Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə5/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   2   3   4   5   6   7   8   9   ...   127

 
9
yalandır. Hədis səhih olsaydı bizim zamanımızdan Qiyamətə  qədər düz 
250 il qaldığını  hər kəs bilərdi”
10
. Çünki İbn Qeyyim – rahmətullahi 
aleyhi - Hicri 8-ci ildə yaşamışdır və bu sözü öz zamanında söyləmişdir. 
Onun bu sözünün üzərindən 650 il keçdi lakin dünya hələ də durur.  
Qurani Kərimdəki ayələr və Peyğəmbər – sallallahu aleyhi və səlləm –
in hədislərində keçdiyi kimi Qiyamətin nə zaman qopacağını Allahdan 
başqa kimsə bilməz. Onun nə zaman olacağını Allah bilir, nə bir mələyə, 
nə də bir Peyğəmbərə bildirməmişdir. Qiyamətin nə zaman baş verəcəyini 
Allahdan başqa kimsə bilməz. Əhli Sünnə Qiyamətin qopma vaxtını Allah 
tərəfindən bilindiyinə, Allahdan başqa kimsənin onu bilmədiyinə 
inanırlar.  «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir». 
(Loğman 34). (Ya Muhəmməd!) Səndən Qiyamət haqqında soruşurlar ki, 
nə vaxt qopacaq? De ki: «O, ancaq Rəbbimə  məlumdur. Qiyamətin 
qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz». (əl-Əraf 187). (Ya 
Muhəmməd! Müşriklər)  Səndən qiyamətin nə vaxt qopacağı barəsində 
soruşurlar. Sən onun vaxtını  nə bilirsən? Onu bütün təfərrüatı ilə 
bilmək ancaq sənin Rəbbinə  məxsusdur».  (ən-Nəziat 42-44).  Başa 
düşüldüyü kimi onun nə zaman olacağına ən son Allah qərar verəcəkdir.  
Ömər  - radıyallahu anhu – nun rəvayət etdiyi hədisdə Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – dən Qiyamət saatı haqqında soruşan Cəbrail 
– əleyhissəlam – a Rəsulullah – sallallahu aleyhi və səlləm – belə cavab 
vermişdi: «Soruşulan soruşandan cox bilmir»
11
. Göründüyü kimi həm 
Cəbrail – əleyhissəlam – həm də Peyğəmbər sallallahu aleyhi və səlləm 
– Qiyamətin nə zaman baş verəcəyini bilmirlər. Yenə də Qiyamətə yaxın 
enməsi böyük əlamətlərdən olan İsa – əleyhissəlam – ın belə Qiyamətin nə 
zaman olacağını bilmir. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Merac gecəsi 
İbrahim, Musa və  İsa  –  əleyhimussəlam – ilə qarşılaşdım. Qiyamətin nə 
zaman olacağını müzakirə edirdilər.  İbrahim: “Nə zaman olacağını 
bilmirəm” dedi. Musa: “Nə zaman olacağını bilmirəm” dedi. İsa: “Nə 
zaman olacağını Allahdan başqa kimsə bilməz. Allah Dəccəlin çıxdığını 
mənə xəbər verdi. Mənim əlimdə iki uclu oraq (nizə) olacaq. Dəccal məni 
gördükdə qurğuşunun əridiyi kimi əriyər və ya Allah onu öldürür” dedi
12

Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: “Məndən Qiyamətin nə zaman 
                                                           
10
 “Mənarul Munif” səh. 80, “Məcmuul Fətava” 4/342.  
11
 Buxari, Müslim.  
12
 İmam  Əhməd “Musnəd” 5/189, H. 3556, İbn Məcə 2/1365, əl-Albani “Cəmius Sağir” zəif hədis, 
5/20-21, H. 4712. 


 
10
olacağını soruşursunuz? Onu yalnız Allah bilir. Allaha and olsun ki, yüz il 
sonra bu gün həyatda olanlardan heç kimsə qalmayacaqdır” deyə 
buyurdu
13
.  
Lakin sünnə ilə həmən günün hansı olduğu barədə məlumat gəlmişdir. 
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu 
aleyhi və səlləm – buyurdu: «Günlərin ən xeyirlisi cümə günüdür. O gün 
Adəm – əleyhissəlam – yaradıldı, o gün Cənnətə salındı, o gün Cənnətdən 
qovuldu və o gün qiyamət qopacaqdır (Başqa rəvayətdə: «Cümə günü 
bütün heyvanlar şəfəqdən gün doğuncaya qədər Qiyamət qopar deyə 
qorxudan qulaqlarını  şəkiliyərək dinləyərlər. Yalnız cinlər və insanlar 
bundan qafildirlər)»
14
. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Günlərin ən xeyirlisi cümə günüdür. O gün Adəm yaradıldı, o 
gündə  vəfat etdi. O, gün sura üflənəcəkdir. O, gündə göydəkilər də, 
yerdəkilər də öləcəklər. O, gün mənə çox salavat gətirin. Sizin salavatınız 
harada olsanız mənə çatacaqdır». Biri: «Ey Allahın Rəsulu! Sən 
çürüdükdən sonra salavatımız sənə necə çatacaqdır?» deyə soruşdu. 
Peyğəmbər: «Doğrusu Allah Peyğəmbərlərin cəsədlərini yeməyi torpağa 
haram etmişdir» deyə buyurdu
15

Qiyamətin nə zaman baş verəcəyini heç kəs bilmədiyi kimi, onun 
əlamətlərinin də nə zaman başlayacağını heç kimsə bilməz.  
 
ƏHƏD HƏDİSLƏRİN ƏQİDƏDƏ DƏLİL OLMASI 
Bu mövzunun Qiyamət  əlamətləriylə bağlılığı vardır. Çünki 
əlamətlərin çoxu Əhəd hədislərlər vasitəsilə gəlmişdir. Bəzi kəlam və üsul 
əhli əhəd hədislərin dəlil olmayacağını, yalnız ayə və hədislərin qəti dəlil 
olacağını söyləmişlər. Lakin bu söz qəbul edilməz. Çünki əgər bir hədis 
istər  Mutəvatir, istər  Əhəd olaraq sağlam yolla bizə çatırsa onunla iman 
və əməl etmək lazımdır. Əhli Sünnə hədis alimləri belə söyləmiş və dəlil 
olaraq: “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin 
kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür 
hərəkət etmək)  yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs
şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!”. (əl-Əhzab 36). “Söylə: 
“Allaha və Peyğəmbərə  (Onun Peyğəmbərinə)  itaət edin! Əgər üz 
döndərərsinizsə,  şübhəsiz ki, Allah da kafirləri  (haqdan üz çevirənləri) 
sevməz!”.  (Ali  İmran 32).  İbn Həcər  – rahmətullahi aleyhi -
 
deyir ki: 
“Səhabə və tabiinlərin əhəd hədislərlərə əməl etdiyi bilinir”
16
. İbn Əbil İzz 
                                                           
13
 İmam Nəvəvi “Şərh Müslim” “Səhabələrin Fəziləti” 16/90,91.  
14
 Müslim, İmam Məlik «Muvatta» 1/108. 
15
 Nəsai «Cümə» 3/5. 
16
 “Fəthul Bârî” 13/234.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə