Адил
Ъямил
38
MİNGƏÇEVİRƏ DÖNƏRKƏN
Şəhər
görkəmini dəyişib tamam,
Sanki mavi Kür də başqa cür axır…
Dünən kərpicləri düzülən evin
Bu gün eyvanından uşaqlar baxır.
Doğrusu sevincdən elə bilirəm
Nəğməli bir tarın sarı simiyəm.
Cəfər Cabbarlının «Füruzə»sində
Evini axtaran Məmməd kimiyəm…
1974
Сечилмиш ясярляри
39
GÖY DƏNİZDƏ BOĞULAN QIZ
Göy dənizdə boğulan qız,
Dalğa sənə boy vermədi.
Sahilləri harayladın,
Kimsə sənə hay vermədi.
Çinar boylu obanıza
Səs yayıldı səhərisi.
İmdadına yetənəcən
Dönüb oldun su pərisi.
Göy dənizdə boğulan qız,
İnanmıram boğulmusan;
Bu mavicə məmləkətdə
Sən təzədən doğulmusan.
Dəniz dibi - torpağındır,
Dəniz göyü - səman olub.
Sən
bir dəniz çiçəyisən -
Göy dəniz göy çəmən olub.
Axı dəniz çiçəkləmir,
Axı dəniz yosunlayır.
Dəniz qızı, bu yuxunu
Ha yozuram yozulmayır…
Dalğaların beşiyində
Neçə mavi gecən keçib.
Eh, nə isə … dəniz qızı,
Olan olub, keçən keçib…
Адил Ъямил
40
İndi səni bu sahildə
Gecə-gündüz səsləyən var.
İndii yarın balıqçıdır,
Balığa dön - gözləyən var.
1977
KİŞMİŞ ARMUD, KİŞMİŞ BULAQ
Evimizin yanındaca,
Elimizin yolundaca
Bir
armud var - Kişmiş armud,
Bir bulaq var - Kişmiş bulaq…
Ötüb aylar, keçib illər
Kişmiş armud, Kişmiş bulaq -
Bu vəfalı sevgililər
Bir-birini arayıblar,
Gəlib burda tapışıblar,
Gəlib burda qarıyıblar…
Bir istəyin ömrü kimi
Onlar yazı gözləyiblər,
Onlar qışa dayanıblar.
Şaxta vurub, dolu döyüb
Yenə qoşa dayanıblar.
Keçib
gedib qorxu, təlaş -
Yaz gəlibdir yavaş-yavaş;
Göyəribdir neçə arzu…
Qonşumuzun qara qızı
O bulağın qulağına
Yuxusunu danışıbdır -
Ömrü boyu evdə qalmaq
Qorxusunu danışıbdır.
Kişmiş bulaq qara qıza
«Kişmiş» deyib yola salıb…
Heç bilsəniz nələr olub
Сечилмиш ясярляри
41
O bulağın qaynağında,
O ağacın kölgəsində…
Arzuları puç olmayıb,
Heç olmayıb
bir kəsin də -
Kişmiş armud, Kişmiş bulaq
«ölkəsində».
Neçəsinə nişan gəlib,
Neçəsinin toyu olub…
Yayın günü kölgə salan
O ağacın boyu olub.
Bax beləcə, bax bu sayaq
Yaşayar da, yaşadar da
Kişmiş armud, Kişmiş bulaq…
1976
Адил Ъямил
42
GÖZÜN AYDIN, OVÇU ƏMRAH
Gözün aydın, ovçu Əmrah,
Gözlədiyin qış gəlibdir.
Deyirlər ki, siftə-siftə
Sınamısan şikarını
Tüfənginə tuş gəlibdir…
Bilirəm ki, ayaz vurub,
Üzün-gözün qarsalanıb.
Bilirəm ki, kirpiyindən,
Bir də sallaq bığlarından
Qar sallanıb…
Əlindəmi qoşalülən,
Belindəmi patrondaşın?
Bilirəm ki, gizlənmisən
Çalasında Çapıqdaşın.
Bilirəm ki,
bu havada
Ağaclar ağ «yarpaqlayıb»,
Meşə indi buz-meşədir.
Neyləyəsən, ovçu Əmrah,
Ovçuluq da bir peşədir…
Elə bəlkə
Bu peşənin həvəsiylə,
Elə bəlkə
bu meşənin nəfəsiylə
Sən qalmısan gümrah, kişi?..
Qocaldıqca qıvraqlaşan
Əmrah kişi, Əmrah kişi…
1976
Сечилмиш ясярляри
43
DAĞLAR OĞLU
Çoban bu dağların dostu, həyanı,
Çobanlı dağları cavan bilmişəm.
Zirvədə qaralan qara qayanı
Qara yapıncılı çoban bilmişəm.
Bəzən bu dağlara çox tələsmişəm,
Qəlbimin arzusu, kamı başqadır…
Yüz
dost süfrəsində çörək kəsmişəm,
Çoban çörəyinin tamı başqadır.
Başqadır çobanın yağı, pendiri,
Çəmən koma-koma quzu pətəyi…
Bəzən bir sürünü dağdan endirir
Dil açıb «yalvaran» çoban tütəyi.
Bu azad zirvədə nə ölüm, nə qan?
Qoyunlar dik tutar başını burda.
Özünü ölümə tapşırar çoban,
Tapşırmaz heç vədə quzunu qurda…
Bəzən də çomağı çarpışıb göylə,
Çox görüb dumanı, çiskini çoban;
Bir qaya dibində öz sürüsüylə
Birlikdə çəkibdir «pis günü» çoban.
Keçməz xəyalından
nə şəhər, nə kənd,
Gözünü açandan dağlıdır çoban.
Döşündən süd verib ana təbiət -
Dağların dağ boyda oğludur çoban!
1974