9
CONTEXT
|
4/
2012
PAŞA Bank və “Junior Achievement Azərbaycan”
Bakı və Quba gəncləri üçün
biznes təlimləri keçirir
PAŞA Bank ASC və “Junior Achievement Azərbay‑
can” təşkilatı Bakıda və Qubada yaşayan gənclər
tərəfindən kiçik və orta müəssisələrin yaradılmasına
dəstək verən “Davamlı Müəssisənin İnkişaf Pro‑
qramı”nı uğurla davam etdirir. Proqramda iştirak
üçün sahibkarlıq fəaliyyəti ilə maraqlanar, bu işlə
məşğul olan tələbə, çalışan və ya işsiz gənclərdən
ibarət 200‑dən artıq ərizəçidən 60 nəfər seçilmişdir.
Aprel ayında başlanan proqram sahibkarlıq, işə
hazırlaıq və işgüzar etika üzrə biznes təlimlərilə
davam etdirilir. “JAA” təşkilatı tərəfindən təlimat‑
landırılmış mütəxəssislərin keçirdiyi təlim proqramı
iştirakçılara uğurlu sahibkarlıq fəaliyyətinin əsas ele‑
mentlərini, bazar riskləri və rəqabət bacarığını, məh‑
sulu seçdikdə onun bütün müsbət və mənfi
xüsusiyyətlərinin qiymətləndirilməsini, biznes planın
düzgün yazılmasını və fərdi sahibkarlığı
maliyyələşdirən investorların üstünlük verdiyi amil‑
lərin tədqiqatını öyrədir.
Təlim proqramıyla yanaşı, təşkilatçılar proqram
iştirakçıları üçün yerli biznes və bank sektorunun nü‑
mayəndələri ilə mütəmadi görüşlər təşkil edirlər. Bu
görüşlər vasitəsilə iştirakçı gənclər fərdi biznes sek‑
torunun tələb və çətinlikləri haqqında bilavasitə
məlumat alır, maliyyə və investorların cəlbetmə kanal‑
larını tədqiq edir, biznesi davamlı saxlayan bütün
mühüm komponentlərin nəzərə alınmasını öyrənirlər.
“Davamlı Müəssisənin İnkişaf Proqramı” kiçik və
orta sahibkarlığın inkişafına, maliyyə imkanlarının
əldə edilməsinə və sağlam biznes mühitinin formalaş‑
masına köməklik göstərmək məqsədi daşıyır. Pro‑
qramın sonunda iştirakçı gənclər müəssisələrinin
istehsal etdiyi məhsul və xidmətləri sərgi tipli tədbirdə
təqdim etmək imkanı əldə edəcəklər.
PAŞA BANK VƏ “JAA” TƏŞKİLATI BAKI VƏ QUBA GƏNCLƏRI ÜÇÜN BİZNES TƏLİMLƏRİ KEÇİRİR
İLK DƏFƏ NAVİQATOR SİSTEMİ İLƏ
RUMINİYADA TANIŞ OLDUM
Buxarestdə, aeroportdan otelə gedərkən taksidən
istifadə etməli oldum. Taksiyə minəndə maşının
içindən “xırıltılı” səslər gəlməyə başladı. Maşına
mindiyim andan mehmanxanaya gedənə kimi rumın
dilində danışanın robot olduğunu anladım. Onu da
bildim ki, sürücü gedəcəyimiz ərazinin adını xüsusi
aparatla səsləndirir və aparatdan cavab gözləyirdi.
Aparatdan aldığı cavab sürücünü qane edirdi. Çünki
gedəcəyimiz yerdə yerləşən mehmanxana aparat va‑
sitəsi ilə sürücüyə dəqiq təsvir edilirdi.
Mehmanxanada bir gün qaldıqdan sonra, növbəti
gün yenidən taksi ilə Azərbaycan səfirliyinə getməli
oldum. Yenə “xırıltılı” səslər gəlsə belə, maşında
robot olmadığından əmin idim. Axşamüstü səfir‑
likdən dəmiryol vağzalına xüsusi maşınla getdim.
Xüsusi maşın gördüyüm taksilərdən fərqli idi.
Maşında həm danışan, həm də yolu göstərən aparat
vardı. Bu aparat naviqator idi. Naviqator dəmiryol
vağzalına gedəcək qısa yolu sarı rəngdə işarələr ilə
göstərərək sürücünün işini asanlaşdırıdı. Bundan
başqa, yolda radar olar sa, hər hansısa yolda təmir,
tıxac olarsa, naviqator
sürücüyə
xə bər darlıq
bil dir məklə dəqiq mə ‑
sa fəni göstərir.
SÜRÜCÜNÜN
ƏN YAXIN
YOLDAŞI ‑
NAVİQATOR!
Naviqatorlar
Azərbaycanda geniş yayıl‑
mayıb. Hətta belə bir stereotip də formalaşıb ki, navi ‑
qatordan istifadə edən sürücülər el içində “xam”
kimi adlandırılır. Təəssüf ki, bu stereotip gündən‑
günə yenilənən və daim təkmilləşən Azərbay‑
canımızda çox güclüdür. Amma Avropada
tək milləşmə və yenidənqurma tempi bizə nisbətən
daha zəif olmasına baxmayaraq, hər bir
sürücüdə naviqator var. Naviqatorlar
Azərbaycanda yardımçı funksiyasından
daha çox yaraşıq vəzifəsini daşıyır. Azər‑
baycanlı sürücülər unudurlar ki, naviqatorlar,
hətta onların hə yatlarını belə xilas edə bilər.
Ümumiyyətlə, naviqatorlarla Azərbaycan insanı
ABŞ və Avropa istehsalı olan filmlər vasitəsi
ilə tanış olub. Filmlərdə bu qeyri‑
www.aaa.org.az
İNSANI YOL, YOLU DA NAVİQATOR TANIYAR!
10
İNSANI YOL,
YOLU DA
NAVİQATOR
TANIYAR!
Elşən Gəncəvi
Bakalavr ‑ Azərbaycan Dövlət İqtisad Universiteti,
Beynəlxalq İqtisadi Münasibətlər
Magistr ‑ Timişiora Qərb Universiteti, Siyasi Elmlər
Gun.Az İnformasiya Agentliyində müxtəlif sosial və
ictimai mövzularda müəllif yazıları ilə çıxış edir.
adi sistemlər insana rahatlıq və səmərəlilik təsəvvürü
yaradır. Azərbaycanın dünya standartlarına cavab
verən yolları ilə yanaşı, naviqator sistemləri Azərbay‑
can yollarının keyfiyyətliliyinə təminat verir.
Bütün bu məsələlərlə yanaşı, meqapolisə çevrilən
Bakı şəhərində gündəlik yaranan, bir neçə saata
yaxın ömrü olan tıxac problemi Azərbaycan
sürücüləri üçün yenilik deyil. Lakin təsəvvür edin ki,
bu tıxaclarda işə gecikən zaman itirilən pullar deyil,
təcili tibbi yardımla və ya şəxsi maşınla xəstəxanaya
aparılan bir yaxınınızdır. Bu an tıxaclar insan nifrə ‑
tinə tuş gələ biləcək yeganə obyektə çevrilir. Tıxac
nəticəsində itirilən pul, əsəb, sağlamlıq və stressdir.
Bu zaman günahkardan çox, pozitiv düşünüb çıxış
yolu tapmaq lazımdır.
ÖZÜNÜZƏ YOLDAŞ SEÇİN!
Nə yaxşı olardı, hər gün avtomobilinizi
“xod”layıb istənilən yerə gedərkən arxalandığınız bir
yoldaşınız sizə zəng vurub, gedəcəyiniz yolun
üstündə harada təmir işləri getdiyin, harada tıxac
olduğunu bildirsin. Əfsuslar olsun ki, belə diqqətlə
çox nadir halda üzləşirik.
Amma insafla deyə bilərik ki, Bakıda istənilən
yerə getmək üçün bir deyil, bir neçə alternativ yollar
var. Ən əsası, bu barədə sizə gün ərzində məlumatlar
ötürən, naviqator xidmətini yerinə yetirən həmkarlar
var.
SONDA...
Naviqator sistemi bütün dünyanın gündən‑günə
formalaşan və yenilənən xəritəsinə uyğunlaşdırılır və
daim yenilənir. Bu gün Bakıda yeni ticarət mərkəz ‑
ləri, kafelər, restoranlar, otellər, əyləncə yerləri,
klublar artmaqdadır. Artıq Bakı kimi şəhərdə yol
soruşmağı “xamlıq” kimi qiymətləndirmək bir qədər
gülünc olardı. Məncə, 40‑50 ilin sürücüləri artıq in‑
gilis və italyan dilində olan məntəqələri tapmaqda
çətinlik çəkirlər. Amma naviqator sistemində bu da
var. Yetər ki, adını qeyd edəsiniz.
Naviqatorlar durmadan müasirləşən və
avropalaşan Azərbaycan yollarının, küçələrinin pro‑
fessional bələdçisidir. Yetər ki, sürücülər naviqator‑
ları özlərinə yoldaş seçsinlər. Çünki naviqatorlar
sürücünün ən etibarlı yol yoldaşıdır. Necə deyərlər,
insanı yolda tanıyarlar. Bu, naviqatorlara da aiddir.
Əminliklə deyərdim ki, naviqatorlar sizi tıxac ‑
larda qalmaqdan, stressdən azad edəcək, işlərinizə
yardımçı, ailənizə yaxın dost, sizə də yol yoldaşı ola‑
caq.
11
CONTEXT
|
4/
2012
Dostları ilə paylaş: |