrübəni birtərəfli və təhrif olunmuş şəkildə təqdim
edən çoxlu kitab və məqalələr çıxıb. “Lobbizm korrup‑
siyanın sinonimidir” sözləri uzun müddət elmi
ədəbiyyatlarda üstünlük təşkil edib.
İngilis dilinin izahlı lüğəti “Longman”da “lobbiçi‑
lik” sözünün mənası hökumət qərarlarına təsir etmək
məqsədi ilə planlanan və həyata keçirilən fəaliyyət
kimi izah edilir. Bir çox mənbələrdə qeyd edilir ki, lob‑
biçilik bir qrup hökumətin qərarlarına təsir etmək
məqsədi ilə planlanan və bu məqsədlə vətəndaş ilə
qərarverici arasında ünsiyyət vasitəsidir. Lobby – in‑
gilis dilindən tərcümədə “gözləmə salonu” adlanır.
"Lobbiçilik" isə bir fəaliyyət növüdür, "lobby" sözünün
zamanla öz mənasını dəyişməsi nəticəsində for‑
malaşmışdır. Ehtimal olunur ki, bu ifadənin
işlədilməsinin tarixi ABŞ‑ın 1869‑1877‑ci illərdə 18‑ci
prezidenti olmuş Ulysses S.Granta aiddir. General
Grant Villard otelinin lobbisində siqar çəkməyi
sevərdi. Mövcud şəraitdən istifadə edən “siyasi
alverçilər” müəyyən məsələləri həll etmək üçün
onunla danışıqlara girib müvafiq qərarın qəbul olun‑
masına çalışırdılar. Bu işlə məşğul olan “siyasi
alverçilərə” “lobbiçi”, bu fəaliyyətə isə "lobbiçilik"
fəaliyyəti adı verildi.
Qeyd edək ki, lobbi Qərb sisteminin ən mühüm in‑
stitutlarından olub, qanunların və digər dövlət
əhəmiyyətli qərarların qəbul edilməsi məqsədilə
qanun çərçivəsində hüquqi fəaliyyətdir. Bu cür
fəaliyyət hər bir dövlətin xarici siyasətinin əsas is‑
tiqamətlərindən biridir. “Maraq qrupları”nın
hərəkətlərinin bütün ölkələrdə öyrənilməsinə baxma‑
yaraq, demək olar ki, lobbiləşdirmə prosesinin bütün
tədqiqatları Birləşmiş Ştatlarda mərkəz ləşdirilmişdir.
Həmin hadisə nəinki ilk dəfə bu ölkədə təşəkkül tap‑
mışdır, hətta bu gün xeyli adam öz həyatını bu
fəaliyyətə həsr edərək peşəkar səviyyədə lobbiçiliklə
məşğuldur. Qərb ölkələrində lobbiçilik funksiyasını
yerinə yetirən bir çox adamlar bunu özlərinin əsas
işlərinə əlavə olaraq, maraq qrup larının və ya həmkar‑
lar birləşmələrinin rəsmi nümayəndəsi kimi yerinə
yeti rirlər. Hər hansı bir ölkədə lobbizmin inkişafı və
iqtisadi inkişaf səviyyəsi, həmçinin həmin ölkədə for‑
malaşmış siyasi və dövlət ənənələri ilə müəyyən olu ‑
nur. Ancaq şübhə yoxdur ki, cəmiyyətin yüksək inkişaf
səviyyəsi lobbizmin peşəkar formada daha da mədəni
səviyyədə fəaliyyətini şərtləndirir.
Bu cəmiyyətdə isə güclü olmaqda maraqlı tərəf
kimi çıxış edən, inkişaf etməkdə olan və üçüncü dünya
ölkələri iri dövlətlərdə təmsil olunmaq məqsədi ilə
müxtəlif təbliğat və tanınma vasitələrinə əl atırlar. Bun‑
lara PR, lobby və advocacy (müvəkkilik) kimi an‑
layışlar daxildir ki, biz onları bir‑birindən fərqləndirən
xüsusiyyətləri aşağıdakı qaydada təqdim edə bilərik:
Birləşmiş Ştatlarda lobbiçiliyin inkişafının ilkin
mərhələsində bəzi qruplar öz emissarlarını (lobbiçiləri)
hakim dairələrə yeridərək rəqabət prose sin də üstünlük
əldə etməyə çalışmışlar. Həmin mərhələdə lob‑
biləşdirmə daha çox lobbiçilər və qərar qəbul edən
rəsmi şəxslər arasındakı qarşılıqlı münasibətlərin
funksiyası idi. Daha bacarıqlı lobbiçiləri olan qrupların
öz məqsədlərinə çatması üçün daha çox şanslar var idi.
Halbuki bu imkandan məhrum qruplar əlverişsiz
vəziyyətə düşür və özlərinin şəxsi peşəkar lobbiçilərini
əldə etmək məcburiyyətində qalırdılar. Tədricən pay‑
taxtda və ştatlarda dövlət hakimiyyəti mərkəzləri
hakim dairələrlə birbaşa şəxsi əlaqələr yaratmaq
imkanları axtaran lobbiçilərlə dolmuşdur. Lobbiçilərin
az olduğu dövrlərdə xarakterik olan bilavasitə əlaqə
üçün imkanlar yox oldu.
Bilavasitə əlaqələr üçün yolların azalması ilə rast‑
laşan lobbiçilər dolayı yolla kommunikasiya va‑
sitələrinə əl atmış, vasitəçilərdən istifadə etməyə
başlamışlar. Onların fikrincə, vasitəçilərin lazımi şəxs‑
13
CONTEXT
|
4/
2012
Lobby
Advocacy
PR
Subyektləri
Dövlət
hakimiyyəti
orqanları
Dövlət hakimiyyəti
orqanları + istənilən
yerli və ya xarici
struktur
Dövlət hakimiyyəti orqanları
+ istənilən yerli və ya xarici
struktur + idarənin şəxsi
personalı, əhali
Fəaliyyət
Maraqların müdafiəsi (yeridilməsi)
Maraqların müdafiəsi
(yeridilməsi) + buna imkan
yaradan əlavə şəraitin
yaradılması istiqamətində iş
lərlə daha etibarlı və yaxın əlaqələri vardır. Bu əlaqələr
onların dostları və qohumları vasitəsilə yaradılır. Bun‑
dan əlavə, onlar hər hansı siyasətçinin əleyhinə və ya
lehinə geniş ictimai fikrin olması təəssüratını yaratmaq
məqsədilə kütləvi şəkildə məktub və teleqramların
göndərilməsini təşkil etməyə başlamışlar. Bu və ya
digər siyasi fikirləri də yişmək (və ya dəstəkləmək)
məqsədilə televiziyada, radioda və qəzetlərdə
genişmiqyaslı kampaniyalar təşkil edilirdi. Taktikanın
dolayı yollara əl atmaqla dəyişdirilməsi “kökdən lob‑
biləşdirmə” (“Lobbing at the grass roots”) adını
almışdır. Vaşinqtonda lobbiləşdirmənin müasir
təcrübəsi bilavasitə və dolayı üsulların qarışığından
ibarətdir. Fikirlərini şəxsən ifadə etmək kimi bilavasitə
üsullara lobbiçilərin əksəriyyəti üstünlük verir, ancaq
bunlara həmişə etibar etmək olmaz; heç vaxt lazım
olan anda rəsmi şəxslərlə əlaqə yaratmağa təminat ver‑
mək olmaz. Lobbiçilər bilavasitə metodlar təsirsiz
qaldıqda, dolayı üsullara əl atırlar.
Müasiri olduğumuz əsrdə prioritet sayılan, daim
gündəmdə yer alan məsələlərdən biri də lobbiçilikdir.
Bu fəaliyyət dünyanın hər yerində aktual məsələyə
çevrilir. “Lobbi institutları hər hansı bir xalqın, dövlətin
və yaxud hər hansı birliyin və ya müəssisənin
maraqlarını güdən siyasiləşmiş ordudur”, desək,
yanılmarıq. İstər Şərq‑Qərb, istərsə də okeanın o tayı
olan Amerikada bu sahə üzrə fəaliyyət göstərən instan‑
siyalar, istər dövlət, istərsə də qeyri‑hökumət orqanları
lobbi işini müxtəlif maraqlar istiqamətində qururlar.
Lobbi artıq beynəlxalq münasibətlərin bir elementi
hesab olu nur. Elə dövlətlər var ki, lobbi fəaliyyəti ilə
bağlı xüsusi dövlət proqramı qəbul edirlər. Bu proq ‑
ramda lobbiyə, əsasən, başqa ölkədə informasiya
daşıyıcısı olmaqla, siyasi tələblərin yerinə yetirilməsi,
eyni zamanda beynəlxalq münaqişələrin həlli faktoru
kimi böyük diqqət yetirilir. Lobbi hər hansısa bir
məsələnin gündəmdə yer alması, onun ictimaiyyət
arasında yayılması və təbliğ olunmasında vasitədir.
Müstəqilliyinin ilk illərindən etibarən azərbaycan‑
lıların təşkilatlanması məsələsi ilk növbədə ideo loji və
tarixi əhəmiyyət daşıyan bir problem idi. Buna nail
olmaq üçün Azərbaycan dövlətinin ideya‑siyasi
təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi
nüfuzuna güclü inam formalaşdırmaq tələb olu nurdu.
Bir sözlə, dünyanın müxtəlif yerlərində məskunlaşmış
azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaş‑
ması, lobbiçiliyin təşkili Azərbaycanın xarici siyasə‑
tinin prioritet istiqamətlərindən birinə çevrildi.
Azərbaycan dövlətinin xarici ölkələrdə tanınması
məsələsi gündəmə gəldi və bu zaman “Lobbi” termini
elmdə müxtəlif mənalarda işlənməyə başlandı. Bəzən
bu termini diaspor mövzusu ilə qarışıq salanlar da
olurdu. Lakin zaman keçdikcə, Azərbaycanın beynəl ‑
xalq əlaqələri genişləndikcə Azərbaycan lobbisinə
ehtiyacın duyulması mövzunun elmi səviyyədə
öyrənilməsinə şərait yaratdı.
Azərbaycan lobbisinin formalaşması prosesi çox
çətin olsa da, onu idarə etmək, Azərbaycanın ümdə
mənafelərinə uyğunlaşdırmaq, bu sahədə
məqsədyönlü, ardıcıl iş aparmaq, dövlət qayğısı
göstərmək lazımdır. Əks halda lobbiçiliyin formalaş‑
ması prosesi kortəbii şəkildə davam edə bilər, ona təsir
göstərən mühüm amillər arasında müxtəlif qeyri‑
obyektiv amillərə rast gəlmək mümkün olar ki, onlar
da bu mütərəqqi prosesin inkişafına çox mənfi təsir
göstərər.
Azərbaycan lobbisinin formalaşmasında xalqın,
millətin, dövlətin özü maraqlı olmalıdır, onun
fəaliyyəti daim diqqət mərkəzində saxlanılmalıdır. Bu
lobbi təşkilatlarının məqsəd və vəzifələri onun
fəaliyyətini tənzimləyən şəxslərə tam aydın olmalıdır
ki, onlar bu istiqamətdə öz işlərini qura bilsinlər.
Azərbaycan lobbisinin yaranması, formalaşması ilk
növbədə, diasporun fəaliyyətindən asılıdır. Avropanın,
eləcə də dünyanın elə dövlətləri var ki, burada mövcud
olan diaspor təşkilatları çox güc lüdürlər. Onlar artıq
bu ölkələrdə lobbi kimi çıxış edib, Azərbaycanın milli
mənafelərini yüksək səviyyədə müdafiə və təmsil
etmək qabiliyyətinə malikdirlər. Lakin elə ölkələr də
var ki, orada yaşayan həmvətənlər hələ heç diaspor
halında birləşə bilmirlər. Əlbəttə, belə ölkələrdə nəinki
lobbiçiliyin formalaşmasından, hətta diaspor halında
mövcudluğundan belə söhbət gedə bilməz.
Hesab edirik ki, bir çox ölkələrin lobbi təc
rü
‑
bəsindən irəli gələrək, Azərbaycan xaricdə lobbi mexa ‑
nizmini yaratmaq üçün aşağıdakı fəaliyyət növlərinə
xüsusi diqqət versə, uğurlu nəticələr əldə etmiş olar;
6.1. Siyasət planlama və strategiya inkişaf etdirmə:
Qanun qəbuletmə müddətində siyasi təşəbbüs üzərinə
uyğun strateji planlar hazırlamaq və uyğun xüsusi
hədəflər qoymaq;
6.2. Qanun müdafiəçiliyi: Lobbi fəaliyyətləri müd‑
dətində analizlər edərək əhəmiyyətli güc mərkəzləri,
konqres üzvləri və digərləri ilə yığıncaqlar təşkil
edərək doğru məlumatlara çatmasını və qərar mexa ‑
nizmlərinin istiqamətləndirilməsini təmin etmək;
6.3. Müşahidə etmə və hesabat: Davam etməkdə
olan qanun qəbuletmə müddətindəki inkişafların
təqibi və araşdırmalar edilərək təxminlər yürüdülməsi;
6.4. Hüquqi analiz: Dövlətimizə təsir edən qanun‑
ların incələnməsi, lazım olan dəyişikliklərin təyin
olun ması və tələblərə uyğun qanun maddələrini hazır‑
lanması;
6.5. Koalisiya və kampaniya təşkilatı: İcra edil mə ‑
kdə olan kampaniyalar mövzusunda digər təşkilatlar‑
dan kömək almaq, yığıncaqlar təşkil etmək, ortaq
hərəkət nöqtələri təyin etmək.
www.aaa.org.az
LOBBİÇİLİK ANLAYIŞINA QISA BAXIŞ
14