Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə25/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   21   22   23   24   25   26   27   28   ...   127

 
49
örtəcəkdir. 3. Dəccəl – qızılı suya boyamaq deməkdir. Bir kimsə qılıncını 
qızıl suyu ilə boyadım dedikdə Dəcəltu ləfzini işlədir. 4. Dəccəl – örtmək 
mənasındadır. O, insanları öz küfrü ilə örtər
231
.  
Peyğəmbər – Sallallahu Aleyhi Və  Səlləm – In Məsih Dəccəldən 
Allaha Sığınması:  İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu duanı Quran surəsi öyrədir 
kimi bizə öyrədirdi: «Allahım! Cəhənnəm əzabından sənə sığınıram, qəbr 
əzabından sənə  sığınıram, Məsih Dəccəlin fitnəsindən sənə  sığınıram, 
ölümün və həyatın fitnəsindən sənə sığınıram”
232
. İbn Abbas - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – namazın 
sonunda dörd şeydən Allaha sığınardı: “Qəbir əzabından Allaha sığınıram, 
Cəhənnəm  əzabından Allaha sığınıram, açıq və gizli fitnələrdən Allaha 
sığınıram və  tək gözlü yalançı (Dəccəldən) Allaha sığınıram (Başqa 
rəvayətdə: Həyatın və ölümün fitnəsindən Allaha sığınıram
233
)”
234
.  
Məsih Dəccəl Haradan Çıxacaqdır:  Əbu Bəkr  – radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
“Dəccəl şərq ölkəsində meydana gələcəkdir. Ora Xorasan adlanır. Abırsız 
və həyasız insanlar ona qoşulacaqlar (ona üzləri qalxanın dərisi kimi olan 
bir qövm tabe olur)»
235
. Nəvvas b. Səman  - radıyallahu anhu –  rəvayət 
edir ki, bir gün səhər Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – bizə 
Məsih Dəccəl haqqında danışmağa başladı.... Heç şübhəsiz ki, o Şam ilə 
İraq arasında olan bir yolda ortaya çıxacaqdır. Sağına da, soluna da öz 
fitnə-fəsadını yayacaqdır. Ey Allahın qulları imanda möhkəm olun!...»
236

Ənəs b. Məlik  – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: “Şübhəsiz ki, o İsfəhandan 
çıxacaqdır (Başqa rəvayətdə: Kufədən çıxacağıda söylənilir
237
)”
238
.  İbn 
Kəsir rahmətullahi aleyhi - deyir ki: “Dəccəlin zühuru başlanğıc olaraq 
İsfəhanın “Yəhudiyyə” məntəqəsindən olur və 70 min Yəhudi silahları ilə 
ona tabe olurlar. Əyinlərində yaşıl Tayalisi (Yaşıl Persiya əbasına deyilir) 
                                                           
231
 Lisanul Arab 11/236, Qurtubi “Təzkira” 744, Fəthul Bəri 13/91.  
232
 Müslim “Məsəcid” 588,589, Tirmizi 3494, Əbu Davud 1542, İbn Məcə 3840.  
233
 Buxari “Azan” 833, 1/463, Müslim “Məsəcid” 590, 1/286.  
234
 Əhməd 1/305, Tayalisi 1/353, Buxari “Tarixul Kəbir” 2/119.  
235
 Əhməd 1/47, Tirmizi 2237, İbn Məcə 4072, Həkim 4/573, əl-Albani «Səhih Hədislər Silsiləsi» 
4/122 hədis 1591.  
236
 Müslim “Fitən” 2252, Əbu Davud 4321, Tirmizi 2240, İbn Məcə 4075.  
237
 Məcmuaz Zəvaid 7/350-351, Təbərani 9/93, İbn Əbi Şeybə 7/496, İbn Məsud və Abdullah b. Amr 
yolu ilə.  
238
 Müslim 2266, İbn Hibban 15/209, Fəthul Bəri 13/328.  


 
50
libası olur. Yenə tatarlardan 70 min nəfər ona kömək edər və Xorasanda 
bir çox kimsə ona tabe olar”
239
.  
Məsih Dəccəldən Qorunma Yolu:  Əbu Dərdə  – radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim 
Kəhf surəsinin əvvəlindən on ayə əzbərləyərsə Məsih Dəccəlin fitnəsindən 
qorunmuş olar”
240
.  Əbu Umamə  – radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim Dəccəlin atəşi 
ilə qarşılaşarsa Allahdan yardım istəsin və  Kəhf surəsinin ön ayələrini 
oxusun. O, atəş ona İbrahim  -  əleyhissəlam - ın atəşin sərin və salamat 
olduğu kimi sərin və salamat olar”
241
. Hişam bə Amr – radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim 
ona: Sən Rəbbimsən!” deyərsə fitnəyə düşər. Kim də: “Sən yalançısan, 
mənim Rəbbim Allahdır, Ona təvəkkül etdim” deyərsə ona zərər verməz 
və ya o fitnəyə düşməz”
242
.  
Məsih Dəccəlin Vəsfləri: Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Gözlənilən yeddi şey gəlmədən öncə  əməllər edin: Hər  şeyi 
unutduran fəqirlik, azdıran zənginlik, sağlamlığı pozan xəstəlik,  əldən 
salan qocalıq, yaxadan yapışan ölüm və bunların da ən pisi olan Dəccəl. 
Qiyamət isə daha dəhşətli və qorxuludur”
243
. Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – buyurdu: «...Onun arxa tərəfində saçı qısa, qıvrım, sağ 
gözü kor birini də gördüm. Gözü su üzərindəki üzüm dənəsi kimi 
pırtlağdı. İbn Katana bənzəyirdi
244
. Əllərinin birini çiyninə dayamış halda 
Beyti təvaf edirdi. Kimdir bu? deyə soruşdum. «Məsih Dəccəldir» deyə 
cavab verdilər”
245
. Ubadə b. Samit – radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Məsih Dəccəl qısa 
boylu, qıvrım saçlı, gözü əyri üzə  çıxmış  bəlli olmayan şəkildə qorxunc 
bir adamdır. Sizi inandıracaq  şəkildə yalan danışar. Halbuki sizin 
Rəbbiniz tək göz deyildir”
246
. İbn Abbas - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Dəccəlin gözü 
kordur. Nə çox qara (dərili), nə  də çox ağ (dərilidir). Başı ilan və ya 
kərtənkələ başı kimidir (Başqa rəvayətdə: “Vücudu iri, saçları  ağac 
                                                           
239
 Nihayə 1/174.  
240
 Müslim 809.  
241
 İbn Məcə 4077.  
242
 Əhməd 5/13,372,410, Təbərani 7/221,265, Məcmuaz Zəvaid 7/341, AbdulBər “Təhmid” 14/193.  
243
 Tirmizi 2306, Həkim 4/516, Beyhəqi “Şuabul İman” 10572, Zəhəbi “Mizan” 6/30.  
244
 İbn Katan - AbdulUzza b. Katan b. Amr əl-Huzâi - Annası Xədicə – radıyallahu anhə – nin bacısı 
Halə b. Xuveyliddir. Cahiliyyə dönəmində ölmüşdür. “İsabə” 4/239, “Fəthul-Bâri” 6/488, 13/101.  
245
 Buxari «Ənbiya» 48, Müslim «İman» 272. 
246
 Ebu Davud “Avnul-Mabud” 11/443, əl-Albani “Camius Sağir” 2/317-318, H. 2455.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə