Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə18/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   14   15   16   17   18   19   20   21   ...   127

 
35
mömin kimsənin dostu və yardımçısı az olduğundan ona gördüyü 
yuxunun həqiqət olmasıyla ehtiram edilir”
159
.  
42.  Huzeyfə b. Yəmən - Radıyallahu Anhu – Nun Fitnələr 
Haqqınada Xəbər Verməsi: Huzeyfə b. Yəmən - radıyallahu anhu – deyir 
ki, insanlar Allah Rəsulundan xeyir haqqında soruşardılar. Mən isə başıma 
gəlir qorxusu ilə şərr haqqında soruşurdum. Bir dəfə: «Ey Allahın Rəsulu! 
Biz cəhalət və küfrün içində idik. Allah bizə xeyir nəsib etdi. Bu xeyirdən 
sonra şərr olacaqmı?» dedim. Peyğəmbər: «Bəli» deyə cavab verdi. Mən: 
«Bu şərrdən sonra yenə xeyir varmı?» deyə soruşdum. O: «Bəli, lakin bu 
xeyirdə  Dəhan vardır» dedi. Dəhan nədir? Ya Rəsulullah! – deyə 
soruşulduqda o: «Elə bir topluluq gələcək ki, mənim sünnəmdən başqa bir 
sünnəyə  əl atacaqlar. Sənin pis gördüyün bəzi işləri onlar yaxşı 
görəcəklər» dedi. (Başqa rəvayətdə: «Onların qəlbləri insan surətindəki 
şeytanların qəlbləri kimidir» dedi. Mən: «Ya Rəsulullah! Onlara yetişsəm 
nə edim?» dedim. O: «Belinə-belinə vursalar da belə əmirin sözünü dinlə 
və ona itaət et!»). Mən: «Bu xeyirdən sonra şərr olacaqmı?» deyə 
soruşdum. O: «Bəli, Cəhənnəmin qapılarında duraraq insanları ora dəvət 
edən insanlar olacaqdır. Kim onlara itaət edərsə onu Cəhənnəmə atarlar» 
dedi. Mən: «Ya Rəsulullah! Onları bizə  vəsf et?» dedim. O: «Onlar 
bizdəndirlər və bizim dilimizdə danışırlar» dedi. Mən: «Bu söylədiyin 
şeylər məni taparsa onda nə edim?» deyə soruşdum. O: «Müsəlmanların 
cəmaatına sarıl və imamlarına uy!» dedi. Mən: «Əgər nə  cəmaat, nə  də 
imamları olmasa necə!» dedim. O: «Onda ağacın kökündən sarılaraq ölüm 
sənə  gələnə  qədər bu firqələrin hər birindən uzaqlaşıb hamısını  tərk et 
(Başqa rəvayətdə: Bundan sonra Dəccəl çıxacaqdır)»
160
. Xuzeyfə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Nəfsim əlində olan Zul Cələlə and olsun ki! İmamınızı 
öldürmədikcə, qılınclarınız bir-birilə toqquşmadıqca, dünyanıza  şərlilər 
varis olmadıqca Qiyamət qopmaz”
161
. Əbu Hureyrə - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki 
böyük  İslam ordusu bir-biri ilə savaşmadıqca Qiyamət qopmaz. Bu iki 
toplumun ikisi də eyni iddiada olduqları (ikisi də  İslamiyyət və haqq 
iddiasında olduqları) halda aralarında böyük savaş olacaqdır. «Şübhəsiz 
ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir 
Peyğəmbər olduğunu iddia edəcəkdir. Elm yox olmadıqca, zəlzələlər 
çoxalmadıqca, fitnələr ortaya çıxmadıqca, adam öldürmə halları 
                                                           
159
 “Fəthul-Bəri” 12/406.  
160
 Buxari 3606, Müslim, Əhməd, Əbu Davud.  
161
 Tirmizi “Fitən” 9, 2171.  


 
36
çoxalmadıqca, aranızda mal çoxalıb sel kimi axmadıqca qiyamət 
qopmayacaqdır. Mal o, qədər çoxalacaq ki, mal sahibi malının zəkatını 
kim qəbul edər deyə səsləyəcəkdir. Belə ki, bəzi kimsələrə zəkat vermək 
istəyəcəkdir o, da mənim zəkata ehtiyacım yoxdur! deyəcəkdir. Yenə 
insanlar hündür binalar tikməkdə bir-birləri ilə yarışacaqlar, bir kimsə 
başqasının məzarının yanından keçərkən: «Kaş ki, onun yerində  mən 
olardım!» deyərək (ölümü istəmədikcə) qiyamət qopmayacaqdır. Günəş 
batdığı yerdən doğmadıqca yenə də qiyamət qopmayacaqdır. İnsanlar bu 
halı gördükdə iman gətirəcəklər. Lakin bu iman daha əvvəl iman etməmiş 
olan və ya imanlarında heç bir xeyir qazanmamış kimsələrin imanlarının 
onlara heç bir faydası olmayacaqdır. Heç şübhəsiz ki, Qiyamət 
qopacaqdır. Alan ilə satan arasında alış-veriş tamamlanmadan Qiyamət 
qopacaqdır. Heç şübhəsiz ki, Qiyamət qopacaqdır. Dəvəsinin südünü 
sağıb gələn kimsəyə südü içmək imkanı olmadan Qiyamət qopacaqdır. 
Yenə heç şübhəsiz ki, Qiyamət qopacaqdır. Yemək yeməyə oturan bir 
kimsənin loxmanı  ağzına qoymaq fürsəti qalmadan Qiyamət 
qopacaqdır»
162

43.  İslam Torpaqlarının Genişlənməsi: «De – Allah başınızın 
üstündən və ayaqlarınızın altından  (göydən və yerdən) sizə  əzab 
göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin 
zorunu daddırmağa qadirdir! Gör ayələrimizi onlara nə cür izah edirik 
ki, bəlkə başa düşsünlər!». (əl-Ənam 65). Peyğəmbər sallallahu aleyhi 
və  səlləm – buyurdu: «Allah yer üzünü mənə görə  cəm etdi və (mənə 
göstərdi). Onun şərqini də, qərbini də gördüm. Mənim ümmətimin 
səltənəti mənim üçün ayrılmış torpağın sahəsinə qatılacaqdır. Mənə iki 
xəzinə  qırmızı – Sezarın qızılı, və  ağ – Xosrovun daş-qaşı verildi. (Hər 
ikisi də Ömər - radıyallahu anhu – nun dövründə alınıb və Allah yolunda 
da paylanılmışdır). Allahımdan ümmətimi kütləvi qıtlıqla həlak 
etməməsini, canlarına və mallarına qəsd edən özlərindən olmayan bir 
düşmənin ümmətim üzərində hökmüranlıq etməməsini xahiş etdim. Allah: 
«Ey Muhəmməd! Mən bir işə hökm verirəmsə,  şübhəsiz ki, o geriyə 
dönməz və  Mən sənin ümmətinin bir hissəsi başqa bir hissəsini həlak 
edənədək və bir hissəsi başqa bir hissəsini əsir alanadək onları ümumi bir 
qıtlıqla həlak etməməyimi, özlərindən olmayan bir düşmənin onların 
malları  və canları üzərində hökmüranlıq etməməsi istəyini yerinə 
yetirdim. Lap istəyirsə yer üzünün hər tərəfindən olan insanlar yığışıb 
onlara qarşı gəlsinlər və yaxud onun hər tərəfindən kim istəyirsə bir yerdə 
toplaşıb gəlsinlər. (Başqa rəvayətdə: «Rəbbimdən üç şey istədim. Mənə 
                                                           
162
 Buxari “Fitən” 24, “Mənakib” 25, Müslim “İman” 248, (157).  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə