Microsoft Word Axirata Iman doc


əməl dəftəri qarşısına qoyulacaq



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə3/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   2   3   4   5   6   7   8   9   ...   127

 
5
günü hər kəsin)  əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O 
zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını 
görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab 
imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan 
hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin 
(öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq 
etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)”. (əl-Kəhf 49).  
İnsanın xeyiri sadəcə özünə qarşı deyildir. Əksinə etdiyi yaxşılıq 
heyvanlara qədər uzanır. Ömər  - radıyallahu anhu – dan rəvayət edilən 
məşhur sözündə o, deyir: “Əgər  İraqda bir qatırın ayağı axsayaraq 
qırılarsa düşünürəm ki, Allah: “Ey Ömər! Nə üçün onun yolunu 
düzəltmədin ki? (Bu hadisə də baş verməzdi)” deyə onun hesabını məndən 
soruşar
4
.  
Allaha və Axirət gününə inanmayan bir kişi isə bu dünyadakı 
məqsədinə çatmaq üçün bütün gücüylə çalışır, işinin ardıyca o, qədər 
düşür ki, yorğunluqdan dili çölə  çıxır. Mal toplamağa qarşı  hədsiz 
hərisdir. Özü kimi qazanmaq istəyən insanlara mane olur. Onun məqsədi 
dünyadır, dünyanı  ən böyük qayə  və  məşğuliyyət etmişdir. Hər  şeyi öz 
şəxsi mənfəətinə görü ölçər, başqaları onu heç maraqlandırmaz, dönüb 
baxmaz da belə.  Əgər ona bir faydası olarsa yalnız o, zaman onunla 
maraqlanar. Elə bir dünya ki, bir az güldürsə çox zaman ağladır. Bir gün 
sevindirsə aylarla üzər. Ağrıları sevincdən çoxdur. Qorxularla başlayar, 
sonda tələf olmaqla bitər. Bu həyatda yaşayar və ömrünü sona sürdürər. 
Çünki o, öldükdən sonra dirilmənin imkansız olduğunu düşünürdü. 
“Lakin insan (bundan sonra da) önündəkini  (Qiyaməti) danmaq (pis 
işlər görmək) istəyər. Və  (istehza ilə): “Qiyamət günü nə vaxt 
olacaqdır?” – deyə soruşar”.  (əl-Qiyamət 5-6).  “(Əgər onlar dünyaya 
qaytarılsaydılar)  yenə  də: “Həyat yalnız bu dünyadakı  həyatımızdan 
ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər”.  (əl-Ənam 29). 
Belə bir kimsə bu dünyada çox uzun yaşamağı sevdiyindən öldükdən 
sonra dirilməyi istəməz. Yenə  də onlar Axirətdəki  əzaba 
dözəbilməyəcəklərini bildikləri üçün bu dünyadan ayrılmağa cəsarət 
etməzlər. “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia 
edirlər.  (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq 
dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə  (bir-bir) 
xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”. (ət-Təğabun 7).  
Axirət gününə imanın mənası onun şəkk-şübhəsiz olaraq gələcəyinə 
inanmaq və buna uyğun olaraq gərəyincə  əməl etmək deməkdir. 
                                                           
4
 “Hilyətul-Əvliya və Tabakatul-Asfiyə” 1/53.  


 
6
Qiyamətin qopmasından  əvvəl ortaya çıxacaq Qiyamətin böyük və kiçik 
əlamətlərinə iman, ölümə, ölümdən sonra qəbr sorğusuna,  əzab və 
nemətinə, Sura üfürüləcəyinə, yaradılmışların qəbirlərindən çıxacaqlarına, 
qiyamətin hesab yerindəki dəhşətli və qorxulu hallarına, məhşərə, 
səhifələrin (əməl dəftərlərinin) açılacağına, tərəzinin və sırat körpüsünün 
ortaya qoyulmasına, hovuza, şəfaətə  və digər xüsuslara, Cənnətə  və  ən 
yüksək mərtəbəsi Allahın üzünə baxmaq olan nemətinə, Cəhənnəmə  və 
orada olan dəhşətli  əzablara iman etmək axirətə iman etməyin içərsinə 
daxildir. Elm adamları Qiyamətin  əlamətlərini kiçik və böyük əlamətlər 
olmaqla iki qismə ayırmışlar.  «(Məkkə müşrikləri)  özlərinə yalnız 
mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət 
əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamətin 
əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş  və ya imanında bir 
xeyir qazanmamış  şəxsə  (sonrakı) imanı heç bir fayda verməz». De ki: 
«Gözləyin, doğrusu biz də gözləyirik».  (əl-Ənam 158). «Ey insanlar! 
Rəbbinizdən qorxun. Həqiqətən qiyamət gününün zəlzələsi dəhşətli 
şeydir».  (əl-Həcc 1). «Onlar (kafirlər) ancaq qiyamət saatının qəfildən 
başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq 
gəlmişdir. Qiyamət saatı onlara gəlib çatdığı zaman ibrət almaları 
(peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Muhəmməd 18). 
«….Nə bilirsən, bəlkə  də qiyamət saatı yaxındır! Ona inanmayanlar 
onun tez gəlməsini istərlər. İnananlar isə onun haqq olduğunu bilərək 
ondan qorxuya düşərlər. Bil ki, qiyamət saatı haqqında mübahisə 
edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).  
Qiyamət əlamətlərinin çoxu Əhəd hədislərlə bizə çatmışdır. Buna görə 
də Əhəd hədislərin etiqadi məsələlərdə dəlil olduğunu qəbul etməyənlərə 
bir cavab olaraq, əhəd hədislərin hüccət olduğunu bəyan edən bir bölüm 
də açdıq. Hədislərn səhih, həsən və ya zəif olmasına diqqət etdim. 
Bacardığım qədər hədislərin  əksəriyyətini alimlərin təhqiqinə  əsaslandır-
dım. Bu kitab ölümdən  əvvəl və sonra olanlara (baş verənlərə) hazırlıq 
görməyə bir dəvətdir. Bu araşdırmanın hər tərəfdən kamil olduğunu iddia 
edə bilmərəm. Çünki kamil olan Allahdır.  Əskiklik isə insanın 
özündəndir.  Əgər müvəffəqiyyət qazansam bu Allahdandır, xəta etsəm 
Allah məni əff etsin. O. Mənim hamim və yardımçımdır. Yeddi qat göy və 
Yeddi qat yerin Rəbbi olan Allahdan bizləri o, günün dəhşətində 
qorumasını  və Onun kölgəsindən başqa heç bir kölgənin olmadığı o, 
gündə bizləri kölgələndirməyi diləyirəm.  
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. 
Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və  xətalardan 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə