Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə17/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   13   14   15   16   17   18   19   20   ...   127

 
33
insanların sürətli vasitələrlə tez bir zamanda istədikləri yerə getmələridir. 
4. Dəccəl çıxdığı vaxt günlərin uzun olduğu kimi, qısa da olacaq
142
.  
37.  İnsanların Bir-Birinə Olan İnamının  İtməsi:  Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – buyurdu: «İnamın itdiyi zaman Qiyaməti gözləyin»
143
.  
38.  Alış-Veriş Yerlərinin Bir-Birinə Yaxın Olması:  Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “Fitnələr çıxmadıqca, yalan çoxalmadıqca və alış-veriş 
mərkəzləri bir-birinə yaxın olmadıqca Qiyamət qopmaz”
144
.  
39. Məscidlərin Və Quranın Bəzədilməsi: Ənəs - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«İnsanlar bir-birlərinin qarşısında məscidlərlə öyünmədikcə Qiyamət 
qopmaz»
145
.  Ənəs  - radıyallahu anhu – deyir ki, insanlar məscidlərlə 
öyünəcək və onları az-az ziyarət edəcəklər. Onlar məscidləri bəzəməklə 
öyünəcəklər».  İbn Abbas - radıyallahu anhu – deyir ki: “Siz məscidləri 
Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz»
146
.  Əbu 
Dərdə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi 
və səlləm – buyurdu: «Əgər siz məscidləri və Quran vərəqlərini bəzəməyə 
başlasanız onda siz məhv olacaqsınız»
147
. Ömər  - radıyallahu anhu – 
məscidi inşa edərkən deyir: “Sən sadəcə insanları yağışdan qoru. Nə badə 
(məscidləri) al-sarı  rəngə boyamaqla bəzəyib insanları fitnəyə salma”
148

Məscidləri yaşatmaq onları  bəzəməklə deyildir. Məscidləri yaşatmaq 
orada namaz qılmaq və Allahı zikr etməklə olur. Məscidlər insanları 
yağışdan, istidən və soyuqdan qorumaq üçün tikilib. Şafiilər deyirlər ki: 
“Kəbə daxil olmaqla məscidləri qızıl və gümüşlə  bəzəmək haram, digər 
bəzəklərlə bəzəmək isə məkruhdur”
149
.  
40.  Axşam Görsənən Hilalın Uzun Müddət Qalması:  İbn Məsud  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Axşam görsənən Təzə ayın göydə qalma müddətinin 
uzanması Qiyamətin  əlamətlərindəndir”
150
.  Əbu Hureyrə,  Ənəs  
                                                           
142
 Məalimus-Sünnə” 6/141-142, “Camiul-Usûl” 10/409. “Fəthul-Bəri” 13/16, “Muhtasar Sünən Əbu 
Davud”, Munzirî 6-142, “İslam Etiqadı” Seyyid Sabıq s:247.  
143
 Buxari. 
144
 Musnəd 2/519, Heysəmi “Məcmauz-Zəvaid” 7/327.  
145
 İmam Əhməd “Müsnəd” 3/134, əl-Albani səhih “Sahihul-Cami” 6/174, H. 7298.  
146
 Buxari.  
147
 Həkim, Tirmizi, əl-Albani «Səhih Hədislər Silsiləsi» 3/337, H. 1351, Camius-Sağir” 1/220, H. 599.  
148
 Fəthul-Bəri, Buxari “Salât” 1/539.  
149
 “Feyzul-Qadîr’ 1/367.  
150
 Təbərâni “Kəbir”, Heysəmi “Məcmauz-Zəvâid” 3/146, əl-Albâni “Camius-Sağir” 5/213-214, H. 
5774.  


 
34
radıyallahu anhum –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Təzə ayın göydə qalma müddətinin uzanması Qiyamət 
əlamətlərindəndir. Hilal ay bir gecə görsənəndə: “İki gecə görsəndi” 
deyilər.
151
  
41.  Yuxuların Çin Çıxması:  Əbu Hureyrə  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları 
aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. 
Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir (Başqa rəvayətdə: 
Qırx altıda biridir, yetimşdə biridir)»
152
. Peyğəmbər – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Xeyirli yuxu Allahdan, şərr yuxu isə  şeytandandır. 
Biriniz xoşlamadığı çirkin bir yuxu görərsə  həmən sol tərəfinə üç dəfə 
tüfürsün. Sonra da o, yuxunun şərrindən Allaha sığınsın (Başqa rəvayətdə: 
Hansı tərəfdə yatmışsa digər tərəfə dönsün). Belə edərsə o, pis yuxu artıq 
ona heç bir zərər verə bilməz. Və bu yuxunu heç kəsə  xəbər verməsin. 
Əgər gözəl bir yuxu görərsə  həmən sevinsin və o, gözəl yuxunu sevdiyi 
kimsələrdən başqasına xəbər verməsin»
153
. Peyğəmbər – sallallahu aleyhi 
və  səlləm – buyurdu: Yuxu üç cürdür: «Saleh bir yuxu Allahdan bir 
müjdədir, şeytandan olan bir yuxu bu hüzündür və bir də insanın bir şey 
haqda çox düşünməsindən görülən yuxu»
154
. Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Mubəşşiratdan başqa nübuvətdən bir şey 
qalmadı». Oradakılar: «Mubəşşirat nədir?» deyə soruşdular. Peyğəmbər: 
«Saleh yuxudur» deyə buyurdu
155
. Bir nəfər Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – in yanına gələrək dedi: «Mən yuxuda başımın kəsilmiş 
olduğunu və başımın ardıyca getdiyimi gördüm». Peyğəmbər: «Yuxuda 
şeytanın səninlə oynamasını insanlara xəbər vermə» deyə buyurdu
156

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: Məni röyasında görən 
məni görmüş kimidir. Çünki şeytan mənim surətimə girməz»
157

Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Röyasında məni 
görən ayıq ikən də məni görəcəkdir. Şübhəsiz ki, şeytan mənim surətimə 
girməz»
158
. Sələflər deyirlər ki: “Bu hadisələrin son andan baş verməsinin 
səbəbi o, vaxtı mömin kimsənin qərib olmasıdır”. Yenə  də: “O, vaxtı 
                                                           
151
 Təbəranî “Sağir”, Heysəmi “Məcmauz-Zəvâid” 3/146, 7/325, əl-Albâni “Camius-Sağir” 5/214, H. 
5775.  
152
 Buxari, Müslim.  
153
 Müslim 2261.  
154
 Müslim 2263.  
155
 Buxari.  
156
 Müslim 2269.  
157
 Buxari.  
158
 Buxari, Müslim.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə