Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə19/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   15   16   17   18   19   20   21   22   ...   127

 
37
ikisini verdi, amma üçüncüsünü vermədi. Rəbbimdən ümmətimi kütləvi 
aclıqdan həlak etməməsini dilədim, bu istəyimi verdi. Yenə Ondan 
ümmətimi suda boğularaq həlak edilməməsini istədim, onu da mənə verdi. 
Yenə  də Ondan ümmətimin bir hissəsini digər bir hissəsinə 
qırdırmamasını istədim, onu mənə vermədi)»
163
. Cabir - radıyallahu anhu 
  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – belə 
buyurduğunu eşitdim: «İnsanlar Allahın dininə bölük-bölük girdilər və 
bölük-bölük də dindən çıxacaqlar»
164
.  
44. Ümmətdə  Şirkin Zühur Etməsi: Qiyamətin  əlamətlərindəndir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in ümmətində  şirk zühr 
edəcəkdir. Artıq  İslam gəldikdən sonra, peyğəmbərlik verildikdən sonra 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – ümətini Tövhidə  dəvət etdi. 
Ümməti İslamı qəbul edərək şirkdən çəkindilər. Artıq Məkkənin fəthindən 
sonra Məkkədə müşrik qalmadı.  Ərəbistan yarmadası bütünlüklə  İslamı 
qəbul etdilər. Quran bunu qadağan etdiyi halda. Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – bunun üçün göndərildiyi halda çox keçmədi ki, insanlar 
yenidən bu çirkin əməli işləyərək Allaha şəriklər qoşmağa başladılar. 
Sovban  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Mən ümmətim üçün haqq yoldan azdıran 
imamlardan qoxuram. Ümmətimin arasına qılınc davası düşdüsə bu 
Qiyamət gününədək davam edəcəkdir. Ümmətimin bəzi tayfaları 
müşriklərə qoşulmadıqca və  bəzi tayfaları bütlərə sitayiş etmədikcə 
Qiyamət qopmayacaqdır»
165
. Əbu Hureyrə - radıyallahu anhu –  rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Devs 
qəbiləsinin qoca qadınları  Zul Xalasa (bütü) ətrafında tavaf edə-edə 
quyruqlarını titrətmədikcə qiyamət qopmayacaqdır.  Zul Xulasa Devs 
qəbiləsinin cahiliyyə dövründə ibadət etdikləri bütdür»
166
. Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – hədisində xəbər verdiyi həqiqətdir. Cahillik 
və elimsizlik yayıldıqda  Devs  və onun ətrafında olan qəbilələr təkrar 
cahiliyyə dövrünə qayıdaraq Zul Xalasa ibadət etnməyə başladılar və bu 
hal Muhəmməd b. AbdulVahhab – rahmətullahi aleyhi – nin Hicazda 
Tövhidə dəvət edərək insanlara dinlərini başa salmağa qədər davam etdi. 
Ondan sonra AbdulAziz b. Muhamməd b. Suud, Zul Xalası yıxmaq üçün 
bir qrup adam göndərdi və onlar da bunu etdilər. Lakin Hicazda Suud 
ailəsinin hökmüranlığı bir ara kəsildikdə təkrar insanlar Zul Xalasa ibadət 
                                                           
163
 Müslim.  
164
 İmam Əhməd 3/343.  
165
 Müslim  4/2215,  Əbu Davud 4202,4252, İbn Məcə 3952, Əhməd 5/278,284, “Avnul-Mabud”, 
“Sünən Əbu Davud” 11/322,324, Tirmizi 6/466, əl-Albani “Camius-Sağir” 6/174, H. 7295.  
166
 Buxari 13/76, Müslim 4/2230,2906.  


 
38
etməyə başladılar. Kral AbdulAziz b. AbdurRahman idarəçiliyə keçəndən 
sonra  Zul Xalası  yıxmaq üçün qrup göndərdi. Allahın izni ilə bu bütü 
tamamilə yox etdilər
167
. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Gecə  və gündüz Lat  və  Uzzaya ibadət edilmədikcə yox olub 
getməz»
168
.  
45. Xəsislik (Simicliyin) Artması: Əbu Hureyrə - radıyallahu anhu –  
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Qiyamətin əlamətlərində biri də Xəsislikyin (simiclik) artmasıdır”
169
. Əli 
- radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – buyurdu: «Zamanın qısalması, işin azalması, simicliyin artması 
Qiyamət  əlamətlərindəndir”
170
. Muaviyə  - radıyallahu anhu –    rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «İşlər 
çətinləşmədikcə, insanlar simicləşmədikcə Qiyamət qopmaz”
171
. Cabir 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «…Tamahkarlıqdan çəkinin! Çünki o, sizdən 
əvvəlkiləri məhv etmiş  və onları (birbirilərinin) qanlarını axıtmağa, 
özlərinə haram buyurulan şeyləri halal qəbul etməyə vadar etmişdir 
(Başqa rəvayətdə: Qohumluq əlaqələrini kəsməyə vadar etmişdir)»
172

46. Ticarətin Böyüməsi: İbn Məsud - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Sadəcə 
tanıdıqları kimsələrə salam vermək və ticarətin yayılması Qiyamət 
əlamətlərindəndir. Belə ki, qadın  ərinə ticarətdə yardımçı olacaqdır”
173

Amr b. Tağləb  - radıyallahu anhu –    rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Malın və pulun çoxalması, 
ticarətin çoxalması Qiyamət  əlamətlərindəndir”
174
. Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Sizi sevindirəcək  şeylərin 
müjdəsini sizə verirəm və bunları (gələcəkdə  də) ümüd edə bilərsiniz. 
Allaha and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuram. Lakin mən 
sizin üçün əvvəlkilərə dünyanın imkanları geniş verildiyi kimi sizə  də 
veriləcəyindən və onlar necə bu şeydə bir-birləri ilə yarışdıqları kimi sizin 
də yarışacağınızı  və (dünya) onları necə  həlak etdisə sizi də  həlak 
edəcəyindən qorxuram»
175

                                                           
167
 “İthaful-Cəmâa” 1/522-533.  
168
 Müslim 4/2230,2907.  
169
 Təbərânî “Evsat”, “Fəthul-Bəri” 13/15, Heysəmi “Məcmauz Zəvâid” 7/328.  
170
 Fəthul-Bəri, Buhari “Fitən” 13/13.  
171
 Təbərâni, “Məcmauz-Zəvâid” 8/14.  
172
 Buxari «Ədəbul Mufrad» 487,488.  
173
 “Musnəd” 5/333, “Mustədrək” 4/445-446, Əhməd Şakir “Səhih”.  
174
 Nəsəi 7/244, “Musnəd” 5/69, əl-Albâni “Səhih Hədislər” 2/251-252.  
175
 Buxari 4/63, Müslim şərhi 5/816. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə