Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə11/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   7   8   9   10   11   12   13   14   ...   127

 
21
çıxacaq. Onlardan 4 qadındır. Mən isə Peyğəmbərlərin sonuncusuyam. 
Məndən sonra Peyğəmbər yoxdur”
62
.  
12. Əminliyin Artması: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “İraq ilə  Məkkə 
arasında səfər edən kimsə yolu azmaqdan başqa heç bir şeydən 
qorxmadığı müddətdə Qiyamət qopmaz”. Səhabə zamanında 
müsəlmanların fəth etdiyi yerdə İslam və ədalət olduğu üçün bu hallar baş 
vermişdir. Mehdi və İsa - əleyhissəlam - ın zamanında da yer üzü ədalət 
və əmin-amanlıqla dolacaqdır. İsnşəallah!  
13.  Hicazdan Alovun Çıxması:  Əbu Hureyrə  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Hicaz bölgəsində bir atəş  çıxmadıqca Qiyamət qopmaz. Bu atəş 
Busradakı  dəvələrin boyunlarını  işıqlandıracaqdır»
63
. Bu atəş  7-ci  əsrin 
ortalarında 654-cü ildə görsənmişdir. İmam Nəvəvi – rahmətullahi aleyhi 
-
 
deyir ki: “Bizim zamanımızda  654-cü ildə  Mədinədə bir atəş  çıxdı. 
Mədinənin doğu tərəfində Harrənin arxasında böyük bir alov idi. Bu atəşi 
Şam və s. bölgələr görmüşdülər. Bu atəşin necə olduğunu Mədinəlilər 
mənə  xəbər vermişdilər”
64
.  İbn Kəsir  – rahmətullahi aleyhi -
 
deyir ki: 
“Busrada olan bədəvilərin bir çoxu Hicazda çıxan bu atəşin dəvələrin 
boyunlarını  işığlatdığına  şahid olmuşdular”
65
. Qurtubu – rahmətullahi 
aleyhi -
 
deyir ki: “Məkkə  və Busra dağlarından atəşin göründüyünü 
söyləmişdir”
66
.  
14.  Türklərlə Döyüş:  Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz ayaqqabıları 
keçə (dəridən) olan, gözləri kiçik, üzləri qırmızı, burunları kiçik (basıq), 
üzləri dəri ilə örtülmüş (dəri üstünə dəri örtülmüş qalxan kimi qalın dərili) 
olan Türklərlə savaşmadıqca Qiyamət qopmaz»
67
.  Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “Müsəlmanlar Türklərlə döyüşmədikcə Qiyamət 
qopmaz. Onlar üzlərini dəri ilə örtmüş bir qövmdür. Tükdən (dəridən) 
paltar və ayaqqabı geyinərlər”
68
. Amr b. Sələbə  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
                                                           
62
 Müsnəd 5/396, Təbərani 3026, “Əvsat” 5/327, Fəthul Bəri 13/87, “Cəmiu-Sağır” 4/97, H. 4134, 
Heysəmi “Məcmauz-Zəvaid” 7/332,532.  
63
 Buxari  «Fitən» 24, Müslim «Fitən» 42. 
64
 Müslim Nəvəvi Şərhi 18/28.  
65
 “Bidâyə Və Nihâyə” 1/14, 13/187-193. 
66
 Təzkira” s:636.  
67
 Fəthul Bəri 6/604, Buxari “Mənakib” 25, “Cihad” 95, Müslim “Fitən” 62, 2912, Əbu Davud 4303, 
Tirmizi 2216.  
68
 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/37.  


 
22
“Geniş üzlü, elə bil ki, dəri üstünə dəri örtünmüş qalxan kimi qalın dərili 
bir qövmlə sizin döyüşünüz Qiyamətin əlamətlərindəndir”
69
. Əbu Hureyrə 
- radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “Siz Əcəmilərdən (ərəb olmayan) Huz (İranda yerləşən 
Əhvəzdə bir yerdir) və Kirmanla (Bir çox kənd və qəsəbəsi olan geniş bir 
ərazidir. Qərbində İran, Şərqində Xorasan, Cənubda isə İran dənizi vardır) 
döyüşmədikcə Qiyamət qopmaz. Onlar qırmızı üzlü, basıq burunlu, kiçik 
gözlüdürlər. Üzləri dəri üzərinə  dəri örtülmüş kimi qalın dərili (ətli) və 
ayaqqabıları tüklüdür (dəridəndir)”
70
.  
15. Peyğəmbər – Sallallahu Aleyhi Və Səlləm – Haqqında Hədislərin 
Uydurulması:  Əli,  Ənəs b. Məlik,  Əbu Hureyrə  - radıyallahu anhum – 
rəvayət edirlər ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqasının ağzından yalan 
söyləmək kimi deyil. Hər kim söyləmədiyimi mənə  qəsdli olaraq 
söyləyərsə atəşdən yerini hazırlasın»
71
.  
16.  Təhlükəsizlik Orqanları:  Əbu Umamə  - radıyallahu anhə  – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Axır 
zamanda bu ümmət üçün əlində öküz quyruğu kimi qamçı olan adamlar 
çıxacaqdır. Gəlir  əzab edər, gedir (yenə  də)  əzab verərlər (Başqa 
rəvayətdə: “Axır zamanda insanlara səhər axşam  əzab verəcək 
təhlükəsizlik dəstələri (orqanları) olacaq. Onlardan olmayasan”
72
.  Əbu 
Hureyrə – radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu 
aleyhi və  səlləm - buyurdu: «Cəhənnəm  əhlindən iki sinif insan var ki, 
mən onları dünyada ikən görməmişdirm. Bir qövm inəyin quyruğu kimi 
qamçılarla insanları döyərlər. İkincisi isə qadınlar açıq-saçıq, yarım çılpaq 
geyinəcəklər, pozğun şeylərə meyl edəcəklər, başlarını (saçlarını) dəvənin 
boynundakı hörüklər kimi maili çıxacaqlar. Onlar Cənnətə daxil olmazlar 
və onun iyisini də duymazlar. Halbuki cənnətin iyi bu və bu qədər 
məsafədən hiss edilir»
73
. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir 
ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər ömrün uzun 
sürərsə çox keçməz ki, əlindəki öküz quyruğu kimi qamçılar olan qrupun 
insanlara durmadan əzab etdiklərini görəcəksən”
74
.  İbn Abbas – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
                                                           
69
 Musnəd 5/70.  
70
 Fəthul-Bəri, Buxari “Mənâkib” 6/604.  
71
 Müslim.  
72
 Musnəd 5/250, “Camius Sağir” 13/317, H. 3560.  
73
 Nəvəvi şərhi, Müslim “Cennet ve Sifati” 17/190.  
74
 Nəvəvi şərhi, Müslim “Cennet ve Sifati” 17/190.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə