Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə14/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   10   11   12   13   14   15   16   17   ...   127

 
27
22. Ani Ölümün Artması: Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «...Ani 
ölümün çoxalması Qiyamətin əlamətlərindəndir”
104
.  
23.  Zəlzələlərin Və  Xəstəliklərin Çoxalması:  Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Zəlzələlərin sayı çoxalmadıqca Qiyamət qopmaz»
105

Sələmə b. Nufeyl əs-Səkuni - radıyallahu anhu – deyir ki, biz Peyğəmbər 
– sallallahu aleyhi və səlləm – in yanında oturmuşduq... Qiyamətdən öncə 
yoxlucu xəstəliklər olacaq. Sonra isə illərlə  zəlzələlər sürər” deyə 
buyurdu
106
. Ömər  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir qövmdə zinakarlıq 
artarsa Allah onları taunla və başqa bir xəstəliklə  cəzalandırar. Elə bir 
xəstəlik ki, bundan qabaq bu haqda eşitməyiblər»
107
.  
24.  Kişilərin Sayca Azalması  Və Qadınların Çoxalması:  Ənəs  
radıyallahu anhu –  rəvayət edir ki, sizə bir hədis söyləyəcəyəm. Onu 
məndən başqa kimsə sizə başa salmaz. Peyğəmbər – sallallahu aleyhi və 
səlləm –in belə buyurduğunu eşitdim: “Elmin azalması, cahilliyin artması, 
qadınların çoxalması, kişilərin azalması Qiyamətin  əlamətlərindəndir. 
Belə ki, bir kişiyə  50 qadın düşər”
108
.  Əbu Musa - radıyallahu anhu –
rəvayət edir ki: “Qırx qadının bir kişiyə tabe olduğunu və onu saxladığı 
görülür”
109
.  
25. İnsanların Göz Qabaqlarında Zinanın Artması: Nəvvas b. Səman 
- radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç 
bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi 
qadın kişi bir-birləri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində 
qopar»
110
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Qəlbim  əlində olan Allaha and 
olsun! Bu ümmət məhv olmaz o, vaxta qədər ki, bir kişi qadını yolda 
uzada və o, günün ən xeyirli insanları isə: «Yaxşı olardı ki, sən o divarın 
arxasında gizlənərdin» deyəcəklər
111
.  
                                                           
104
 Heysəmî “Məcmauz-Zəvâid” 7/325, “Təbərâni “Sağir” və  “Əvsat”,  əl-Albâni “Camius-Sağir” 
5/214, H. 5775.  
105
 “Fəthul-Bəri”, Buxari “Fitən” 13/81,82.  
106
 Musnəd 4/104, Heysəmi “Məcmauz-Zəvaid” 7/306.  
107
 İbn Məcə.  
108
 Fəthul-Bəri, Buxari “Elm” 1/178, Nəvəvi şərhi, Müslim “Elm” 16/221, Tirmizi 6/448, H. 2301.  
109
 “Fəthul-Bəri” 1/179.  
110
 Nəvəvî şərhi, Müslim “Fitən” 18/70.  
111
 Əbu Yəla, əl-Heysəmi 7/331.  


 
28
26.  İçkinin, Zinanın Artması  Və Bunların Halal Qəbul Edilməsi:
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 
və  səlləm – buyurdu: «Qiyamətə yaxın zinakarlığın, içkilərin artması 
(çoxalması) olacaqdır»
112
.  Əbu Məlik  əl-Əşari  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən 
insanlar çıxacaq»
113
. Səhl b. Səd  - radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamətə yaxın 
pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz: «Ey Allahın 
Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və 
qadın müğən-nilərinin çoxaldığı vaxt!» deyə buyurdu
114
. Ubadə b. Sabit 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Ummətimdən bir qism insanlar olacaq ki, içki içib onu 
başqa adla adlandıracaqlar»
115
.  
27. Musiqi Və Çalğı Alətlərinin Çoxalması: Səhl b. Səd - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb 
gedəcəkdir». Biz: «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə 
soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» 
deyə buyurdu
116
. Ənəs b. Məlik, İmran b. Huseyn - radıyallahu anhum – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu 
ümmətin içərisində yerə batırılma (yəni zəlzələ), göydən daş yağma və 
surət dəyişməsi (heyvana çevrilmə) olacaqdır. Səhabələr: «Nə zaman Ey 
Allahın Rəsulu?» deyə soruşdular. Nə vaxt ki, içki içiləcək, qadın 
müğənnilər (cariyələr) və musiqi alətləri (Ud) (Bərabit – Uda bənzəyən 
(simli alət) bir çalğı alətidir. Buna səbəb bunu çalan kimsənin bu aləti 
köksünün üzərinə qoymasıdır. Köks də  Bər deməkdir) zühur 
edəcəkdir»
117
.  
28. Faizin (Sələmçiliyin) Çoxalması: İbn Məsud - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
“Qiyamətdən öncə  % çoxalır”
118
.  Əbu Hureyrə  – radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
                                                           
112
 Fəthul-Bəri, Buxari “Elm” 1/178, Nəvəvi şərhi, Müslim “Elm” 16/221.  
113
 Fəthul-Bəri, Buxari “Əşribə” 10/51.  
114
 İbn Məcə, əl-Albəni səhih.  
115
 İmam Əhməd, İbn Məcə, əl-Albəni səhih.  
116
 İbn Məcə, əl-Albani səhih.  
117
 Tirmizi  2212,2213,  əl-Albani «Səhih Silsilə» 2203, Tahrimu alatit Tarab s. 78, İbn  Əbu Dunyə 
«Zəmmul Məlahi», İbnu Əsakir «Tarixu Dəməşk» 12/582.  
118
 Munzirî “Tərğib və Tərhib” 9/3.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə