Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
49
Bizans arasında davam edən müharibə (571-591) 591-ci il
müqaviləsi ilə başa çatdı (136, k.2, f.7).
Sasanilər VI əsrdə Albaniyada yerli çar sülaləsinin
hakimiyyətini ləğv etdilər. I Xosrov Ənuşirəvanın inzibati
islahatı nəticəsində Sasanilər imperiyası dörd canişinliyə
bölündü. Cənubi Qafqaz, eləcə də Albaniya şimal canişinliyinə
– Qafqaz qrupuna daxil edildilər. Bundan sonra Albaniya bir
müddət (510-629) Sasanilərin mərzbanları (canişinləri)
tərəfindən idarə olundu (136, k.2, f.12; 126).
VII əsrin əvvəllərində (603-629) Sasani və Bizans
imperiyaları arasında müharibə yenidən başlandı. Bu
müharibəyə Albaniya da cəlb edilmişdi (136, k.2, f.12; 126).
Fasilələrlə 26 ilə qədər (602-628) davam etmiş bu müharibədə
ölkə talan edildi. Bərdəyə böyük ziyan dəydi (136, k.2, f.9, 10).
Hətta şəhərin qala divarı dağıdıldı (628-ci ildə), (136, k.2, 9, 10;
23, s.43; 126, s.129).
Albanlar Sasanilərlə Bizans arasında gedən müharibədən
istifadə xalqına divan tutdu (15, s.46-49). Onun rəhbəri Viro
Sasanilərin paytaxtına aparıldı (136, k.2, f.14; 15, s.46; 126;
218).
Sasani dövləti ərazisinə 622-ci ildə yenidən növbəti yürüş
təşkil etdi (136, k. 2, f.10). Xosrov şahla müharibəyə ciddi
hazırlaşan Bizans imperatoru ordusuna şəxsən rəhbərlik edirdi.
Araz çayına doğru irəliləyən Xosrovun üzərinə qəflətən hücum
etmək istəyən İrakli Atropatenaya daxil olub Qazaka şəhərini
tutdu, ölkəni talan edib əhalisini əsir aldı, oradan qayıdaraq qışı
İberiya və Albaniyada keçirmək istədi (623-624) (136, k.2, f.10;
15, s.45-46; 126, s.251).
M.Kalankatlı məlumat verir ki, buna görə İrakli bu
ölkələrin hakim və əyanlarına məktublar yazıb onların könüllü
olaraq onu qarşılanmalarını və bütün qış boyu onun özünə və
ordusuna xidmətlərini tələb etdi. «Əgər bu
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
50
tələblərə əməl etməsələr, onları bütpərəst hesab edəcək və
ordularına əmr edəcək ki, bu ölkələrin qalalarını alıb torpaqlarını
viran etsinlər» (136, k.2, f.10; 296, s.143). Müəllif sonra yazır
ki, «bunları eşidən Albaniyanın sahib və əyanları Böyük Bərdə
şəhərini tərk edib müxtəlif yerlərdə istehkam qurub yerləşdilər.
Amma Bərdənin xaçpərəst və bütpərəst sakinlərinin çoxu, o
cümlədən sənətkarları xəstəliyə və başqa səbəblərə görə,
şəhərdən çıxıb qaça bilmədiyindən evlərində qaldılar» (136, k.2,
f.10). İraklinin hücumları zamanı Sasani hakimiyyətindən
kömək görə bilməyən Bərdə əhalisi Bizans qoşunlarına qarşı
müqavimət göstərmək üçün hamılıqla silaha sarılmışdı. Yalnız
vuruşmaq imkanı olmayan xəstələr evlərində qalmışdılar (136,
k.2, f.10; 296, s.143).
M.Kalankatlı yazır ki, «Bərdə kilsəsinin Zəkəriyyə adlı
yumşaq xasiyyətli keşişi şəhər sakinlərinin nicatı üçün öz
həyatını belə əsirgəmirdi. Andla, ibadətlə və müxtəlif tədbirlərlə
o, xaçpərəstlərin çoxunu əsirlikdən qurtardı» (136, k.2, f.10).
M.Kalankatlı bildirir ki, «saysız-hesabsız Bizans orduları
öz düşərgələrini Kalankat kəndinin yanında, axan çayın
sahilində saldılar. Yanlarından keçdikləri kəndləri, gözəl bağ və
üzümlükləri tapdayıb xaraba qoydular. Sonra onlar yerlərini
dəyişib, düşərgələrini Tərtərçayın sahilində, Divtəkin kəndinin
yanında yerləşdirdilər» (136, k.2, f.10).
M.Kalankatlının yazdığına görə, öz qüvvəsini toplamış
Sasani qoşunu yeni qüvvələrin köməyi ilə Bizans ordusunu qo-
vub ölkədən çıxardı və onların bir çox şəhərlərini də əllərindən
aldı (136, k.2, f.10; 15, s.46; 295, s.30; 296, s.143).
II Xosrov Bizans imperatoru ilə müharibə apardığı dövrdə
Xəzər orduları Albaniyaya hücum etdi (136, k.2, f.10; 296,
s.143).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
51
M.Kalankatlı yazır: «İraklinin təhriki ilə saysız-hesabsız
Xəzər orduları ölkəmizə soxulub onu talan etməyə başladılar»
(136, k.2, f.11). Müəllif qeyd edir ki «Xəzərlərin hücumunun
qarşısını almaq üçün Xosrov şah onlara hədələr dolu məktub
göndərdi. Xəzərlər Dərbənd keçidi ilə geriyə çəkildilər. Onlar
Sasani şahı Xosrovun qətlə yetirildiyi ildə ölkəyə yenidən
hücum etdilər» (136, k.2, f.11). Xəzərlərin növbəti hücumunda
Dərbənd keçidindən birbaşa Bərdəyə qədər irəliləmək nəzərdə
tutulmuşdu. M.Kalankatlı bu barədə də məlumat verərək yazır
ki, «bu dəhşətli və qəmli xəbər Albanlar ölkəsinə çatanda böyük
paytaxt və qala olan Bərdədə ölkəmizin möhkəmləndirilməsi
haqqında qərar çıxardılar. Qərar Xosrov şahın bu ölkənin
valiliyinə təyin etdiyi Qayşaq adlı şəxs tərəfindən verilmişdi. O,
şəhərdə ətraf vilayətlərin əhalisinin çoxunu saxlayaraq, xəzərlərə
müqavimət göstərmək qərarına gəldi və ölkənin əyanları və
şəhər
əhalisi ilə ittifaq bağlayaraq öz mövqeyini
möhkəmlətməyə çalışdı. O, böyük Çola şəhərinin müdafiəçiləri
və onun həddindən artıq möhkəm divarlarını qoruyan
döyüşçüləri ilə nə ola biləcəyinə diqqət etməyə hazırlaşdı» (136,
k.2, f.11). M.Kalankatlı bildirir: «Dəhşətli qırğınlarla başlanmış
hücum xəbəri ölkənin paytaxtı Bərdəyə çatdırıldı» (136, k.2,
f.11). Bu zaman Bərdədə baş verənləri M.Kalankatlı aşağıdakı
kimi təsvir edir: «Bu xəbər Bərdə şəhərinə sahib olan və onu
idarə edən bizim ağamıza Cavanşirə – Q.H.) çatanda o,
yaxınlaşan böyük təhlükədən çıxış yolu axtarmaq üçün qorxu-
dan şəhərin İç qalasına sığınan qoşunlarla məsləhətləşmək
istədi. Amma o, danışmaq üçün ağzını açmaq istəyəndə onu elə
dəhşət bürüdü ki, dizləri bir-birinə dəyib, elə əsdi ki, bir kəlmə
belə ağzından çıxara bilmədi» (136, k.2, f.10).
M.Kalankatlı məlumat verir ki, sürətli hücumla bütün Uti
vilayətinə yayılmış xəzərlər qaçanları da haqlayıb
Dostları ilə paylaş: |