Microsoft Word Axirata Iman doc


  Mala Hərisliyin Artması



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə20/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   16   17   18   19   20   21   22   23   ...   127

 
39
47.  Mala Hərisliyin Artması:  Auf b. Məlik,  İbn Ömər  - radıyallahu 
anhum –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Üzərinizə bol 
miqdarda mal (və pul) yağacaqdır (zəngin olacaqsınız). Belə ki, adama on 
min dinar veriləcəkdir. Lakin yenə də bu azmış kimi qızacaqdır»
176
.  
48. Mədinənin Boşalması: Əbu Hureyrə - radıyallahu anhu –  rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «...Mədinə 
pası aparan körükçü kimidir. Mədinə içində olan pisləri eynilə körügün 
dəmirin pasını çıxardığı kimi çıxarmadıqca Qiyamət qopmaz”
177
. Cabir 
radıyallahu anhu –    rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – in yanına gələrək İslama girdi. Səhəri qızdırma (isitmə) ilə gəldi 
və: “Ya Rəsulullah! Mənim geri dönməyim üçün izin ver” dedi. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu təklifi üç dəfə qəbul etmədi 
və sonra: “Mədinə  dəmirçi körügü kimidir, təmizi buraxır, pisi isə çölə 
atar” deyə buyurdu
178
. Qadi İyad  rahmətullahi aleyhi - deyir ki: “Bu 
hadisə artıq Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in vaxtında baş 
vermişdir”.  İmam Nəvəvi  – rahmətullahi aleyhi - deyir ki: “Dəccəlin 
zamanında da baş verəcəkdir”
179
. Peyğəmbər – sallallahu aleyhi və səlləm 
 buyurdu: «...Mədinə  və  əhalisi üç dəfə sirkələnəcəkdir. Mədinədə bir 
nəfər belə münafiq kişi və qadın qalmaz. Hamısı onun (Dəccəlin) yanına 
gedirlər
180
)».  Əbu Hureyrə  - radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz Mədinəni xeyirli 
halıyla tərk edəcəksiniz və orada vəhşi heyvan və quşlardan başqa heç 
kimsə olmayacaqdır. Mədinəyə ən son gələn qoyunlarını bağıraraq otlatan 
Muzeynə  qəbiləsindən olan iki çobandır. Bunlarda Mədinəni bomboş 
buraxıb gedəcəklər və  Səniyətul Vəda adlanan yerə çatdıqda üzü üstə 
düşəcəklər”
181
.  Əbu Hureyrə  - radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz Mədinəni gözəl 
halıyla tərk edib gedəcəksiniz. Belə ki, köpək və ya canavar ora gələcək 
və məscidin divarına (minbərinə) bövl edəcəkdir. Səhabə: “Ya Rəsulullah! 
O, gün kim qazanır?” dedi. Peyğəmbər: “Yırtıcı quşlar və heyvanlar” deyə 
buyurdu
182
. Cabir - radıyallahu anhu – deyir ki, Ömər - radıyallahu anhu 
  mənə Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  dən eşitdiyini xəbər 
                                                           
176
 Buxari, Əhməd, İbn Məcə.  
177
 Nəvəvi Şərhi, Müslim “Həcc” 9/153.  
178
 Fəthul-Bəri, Buxarî “Fədaili Mədinə” 4/96.  
179
 Nəvəvî Şərhi, Müslim 9/153.  
180
 Fəthul-Bəri, Buxarî “Fədaili Mədinə” 4/95, İbn Məcə «Fitən» 33. 
181
 Fəthul-Bəri, Buxarî “Fədaili Mədinə” 5/89,90.  
182
 “Muvatta” 2/888, “Fəthul-Bəri” 4/90.  


 
40
verdi: “Mədinənin kənarında dolaşan birisi deyər: Vaxtıkən burada bir çox 
müsəlmanlar oturardılar”
183
.  
49. Rumlularla DöyüşAuf b. Məlik, İbn Ömər - radıyallahu anhum – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Sonra sizinlə Rumlular 
arasında bir sülh bağlanacaqdır. Sonra onlar bu sülh müqaviləsini pozub 
hər birinin altında on iki min əskər olan səksən bayrağ altında üzərinizə 
gəlirlər. Çox şiddətli bir döyüş olacaqdır. Bu döyüşdə müsəlmanlar qalib 
gələcəklər. Başları  qənimətə qarışdıqda kömək istəyən biri gəlib 
deyəcəkdir: «Dəccal arxanızda arvad-uşaqlarınıza hücum edib». Bunu 
eşidər-eşitməz  əllərindəki qəniməti buraxaraq Dəccalın olduğu tərəfə 
gedərlər. Peyğəmbər: «Mən onların və atalarının adlarını, atlarının rəngini 
də bilirəm. Onlar o, gün yer üzünün ən xeyirli süvariləridirlər»
184
.  Əbu 
Hureyrə  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – buyurdu: «Rumlular Amak və Dabikə (Hələb şəhərinə 
yaxın iki yerdir) enmədən Qiyamət qopmayacaqdır. O, gün yer üzünün ən 
xeyirlilərindən Mədinəli  əskərlər onlara qarşı  çıxacaqlar. O, zaman iki 
tərəfində  səfləri qarşı-qarşıya gəldikdə Rumlular: «Bizi və bizdən  əsir 
olanları baş-başa buraxın ki, onlarla savaşaq» deyərlər. Müsəlmanlar: 
«Vallahi! Qardaşlarımızı sizin əlinizə vermərik» deyərlər. Rumlularla 
savaşırlar. Müsəlmanların üçdə biri döyüşdən qaçar. Allah onların 
tövbələrini  əsla qəbul etməz. Müsəlmanların üçdə biri şəhid olar. Onlar 
Allah qatında şəhidlərin ən üstünüdürlər. Geri qalan üçdə biri isə müzəffər 
olub Konstantinopolu fəth edərlər. Onlar qəniməti paylaşdırdıqları  və 
qılınclarını zeytun ağacından asdıqları vaxt şeytan onlara yüksək səslə: 
«Məsih Dəccəl arxadan ailənizə girmişdir» deyər. Onlar da geri dönərlər. 
Lakin bu xəbər yalan olacaq. Şama gəldikdə isə  Dəccəl çıxar. 
Müsəlmanlar savaşa hazılaşıb səflərini düzəldərək namaza dururlar və 
imamları onlara qıldıracaqdır. Allahın düşməni (Dəccəl), Məryəm oğlu İsa 
– əleyhissəlam – gördükdə duz suda əridiyi kimi əriyər. İsa – əleyhissəlam 
–  onu buraxsa yox oluncaya qədər  əriyib gedərdi. Amma Allah İsa  – 
əleyhissəlam – əli ilə onu öldürür. Onun qanını Peyğəmbərin nizəsində 
onlara göstərir»
185
. Cabir b. Səmura, Nəfi b. Utbə belə dediyini söyləyir: 
“Biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə idik... Orada 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən dörd kəlimə əzbərlədim və 
onları daima hifzimdə  (əlimdə) saxlayıram. O: “Siz Ərəb yarımadasını 
                                                           
183
 “Musnəd” 1/124, H. 124, Əhməd Şakir “Səhih”. 
184
 Buxari «Cizyə» 15, Müslim «Fitən» 37, İbn Məcə «Fitən» 25, Əhməd 6/25. 
185
 Müslim «Fitən» 34, 2897, İbn Əbi Şeybə 15/157-158, Həkim 4/482.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə