Microsoft Word Axirata Iman doc


  Yalan  Şahidliyin Çoxalması, Haqq Şahidliyin Gizlədilməsi



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə16/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   12   13   14   15   16   17   18   19   ...   127

 
31
33.  Yalan  Şahidliyin Çoxalması, Haqq Şahidliyin Gizlədilməsi:  İbn 
Məsud  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Qiyamət qopmazdan əvvəl insanlar yalan 
şahidlik edəcəklər və həqiqəti gizlədəcəklər»
130
. Əbu Bəkrə - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: 
«Sizə böyük günahların ən böyüyündən xəbər verimmi? deyib bu sözü üç 
dəfə  təkrar etdi. Səhabələr: «Bəli, ya Rəsulallah!» dedilər. Peyğəmbər: 
«Allaha  şərik qoşmaq və ana-ataya üsyan etmək» deyə buyurdu. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – uzanmış halda durub oturdu və: 
«Yalan söz, yalan şahidlik! deyə bu sözləri o, qədər təkrar etdi ki, (öz-
özümə) kaş ki, susaydı dedim
131
.  
34.  Qohumluq  Əlaqələrini Kəsməyin, Qonşuluq Münasibətlərinin 
Pisləşməsinin Çoxalması: Abdullah b. Amr - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ədəbsizlik, 
həyasızlıq, qohumluq əlaqələrinin kəsilməsi və qonşuluq münasibətlərinin 
pisləşməsi çoxalmadıqca Qiyamət qopmaz»
132
.  İbn Məsud  - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: “Qiyamət qopmadan öncə qohumluq münasibətləri kəsilir”
133

Əbu Hureyrə  – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Uca və Böyük olan Allah 
məxluqatı yaratdıqdan sonra yaratma işi tamam olduqda Rahim – 
qohumluq bağı ayağa qalxdı». Allah: «Dur! Söylə  nə istiyirsən?» deyə 
buyurdu. Rahim: «Mənim bu qalxmağım qohumluq əlaqələrini 
kəsməkdən Sənə  sığınanın qalxmasıdır». Allah: «Sənə yaxşılıq edənə 
yaxşılıq etməklə  və  səndən yaxşılığı  kəsəndən yaxşılığımı  kəsməyimlə 
razı deyilsənmi?». Rahim: «Razı oluram Ey Rabbim!» dedi. Allah: «Bu 
höküm sənindir». Sonra Əbu Hureyrə  – radıyallahu anhu – dedi ki, 
istəsəniz bu ayəni oxuya bilərsiniz:  «Əgər  (Peyğəmbərdən)  üz 
döndərsəniz sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq 
tellərini qırmaq gözlənilməzmi»  (Məhəmməd 22)»
134
.  Əbu  Şureh  – 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – buyurdu: «Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun 
ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz!». Səhabələr: «Kim 
Ey Allahın Rəsulu!» deyə soruşdular. Peyğəmbər: «Qonşusu  şərindən 
                                                           
130
 İmam Əhməd “Musnəd” 5/333, “İbn Kəsir “Təfsiri” 6/140, “Fəthul-Bəri” 5/262.   
131
 Buxari 2654, Müslim 87. 
132
 İmam Əhməd “Musnəd” 10/26-31, Əhmed Şakir “Səhih”, Həkim “Mustədrək 1/75-76.  
133
 Musnəd 5/333, Əhməd Şakir “Səhih”.  
134
 Buxari «Ədəbul Mufrad» 50.  


 
32
əmin olmayan kimsə»
135
. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Qonşusu 
şərindən əmin olmayan kimsə Cənnətə girməz»
136
.  
35. Yaşlıların Gənclərə Bənzəməsi: Peyğəmbər – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Axır zamanlarda saç və saqqalını göyərçin sinəsi kimi 
qara rəngə boyayan insanlar olacaqdır. Onlar Cənnətin qoxusunu da belə 
duymayacaqlar»
137
.  İbnul Covzi – rahmətullahi aleyhi - deyir ki: “Bu 
hədisdə  “Cənnətin qoxusunu almazlar” sözünün mənası boyama 
səbəbinə görə deyildir, onlarda olan pis bir əməl və etiqada görədir. 
Eynilə Xəvariclərin özəlliklərindən saçlarını keçəl qırxmalarıdır. Belə ki, 
saçı keçəl qırxmaq haram deyildir”
138
. İbnul Covzi rahmətullahi aleyhi - 
deyir ki: “Səhabə  və tabiindən bir çox kimsə saç və saqqalarını 
boyamışlar. Həsən, Hüseyn, Sad b. Əbu Vaqqas – Allah onlardan razı 
olsun - onlardandır. Tabiinlərdən də bir çoxları saçlarını keçəl qırxmışlar”. 
Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – saç və saqqalını 
qara rəngə boyamağı qadağan etmişdir.  Əbu Kuhafə saç-saqqalı  ağarmış 
halda Məkkənin fəthi günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 
yanına gətrilir. Peyğəmbər: «(Saç-saqqalını  qəsd edərək) bunu bir şeylə 
dəyişdirin və (bu işdə) qara rəngdən çəkinin»
139

36. Vaxtın Sürətlə Getməsi: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Zaman 
qısalmadıqca Qiyamət qopmaz”
140
.  Əbu Hureyrə,  Ənəs  - radıyallahu 
anhm –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Vaxt sürətlə getməyənə  qədər Qiyamət qopmaz. İl aya, ay 
həftəyə, həftə günə, gün saata, saat da xurma yarpağının yanıb kül olması 
qədər olacaqdır»
141
. Zamanın qısalmasıyla bağlı alimlərin dəyişik 
görüşləri vardır: 1. Bundan qəsd zamandakı  bərəkətin az olmasıdır. 2. 
Bundan qəsd Mehdi və İsa - əleyhissəllam - ın zamanında olacaq həyatın 
insanlara xoş gəlməsi, əminliyin və ədalətin artmasıdır. Buna görə də uzun 
olsa da belə xoş günlərin insanlara qısa gəlməsi, qısa da olsa acı günlərin 
onlara uzun gəlməsidir. 3. Bunda qəsd o, zamanda uzaqda yaşayan 
                                                           
135
 Fəthul Bəri 10/443.  
136
 Buxari «Ədəbul Mufrad» 121.  
137
 Əbu Davud 4/319, əl-Albani «Səhihul Cəmi» 8153.  
138
 “Movzuat” 3/55.  
139
 Müslim 3/1663.  
140
 Fəthul-Bəri, Buxari “Fitən” 13/81,82.  
141
 İmam Əhməd “Musnəd” 2/537-538, Tirmizi, əl-Albani “Camius-Sağir” 6/175, H. 7299.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə