Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Sahə həkim –pediatrın nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı sahə həkimi-pediatrın vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Sahə həkimi-pediatr vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir.
3.
Sahə həkimi-pediatr Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Sahə həkimi-pediatr bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə
tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Sahə həkimi-pediatr aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.2. xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və
təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin
əsaslarını;
5.3. öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın
müasir metodlarını;
5.4. pediatriya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı
məsələləri;
5.5. öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik
sənədləri;
5.6. tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;
5.7. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial
ekspertizanın aparılması qaydasını;
5.8. dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
5.9. tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin
fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;
5.10. həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın
əsaslarını;
5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və
laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;
5.12. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;
5.13. sanitar-maarifləndirmənin əsaslarını;
5.14. daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.
2
II.
Vəzifə öhdəlikləri
6.
Sahə həkimi-pediatr ona təhkim edilmiş sahənin uşaq əhalisinə tibbi
xidməti göstərir.
7.
Uşaqların fiziki və əsəb-psixi inkişafına dinamik tibbi müşahidəni aparır;
8.
Evdə və ambulator şəraitdə diaqnostika və müalicə işini aparır;
9.
Yeniyetmələrin reproduktiv sağlamlığının mühafizəsi üzrə işi həyata
keçirir;
10. Yenidoğulmuşların və erkən yaşlı uşaqların müəyyən edilmiş
müddətlərdə ilkin patronajını keçirir;
11. Erkən yaşlı uşaqların profilaktik baxışlarının keçirilməsini təşkil edir və
onlarda iştirak edir;
12. Müalicəvi-sağlamlıq tədbirləri kompleksini işləyib hazırlayır, rejimin,
səmərəli qidalanmanın yerinə yetirilməsinə, uşaqlarda alimentar pozuntular, raxit,
anemiya və başqa xəstəliklərin profilaktikası üzrə tədbirlərin vaxtında keçirilməsinə
nəzarəti təmin edir;
13. Hospitallaşdırmaya müvafiq göstərişlər zamanı uşaqların vaxtında həkim-
mütəxəssislərə məsləhətə göndərilməsini təmin edir;
14. Uşaqların immunoprofilaktikasının aparılmasını təmin edir;
15. Dispanser nəzarətində olan xronik patologiyalı uşaqların dinamik
müşahidəsini, onların vaxtında sağlamlaşdırılmasını və dispanser müşahidəsinin
effektliliyinin təhlilini aparır;
16. Uşaqların sağlamlıq müəssisələrinə qəbul olunmasına hazırlığı təmin
edir;
17.
Sosial riskli uşaqlar və ailələr haqqında məlumatların uşaq
poliklinikalarının tibbi-sosial yardım bölmələrinə, qəyyumluq və himayəçilik
orqanlarına daxil olmasını təmin edir;
18. Əlil uşaqların fərdi reabilitasiya proqramlarının yerinə yetirilməsini təmin
edir;
19. Uşaqların sanatoriya-kurort müəssisələrinə göndərilməsinin zəruriliyi
barədə rəy verir;
20. Uşaqlarda B və C hepatiti, İİV infeksiyalarının profilaktika və ilkin
aşkarlanması üzrə tədbirlərin keçirilməsini təmin edir;
21. Neonatal skrininq nəticəsində aşkar olunmuş irsi xəstəlikli uşaqların
dispanser müşahidəsini və göstərilən kateqoriyalı uşaqları olan ailələrin patronajını
həyata keçirir;
22. İnfeksion xəstəlik və peyvənddən sonra ağırlaşma hallarında məlumatı
ərazi üzrə aidiyyəti orqanlara vaxtında göndərir;
23. Hərbi xidmətə hazırlıq dövründə gənc oğlanlara tibbi yardımı təmin edir;
24. Uşaqların sağlamıq vəziyyəti nəzərə alınmaqla həkim məsləhətləşməsi və
peşəkar istiqamət üzrə işi aparır;
25. Müvafiq yaşa çatma ilə bağlı uşaqların aidiyyəti poliklinikaya keçirilməsi
üzrə tibbi sənədləşdirmənin hazırlanmasını aparır;
26. İlkin tibbi-sanitar yardımı göstərilməsini həyata keçirən orta tibb
heyətinin fəaliyyətinə rəhbərlik edir;
3
27. Həkim pediatriya sahəsinə təhkim olunmuş kontingentin sağlamlıq
vəziyyətini və həkim pediatriya sahəsinin fəaliyyətini təhlil edərək müəyyən edilmiş
qaydada tibbi sənədləşdirməni aparır.
28. Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
29.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
III.
Hüquqlar
30. Sahə həkimi-pediatrın aşağıdakı hüquqları vardır:
30.1.
klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator
tədqiqatların məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz
müəyyənləşdirmək;
30.2.
müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması
taktikasını müəyyən etmək;
30.3.
pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator
diaqnostika metodlarını təyin etmək;
30.4.
diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə
diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;
30.5.
zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün
müəyyən edilmişqaydada başqa ixtisaslı həkimləri cəlb etmək;
30.6.
müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək
fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
30.7.
öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onların həvəsləndirilmə və tənbeh edilmə üzrə
rəhbərliyə təkliflər vermək;
30.8.
öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
30.9.
onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
30.10.
müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
31.
Sahə həkimi-pediatr Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV.
Məsuliyyət
32. Sahə həkimi-pediatr aşağıdakılara görə məsuliyyət daşıyır:
32.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
32.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;
32.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına
riayət edilməsinə;
32.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
4
32.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
32.6. ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin
yerinə yetirilməsinə;
32.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
33. Sahə həkimi-pediatr əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
Dostları ilə paylaş: |