Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə13/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   9   10   11   12   13   14   15   16   ...   127

 
25
- radıyallahu anhu – deyir ki: “Quran aranızdan qaldırılaraq bir gecədə 
yox olur və insanların qəlblərindən gedər. Ondan heç bir əsər-əlamət 
qalmaz”
91
.  
19.  Ölüm Hadisələrinin Artması: Auf b. Məlik,  İbn Ömər  
radıyallahu anhum –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: 
«Ümmətimin ölüm xəstəliyinə tutulmasıdır. Belə ki, qoyun qırxarkən 
yunlarının yerə düşdüyü kimi insanlar da yerə düşüb öləcəklər»
92
.  İbn 
Məsud  - radıyallahu anhu –  rəvayət edir ki, Qiyamətdən öncə  Xarc 
günləri gəlir. O, günlərdə elm yox olur, cəhalət çoxalır” dedi. Əbu Musa: 
Xarc -  Həbəşi dilində  mənası adam öldürməkdir” dedi
93
.  Əbu Hureyrə, 
Əbu Musa əl-Əşari - radıyallahu anhum –  rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamətə yaxın  Xarc 
çoxalacaqdır» Biz: «Xarc  nə deməkdir?» deyə soruşduq. O: «Ölüm 
hadisələrinin çoxalması, adam öldürməkdir)». Səhabə: “Biz bir ildə 
(döyüşlərdə)  70 mindən çox adam öldürürük. Bundan daha çox 
öldürücəyik?” dedi. Peyğəmbər: “Bu sizin müşrikləri öldürməyiniz 
deyildir. Bu sizin bir-birinizi öldürməyinizdir” deyə buyurdu. Səhabə: 
“Bunu etdiyimiz zaman ağlımız yerində olurmu?” dedi. Peyğəmbər: “O, 
gün insanların çoxunun ağlı yerində olmaz. Onların yerinə boş başlı 
insanlar gəlir. Hamısı özlərini (böyük, alim) sayarlar. Lakin onlar heç bir 
şeydirlər” deyə buyurdu
94
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Qəlbim  əlində 
olan Allaha and olsun ki, ölən nə üçün öldürdüyünü, öldürülən də nə üçün 
öldürüldüyünü bilmədikcə Qiyamət qopmaz». Biz: «Bu necə olacaq?» 
deyə soruşduq. O: «Bu elə  qətllər olacaq ki, ölən də öldürülən də 
Cəhənnəmə düşəcək»
95
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Zaman qısalacaq, 
elm yox olacaqdır. Fitnələr meydana gələcəkdir. Karğaşa çoxalacaqdır». 
Səhabələr: «Karğaşa  nədir? Ya Rəsulallah!» dedilər. Peyğəmbər: 
«Öldürmədir, öldürmə! (Başqa rəvayətdə: «Karğaşa – insan yanında 
əyləşən yoldaşına güvənməyəcəkdir)»
96
. İbn Məsud - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
                                                           
91
 Təbərâni, Heysəmi “Məcmauz-Zəvâid” 7/329-330, İbn Hacər “Fəthul-Bəri” 13/16.  
92
 Buxari «Cizyə» 15. 
93
 “Fəthul-Bəri”, Buxari “Fitən” 13/14.  
94
 Nəvəvi  Şərhi, Müslim “Fitən” 18/13, Musnəd 4/414, İbn Məcə “Fitən” 2/1309 H. 3959, Şərhus-
Sünnə 15/28-29 H. 4234, əl-Albani “Camius-Sağir” 2/193, H. 2043.  
95
 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/35.  
96
 Buxari, Müslim.  


 
26
«Qiyamət günü Allahın ilk haqq-hesab etdiyi şey qanla əlaqəsi olan 
şeylərdir»
97
. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xarc və 
Mərc vaxtlarında edilən ibadət mənim yanımda hicrət etmək kimidir»
98

Sadaqa b. Musənna Rabah b. Həris, Əbu Burdə - radıyallahu anhu – yolu 
ilə  gələn hədisdə deyir ki: “Ziyadın  əmirliyi zamanı bazarda olarkən 
dəhşətdən əlimi digərinin içinə çırpdım. Ənsardan atası səhabə olan biri: 
“Nə üçün belə  təəccübləndin ey Əbu Burdə?” dedi. Mən: “Dini bir, 
Peyğəmbər bir, döyüşü bir, Həcci bir, döyüşdükləri bir olan qövm bir-
birilərini öldürməyi necə halal sayırlar?” dedim. Mənə: “Heç 
təəccüblənmə. Atam mənə Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in 
belə buyurduğunu rəvayət etdi: “Mənim ümmətim bağışlanmış bir 
ümmətdir. Axirətdə hesab və  əzab görməzlər. Onların  əzabı öldürmə, 
zəlzələ və fitnədir”
99
.  
20. Qəbirdəkilərə Qibtə Edilməsi: Əbu Hureyrə - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Qiyamət qopmaz o, vaxta qədər ki, qəbrin yanından keçən insanlar – 
«Kaş ki, onun yerində mən olaydım» deməyincə
100
. Xuzeyfə - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «İnsanlar üçün elə bir zaman gələcək ki, Dəccəlin çıxmasını 
istəyəcəklər”. Mən: “Nə üçün Ya Rəsulullah!” dedim. Peyğəmbər: 
“Çətinlik və sıxıtlırlarla üzləşdikləri üçün” deyə buyurdu
101
.  
21.  Bəlaların Və Fitnələrin Artmasından  İnsanın Ölmüş Birisinin 
Yerində Olmasını  Təmənna Etməsi:  Əbu Hureyrə  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Ruhum  əlində olan Allaha and olsun! İnsan qəbrin yanından keçərkən 
(borca görə deyil sadəcə  bəlalara görə) özünü toza çırpıb – «Kaş ki, 
qəbrdə  mən olardırm» deməyincə Qiyamət qopmaz
102
.  İbn Məsud  
radıyallahu anhu – deyir ki: “Sizin üzərinizə elə bir zaman gələcək əgər 
sizdən birisi ölümü tapsa onu alar. Şairin dediyi kimi: “Bu həyatın dadı 
qalmadı, ölümü satan varsa mən alım onu”
103
.  
                                                           
97
 Buxari, Müslim.  
98
 Müslim.  
99
 Həkim “Mustədrək” 4/253-254, “Səhih Hədislər” 2/684-686, Musnəd 4/410, “Camius-Sağir” 2/104, 
H. 1734. “Səhih Hədislər” 2/684, H. 959.  
100
 “Fəthul-Bəri”, Buxarî “Fitən” 13/81,82, Nəvəvi şərhi, Müslim “Fitən” 18/34.  
101
 Təbərâni “Əvsat”, “Məcmauz-Zəvâid” 7/284-285.  
102
 Nəvəvi şərhi, Müslim “Fitən” 18/34.  
103
 “Feyzul-Kadir” 6/418.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə