3
«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki
düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın
salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah
- səllallahu aleyhi
və səlləm – in yoluna uyaraq öz risaləmi «
Bismilləh» ilə başlayıram.
Çünkü Allah Rəsulu
- sallallahu aleyhi və səlləm - də öz məktublarını
«
Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə
«
Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»
3
.
Əhli Sünnə vəl Cəmaat axirət gününə etiqad edir və inanırlar. Bunun
mənası da Qiyamət günü Allahın kitabında, Rəsulullah
– sallallahu aleyhi
və səlləm – in sünnəsində ölümdən sonra Cənnətliklərin Cənnətə,
Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək
şeylərə dair verilmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın
insanları haqq-hesab və cəza (əməllərinin qarşılığını verməsi) üçün
dirildəcəyi Qiyamət günüdür. Ona bu adın
verilməsinin səbəbi, ondan
sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə,
Cəhənnəmliklər də Cəhənnəmə yerləşdiriləcəklər.
«Qiyamət mütləq
gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu
inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (Qiyamət) həqiqətdir. Haqq-
hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6). «O, kəslər ki,
sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil,
Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4).
İnsan oğlu gözlərini dünya malına dikib axirəti unutmasın deyə, Allah,
Qiyamət qopmadan önvə bəzi əlamətlər göndərmişdir.
Peyğəmbər –
sallallahu aleyhi və səlləm – doğru sözlü və doğru sözü təsdiq olunan bir
Peyğəmbərdir. Şübhəsiz ki, Qiyamət əlamətlərindən bir çoxu artıq
görsənmişdir. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – nə xəbər
vermişdirsə həqiqət olmuşdur. Hər əlamətin görsənməsiylə müsəlmanların
təsdiqi və imanı daha da artmaqdadır. Həqiqət olan bu əlamətlər
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in möcüzəsidir.
İmanın altı şərtindən biri də Axirət gününə imandır və bu İslamın
təməllərindən biridir. Çünki Allahın birliyinə iman, Axirətdə təkrar
dirilməyə imanı vacib edir. Axirət gününə və onun başlanğıcı olan
əlamətlərə inanmaq insan ağlının düşünməyəcəyi şeylərdir. Bunlar yalnız
vəhy yolu ilə gələn dəlillərlə bilinir. Buna görə də biz dəhşət dolu bu günə
rahmətullahi aleyhi – hədisin bütün rəvayətlərini bir yerə toplayaraq «Xutbətul Həcə» isimli
bir kitab
yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih Müslim» 409,
«Mişkətul Məsabih» 3149,5860.
3
Əbu Davud.
4
imanı Quranda çoxluqla Allaha imanla birlikdə zikr edilmiş olaraq
görürük.
“...Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-
nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir
çıxış yolu əta edər”. (ət-Taləq 2). «Yaxşı əməl sahibi heç də üzünü
günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl
sahibi əslində Allaha, qiyamət gününə…inanandır». (əl-Bəqərə 177).
Yenə Quranın hər bir səhifəsinə baxdıqda
ya Axirət günündən bəhs
edən ya da o, gündə baş verəcək yaxşılıq və əzabı xatırladan bir ayəyə rast
gəlirik.
İslam düşüncəsindəki həyat sadəcə bu qısa dünyadakı həyat və ya
insanın oradakı qısa ömrü deyildir. Əksinə İslam düşüncəsindəki həyat
zaman olaraq əbədiyyata qədər uzanan bir həyatdır. Məkan olaraq da
genişliyi göylər və yer qədər olan bir Cənnət, ya da yer üzündə min
illərdən bəri yaşayan nəsilləri qucağına alan bir atəşdir.
«Rəbbinizin
məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün
hazırlanmış Cənnətə tələsin». (Ali-İmran 133). «(Ey insanlar!) Rəbbiniz
tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun
peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq
üçün bir-birinizdən qabağa düşməyə çalışın...». (əl-Hədid 21). “O gün
Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə
cavab verəcəkdir”. (Qaf 30).
Buna görə də insanın Allaha və Axirət gününə və o,
gündə olacaq olan
yaxşılıq və əzaba iman etməsi vacibdir. Yoxsa heç bir bəşər qanunu
Allaha və Axirət gününə olan iman kimi insanı doğru yola yönəltməz.
Allaha və Axirət gününə inanan insanın yaşayışı ilə bunlara inanmayan
insanın yaşayışı arasında böyük fərq vardır. Bu üzdən Allaha və Axirət
gününə inanan, bu dünyanın axirətin tarlası olduğunu bilir. Yenə də saleh
əməllərin və azuqənin olduğunu bilir. Axirətə inanan göydəki tərəziyə
görə əməl edər, yerdəki tərəziyə görə deyil.
“(Həcc və ya axirət üçün)
tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən
çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!”. (əl-Bəqərə 197).
Bu şüur Allaha və Axirət gününə imanın əsəridir, işin sonunu
düşünmək, göylərin, yerin və dağların yüklənməkdən çəkindiyi, lakin
insanın üzərinə aldığı o, böyük əmanətdir. Əmanət isə istər kiçik, istər
böyük olsun hesabı sorulacaqdır. Əgər xeyirsə xeyir, pisdirsə pis olur.
“O
gün (Qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır
görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını
arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah
bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!”. (Ali İmran 30). “(Qiyamət