Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə9/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   5   6   7   8   9   10   11   12   ...   127

 
17
çıxması üçün səhabəyə izin vermədi
45
.  Əbu Musa əl-Əşari  - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in 
yanına Osman - radıyallahu anhu – gəldi və yanına girmək üçün izn 
istədi. Peyğəmbər: “İzn verin gəlsin və Ona isabət edəcək bir bəladan 
dolayı  Cənnətə girəcəyini də müjdələyin” deyə buyurdu
46
. Osman 
radıyallahu anhu – nun öldürülməsiylə müsəlmanlar qruplara ayrıldılar və 
səhabələr arasında savaşlar oldu. Fitnələr və sapıq görüşlər yayıldı, 
ayrılıqlar çoxaldı. Bunun nəticəsində səhabə zamanında sonu heç də yaxşı 
olmayan döyüşlər baş verdi. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
səhabə zamanında olacaq fitnələri bilirdi. Usamə b. Zeyd - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
Mədinənin yüksək binalarından birinə  çıxaraq: «Mənim gördüklərimi 
görürsünüzmü?» deyə buyurdu. Səhabələr: «Xeyr» dedilər. O: 
«Evlərinizin arasına (şiddətli yağan) yağışın (açdığı yaralar) kimi 
fitnələrin yağdığını görürəm»
47
. Peyğəmbər – sallallahu aleyhi və səlləm – 
Əli  - radıyallahu anhu – ya, onunla Aişə  - radıyallahu anhə – arasında 
hadisənin olacağını  xəbər vermişdi.  Əbu Rafidən gələn hədisdə 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  Əli  - radıyallahu anhu – ya 
buyurdu: “Səninlə Aişə  - radıyallahu anhə – arasında bir hadisə baş 
verəcəkdir?”.  Əli: “Mənimləmi ya Rəsulallah?” dedim. Peyğəmbər: 
“Günahkar mənmi olacağam ya Rəsulullah?” dedim. Peyğəmbər: “Xeyr, 
lakin belə bir şey olarsa onu əmin olacaq bir yerə götür” deyə buyurdu
48

İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – xanımlarına buyurdu: “Sizlərdən biri tüklü bir dəvəyə 
minər və  Həvəbin (Məkkə ilə  Bəsrə yolu üzərində  Bəsrəyə yaxın bir 
yerdir. Cahiliyyə vaxtında ərəblər sularını buradan götürərdilər
49
) itlərinin 
hürdüyü yerə  qədər gələr. Sağında və solunda çoxlu ölülər olur. O, da 
öldürülməkdən qurturulu”
50
. Aişə  - radıyallahu anhə  –  Bəni Amir 
məntəqəsinə  gəldiyi zaman köpəklər üzərinə hürməyə başladılar. Aişə: 
“Bu haranın suyudur?” dedi. Ona: “Bu Həvbədir” dedilər. Aişə: “Zənn 
edirəm ki, dönmək lazımdır. Çünki Peyğəmbər: “Siz qadınlardan biri 
Həbvənin köpəkləri üzərinə hürdüyü zaman halı necə olur” dediyini 
eşitdim
51
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 
                                                           
45
 “əl-Avasim minəl-Qavasim” s: 132-137.  
46
 Fəthul Bəri, Buhari “Fitən” 13/48.  
47
 Buxari, Müslim.  
48
 Müsnəd 6/393, Kənzul-Ummal, “Fəthul-Bəri” 13/55, Heysəmi “Məcmuaz-Zəvaid” 7/234.  
49
 “Mucəmul-Buldan” 2/314.  
50
 “Fəthul-Bəri” 13/55, Əhməd,  Əbu Yəla, Bəzzar,  İbn Hibban, Həkim,  əl-Albani “Səhihdə” 1/4, 
5/223,233, H.475.  
51
 “Mustədrək” 3/120, “Fəthul-Bəri” 13/55, Heysəmi “Məcmauz-Zəvaid” 7/234, “Musnəd” 6/52.  


 
18
sallallahu aleyhi və səlləm – buyurdu: «İki böyük İslam ordusu bir-biri ilə 
savaşmadıqca Qiyamət qopmaz. Bu iki toplumun ikisi də eyni iddiada 
olduqları (ikisi də  İslamiyyət və haqq iddiasında olduqları) halda 
aralarında böyük savaş olacaqdır...”
52
.  İbn Həcər  rahmətullahi aleyhi -
 
deyir ki: “Bu iki topluluqdan biri Əli  - radıyallahu anhu –  və onunla 
birlikdə olanlardır, digəri isə Muaviyə  - radıyallahu anhu –  və onunla 
birlikdə olanlardır”
53
. Bu iki toplum arasında Siffin adlanan yerdə Hicri 
36-cı ildə Zil Hiccə ayında döyüş baş verdi. Döyüşdə  hər iki tərəfdən 
70000 minə yaxın insan öldü. Zeyd b. Vəhb rəvayət edir ki: “Biz Xuzeyfə 
- radıyallahu anhu – nun yanında idik. O: “Din, Din qardaşlarımız çıxmış 
və bir-birilərinə  qılınc qaldırmışlar. Siz nə düşünürsüz?” dedi. Biz: “Sən 
nə etməmizi  əmr edirsən” dedik. O: “Əli  - radıyallahu anhu – nun 
tərəfində olan qrupu tapın və onlarla olun. Çünki haqlı olan Əli  
radıyallahu anhu – dur” dedi
54
.  
Xaricilər - Əli - radıyallahu anhu – ya qarşı çıxmalarıdır. Abdullah b. 
Şəddaf b. əl-Hadi rəvayət edir ki: «Sayı  12 minə yaxın, qəlbində  mərəz 
olan Xəvariclər Rəsulullah  – sallallahu aleyhi və  səlləm – in yolu ilə 
gedən  Əlinin başçılıq etdiyi cəmaatdan Kufədən  2 mil uzaqlıqda olan 
Hərura adlanan yerdə ayrılıb, ona qarşı çıxdılar və Əli - radıyallahu anhu 
–  nu kafir saydılar.  Əli  - radıyallahu anhu – ilə Muaviyə  - radıyallahu 
anhu – arasında döyüş uzandığı  təqdirdə Muaviyə  - radıyallahu anhu – 
nun tərəfdarları Quranın müshaflarını nizələrin ucuna taxaraq Əli  
radıyallahu anhu – nun tərəfdarlarını Qurana tabe olmağa çağırdılar. 
Bizdən bir adam, sizdən də bir adam çıxardaq dedilər. İnsanlar buna razı 
olduqda Muaviyə - radıyallahu anhu – tərəfdən Amr b. As - radıyallahu 
anhu –,  Əli  - radıyallahu anhu – tərəfdən isə  Əbu Musa əl-Əşari  
radıyallahu anhu – çıxdı. Lakin Əli  - radıyallahu anhu – İbn Abbas 
radıyallahu anhu – nun çıxmasını istəyirdi. Lakin bunu görən Urvə b. 
Uzeynə: «Allahın  əmrində adamlarınızı hakim təyin edirsiniz, hökm 
ancaq Allahındır – deyərək döyüş hazırlığını görməyə başladılar.  Əli  
radıyallahu anhu – nəsihət etmək üçün İbn Abbas - radıyallahu anhu – nu 
onların yanına göndərdi. Bunlar da İbn Abbas - radıyallahu anhu – ilə 
Allahın kitabı üzərində üç gün mübahisə etdilər. Nəhayət onlardan 8 (4) 
min kişi geri döndü». Əbu Səid əl-Xudri - radiyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qənimətləri payladığı zaman 
Bəni Təmim qəbiləsindən olan Zul Xuveysra adlı bir nəfər gəldi və: «Ey 
                                                           
52
 Fəthul-Bərî, Buxari “Fitən” 13/8, Nəvəvî Şərhi, Müslim “Fitən” 13/12-13.  
53
 “Fəthul-Bərî” 13/85.  
54
 “Fəthul-Bəri” 13/85.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə