Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə8/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   4   5   6   7   8   9   10   11   ...   127

 
15
xəbərdarlıq etmiş, onlardan Allaha sığınmalarını  əmr etmişdir. Usamə b. 
Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 
və  səlləm – Mədinənin yüksək binalarından birinə  çıxaraq: «Mənim 
gördüklərimi görürsünüzmü?» deyə buyurdu. Səhabələr: «Xeyr» dedilər. 
O: «Evlərinizin arasına (şiddətli yağan) yağışın (açdığı yaralar) kimi 
fitnələrin yağdığını görürəm»
36
. Bir nəfər Peyğəmbər  – sallallahu aleyhi 
və səlləm – dedi: «Fitnələr zamanı evimə girib məni öldürmək üçün əlini 
mənə uzadana nə edim. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Adəm – əleyhissəlam – kimi ol! «Sən məni öldürməkdən ötrü 
mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. 
Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram». (əl-Maidə 28)
37
.  Zeyd 
b. Sabit - radıyallahu anhu – rəvayət edir ki, Mən Peyğəmbər – sallallahu 
aleyhi və səlləm – buyurdu: “Görünən və görünməyən fitnələrin şərrindən 
Allaha sığınıram”
38
.  
7. Fitnələrin Şərq Tərəfdən Çıxması: Müsəlmanlar arasında baş verən 
fitnələrin çoxu Şeytanın buynuzunun doğduğu yer olan şərq tərəfdən 
ortaya çıxacaqdır.  İbn Ömər  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  şərq tərəfə  işarə edərək 
buyurdu: “Diqqət edin! Fitnə oradan, şeytanın buynuzları  çıxdığı yerdən 
gələcəkdir (Başqa rəvayətdə: Küfrün başı bu yerdən şeytanın buynuzunun 
doğduğu yerdəndir
39
)”
40
. İbn Həcər – rahmətullahi aleyhi -
 
deyir ki: “İlk 
çıxan fitnələrin qaynağı  şərq tərəfdir və bu müsəlmanların arasında 
bölünmələrə  səbəb olmuşdur.  Şeytan bunu çox sevər və bidətin qaynağı 
da o, tərəfdəndir”
41
Xəvariclər, Əşarilər, Batiniyə, Qədəriyə, Cəhmiyə və 
Mötəzilə kimi sapıq fikirlərin çoxu şərqdən gəlmişdir. İrandan isə Məcusi 
olan  Zərdüştlik  gəlmişdir.  Bəhailik -  əsasını qoyan İranlı Mirzə  Əli 
Muhəmməd  Şirazidir.  İran höküməti tərəfindən həps edilmiş  və 
öldürülmüşdür. Yerinə  Bəhaullah – Mirzə Hüseyn Əlidir və 
Peyğəmbərlik iddiasında olmuşdur. Yenə bundan başqa Dəccəl, Yəcuc və 
Məcuc və s. çıxması  şərqdəndir. Bütün bu fitnələrdən Allaha sığınırıq. 
Sufyan b. Əbu Zubeyr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – 
sallallahu aleyhi və səlləm – buyurdu: “Yəmən fəth ediləcəkdir. Bir qrup 
insan Mədinədən oraya ailələri və onlara tabe olanlarla gedəcəklər. 
Halbuki Mədinə onlar üçün daha xeyirlidir. Şam da fəth ediləcəkdir. Bir 
                                                           
36
 Buxari, Müslim.  
37
 Əbu Davud «Fitən» 2. 
38
 Nəvəvi Şərh, Müslim “Cənnət” 18/203.  
39
 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/31,32.  
40
 Fəthul Bəri, Buxari “Fitən” 13/45, Nəvəvi Şərhi, Müslim “Fitən” 18/31.  
41
 Fəthul Bəri 13/47.  


 
16
qrup insan Mədinədən oraya ailələri və onlara tabe olanlarla gedəcəklər. 
Halbuki Mədinə onlar üçün daha xeyirlidir. İraq da fəth ediləcəkdir. Bir 
qrup insan Mədinədən oraya ailələri və onlara tabe olanlarla gedəcəklər. 
Halbuki Mədinə onlar üçün daha xeyirlidir”
42
.  
8.  Ömər, Osman Və  Əli - Radıyallahu Anhum – Un Öldürülməsi
Öldürülməsindən sonra səhabə zamanında fitnələr çoxalmağa başladı. 
Çünki bu hadisə fitnələrə açılan ilk qapı idi. Onun öldürülməsiylə böyük 
fitnələr başladı, qəlbində iman yerləşməyən fitnəyə  dəvət edən insanlar 
ilə, insanlara gözəl görsənən lakin içində  İslamı  yıxmaq istəyən 
münafiqlər çoxaldı. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Ömər 
radıyallahu anhu – dedi: “Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in 
fitnə haqqında olan sözünü kim əzbərlədi”. Xuzeyfə: “Mən söylədiyi kimi 
əzbərlədim” dedim. Ömər: “Sən çox cürətlisən, söylə görüm nə buyurdu” 
dedi. Mən: “Bir adamın ailəsi, malı, uşağı  və qonşusu üzündən düşdüyü 
fitnəyə namazı, orucu, sədəqəsi, yaxşılığı əmr edib pislikdən çəkindirməsi 
kəffarə olur” dedi. Ömər: “Mən bunu qəsd etmirdim. Dənizin 
dalğalanması kimi dalğalanan fitnələri soruşuram” dedi. Mən: “Ey 
möminlərin  əmiri! O, fitnədən sənin üçün bir şey yox. Səninlə o, fitnə 
arasında qapalı bir qapı var” dedim. Ömər: “Bu qapı  qırılacaqmı, yoxsa 
açılacaq” dedi. Mən: “Qırılacaqdır” dedim. Ömər: “Elə isə bir daha 
bağlanmaz” dedi. (Ravi deyir ki) Biz Xuzeyfə - radıyallahu anhu – dan: 
“Ömər qapının kim olduğunu bilirdimi?” dedik. O: “Gecənin gəldiyini 
bildiyi kimi. Mən ona uzaq bir hədisi xəbər verdim” dedi. Biz Xuzeyfə 
radıyallahu anhu – dan soruşmağa cəsarət etmədik və  Məsruk  
radıyallahu anhu – dan bunu xahiş etdik. O: “Qapı kimdir?” dedi. 
Xuzeyfə: “Ömər” dedi
43
. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in 
buyurduğu həqiqət oldu. Ömər - radıyallahu anhu – şəhid edildi və qapı 
qırıldı. Fitnələr və  bəlalar ortaya çıxdı. Rəşidi Xəlifəsi Osman 
radıyallahu anhu – İraq və Misirdən gələn azğın bir topluluq tərəfindən 
öldürüldü. Mədinəyə girib Osman - radıyallahu anhu – nu evində ikən 
şəhid etdilər
44
.  
9.  Siffin, Cəməl, Həruriyə Döyüşləri: Peyğəmbər  – sallallahu aleyhi 
və  səlləm – Osman - radıyallahu anhu – ya başına gələcək bir bəlanın 
isabət edəcəyini söyləmişdir. Bu üzdən Osman - radıyallahu anhu – bu 
bəlaya səbr etdi və ona görə qan tökülməsin deyə azğın topluluğa qarşı 
                                                           
42
 Buxari “Fəzailul Mədinə” 5, Müslim “Həcc” 497, 1388.  
43
 Fəthul-Bəri, Buhari “Mənakib” 6/603-604, Nəvəvi Şərhi Müslim “Fitən” 13/48.  
44
 “Bidayə” 8/180–191.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə