Azərbaycan Respublikasının Mərkəzi Bankı
31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər
34
23
İnzibati və sair əməliyyat xərcləri
Min Azərbaycan Manatı ilə
2015
2014
İşçilər üzrə xərclər
16,059
14,826
Tikili və avadanlıqlar üzrə köhnəlmə xərcləri
9,218
7,782
Proqram təminatı və sair qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri
4,626
2,939
Əskinas və sikkələrin istehsalı və nəqli üzrə xərclər
3,842
9,762
Regional tikinti və sosial xərclər
2,760
9,775
Maliyyə Monitorinqi Xidmətinin maliyyələşdirilməsi üzrə xərclər
2,395
1,543
Proqram təminatı və serverlərin dəstəklənməsi xərcləri
2,380
1,958
Mühafizə xidmətləri
1,344
1,358
Tikili və avadanlıqların təmir və saxlanma xərcləri 862
2,125
Ofis təchizatı
528
349
Rabitə xidmətləri
468
447
Sığorta
xidmətləri
397
213
Enerji və qızdırıcı sistemlər üzrə xərclər
380
345
Hüquq və məsləhət xidmətləri
346
82
İcarə haqqı
268
259
Ezamiyyə xərcləri
156
143
Mətbəə xərcləri
139
114
Nümayəndəlik və beynəlxalq tədbirlər üzrə xərclər
43
242
Kommunal xidmətlər
40
41
Sair xərclər 679
661
Cəmi inzibati və sair əməliyyat xərcləri
46,930
54,964
Azərbaycan Respublikasının Mərkəzi Bankı
31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər
35
24
Risklərin idarə edilməsi
İdarə Heyətinin 5 fevral 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Mərkəzi Bankının əməliyyat risklərinin idarə edilməsi üzrə Çərçivə Sənədi”nə əsasən, Bankın
üzləşdiyi risklər aşağıdakı dörd kateqoriya üzrə qruplaşdırılmışdır:
Strateji (siyasət) risklər – pul siyasəti, maliyyə sabitliyi, bank nəzarəti və mandatdan irəli gələn
digər strateji məsələlərlə əlaqəli risklərdir. Strateji (siyasət) risklərin idarə edilməsi Bankın İdarə
Heyəti, Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi, eləcə də aidiyyəti struktur bölmələr (Pul
siyasəti, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət, Prudensial siyasət və metodologiya, Bazar
əməliyyatları, Strateji idarəetmə və s. departamentlər) tərəfindən həyata keçirilir.
Maliyyə riskləri – Bankın valyuta ehtiyatlarının idarə edilməsi üzrə kredit, bazar və likvidlik
risklərini əhatə edir. Maliyyə risklərinin idarə edilməsi Bankın İdarə Heyəti, İnvestisiya Komitəsi,
Bazar əməliyyatları departamenti tərəfindən müvafiq qayda və prosedurlara uyğun olaraq həyata
keçirilir. Bazar şəraitindəki dəyişikliklər və risklərin idarə olunması sahəsində qabaqcıl təcrübə
nəzərə alınaraq, risklərin idarə edilməsi siyasəti və prosedurları müntəzəm olaraq nəzərdən keçirilir.
Əməliyyat riskləri – Bankın struktur bölmələrinin əməkdaşlarının və Bankda həyata keçirilən
layihələrin heyət üzvlərinin məqsədyönlü və ya ehtiyatsız davranışı, daxili proseslərin adekvat
olmaması, Bankda istismarda olan texniki avadanlıqlarda, habelə informasiya sisteminin proqram
və texniki platformalarında çatışmazlıqların mövcudluğu, eləcə də kənar hadisələrin baş verməsi
nəticəsində yaranan risklərdir. Əməliyyat risklərinin idarə edilməsi Bazel Komitəsinin müvafiq
prinsiplərinə uyğun olaraq, müdafiənin 3 xətti modeli əsasında həyata keçirilir. Sözügedən modelə
əsasən müdafiənin birinci xəttini Bankın bütün struktur bölmələri, ikinci xəttini Risklərin idarə
edilməsi departamenti və üçüncü xəttini Daxili audit departamenti təşkil edir.
Risklərin idarə edilməsi departamentinin funksiyalarına Bankın Əməliyyat risklərinin idarəedilməsi
sistemi üzrə («ƏRİE») siyasət və metodoloji sənədlərinin və müvafiq dəstəkləyici sistemlərin
hazırlanması, təkmilləşdirilməsi, kommunikasiyası və təlimi, Bankda ƏRİE prosesinin
koordinasiyası, fasilitasiyası, monitorinqi və hesabatlığı, habelə Bank üzrə icmal əməliyyat risk
profilinin hazırlanması daxildir.
Reputasiya riskləri – Bankın yüksək vəzifəli şəxslərinin (İdarə Heyətinin üzvləri və Baş
direktorlar) şəxsi həyatı, davranışı və kommunikasiyası məsələlərindən irəli gələn, habelə Bankın
məqsədləri və fəaliyyəti ilə ictimai rəy arasındakı uyğunsuzluqlardan yaranan risklərdir. Strateji
(siyasət), maliyyə, əməliyyat risklərinin qeyri-effektiv idarə olunması nəticəsində yaranan
reputasiya zərərləri reputasiya riskləri hesab edilmir. Həmin zərərlər müvafiq olaraq, strateji
(siyasət), maliyyə və əməliyyat risklərinin idarə edilməsi fəaliyyəti çərçivəsində mümkün risk təsir
kateqoriyalarından biri qismində nəzərdən keçirilir. Bankın reputasiya riskləri İdarə Heyəti, Baş
direktorlar və Kommunikasiya departamenti tərəfindən idarə edilir.
Maliyyə risklərinin idarə edilməsi siyasətləri və prosedurları
Maliyyə risklərinin idarə edilməsi siyasəti Bankın qarşılaşdığı maliyyə risklərinin
müəyyənləşdirilməsinə, idarə edilməsinə, müvafiq risk limitlərinin və nəzarət mexanizmlərinin
yaradılmasına, eləcə də risk səviyyələrinin və limitlərin yerinə yetirilməsinin mütəmadi əsasda
monitorinqinin təmin olunmasına yönəldilir.
İdarə Heyəti
Risklərin idarə edilməsi sisteminə nəzarətə görə ümumi məsuliyyəti İdarə Heyəti daşıyır. O,
risklərin idarə olunmasında ümumi yanaşmanı müəyyənləşdirir, risk tolerantlığı səviyyələri və
risklərin idarə edilməsinin əsas prinsiplərinin qəbul edilməsi funksiyalarını həyata keçirir.