Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə12/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   8   9   10   11   12   13   14   15   ...   127

 
23
səlləm - buyurdu: «Sizin başınıza elə bir təhlükəsizlik orqanları  gəlir 
Məcusilərdən daha pis olacaqlar”
75
.  
17. Yalanın Artması: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın 
mənim ümmətimdən elə bir insanlar çıxacaq ki, onlar nə sizin, nə  də 
atalarnızın eşitmədikləri  şeyləri danışacaqlar. Onlardan çəkinin»
76

Abdullah b. Amr - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Dənizdə Süleymanın qandalladığı 
şeytanlar vardır. Çox keçməz ki, onlar azad olarlar və insanlara öz 
Quranlarını oxuyarlar»
77
.  
18. Elmin Qaldırılması, Cahillik Və Fitnə-Fəsadın Çıxması: Ənəs b. 
Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi 
və  səlləm – buyurdu: «Qiyamətə yaxın elm qaldırılacaq (cahillik 
yayılacaqdır)»
78
.  Şakik deyir ki, mən  İbn Məsud və  Əbu Musa 
radıyallahu anhum – ilə birlikdə idim. Onlar Peyğəmbər  sallallahu 
aleyhi və səlləm – in belə buyurduğunu rəvayət etdilər: “Qiyamətdən öncə 
elə bir günlər gələcək ki, elm qaldırılacaq, cahillik isə artacaqdır”
79
. Əbu 
Hureyrə  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – buyurdu: “Zaman qısalır, elm qaldırılır, fitnələr ortaya 
çıxır, simiclik artır və ölüm çoxalır”
80
. İbn Batta – rahmətullahi aleyhi -
 
deyir ki: “Biz bu hədisdə söylənilən Qiyamətin  əlamətlərindən elmin 
azaldığını, simicliyin artdığını, cahilliyin çoxaldığını, fitnələrin ortaya 
çıxdığını  və ölümün çoxaldığını günümüzdə açıq-aydın görürük”
81
.  İbn 
Həcər – rahmətullahi aleyhi -
 
deyir ki: “Bu kimi şeylər gələcəkdə daha da 
artacaqdır. Elmin qaldırılmasıyla birlikdə cahilliyin yayılması buna 
işarədir. O, anda alimlərin olması bu hadisələrin baş verməsinin qarşısını 
ala bilməyəcəkdir. Çünki o, vaxt cahillər alimləri başa düşməzlər”
82

Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər 
– sallallahu aleyhi və  səlləm – buyurdu: “Həqiqətən də Allah elmi 
insanlardan almaz. Lakin elmli insanların ruhlarını almaqla elmi onlardan 
qaldırar. Beləki heç bir alim qalmadıqda insanlar özləri üçün cahilləri 
başçılar təyin edərlər. Onlar da sual verildikdə elmsiz olaraq fətva 
                                                           
75
 Təbərani “Sağir” və “Əvsat” “Məcmauz-Zəvâid” 5/235.  
76
 Nəvəvi şərhi, Müslim “Müqəddimə” 1/78.  
77
 Nəvəvi şərhi, Müslim “Müqəddimə” 1/79-80.  
78
 Fəthul-Bəri, Buhari “Elm” 1/178, Nəvəvi Şərhi, Müslim “Elm” 16/222.  
79
 Fəthul-Bəri, Buxari “Fitən” 13/13.  
80
 Nəvəvi Şərhi, Müslim “Elm” 16/222,223.  
81
 “Fəthul-Bəri” 13/16.  
82
 “Fəthul-Bəri” 13/16. 


 
24
verərlər. Bununla həm özləri zəlalətə düşər, həm də başqalarını  zəlalətə 
salarlar”
83
. Burada olan elmdən qəsd Quran və Sünnədi. O, da 
Peyğəmbərlərin miras olaraq buraxdıqları elmdir. Çünki alimlər 
Peyğəmbərlərin varisləridir. Onların yox olmasıyla elm də yox olar, 
sünnətlər unudular, bidətlər çoxalar və cahillik artar. Bu ümmətin alimləri 
səhabələr, tabiinlər və onlara tabe olanlardır. Ən xeyirli əsr onların zamanı 
idi. İmaran b. Hüseyn - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimin ən xeyirliləri mənim 
zamanımdakılardır. Sonra onların ardıyca gələnlərdir». Səhabə deyir ki, 
bilmirəm iki, yoxsa üç nəsil zikr etdi…»
84
. Elm azalmağa davam etdikcə 
cahillikdə çoxalır. Huzeyfə b. Yəmən  - radıyallahu anhu – deyir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam 
paltarın naxışları silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, 
(yer üzündə) nə orucun, nə namazın, nə həccin, nə də sədəqənin nə olduğu 
bilinməyəcəklər. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan 
bir ayə belə qalmayacaqdır. O, zaman insanlardan yaşlılar və böyüklər 
qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə  İləhə 
İlləllah» - söylədiklərini eşitdik. Buna görə  də biz də onu söyləyirik». 
«Bu sözlər onları  Cəhənnəmdən qurtaracaq» və üç dəfə  təkrar etdi»
85

Ənəs b. Məlik  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə Allah, Allah kəlməsi 
itməyənədək Qiyamət qopmaz»
86
. İbn Kəsir – rahmətullahi aleyhi -
 
deyir 
ki: “Bu hədisin iki mənası vardır: 1. Kimsə pislikdən çəkindirməz., pisliyi 
edən bir kmsəni gördüyü zaman ona mane olmaz. Buna görə  də: Allah, 
Allah! Deyilməz. 2. Allah bilinməz, yer üzündə adı belə çəkilməz. Bu da 
insanlığın yox olduğu, inkar, üsyan, fitnə, fəsadın çox olduğu zamanda 
olur”
87
. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə 
Lə  İləhə  İlləllah deyildiyi müddətdə Qiyamət qopmayacaqdır»
88

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah, Allah deyən 
bir adamın üzərinə Qiyamət qopmayacaqdır»
89
. Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Zaman içində bir gün olsun belə  Lə  İləhə 
İlləllah deyən kimsə şübhəsiz ki, Cəhənnəmdən çıxacaqdır»
90
. İbn Məsud 
                                                           
83
 Buxari 100, Müslim 2673.  
84
 Buxari, Nəvəvi Şərhi, Müslim «Fitən» 42, “Səhabənin Fəzilətləri” 16/86.  
85
 İbn Məcə 4049, Həkim 8460, 8646, İbn Həcər «Fəthul Bəri» 13/16, əl-Albani «Səhih Hədislər 
Silsiləsi» 87, “Səhih Cəmius Səğir» 7933,8077.  
86
 Nəvəvi Şərhi, Müslim “İmân” 2/187.  
87
 “Nihayə” 1/186.  
88
 Əhməd 3/268. 
89
 Əhməd 3/162. 
90
 Əhməd 3/29.41. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə