Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə15/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   11   12   13   14   15   16   17   18   ...   127

 
29
“İnsanların üzərinə elə bir vaxt (zaman) gələcək ki, artıq insanı qazancının 
halal və ya haram yolla olması maraqlandırmayacaq”
119
.  
29.  Əmanətə  Xəyanətin Artması:  Əbu Hureyrə  - radıyallahu anhu – 
rəvayət edir ki, bir nəfər Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – dən 
soruşdu: «Qiyamət nə vaxt qopacaq?» O: «Əmənət qaldırılacağı zaman 
siz Qiyaməti gözləyin» deyə buyurdu. O, kişi: «Əmanət nə vaxt 
qaldırılacaq?» Peyğəmbər: «Layiq olmayan insana əmanət verilərsə 
əmanət korlanmış olar» deyə buyurdu
120
.  Əmanət –  xəyanətin ziddidir. 
“Biz  əmanəti  (Allaha itaət və ibadəti,  şəri hökmləri yerinə yetirməyi) 
göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb 
özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. 
Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə 
özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini 
bilmədi)”. (əl-Əhzab 72). Alimlər əmanəti bir çox mənalarda açıqlamışlar. 
1) Tövhid – çünki o, qulun yanında qoruması lazım olan bir əmanətdir. 2) 
Əməl – qulun qoruması lazım olan bir əmanətdir. Əmanət dinin əmrlərini 
yerinə yetirmək və qadağalarından qaçmaqdır
121
. Xuzeyfə  - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə iki 
hədis rəvayət etdi. Onlardan birini gördüm, ikincisini isə gözləyirəm. 
Birinci - əmanətdir.  İnsanların (saleh kimsələrin) qəlblərinin dərinliyinə 
enər. Sanki o, insanlar Quran və Sünnəni bilirlər. Peyğəmbər sallallahu 
aleyhi və  səlləm – bizə  əmanətin qaldırılmasından da danışdı. Bir kimsə 
yatar və  əmanət onun qəlbindən (hafizəsindən) silinib alınar.  Əmanətin 
əsəri, rəngi solğun bir nöqtə halında yanıq yeri kimi qalır. Sonra həmən 
şəxs bir də yatdığı zaman əmanətin qalan qismi də alınır. Bunun da izi 
əməksevər bir kimsənin ovcundakı qabarcıq (suluq) kimi yeri qalar. Belə 
ki,  əmanət sənin ayağına saldığın bir közün düşdüyü yeri şişirdib sənin 
onu qabarcıq (suluq) halında gördüyün kimidir. Halbuki bu qabarcıqda 
(suluqda həyata təsir) bir şeylər yoxdur. Bu şəkildə insanlar bir-birilərilə 
alış-veriş etməkdə sabahlayarlar. (Heç kimsə əmanəti kim ödəyər deyə bir 
kimsə tapmaz). Belə ki: “(Gah) Filan oğulları içində əmin bir kimsə vardır 
(əmanəti ona verək)” deyərlər. Yenə o, kimsə üçün: “O, nə  ağıllı, nə 
tədbirli, nə də cəsur bir kimsədir” deyərlər. Halbuki o, kimsənin qəlbində 
xardal dənəsi qədər iman yoxdur. Xuzeyfə: “Mən elə bir zamanda 
yaşadım ki, o dövürdə biri ilə alış-veriş etdikdə heç narahat olmazdım. 
(Alış-veriş) edəcəyim kimsə müsəlmandırsa onu İslamı (xəyanət) 
                                                           
119
 Buxari 2059, Nəsəi “Buyu” 7/243.  
120
 Fəthul-Bəri, Buxari “Rikâk” 11/333, Müslim. 
121
 Əhkamul Quran 3/1588,1589, Nəvəvi Şərh Müslim 2/168, İbn Kəsir 6/477, Fəthul Bəri 11/33.  


 
30
etməkdən çəkindirərdi.  Əgər (alış-veriş) edəcəyim kimsə Xristian və 
Yəhudidirsə onu yaşadığı yerin vəlisi xəyanətdən çəkindirər. Bu gün isə 
mən filan və filankəsdən başqa heç kəslə alış-veriş edə bilmirəm”
122
.  
30. Qul Qadının Öz Ağasını Doğması, Kasıbların Varlanıb Hündür 
Binalar Tikməkdə Bir-Birləri  İlə Yarışmaları: Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm –  dən Qiyamətin  əlamətləri haqqında soruşan Cəbrailə 
belə cavab vermişdir: «Qul qadın öz ağasını doğması, ayaq yalın, cılpaq, 
cobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları»
123
. Peyğəmbər 
– sallallahu aleyhi və səlləm – buyurdu: “Qulun xərclədiyi hər bir şeydə 
əcr vardır. Lakin bina bundan müstəsnadır»
124
. Əbu Hureyrə – radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: “İnsanlar binaları qat-qat yüksəltmədikcə Qiyamət qopmaz”
125

İbn Həcər  – rahmətullahi aleyhi - deyir ki: “Axır zamanda cariyələr 
hədisdə  işarə edilən tərbiyə edilənlər olacaqlar. Çünki cariyələr azad 
qadınlardan ayrı olaraq güclü adamların himayəsində olacaqlar. Buna görə 
də  hədisdə: “...Ayaq yalın, cılpaq, cobanların hündür bina tikməkdə bir-
birləri ilə yarışmaları” ləfzi ilə zikr edilmişdir
126
.  
31.  İnsanların Yalnız Tanıdıqları Kimsələrə Salam Vermələri:  İbn 
Məsud  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətlərindən biri də insanların 
yalnız tanışlıq xatirinə bir-biri ilə salamlaşmalarıdır»
127
.  
32.  Elimsiz Kimsələrin Fətva Vermələri:  Abdullah b. Mubarək,  Əbu 
Umeyyə əl-Cuməhi - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – buyurdu: “Üç şey Qiyamətin  əlamətlərin-
dəndir. Elimsiz kimsələrdən fətva almaq...”
128
. Abdullah b. Mubarək  – 
rahmətullahi aleyhi - elimsiz kimsələrin kim olduğu barədə soruşdu. O: 
“Öz ağıllarına görə fətva verənlərdir” dedi. Başqa rəvayətdə: “Onlar bidət 
əhli olanlardır” dedilər. İbn Məsud - radıyallahu anhu – deyir ki, insanlar 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in səhabələrindən və böyük 
şəxslərdən elm aldıqları müddətdə yaxşı olurlar. Kiçiklərdən elm almağa 
başladıqda görüşlər ayrılır və ayrılığa düşərlər” dedi
129
.  
                                                           
122
 “Fəthul-Bəri”, Buxari “Rikâk” 11/333, “Fitən” 13/38.  
123
 Buxari, Müslim.  
124
 əl-Albani «Cəmius Səhih» 4442. 
125
 Fəthul-Bəri, Buxari “Fitən” 13/81,82.  
126
 “Fəthul-Bəri” 1/122-123.  
127
 İmam Əhməd “Müsnəd” 5/326, Ahməd Şakir “Səhih”.  
128
 “Zühd” s: 20-21. H. 61, “Fəthul-Bəri” 1/143, əl-Albâni “Camius-Sağir” 2/243, H. 2203.  
129
 “Zühd” s: 281, H. 815, Təbərâni “Kəbir” və “Əvsat”, AbdurRazzaq “Musannəf” 11/347, H. 20446.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə