Microsoft Word ?d?b -11 mmv-capa doc



Yüklə 6,64 Mb.
Pdf görüntüsü
səhifə66/71
tarix31.10.2018
ölçüsü6,64 Mb.
#77076
1   ...   63   64   65   66   67   68   69   70   71

 189
aləmdəki fənalıqlara qələbə çalacağına bəslədiyi tükənməz inamını 
ifadə edir. (Məsud Əlioğlu) 
Kiçik qruplarda aparılan fikir mübadiləsi cavabların dəqiqləş-
dirilməsinə, zənginləşdirilməsinə, əhatəli təqdimatların hazırlanmasına 
səbəb olur. Araşdırmaya ayrılan vaxt başa çatdıqdan sonra məlumat 
mübadiləsi  və müzakirə aparılır. Bu mərhələdə müəllimin üzərinə 
ciddi vəzifə düşür; o hər sualla bağlı  mənbələrdən hansı  məlumatların 
əldə edilməsinin  əhəmiyyətli olması barədə  şagirdlərdə aydın təsəvvür 
yaratmağa çalışır. Məsələn, birinci sualla (Ədibin həyat və yaradıcı-
lığında  İstanbul, Tiflis və Naxçıvan  ədəbi mühitlərinin hansı rolu ol-
muşdur?) bağlı  mənbələrdən istifadə edən  şagirdlər H.Cavidin bir 
şəxsiyyət, sənətkar kimi formalaşmasında üç fərqli mühitin əhəmiy-
yətini qeyd edirlər. Bu məsələ ilə  əlaqədar tarix və coğrafiya fənlərinə 
müraciət edilərək  ədibin yaşayıb-yaratdığı dövr, ölkələr və  şəhərlər 
haqqında şagirdlərin bilikləri xatırladılır. 
Aydınlaşdırılır ki, ayrı-ayrı  ədəbi mühitlər  ədibin mürəkkəb həyat 
hadisələrinə özünəməxsus baxışın formalaşmasına, çoxcəhətli yaradıcı-
lığına, süni tələblərlə yox, öz qəlbinin səsinə qulaq asan filosof sənətkar 
kimi yetişməsinə öz töhfəsini vermişdi. Müzakirə zamanı qeyd edilir ki, 
görkəmli  şair, dramaturq Hüseyn Cavid Rasizadə Naxçıvanda ruhani 
ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini mollaxanada almış, 
burada klassik Şərq  şeirinin görkəmli nümayəndələrinin  −  Sədinin, 
Hafizin  əsərləri ilə tanış olmuş,  şeirə, sənətə  həvəs göstərmişdir. 
Mollaxana təhsili ilə kifayətlənməyən Hüseyn yeni tipli təhsil ocağı 
olan «Məktəbi - tərbiyə»də  təhsil almışdır. Bu məktəbdə  təhsil aldığı 
illərdə Hüseyn Cavidin bədii istedadı üzə çıxmış, o, "Gülçin" təxəllüsü 
ilə Azərbaycan və fars dillərində şeirlər yazmağa başlamışdır. H.Cavid 
müalicə üçün Cənubi Azərbaycana, Təbrizə getmiş, orada təhsil almış, 
sonra  İstanbulda universitetin ədəbiyyat fakültəsində oxumuş, doğma 
yurda döndükdən sonra Naxçıvanda, Tiflisdə, Bakıda müəllimlik et-
mişdir. 
 Mənbələr üzrə araşdırmalar zamanı  əldə edilən məlumatlardan 
aydın olur ki, H.Cavidin müəllim kimi fəaliyyəti də ibrətamizdir. 
Cavidin şagirdi olmuş tanınmış maarif xadimi Lətif Hüseynzadə yazır: 
“H.Cavid ensiklopedik biliyə malik idi. O, dilimizin, ədəbiyyatımızın 
qədimliyindən, zənginliyindən,  şifahi xalq yaradıcılığımızın gözəlli-
yindən, rəngarəngliyindən hərarətlə bəhs edərdi. Ədəbiyyat dərslərində 
M.Ə.Sabirdən böyük hörmət və  məhəbbətlə danışardı. H.Cavid: "Sabir 
Qafqazda misli-bərabəri olmayan böyük şairdir. O, qaranlıqları  işıq-
landıran bir günəşdir", – deyə onun şeirlərindən nümunələr oxuyardı. 
C.Məmədquluzadəni “Böyük ədib» adlandırıb onun “Ölülər”  əsərindən 
danışarkən “Ölülər”dəki hər bir gülüş bir faciədir” deyərdi.  Şair 
A.Şaiqi çox sevərdi. Onun şeirlərini əzbərdən söylər və təhlil edərdi”.  
Mənbələrlə  iş zamanı  şagirdlər məşhur aktyor, rejissor Mehdi 
Məmmədovun böyük sənətkar haqqında xatirələrinə diqqət yetirirlər: 
“Mən Hüseyn Cavidi onun şöhrətinin gur şölə saçdığı günlərdə ilk dəfə 
dərs otaqlarında gördüm. Gördüm, amma gözlərimə inanmadım. Çünki 
mənim təsəvvürümdəki Cavidlə,  əsərlərini oxuya-oxuya xəyalımda 


 190
nəhəng surətini yaratdığım o qiyabi şəxsiyyətlə indi burada gördüyüm 
gerçək  şəxsiyyət arasında kəskin təzad vardı. Təsəvvürümdəki qeyri-
adi, heç kəsə  bənzəməyən ecazkar sənətkar, gerçəklikdə gördüyüm isə 
heç kəsdən seçilməyən adi bir şəxs idi. Nə mən, nə də tələbə yoldaşlarım 
onun görkəmində, geyimində, davranışında, rəftarında başqalarından, 
o biri müəllimlərdən fərqli bir əlamət görmədik. 
Onu adiləşdirən, sadələşdirən bir də onun danışıq tərzi idi. Əsər-
lərindəki yüksək poeziyaya, nadir lirika və incə  şeiriyyətə, axıcı 
misralara, gözəl və gözlənilməz qafiyələrə, mürəkkəb, bəzən də  qəliz 
ifadələrə alışanlar elə bil həyatda, məişətdə onun mürəkkəb bir dillə, 
yaxud  şeirlə, nəzmlə danışacağını gözləyirdilər.  Amma  o,  sadə, adi bir 
tərzdə, hamının danışdığı  və başa düşdüyü dildə danışırdı. Mən onun 
tanınmış  ədiblər haqqında  şirin, maraqlı söhbətlərini yaxşı xatır-
layıram. Biz Cavid müəllimi  şən,  şux, həlim təbiətli, ciddi mövzuda 
danışdığı zaman belə yeri gəldikcə  lətifədən, zarafatdan, yumordan 
çəkinməyən xoşxasiyyət bir müəllim kimi tanıdıq. Tanıdıqca ona alış-
dıq, gündən-günə daha çox sevdik. 
O, həyatda, məişətdə, iclasda, məclisdə son dərəcə  təvazökar və 
iddiasız dolanardı. Bir dəfə  mən bir iş üçün evə, onun yanına getdim. 
İçəri girəndə onu dərin xəyala dalmış, yarı uzanmış  vəziyyətdə yazan 
gördüm. Otağa nəzər saldım, heyrətləndim. O, çox sadə  və kasıb 
şəraitdə yaşayırdı. 
Hüseyn Cavid bizim üçün qiymətlidir,  əzizdir. Çünki o, insan və 
həyat haqqında ürək ağrısı, can yanğısı ilə danışmışdır. Bəşəriyyətin 
işıqlı  gələcəyinə ümid və inam bəsləmişdir. Xatirələrim yenidən mənə 
xatırladır və  təsdiq edir ki, Cavid acı  fəryadlar,  şirin arzular, böyük 
diləklər, böyük ümidlər şairidir”. 
Şagirdlərdə belə bir qənaət yaranır ki, H.Cavidin yaradıcılığı xəlqi, 
bəşəri və milli səciyyə daşıyır,  əhatə etdiyi mövzular, problemlər 
baxımından geniş  və  rəngarəngdir. O öz əsərlərində xalqın maariflən-
məsi, müasirləşməsi yolunda maneəyə çevrilən mürtəce qüvvələrə qarşı 
çıxır, bərabərliyi, sülhü, qadın azadlığını, millətlərin qardaşlığını 
tərənnüm edirdi. Şair yaradıcılığında öz əsrinin qabaqcıl ideyalarını əks 
etdirir, ilk növbədə, bəşərin fəlakətinə  ədalətsiz ictimai quruluşun 
səbəb olması fikrini irəli sürürdü. 
İkinci sualın (Hüseyn Cavid sovet dövründəki fəaliyyəti hansı cəhət-
ləri ilə səciyyələnir?) cavabını da şagirdlər mənbələrdən istifadə yolu ilə 
zənginləşdirir, tamamlayırlar. Mənbələrdən istifadə  şagirdlərdə bu 
qənaəti yaratmalıdır ki, şair sovet dövründə öz yaradıcılıq amalına, 
qəlbinin səsinə sadiq qalmış, sovet hakimiyyətini tərənnüm edən əsərlər 
yazmamışdır. Bütün bunlara görə hakimiyyətin mətbuat orqanlarında, 
xüsusi təşkil olunmuş  yığıncaqlarda H.Cavidə qarşı burjua yazıçısı, 
idealist qəhrəmanlar yaradan sənətkar kimi qondarma ittihamlar irəli 
sürülmüş, nəhayət, o, xalq düşməni kimi repressiyaya məruz qalmışdır. 
Bütün bunlara baxmayaraq, həmin dövrdə  ədib  ədəbiyyatımızı yeni 
əsərlərlə zənginləşdirmişdir. 
Üçüncü sual üzrə  (Sənətkarın poeziyasını  səciyyələndirən başlıca 
xüsusiyyətlər hansıdır?)  mənbələrlə  iş zamanı H.Cavidin yaradıcılığı-


Yüklə 6,64 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə