MəMMƏdov qəRİb xəLİlov mahmud


Øÿêil 6.12. Òÿáèè åêîñèñòåìëÿðèí òÿñíèôàòû



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə58/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   54   55   56   57   58   59   60   61   ...   228

 

98

 



Øÿêil 6.12. Òÿáèè åêîñèñòåìëÿðèí òÿñíèôàòû 

Tundra faunasının səciyyəvi xüsusiyyətləri həyat şəraitinin sərtliyi ilə əlaqədar həddindən artıq yoxsulluğu

bəzən müstəqil cinslərə məxsus olan endemlərin olması, həmçinin yekcinslik və bir çox heyvanların dənizlərlə 

əlaqədar olması (quş «bazarlarında» yaşayan quşlar, ağ ayı  və b.) və s.-dir. Onurğalı heyvanların  əksəriyyəti 

qışda tundranı  tərk edir; yalnız bir qismi, məsələn, lemminqlər qar altında yaşayaraq sağ qalırlar. Tundra 

faunasının tərkibinə adi və  dırnaqlı lemminqlərin endem növləri,  əsasən, tundranın cənub hissəsində yaşayan 

bəzi tarla siçanları, ağ dovşan, tundra tülküsü və gəlincik daxildir; tülküyə, cavanara, ağ və qonur ayıya təsadüf 

olunur,  şimal maralı xarakterikdir. Quşlardan ağ  kəklik, tundra kəkliyi, ağ qaz, ağ bayquş,  şimal sərçəsi, 

laplandiya yol torağayı endem sayılır. Sürünənlər azdır, bəzi qurbağalara təsadüf olunur; qızılbalıqkimilər 

çoxdur.  



 

7.1.2. Boreal (şimal) iynəyarpaqlı meşələr – mülayim iqlim zonasının  şimal hissəsində yayılmışdır. Bu 

iynəyarpaqlı meşələr tayqa adlanır (türk dillərində tayqa meşəli dağ deməkdir). Tayqada qış soyuq, qar örtüyü 

uzunmüddətli, çox şaxtasız dövr nisbətən qısa (orta temperatur iyulda 10-18

0

C), yağıntı buxarlanmadan çox 



olur. Tayqa meşələri Şimali Avrasiyada və Şimali Amerikada çox geniş sahə tutur. Tayqa meşə qruplaşmaları 

tündiynəyarpaqlı  ağac cinslərindən  (küknar, ağşam)  Sibir sidr şamı (Sibir sidr ağacı) və açıqiynəli ağac 

cinslərindən (qaraşam və şam – əsasən qumlu torpaqlarda) təşkil olunmuşdur. Tündiynəli meşələrin quruluşu 

sadə olub bir-iki-üç ağac yaruslu, mamır yarusu, bəzən ot və ya ot-kol yarusundan ibarət olur. Çox gövdəli olur. 

Tündiynəyarpaqlı meşələr xüsusi mikromühitə malik olub küləksiz, açıq sahəyə nisbətən temperatur yüksək 

qalın qar örtüyü sərt qış dövründə heyvanat aləminin sağ qalmasına şərait yaradır.  

Tökülən iynələr yavaş parçalanır, odur ki, torpaq podzol profilli olur. Torpaqda kifayət qədər çoxlu xırda 

orqanizmlərin populyasiyaları yaşayır, yarpağı tökülən meşələrə, çəmən və bozqırlara nisbətən bir qədər iri 

torpaq orqanizmlərinə az rast gəlinir. Tayqada iri heyvanlardan ayı, canavar, otyeyənlərdən sığını göstərmək 

olar. Bu meşələrin faunası üçün toxum fondunun və iynələrin böyük əhəmiyyəti var: toxumlarla quşlar, dələlər, 

burunduq və digər gəmiricilər, iynələrlə isə  həşəratlar qidalanır. Quşlardan Sibir xoruzu, bonazi tetrası, sidr 

quşu, ağacdələn, tüklüayaq yapalaqları qeyd etmək olar. İnsan fəaliyyəti nəticəsində (meşələrin qırılması, 

yanğınlar) tayqa faunası əsaslı surətdə dəyişmişdir, bir növ artmış, digəri azalmış, yeni növlər peyda olmuşdur.    

 



 

99

7.1.3. Mülayim zonanın yarpağı tökülən meşələri (enliyarpaq meşələr).  Tayqa meşələrindən cənubda 

yerləşir. Bu meşələr mülayim iqlim şəriatində bitir, illik yağıntıların miqdarı 700-dən 1500 mm qədər təşkil 

edir. Mülayim temperatura və aydın seçilən mövsümlərə malikdir. İlk vaxtlar enliyarpaqlı meşələr  şimali 

Amerika, bütün Avropa, Yaponiyanın bir hissəsi, Avstraliya və  Cənubi Amerikanın cənub hissəsində geniş 

ərazilər tuturdu. Beləliklə, bu meşəlik bir-birindən yüksək dərəcədə təcrid olunduğundan növ tərkibi tundraya 

nisbətən zəngindir. ABŞ-ın mərkəzi rayonlarının  şimal hissəsində  fıstıq-ağcaqayın meşələri, Viskonsin və 

Minnosetdə  ağcaqayın-cökə meşələri, ABŞ-ın qərb və  cənub  ştatlarında palıd və gikori meşələri, Appalaç 

dağlarında palıd-şabalıd meşələri yayılmışdır. Avropa, Asiya, o cümlədən Cənubi Qafqaz regionlarında bu 

meşələrdə fıstıq, palıd növləri, vələs, cökə, şabalıd, qovaq və s. ağac cinsləri üstünlük təşkil edir.  

Enliyarpaq meşələrin yarus quruluşu iynəyarpaqlı meşələrə nisbətən xeyli mürəkkəb olub üçə qədər ağac 

yarusu, kol və ot yaruslarından təşkil olunmuşdur.  Şimali Amerikanın ilkin meşələrində  məskunlaşan 

heyvanlardan maral, boz və qara dələlər, sığın, boz tülkü, Amerika vaşağına rast gəlinir. Ornitofauna müxtəlif 

və zəngindir.  

Enliyarpaq meşələr zonasında iynəyarpaqlılardan  şam meşələrinə  də rast gəlinir.  İnsan sivilizasiyasının 

olduqca inkişaf etməsilə  əlaqədar olaraq enliyarpaq meşələrin pozulmamış sahələrinə  təsadüf etmək çətindir. 

Onların əksər hissəsi mədəni (kənd təsərrüfatı) qruplaşmaları ilə əvəz olunmuşdur.  

 

Həmişəyaşıl enliyarpaq subtropik meşələr 

Yüksək rütubətlik və yay-qış temperaturlarında az fərq olan ərazilərdə yarpağını tökən meşələr yerini 

enliyarpaq həmişəyaşıl meşələrə verir. Belə meşələr Mərkəzi və  Cənubi Yaponiyada, Floridada, Meksika 

körfəzi boyu, Atlantikanın cənub sahillərində bitir. Bu meşələrdə  palıd növləri, maqnoliya, dəfnə,  əncir 

dominantlıq edir, palmaya da çox rast gəlinir. Lianlar və epifitlərlə zəngindir. Çoxlu ayıdöşəyi, səhləb çiçəyi, 

ananas növləri bitir.  



 

7.1.5. Mülayim zonanın bozqırları (çölləri) 

Meşə və səhra zonaları arasında geniş açıq sahələri tutur, illik atmosfer yağıntılarının miqdarı 250-dən 750 

mm-ə  qədər təşkil edir. Bozqırlar Avropa, Şimali Amerika (prerilər), Cənubi Amerikanın cənubunda 

(pampaslar), Avstraliya, Yeni Zenlandiya (tussoklar) geniş  əraziləri tutur. Bozqır bitki örtüyü əsasən kserofil 

xarakter daşıyır. Çəmənəmələgətirən taxıl otları üstünlük təşkil edir. Bozqırlarda efemerlər çoxdur. Nəhayət 

bozqırlar üçün kol bitkiləri də səciyyəvidir.  

Bozqırlarda heyvanlar cüt və koloniya həyat tərzi keçirirlər. Cüt yaşayan heyvanlar (marmot, sünbülqıran, 

çöl siçanı) çoxluq təşkil edir. Cüt yaşamayan heyvanlar sürü əmələ  gətirir. Bozqır biosenozunda dırnaqlılar 

(sayqaklar, əvvəllər vəhşi at - tarpan) əsas rol oynayır. Bozqırlarda hədsiz mal-qara otarılması nəticəsində bozqır 

bitki örtüyü deqradasiyaya uğrayır, praktiki olaraq bütün çoxillik bitkilər sıradan çıxır, səhralaşma prosesi baş 

verir, pis yeyilən yovşan və digər kserofil bitkilər peyda olur.  

Bozqır ekosistemlərin torpağı meşə torpağından,  əsasən yüksək humusluğu ilə  kəskin seçilir. Ot (taxıl) 

bitkiləri ağaclara nisbətən az ömürlü olub torpağa humus şəklində çoxlu miqdarda üzvi birləşmələr daxil olur və 

humusəmələgəlmə sürətlə, minerallaşma isə yavaş gedir. Ən məhsuldar torpaq sayılan – qaratorpaq belə yaranır.  

Rusiyanın çəmən-bozqırlarında biokütlə 2500 sent/ha, quru bozqırlarda 1000 sent/ha təşkil edir. Kserofil 

qruplaşmaların məhsuldarlığı 100-200 sent//ha, aridlik çoxaldıqda isə 50-100 sent//ha-ya enir (Voronov, 1988).  

Hazırda bozqır ərazilərin böyük hissəsi taxıl bitkiləri, mədəni otlaqlar və ya süni ağaclıqlar altındadır.  

Azərbaycan Respublikasında bozqır ekosistemlərə Böyük Qafqazda – bozqır yaylada və Kiçik Qafqazın 

orta və aşağı dağ zonasında rast gəlinir. Burada yarımsəhra bozqır bitkiləri yayılmışdır. Ağac və kol növlərindən 

qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq armud, iberiya ağcaqayınına rast gəlinir. Qəhvəyi bozqırlaşmış 

boz-qəhvəyi və  şabalıdı torpaq tipləri yayılmışdır. Tədqiqatçıların fikrincə  Cənubi Qafqazda, o cümlədən 

Azərbaycanda ilkin bozqır yoxdur və müasir bozqır ekosistemlərinin mövcudluğu meşə örtüyünün yox edilməsi 

ilə əlaqədardır.  

 

7.1.6. Səhra ekosistemləri – mülayim, subtropik və tropik qurşaqlarda yayılmışdır. Asiya, Afrika, 

Avstraliya,  Şimali və  Cənubi Amerikada geniş  əraziləri tutur. Torpaq və qruntun xarakterindən asılı olaraq 

qumlu, çaqıl daşlı və qumlu çaqıl daşlı, çınqıllı, gipsləşmiş, daşlı, gillicəli, löslü, gilli-takırlı, gilli bedlendli və 

şoranlı  səhralar ayrılır. Xüsusi Arktika (buz səhrası) səhrası  da  var.  Səhralarda yayın temperaturu yüksək və 

sutkalıq ampliutuda böyük olur. Ən isti ayda orta temperatur Orta Asiya (Qaraqum, Qızılqum) və  Şimali 

Amerika səhralarında 30-40

0

C-yə çatır. Maksimum temperatur Orta Asiya səhralarında 50



0

C, Ölüm dərəsində 

(ABŞ) 56,7

0

C, Liviya səhrasında və  Ərəbistan yarımadası  səhralarında 58



0

C-dir. Havanın, xüsusilə torpağın 

temperaturunun sutkalıq amplitudası çox vaxt 50

0

C-dən artıq olur. Qum örtüyü gündüzlər 90



0

C-dək qızır. İllik 

yağıntı  səhraların çoxunda 100-200 mm, bəzi yerlərdə 50-100 mm və daha azdır (Təklə-Məkan səhrasında 9 

mm), ayrı-ayrı rayonlarda bəzən bir neçə il yağış yağmır. Səhralar çox yerdə bitkisizdir. Bitki örtüyündə 

efemerlər, efemeroidlər, sukkulentlər, halofitlər səciyyəvidir.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə