Microsoft Word Axirata Iman doc


«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə2/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   2   3   4   5   6   7   8   9   ...   127

 
3
«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki 
düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).  
Möhtərəm müsəlman bacı  və qardaşlarım!  İlk öncə hamınızı Allahın 
salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - səllallahu aleyhi 
və  səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. 
Çünkü Allah Rəsulu  - sallallahu aleyhi və  səlləm -  də öz məktublarını 
«Bismilləh» ilə başlamış  və buyurmuşdu: «Hər mühüm bir işə 
«Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»
3

Əhli Sünnə  vəl Cəmaat axirət gününə etiqad edir və inanırlar. Bunun 
mənası da Qiyamət günü Allahın kitabında, Rəsulullah – sallallahu aleyhi 
və  səlləm – in sünnəsində ölümdən sonra Cənnətliklərin Cənnətə, 
Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək 
şeylərə dair verilmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın 
insanları haqq-hesab və  cəza (əməllərinin qarşılığını verməsi) üçün 
dirildəcəyi Qiyamət günüdür. Ona bu adın verilməsinin səbəbi, ondan 
sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə, 
Cəhənnəmliklər də  Cəhənnəmə yerləşdiriləcəklər.  «Qiyamət mütləq 
gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu 
inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (Qiyamət) həqiqətdir. Haqq-
hesab  (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6). «O, kəslər ki, 
sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, 
Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4).  
İnsan oğlu gözlərini dünya malına dikib axirəti unutmasın deyə, Allah, 
Qiyamət qopmadan önvə  bəzi  əlamətlər göndərmişdir. Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – doğru sözlü və doğru sözü təsdiq olunan bir 
Peyğəmbərdir.  Şübhəsiz ki, Qiyamət  əlamətlərindən bir çoxu artıq 
görsənmişdir. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – nə  xəbər 
vermişdirsə həqiqət olmuşdur. Hər əlamətin görsənməsiylə müsəlmanların 
təsdiqi və imanı daha da artmaqdadır. Həqiqət olan bu əlamətlər 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in möcüzəsidir.  
İmanın altı  şərtindən biri də Axirət gününə imandır və bu İslamın 
təməllərindən biridir. Çünki Allahın birliyinə iman, Axirətdə  təkrar 
dirilməyə imanı vacib edir. Axirət gününə  və onun başlanğıcı olan 
əlamətlərə inanmaq insan ağlının düşünməyəcəyi şeylərdir. Bunlar yalnız 
vəhy yolu ilə gələn dəlillərlə bilinir. Buna görə də biz dəhşət dolu bu günə 
                                                                                                                                    
rahmətullahi aleyhi – hədisin bütün rəvayətlərini bir yerə toplayaraq «Xutbətul Həcə» isimli bir kitab 
yazmışdır.  İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih Müslim» 409, 
«Mişkətul Məsabih» 3149,5860. 
3
 Əbu Davud. 


 
4
imanı Quranda çoxluqla Allaha imanla birlikdə zikr edilmiş olaraq 
görürük.  “...Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-
nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir 
çıxış yolu əta edər”.  (ət-Taləq 2). «Yaxşı  əməl sahibi heç də üzünü 
günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı  əməl 
sahibi əslində Allaha, qiyamət gününə…inanandır». (əl-Bəqərə 177).  
Yenə Quranın hər bir səhifəsinə baxdıqda ya Axirət günündən bəhs 
edən ya da o, gündə baş verəcək yaxşılıq və əzabı xatırladan bir ayəyə rast 
gəlirik.  
İslam düşüncəsindəki həyat sadəcə bu qısa dünyadakı  həyat və ya 
insanın oradakı  qısa ömrü deyildir. Əksinə  İslam düşüncəsindəki həyat 
zaman olaraq əbədiyyata qədər uzanan bir həyatdır. Məkan olaraq da 
genişliyi göylər və yer qədər olan bir Cənnət, ya da yer üzündə min 
illərdən bəri yaşayan nəsilləri qucağına alan bir atəşdir.  «Rəbbinizin 
məğfirətinə  və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün 
hazırlanmış Cənnətə tələsin». (Ali-İmran 133). «(Ey insanlar!) Rəbbiniz 
tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun 
peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq 
üçün bir-birinizdən qabağa düşməyə çalışın...».  (əl-Hədid 21). “O gün 
Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə 
cavab verəcəkdir”. (Qaf 30).  
Buna görə də insanın Allaha və Axirət gününə və o, gündə olacaq olan 
yaxşılıq və  əzaba iman etməsi vacibdir. Yoxsa heç bir bəşər qanunu 
Allaha və Axirət gününə olan iman kimi insanı doğru yola yönəltməz. 
Allaha və Axirət gününə inanan insanın yaşayışı ilə bunlara inanmayan 
insanın yaşayışı arasında böyük fərq vardır. Bu üzdən Allaha və Axirət 
gününə inanan, bu dünyanın axirətin tarlası olduğunu bilir. Yenə də saleh 
əməllərin və azuqənin olduğunu bilir. Axirətə inanan göydəki tərəziyə 
görə  əməl edər, yerdəki tərəziyə görə deyil. (Həcc və ya axirət üçün) 
tədarük görün. Ən yaxşı  tədarük  (azuqə) isə  təqvadır  (pis  əməllərdən 
çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!”. (əl-Bəqərə 197).  
Bu  şüur Allaha və Axirət gününə imanın  əsəridir, işin sonunu 
düşünmək, göylərin, yerin və dağların yüklənməkdən çəkindiyi, lakin 
insanın üzərinə aldığı o, böyük əmanətdir.  Əmanət isə istər kiçik, istər 
böyük olsun hesabı sorulacaqdır. Əgər xeyirsə xeyir, pisdirsə pis olur. “O 
gün (Qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır 
görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını 
arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah 
bəndələrə  (Öz bəndələrinə)  mərhəmətlidir!”.  (Ali  İmran 30).  “(Qiyamət 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə