Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə4/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   2   3   4   5   6   7   8   9   ...   127

 
7
qoruyan da Odur. «Məni yaradan və  məni doğru yola yönəldən Odur! 
Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O 
şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü 
xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə 
hikmət bəxş et və  məni salehlərə qovuşdur! Sonra gələnlər arasında 
mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». 
(əş-Şuəra 78-85). 
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd  - sallallahu 
aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər 
onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun. 
 
PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm - IN 
GƏLƏCƏKDƏ BAŞ VERƏCƏK HADİSƏLƏRDƏN 
XƏBƏR VERMƏSI 
Peyğəmbər  - sallallahu aleyhi və  səlləm - in Qiyamətə  qədər olacaq, 
olan şeyləri xəbər verməsi, Allahın gələcəkdə olacaq şeylər haqqında Ona 
verdiyi xəbərlərdəndir. Xuzeyfə  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – bizə bir xütbə verdi. Bu 
xütbəsində Qiyamətə qədər olacaq şeylərdən heç birini buraxmadan xəbər 
verdi. Bu xəbərləri yadında saxlayan saxladı, saxlamayan isə unuttdu. 
Necə ki, bir nəfər birini tanıdıqdan sonra unudar, təkrar gördükdə isə 
xatırladığı kimi mən də Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in 
söylədiyi  şeylərdən unutduqlarım baş verincə xatırlayırdım (Başqa 
rəvayətdə: Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  mənə Qiyamətə 
qədər olacaqları  xəbər verdi. Mən ondan olacaq hər  şeydən soruşdum, 
yalnız Mədinə xalqını nəyin çıxaracağını soruşmadım”
5
. Əbu Zeyd Amr b. 
Ahtab  əl-Ənsari  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra minbərə çıxdı 
və bizə Zöhr namazına qədər xütbə verdi və endi. Namaz qıldı, sonra 
minbərə  çıxdı. Günəş batana qədər xütbə verdi. Bizə olmuş  və olacaq 
şeyləri xəbər verdi. Onların  ən yaxşı bilənimiz  ən çox əzbərləyənimiz-
dir”
6
. Xuzeyfə b. Yəmən  - radıyallahu anhu – deyir ki: “Vallahi mən 
Qiyamətə  qədər olacaq fitnələri insanlar içində  ən yaxşı bilənəm. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə söylədiyi bu 
şeyləri başqa heç kimsəyə söyləməmişdir. Lakin Peyğəmbər – sallallahu 
aleyhi və səlləm – fitnələri mənim də içində olduğum bir məclisdə xəbər 
verdi... Xuzeyfə: “Məndən başqa o, məclisdə olanların hamısı getdi”. Bu 
                                                           
5
 Şərh Nəvəvi, Müslim “Fitən” 18/15, “Fəthul Bəri”, Buxari “Qədər” 11/494.  
6
 Müslim “Fitən”.  


 
8
səhih dəlillər Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in ümmətini 
Qiyamətə  qədər olacaq və onları maraqlandıran  şeylərdən xəbərdar 
etdiyini göstərir. Heç şübhə yox ki, qeyb xəbərləri içində  ən böyük payı 
Qiyamət əlamətləri tutur. Buna görə də səhabədən Qiyamətlə bağlı bir çox 
hədislər dəyişik ləfzlərlə rəvayət edilmişdir.  
 
QIYAMƏT VAXTININ YAXINLAŞMASI 
Qurani Kərimdə olan ayələr ilə səhih hədislər Qiyamətin yaxınlaşdığını 
xəbər verməkdədir. Qiyamətin bir əlamətinin görülməsi onun 
yaxınlaşdığını göstərir.  “İnsanların haqq-hesab vaxtı  (Qiyamət günü) 
yaxınlaşdı, onlar isə  hələ  də  qəflət içindədirlər və  (qiyamətə 
inanmaqdan)  üz döndərirlər.  (Qiyamət insanlar üçün nə  qədər uzaq isə, 
Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan 
meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü 
barəsində  əsla fikirləşmirlər)”.  (əl-Ənbiya 1). “Camaat (Məkkə  əhli) 
səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar.  (Ya 
Peyğəmbər!) De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat 
(Qiyamət yaxındır)”. (əl-Əhzab 63). “Şübhəsiz ki, onlar (müşriklər) onu 
(o əzabı) uzaq görürlər (ona inanmırlar). Biz isə onu yaxın görürük (ona 
inanırıq)”.  (əl-Məaric 6-7). “O saat (Qiyamət) yaxınlaşdı  və ay 
(Peyğəmbərin möcüzəsi ilə) parçalandı”.  (Qəmər 1). Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: “Mən Qiyamətin başlanğıcında 
göndərildim”
7
. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən 
və Qiyamət birlikdə göndərildik. Az qaldı ki, o məni keçsin”
8
.  
 
QİYAMƏT NƏ ZAMAN QOPACAQDIR? 
Bəzi alimlər uydurma hədisə əsaslanaraq Qiyamətin 7000 ildən sonra 
qopacağını söyləyirlər. Lakin səhih görüş odur ki, bu hədis alimlər 
tərəfindən zəif və uydurma qəbul edilmiş  və Qiyamətin qopma vaxtını 
Allahdan başqa heç kəs bilməz. Dahhaq b. Zəml əl-Cuhəni - radıyallahu 
anhu – rəvayət edir ki: “Bir yuxu gördüm və onu Peyğəmbər – sallallahu 
aleyhi və  səlləm –  ə danışdım: “Ya Rəsulullah! Mən və  sən  7 pilləli bir 
minbər üzərində idik. Sən ən üst pillədə idin”. Peyğəmbər: “Gördüyün 
pilləli minbərin mənası: Dünya 7000 min ildir, mən də son mininci 
ilindəyəm” deyə buyurdu
9
. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: 
“Uydurma hədisin Quranın sözlərinə zidd olmasıdır. Dünyanın ömrü 7000 
min ildir. Biz indi yeddinci minillikdəyik – hədisi kimi. Bu çox açıq bir 
                                                           
7
 “Fəthul Bəri” 11/347.  
8
 İmam Əhməd “Musnəd” 5/348, “Fəthul Bəri” 11/348.  
9
 əl-Albani “Camius Sağirin Zəifləri” 3/160, H. 3013 uydurma.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə