Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə10/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   6   7   8   9   10   11   12   13   ...   127

 
19
Allahın Rəsulu adil ol!» dedi. Peyğəmbər: «Vay sənin halına! Əgər mən 
adil olmasam kim adil ola bilər! Əgər mən adil olmasaydım (sən mütləq 
adil olmayan bir insana tabe olduğun üçün) əliboş qalardın və  zərər 
çəkənlərdən olardın» deyə buyurdu. Ömər: «Ey Allahın Rəsulu! İzin ver 
boynunu vurum» dedi. Peyğəmbər: «Onu tərk et, onun kimi onun dostları 
vardır ki, sizdən biriniz öz namazını onların namazı yanında, öz orucunu 
onların orucu yanında kiçik görər. Onlar Quranı oxuyacaqlar, lakin Quran 
onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan 
çıxması kimi çıxacaqlar. (Başqa rəvayətdə: Ox şikarın bədənini sürətlə 
deşib çıxdığı kimi dindən çıxacaqlar). Ovçu oxunun dəmirinə baxar orada 
qandan bir əlamət görməz, oxun taxta hissəsinə baxar yenə  də orada bir 
əlamət tapmaz. Onların əlaməti qolu qadın döşü və ya yellənən ət parçası 
kimi olan qara kimsədir. Onlar (müsəlmanlar) arasında ayrılığ düşdüyü 
zaman ortaya çıxarlar. Onları iki tayfadan haqqa ən yaxın olanı öldürər» 
deyə buyurdu
55
. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Axır zamanda bir qövm çıxacaqdır ki, onlar Quranı oxuyacaqlar, lakin 
Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun 
şikardan çıxması kimi çıxacaqlar. Onların  əlamətləri başlarını  qırxmaq 
olacaqdır. Onlar həmişə mövcud olacaqlar. Onların axırıncısı  Dəccəllə 
bərabər çıxacaqdır. Onlar məxluqatın  ən  şərlisi və ya məxluqatın  ən  şər 
təbəqəsidir. Onlarla qarşılaşdığınız zaman onları öldürün»
56
.  
10.  Yəhudi Və Xristiyanlar Kimi Keçmiş Ümmətlərin Yolu Ilə 
Getmək: Fitnələrdən biri də Yəhudi və Xristianların adətlərinə uymaq və 
onları təqlid etməkdir. Bəzi müsəlmanlar kafirləri təqlid etməkdə, onlara 
bənzəməkdə, onların əxlaqı ilə əxlaqlanmaqda və onları sevmələridir. Əbu 
Səid  əl-Xudri  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Həqiqətən siz əvvəlkilərin 
(sünnəsi – yolu), adət  ən-ənələrilə gedəcəksiniz. Hər bir şeydə onlara 
qarış-qarış oxşamağa çalışacaqsınız. O, dərəcəyə  qədər ki, onlardan biri 
kərtənkələ yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz». Biz: «Ya 
Rəsulullah! Sən Yəhudi və Xristianları  nəzərdə tutursan?» deyə soruş-
duq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq» deyə buyurdu
57
.  
11.  Yalançıların Və Peyğəmbərlik Iddiasında Olanların Ortaya 
Çıxması:  Ortaya çıxan  əlamətlərdən biri də  30 yaxın yalançının 
Peyğəmbərlik iddiasında olmasıdır. Onlardan bəziləri Peyğəmbər  – 
                                                           
55
 Buxari 5057, 6930, Müslim 1066.  
56
 Musnəd 4/421, Nəsəi 7/119-121, Bəzzar «Musnəd» 9/294, Həkim «Mustədrək» 2647, əl-Albani 
zəif.  
57
 Buxari, Müslim, Əbu Davud 4333, 4334, Tirmizi 2219.  


 
20
sallallahu aleyhi və  səlləm –  həyatda ikən və  səhabə zamanında ortaya 
çıxmış, günümüzdə  də ortaya çıxmağa davam edir
58
.  Əbu Hureyrə  
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – buyurdu: “30 yaxın yalançı  çıxmadıqca Qiyamət qopmaz. 
Bunların hamısı Peyğəmbər olduqlarını iddia edəcəklər”
59
. Səvban  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Ümmətimdən olan qəbilələr bütlərə tapınaraq 
müşriklərə qatılmadıqca Qiyamət qopmaz. Şübhəsiz ki, mənim 
ümmətimdən otuza yaxın yalançı  çıxacaq. Onların hər birisi bir 
Peyğəmbər olduğunu iddia edəcəkdir. Mən isə Peyğəmbərlərin 
sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur»
60
. Bu yalançılardan 
biri olan Musəyləmə Kəzzəb Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 
həyatının son zamanlarında ortaya çıxmış  və Peyğəmbərlik iddiasında 
olmuşdur. Peyğəmbər onunla yazışmış  və Onu Kəzzəb olaraq 
adlandırmışdır. Ətrafına çox adam toplamış və müsəlmanlara çox pisliklər 
etmişdir. Nəhayət Əbu Bəkr - radıyallahu anhu – nun dövründə Yəməmə 
döyüşündə öldürülmüşdür. Daha sonra Yəməndən  Əsvəd b. əl-Ənəsi 
Peyğəmbərlik iddiasında olmuş  və Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – vəfat etmədən öncə  səhabə  tərəfindən öldürülmüşdür. Yenə 
Səcah ismində Peyğəmbərlik iddiası edən qadın olmuş. Museyləmə ilə 
evlənmişdir. Lakin Museyləmə öldürüldükdə  təkrar  İslama qayıtmışdır. 
Daha sonra Zuleyha b. Xuveylid əl-Əsədi Peyğəmbərlik iddiasında olmuş 
daha sonra Tövbə edərək İslama dönmüşdür. Yenə də onlardan biri Həris 
əl-Kəzzəbdir. AbdulMəlik b. Mərvan xəlifəliyi zamanında öldürülmüşdür. 
Abbasi xəlifələri dövründə  də bir çox yalançı Peyğəmbərlər çıxmışdır. 
Son  əsirlərdə isə Hindistanda Mirzə  Əhməd Qadyani ortaya çıxmış. 
Gözlənilən Peyğəmbər, Məsih olduğunu və İsa - əleyhissəlam - ın qeybə 
çəkilmədiyini və s. iddialarda olmuşdur. Səmura b. Cundəb - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – günəş 
tutulduğu zaman verdiyi xütbəsində buyurdu: “30  nəfər yalançı 
çıxmadıqca Qiyamət qopmaz. Onların sonuncusu tək göz Dəccəldir”
61

Xuzeyfə  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  sallallahu 
aleyhi və  səlləm – buyurdu: “Ümmətimdən  27  nəfər yalançı  dəccəl 
                                                           
58
 “Fəthul-Bâri” 6/617.  
59
 Fəthul-Bəri, Buxarî “Mənâkib” 6/616, Nəvəvi Şərhi, Müslim “Fitən” 18/45-46.  
60
 Buxari,  Müslim,  Əbu Davud 4252, Musnəd 5/278, “Avnul-Mabûd” Şərhi, Ebu Davud 11/324, 
“Tuhfetul Ahvəzî” şərhi, Tirmizi 6/466, əl-Albani “Camius Sağir” 6/174, H.7295.  
61
 İbn Hibban 7/102, Həkim 1/479, Beyhəqi 3/397, Müsnəd 5/16.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə