8
GİRİŞ
Azərbaycan Yer kürəsinin ən qədim tarixə və maddi-mədəni
irsə malik olan məskənlərindən biridir. Arxeoloji qazıntılar nəticə-
sində əldə edilən müxtəlif maddi–mədəni abidələrin, yazılı qaynaq-
ların, müxtəlif dövrlərdə dünya alimlərinin və tarixçilərinin yazdıq-
ları əsərlərdə Azərbaycan haqqında deyilənlərin müqayisəli şəkildə
öyrənilməsi Azərbaycan tarixinin daha əsaslı şəkildə və daha dərin-
dən işıqlandırılmasına imkan verir.
Sovet hakimiyyəti dövründə Azərbaycanın qədim tarixi üzrə
tədqiqat işi aparılarkən bu dövrə birtərəfli yanaşılırdı. Belə ki, Azər-
baycanın qədim dövlətləri olan Manna, Atropatena, Albaniya tarixi,
ərazilərimizdə yaşayan qədim sakinlərin etnik tərkibi, etnogenezi,
sosial-iqtisadi, siyasi və mədəni tarixi arxa plana çəkilirdi və lazı-
mınca işıqlandırılmırdı. Lakin bütün qeyri-müəyyənliklərə, çətin-
liklərə baxmayaraq, Azərbaycanın tarixi qədimliyi, xalqının etnoge-
nezi konsepsiyası müəyyən şəkildə oyrənilərək, ümumiləşdirilərək
tarix elmimizdə öz əksini tapmışdır.
Dərslikdə sasanilərin və ərəblərin Ön Asiyada hakimiyyət
uğrunda apardıqları döyüşlərin nəticəsində Azərbaycan ərazisində
baş verən tarixi proseslər, Ərəb Xilafətinin zəiflədiyi dövrdə yara-
nan Azərbaycan feodal dövlətlərinin tarixi, Böyük Səlcuq imperi-
yasının tərkibində, sonra isə Atabəylər dövlətinin hakimiyyəti altın-
da dövrün ictimai, iqtisadi, mədəni və maddi həyatı geniş şərh edil-
mişdir. Bu dövrdə Azərbaycan ərazisində cərəyan edən dil, din, əra-
zi, mədəniyyət və iqtisadi əlaqələr vəhdəti zəminində türkdilli Azər-
baycan xalqının və dilinin formalaşması prosesi başa çatır. XIII əsr-
də monqol əsarəti və onun nəticələri, XIV əsrdə Azərbaycanın iki
qüdrətli sərkərdənin-Teymurun və Toxtamışın müharibə meydanına
çevrilməsi, XV əsrdə Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin
yaranması və süqutu tarixi öz əksini tapmışdır. Şah İsmayıl Xətainin
qurduğu Səfəvilər dövlətinin Azərbaycanın tarixində müstəsna yeri
işıqlandırılır, belə ki, tariximizdə ilk dəfə olaraq ölkəmizin şimal və
9
cənub əraziləri Azərbaycan dövlətinin sərhədləri daxilində birləş-
dirilir, Azərbaycan dili dövlət dili səviyyəsinə qaldırılır. XVIII əsrin
ortalarında bir-biri ilə rəqabət aparan müstəqil xanlıqların meydana
gəlməsi, İran və Rusiyanın Azərbaycana qarşı qəsbkar niyyətləri,
xalqımızın xarici işğalçılara qarşı azadlıq mübarizəsi, eləcə də bu
dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olumuşdur. XIX
əsrin əvvəllərindən Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən
istilası, xalqın ona qarşı mübarizəsi, dövrün sosial-iqtisadi, siyasi və
mədəni tarixi araşdırılır. Bu dövrdə kapitalist münasibətlərinin
inkişafı ilə əlaqədar sənayedə və kənd təsər-rüfatında baş verən
dəyişikliklər, ictimai-siyasi hadisələr, bir millət kimi xalqımızın
təşəkkül tapması, milli şüurun yüksəlişi kitabda öz əksini tapmışdır.
XX əsr isə tarixdə xalqımızın milli-azadlıq mübarizəsinin
yüksəlişi, milli-siyasi təşkilatların daha da fəallaşması, mənfur çar
imperiyası süquta uğradıqdan sonra milli dövlətimiz olan Azər-
baycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə yadda qalmışdır. Bu
dövr həm də Sovet hakimiyyətinin qurulması, sənayeləşdirmə və
kollektivləşdirmə, idarəetmədə zorakılıq, inzibati-amirlik sistemi,
kommunist rejimi dövrü kimi də yadda qalmışdır.
XX əsr Azərbaycana ikinci dəfə müstəqillik əldə etmək şan-
sını da verdi. Ulu öndər Heydər Əliyevin və onun davamçısı olan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri
sayəsində milli dövlətçiliyimizin yaradılması, qorunması, məhkəm-
ləndirilməsi, sosial-iqtisadi və mədəni inkişafı, Azərbaycanın dünya
birliyinin üzvü olaraq tanınması, bu regionda söz sahibi olması
dərslikdə ardıcıllıqla şərh olunmuşdur.
Təqdim olunan dərsliyin əsas məqsədi Azərbaycan tarixini
ümumiləşdirərək yığcam, lakonik, lakin dolğun, sadə və anlaşıqlı
dildə izahını verməkdir. Ali məktərlər üçün nəzərdə tutulan “Azər-
baycan tarixi” adlı dərslik ali məktəb müəllimləri, bakalavr və ma-
gistr pillələrində bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün töv-
siyə edilir.
10
I FƏSİL
AZƏRBAYCANDA
İBTİDAİ-İCMA CƏMİYYƏTİ
Plan:
1. Azərbaycan ərazisində ilk sivilizasiyanın meydana gəlməsi.
Qədim insan məskənləri. Azərbaycanda ibtidai icma cəmiyyəti və
onun mərhələləri
2. İbtidai icma quruluşunun dağılması.
1. Azərbaycan ərazisində ilk sivilizasiyanın meydana
gəlməsi. Qədim insan məskənləri.
Azərbaycan dünyanın ən qədim mədəniyyət ocaqlarından biri-
dir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin fauna və flora aləminə,
mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində ibtidai insa-
nın formalaşdığı ərazilərdən biridir. Dünyada ilk insan qalıqları Şər-
qi Afrikada (Keniya, Tanzaniya) tapılmış , 2-3 mln., Azərbaycanda
ibtidai insanın (Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Naxçı-
vanda Qazma, Qazaxda Daşsalahlı, Damcılı, Lerikdə Buzeyir mağa-
raları) isə 1,5 mln. il b.ə. yaşadığı müəyyən edilmişdir.
Azərbaycanda ibtidai icma cəmiyyəti və onun mərhələləri.
Bəşər tarixinin inkişafının ilk mərhələsi olan ibtidai-icma cəmiyyəti
şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və Dəmir
dövrü. İbtidai icma cəmiyyətinin ilkin mərhələsi olan Daş dövrü öz
növbəsində üç mərhələyə bölünür:
-
Qədim Daş dövrü (Paleolit);
-
Orta Daş dövrü (Mezolit);
-
Yeni Daş dövrü (Neolit).
İbtidai insanın Qədim Daş dövrü-Paleolit 3 mərhələyə bölü-
nür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit. Alt Paleolit ilk insan
tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər
davam etmişdir. Bu dövr Qarabağın Quruçay vadisində, Füzuli
Dostları ilə paylaş: |