Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə6/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   2   3   4   5   6   7   8   9   ...   127

 
11
əl-Hənəfi rahmətullahi aleyhi -
 
deyir ki: “Ümməti Muhəmməd elm ifadə 
edən əhəd hədislərlə əməl etməyi qəbul etmişlər. Əhəd hədis mutəvatirin 
iki bölümündən biridir. Bu barədə  Əhli Sünnə alimləri arasında 
anlaşılmazlıq yoxdur”
17
.  İbn Teymiyyə  – rahmətullahi aleyhi -
 
deyir ki: 
“Hədis  əgər səhih olarsa hədisdir. Müsəlmanların hamısı onunla əməl 
etməyi vacib saymışlar”
18
.  
 
QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ 
Qiyamətin Əlamətləri Iki Qismə Ayrılır:  
1.  Kiçik  Əlamətlər –  Bu  əlamətlər çox uzun zaman davam edən və 
təkrarlanan əlamətlərdir. Məs: Elmin yox olması, çəhalətin çoxalması, içki 
içilməsi, binaların ucaldılması və s.  
2.  Böyük  Əlamətlər –  Bu  əlamətlər Qiyamətin qopmasına yaxın 
görüləcək ilk dəfə olacaq böyük hadisələrdir. Məs: Dəccalın çıxması, İsa 
əleyhissəlam - ın gəlməsi, Yəcuc və Məcuc tayfaları və s
19
.  
Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə 
çatan bəzilərini xatırladaq. Bu əlamətləri sıra ilə vermədim. Çünki 
əlamətlərin hansı sırayla olacağını bildirən bir dəlil yoxdur. Buna görə də 
alimlərin oldu və bitti dedikləri  əlamətlərdən başladım. Diqqət çəkiləsi 
məsələlərdən biri də  bəzi insanların Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – in xəbər verdiyi Qiyamət  əlamətlərinin çəkinəlisi və qadağan 
olunan bir əlamətlər kimi başa düşürlər. Lakin bu heç də belə deyildir. 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in xəbər verdiyi Qiyamətin 
əlamətlərinin hamısı  çəkinəlisi və ya pis əlamət deyildir. Onların 
içərisində xeyirli olan əlamətlər də vardır.  
1.  Peyğəmbərimiz Muhəmməd – Sallallahu Aleyhi Və  Səlləm – In 
Göndərilməsi:  Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Qiyamət günü 
ilə birlikdə göndərildim, bu iki barmaq kimi». Ravi Şöbə deyir ki: «O 
şəhadət barmağı ilə orta barmağını bir-birinə birləşdirdi. Onların bir-birinə 
olan üstünlüyü qədər»
20
.  İmam Bağavi  – rahmətullahi aleyhi – deyir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in Allah tərəfindən 
göndərilməsi Qiyamətin yaxınlaşmasına səbəbdir.  Əbu Cubeyr 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Mən Qiyamət gününün küləyi ilə göndərilmişəm»
21
.  
                                                           
17
 “Tahâvi Əqidəsi Şərhi” s: 399-400.  
18
 “Məcmûul Fətâvâ” 19/85.  
19
 “Fəthul Bəri” 13/485, ət-Təzkira s. 624.  
20
 “Fəthul Bəri”, Buxari “Rikak” 11/347, Müslim “Fitən”.  
21
 əd-Daulabi, əl-Albani səhih.  


 
12
2. Onunla Peyğəmbərliyin, Risalətin Sona Yetməsi Və Peyğəmbər – 
Sallallahu Aleyhi Və  Səlləm – In Vəfat Etməsi: Auf b. Məlik  
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: 
«Mənim ölümümü»
22
.  Ənəs  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gələndə bütün şəhər 
sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə  qərq olmuşdu
23

Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – dünyasını  dəyişdikdən sonra 
Əbu Bəkr və Ömər - radıyallahu anhum – onun süd anasını ziyarət etmək 
qərarına gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb 
deyirlər: «Nə üçün ağlayırsan? Allah Rəsulu üçün Onun (Allahın) 
dərgahında daha yaxşıdır» Qoca qadın dedi: «Mən ona görə ağlayıram ki, 
artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər - radıyallahu 
anhum – da ağlamağa məcbur etdi
24
.  
3. Beytul-Məqdisin Fəth Edilməsi: Auf b. Məlik - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) 
fəth edilməsi»
25
. Ömər  - radıyallahu anhu – nun xəlifəliyi dövründə, 
hicrətin 16-cı ilində Qüds zəbt olunur və orada bir məscid də inşa edilir
26
.  
4. Taun Xəstəliyi: Auf b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən 
qabaq altı hadisəni gözləyin: «Çox ölənlər olur. Sizin içinizdə heyvanların 
burunlarından axan və bir anda öldürən xəstəlik olacaqdır”
27
. İbn Həcər – 
rahmətullahi aleyhi – deyir ki: “Bu əlamət Ömər - radıyallahu anhu – nun 
zamanında Qütsün fəthindən sonra Amvasta baş vermişdir”
28
. Taun 
hicrətin  18-ci ilində Amvasta baş vermiş  və sonra Şam tərəfə  də 
yayılmışdır. Ölənlərin sayı 25000 min nəfər olmuşdur. Bu ümmətin əmini 
olan  Əbu Ubeydə b. Cərrah  - radıyallahu anhu – da bu xəstəlikdən 
ölmüşdür
29
.  
5.  Malın Çoxalması, Sədəqə  Və  Zəkatın Veriləcək Kimsənin 
Olmaması: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər 
– sallallahu aleyhi və  səlləm – buyurdu: “Aranızda mal çoxalmadıqca 
Qiyamət qopmaz. Elə ki, mal sel kimi axacaq, mal sahibi sədəqə verəcək 
                                                           
22
 Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277.  
23
 Tirmizi “Mənakib”, “Tuhfətul Əhfazi” 10/87-88, Şueyb əl-Arnaut səhih olduğunu qeyd edir.  
24
 Müslim “Fadailus Sahabə”, İmam Nəvəvi “Şərh Müslim” 16/9-10.  
25
 Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277.  
26
 “əl–Bidâyə vən–Nihâyə” 7/55–57 
27
 Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277.  
28
 “Fəthul Bəri” 6/278. 
29
 “əl–Bidâyə vən–Nihâyə” 7/94.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə