Fransız dilində dini quruluşların hakimiyyətindən asılı olmayan təşkilata laik
(laic və ya laique) qurum deyilir.
74
Fransada dini quruluş deyərkən Katolik
kilsəsi başa düşülür. Dolayısı ilə bu kilsənin hakimiyyətində olmayan hər bir
dövlət qurumu laikdir.
109. Laisizm mübarizəsi dinə qarşı deyil, kilsəyə qarşı aparılmışdır. Belə ki,
Fransada Müəssislər Məclisinin üzvləri tərəfindən hazırlanan və Avqust 1789-cu
ilin avqust ayında qəbul edilən İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinin
10-cu maddəsi fikir azadlığını, 11-ci maddəsi isə ifadə azadlığını tənzimləyirdi.
Bu bəyannamə 1791-ci ildə qəbul edilən Fransa Konstitusiyasının giriş hissəsini
(preambula) təşkil etmişdi.
75
Sözügedən konstitusiya katolik kilsənin
imtiyazlarına son qoymağı, protestant, yəhudi və ya dini mənsubiyyəti olmayan
vətəndaşların hüquq bərabərliyinin bərpasını, xüsusilə din və vicdan azadlığı ilə
əlaqədar istənilən növ dini görüşə bərabərhüquqlu yanaşmanı qarşısına məqsəd
qoymuşdu
76
. Çünki teokratik quruluşda başqa bir din mənsubuna yaşamaq
hüququ tanınmazdı. Bu hərəkət dinə qarşı yönəlsəydi, müvəffəqiyyət
qazandıqdan sonra insanlara din azadlığı tanınmaz, əksinə, bu azadlıq tamamilə
ortadan qaldırılardı.
110. 1948-ci ildə BMT Baş Məclisi tərəfindən qəbul edilən Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi də düşüncə, vicdan və din azadlıqlarını təsdiqləyərək
teokratiyanın qarşısını almağa çalışmışdır. Bu maddə də dinə deyil, kilsənin
hakimiyyətinə qarşı yönəlmişdir. Bu hərəkat dini sosial və ictimai həyatdan
təcrid etmək məqsədini də güdmür. Bu, ümumiyyətlə, ağlasığmazdır. Dindar
insan dininin tələbini bir kənara qoyaraq başqa insanların tələblərini icra edə
bilməz. İcra etmək məcburiyyətində qalsa da, buna ya gizli, ya da açıq şəkildə
74
Böyük Larousse Ensiklopediyası, “Laic” başlıqlı məqalə.
75
Böyük Larousse Ensiklopediyası, “Laic” başlıqlı məqalə.
76
GRIC (Groupe de Rechercehes İslamo-Chretien = İslam-Xristiyan Araşdırmaları birliyi), Din və Dövlət,
İslamochristana, 12, Roma, 1986, s. 49-72. Tərcümə M.Səid Xətiboğlu, İslami araşdırmalar jurnalı, c. III, 3-cü
say, Ankara, 1989, s. 102.
qarşı çıxar. Bu da öz növbəsində ictimai asayişin pozulmasına səbəb olur.
Sözügedən Bəyannaməsinin 18-ci maddəsində deyilir:
“Hər kəs düşüncə, vicdan və din azadlığına malikdir; buna hər kəs üçün tək
başına, yaxud başqaları ilə birlikdə, istər ictimai, istərsə fərdi qaydada təhsil,
tədbir, ibadət, ya da dini mükəlləfiyyətləri həyata keçirərək dinini, yaxud
əqidəsini ifadə etmək azadlığı da daxildir”.
77
111. Bütün bunlar onu göstərir ki, laisizm dövlətin dini təşkilatların
hakimiyyətindən azad olaraq müstəqilləşməsi deməkdir. Yəni laisizm dövlətin
bir xüsusiyyətidir.
*Dünyada ən çox müsəlmanın yaşadığı İndoneziya konstitusiyasının 29-cu
maddəsi belədir:
“1-ci bənd: Dövlət təkallahlılıq inancına əsaslanır.
2-ci bənd: Dövlət hər bir vətəndaşının din və ibadət azadlığına, öz din və
inancına uyğun şəkildə yaşamasına və
tətbiq etməsinə
təminat verir.
9-cu maddə də eyni zamanda, Başçı və müavini rəsmi olaraq vəzifələrinə
başlamadan əvvəl, inandıqları dinə görə and içərlər.
*
1982-il tarixli Türkiyə Respublikası Konstitusiyasının 2-ci maddəsi də laisizmi
dövlətin bir özəlliyi kimi göstərir. Maddənin mətni aşağıdakı kimidir:
“Türkiyə Respublikası cəmiyyətin rahatlığı, milli həmrəylik və ədalət anlayışına
əsaslanan, insan hüquqlarına hörmət bəsləyən, Atatürk millətçiliyinə bağlı olan,
başlanğıc hissəsində şərh edilmiş əsas prinsiplərə söykənən, demokratik, laik
(düyəvi) və sosial hüquqi dövlətdir”.
bir başqa xüsusiyyəti də insan haqlarına hörmətlə yanaşmasıdır.
77
Böyük Larousse Ansiklopediyası, insan maddəsi.İst. 1986.
Konstitusiyanın 24-cü maddəsi hər bir vətəndaşın vicdan, dini etiqad və əqidə
azadlığına malik olduğunu təsdiqləyir. 26-cı maddə ilə də fikri açıqlamaq və
yaymaq azadlığını təsdiq edir.
Mövzu Quran əsasında dəyərləndirildikdə Quranda din azadlığının dəyişməz
əsas müddəalara söykəndiyi görülür.
Dinin əsası imandır. İmanın özəyi də qəlb ilə təsdiqdir. Qəlb insanın daxili
dünyasındadır. İnsan burada mümkün olduğu qədər azaddır. Bu səbəbdən heç
bir inanc insana zorla qəbul etdirilə bilməz. Din azadlığının təminatçısı Qurandır.
Uca Allah belə buyurur:
“Rəbbin istəsəydi, yer üzərində olanların hamısı inanardı. Elə isə, insanları
inanmağa sənmi məcbur edəcəksən?” (Yunus 10/99)
4- DƏYƏRLƏNDİRMƏ
112. Tövratda teokratiyanın dəlili olaraq göstərilən ifadə Həzrət Süleymana (ə)
aiddir. Əlimizdəki Tövrata görə Həzrət Süleyman (ə) Allahın elçisi deyil, bir
kral olmuşdur.
78
Amma Quran Həzrət Süleymanı (ə) Allahın elçisi kimi təqdim
edir.
Tövratda Həzrət Süleymana (ə) aid olduğu bildirilən ifadə belədir: “Oğlum!
Rəbbdən və padşahdan qorx, qiyamçılara qoşulma!”
79
Kraldan qorxmaqla bağlı
tövsiyə onun zülmündən qorunmaq məqsədini də daşıya bilər. Çünki bu
haqsızlığa qarşı bir növ mübarizədir. Necə ki, Quranı Kərimdə kafir və
münafiqlərdən qorunmaqla əlaqədar bənzər bir ifadə vardır. Uca Allah buyurur:
“Əgər səbirli olub qorunsanız, onların hiylələri sizə bir zərər verməz!” (Ali
İmran 3/120). Qorunma ehtiyacı qorxudan irəli gəlir. Bu səbəblə ayədə
“qorunma” deyə tərcümə etdiyimiz “ittiqa” ( ءا قتا ) sözü “qorxu” kimi də
tərcümə edilir.
78
Müqəddəs Kitab, Süleymanın məsəlləri, I/1.
79
Müqəddəs Kitab, Süleymanın məsəlləri, XXIV/21.
“Qiyamçılara qoşulma” ifadəsi də “fitnə-fəsad törədənlərə qoşulma” şəklində
izah edildiyi təqdirdə Həzrət Süleymana (ə) aid olduğu ifadə edilən bu söz
teokratiyanın dəlili sayılmayacaqdır.
113. İncildəki mətnlərə gəlincə, Paulun və Peterin məktublarının İncilin tərkib
hissəsi kimi təqdim edilməsi Qurana görə qəbuledilməzdir. Çünki Qurana görə
İncil Allahın kitabı, Həzrət İsa (ə) da elçisidir
80
. Peter və Paul isə sadəcə iki
xristiandır. Peter Həzrət İsanın (ə) havarilərindəndir
81
. Paul isə Quranın şərh
etdiyi mənada həvari deyildir. Amma xristianlar onu həvarilərdən biri sayırlar
82
.
Həzrət İsanın (ə) həvariləri Qurana görə Həzrət Məhəmmədin (s) səhabələri
misalındadır.
83
114. Tövrat, İncil və Quran, Allahın sözlərini ehtiva edən kitablardır. Bunlarda
insan sözü olmamalıdır. Amma əlimizdəki Tövrat və İncilə insan sözü
qarışdırılmışdır. Bunun ən açıq sübutu Paul və Peterin məktublarıdır. Quranda
Allahın sözləri xaricində bir söz belə öz əksini tapmamışdır. Həzrət
Məhəmmədin (s) sözləri Quranın xaricindədir və “hədis” adlandırılır. Həvarilər
isə Həzrət Əli (r.ə.) və Həzrət Əbu Bəkr (r.ə.) kimidir. Əli (r.ə.) və Əbu Bəkrin
(r.ə.) sözlərinə “səhabə sözləri” deyilir. Peyğəmbərin (a.s.) sözləri Quranla eyni
səviyyədə qəbul edilə bilməz. Səhabələrin sözləri də Peyğəmbər sözü
səviyyəsində ola bilməz. Beləliklə, Peter və Paulun məktubları İncilin bir hissəsi
sayıla bilməz. Onların hər biri insan sözüdür.
İncildə Həzrət İsa çarmıxa çəkilib dəfn edildikdən üç gün sonra qəbrindən
çıxmış, Qalileyada 11 həvarisinə görünmüş və belə demişdir: “Göydə və yer
80
“... Ona (Məryəm oğlu İsaya) haqq yolun göstəricisi və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən İncili
qorunanlara doğru yol və nəsihət olaraq verdik”. (Maidə 5/46)
81
Bax. Böyük Larousse Ansiklopediyası, Petrus və Pavlos maddələri İst. 1986.
82
Paul Həzrət İsanı (ə) görməmişdir. Əlimizdəki İncildə Paulun əsil adının Şaul olduğu (Həvarilərin işləri, 13/9),
qəti bir xristian düşməni ikən, Şam yolunda anidən göydə parlayan bir nurun ətrafını bürüdüyü, Həzrət İsanın (ə)
ona səsləndiyi (Həvarilərin işləri, 9/3-6), sonra onun Hz.İsaya iman gətirdiyi və vəftiz edildiyi (Həvarilərin işləri,
9/18) göstərilir. Buna görə Paul Quranın haqqında söz açdığı həvarilərdən deyildir.
83
“Ey iman gətirənlər! Allahın (dininin və elçisinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə:
“Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın (dininin və elçisinin)
köməkçiləri bizik!” - demişdilər. Nəhayət, İsrail oğullarının bir qismi iman gətirmiş, bir qismi də inkar
etmişdi. Amma biz iman gətirənləri düşmənlərinə qarşı dəstəklədik və onlar qalib gəldilər”. (Səff 61/14)
üzündə bütün səlahiyyət mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri
mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə
əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, mən dövrün sonuna
qədər hər gün sizinləyəm”.
84
Bu sözlər kilsənin, güclü oluğu dövrdə dövlətlər üzərində hakimiyyətini təmin
etmişdir.
Eyni İncilin bir başqa ifadəsinə görə Həzrət İsa (ə) dünyaya hakimiyyət qurmaq
üçün deyil, xidmət etmək və həyatını qurban vermək üçün gəlmişdir.
85
Bu,
öncəki ifadə ilə ziddiyyət təşkil edir.
Quran Həzrət İsanın (ə) vəfatından sonra dünya ilə əlaqəsinin kəsildiyini və baş
verənlərdən xəbərdar olmadığını bildirir.
“Allah, (qiyamət günü) deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara:
“Məni və anamı özünüzə Allahla yanaşı iki ayrı tanrı bilin!” - demişdin?” O da
belə cavab verəcəkdir: “Əsla, haqqım çatmayan bir şeyi demək mənə yaraşmaş;
Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin; Sən, mənim içimdə
olanı bilirsən; mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz, qeybləri bilən
ancaq Sənsən!
Mən onlara ancaq Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də,
sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim,
onlara şahid mən idim. Məni vəfat etdirdikdən sonra artıq onlar üzərində
nəzarətçi Özün oldun. Şübhəsiz, Sən hər şeyə şahidsən”. (Maidə 5/116-117)
84
Mattanın nəql etdiyi Müjdənin son cümlələri olan “İsa şagirdlərinə tapşırıq verir” başlıqlı bu hissənin
başlanğıcı belədir: “On bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi. İsanı gördükdə Ona səcdə
qıldılar. Bəzisi isə şübhə etdi. İsa yaxaınlaşıb onlara dedi: “Göydə və yer üzündə bütün səlahiyyət mənə
verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə
vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, mən dövrün sonunadək hər gün
sizinləyəm”. (Müqəddəs Kitab, Mattanın nəql etdiyi Müjdə, XXVIII/16-20)
85
“... Beləcə, Bəşər oğlu gəlmədi ki,Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq
üçün öz canını fidyə versin”. (Müqəddəs Kitab, Mattanın nəql etdiyi Müjdə, XX/28)
Həzrət Məhəmmədin (s) sözləri Quran ayəsi olmadığı kimi Həzrət İsanın (ə)
sözləri də İncil ayəsi deyildir. Həzrət İsanın (ə) vəfatından sonra söylədiyi iddia
edilən sözlər onun sözü belə sayıla bilməz. Teokratiya bu sözlər üzərində
qurulduğu üçün həqiqi İncilin Quran kimi teokratiyanı qəbul etmədiyi ortaya
çıxır.
115. Xristianlar necə Peter və Paulun məktublarına istinad edərək teokratik
quruluş təsis etmişlərsə, şiələrin imamiyyə qolu da öz rəhbərlərinin sözlərinə
istinad edərək teokratik quruluşa bənzər bir quruluşun müdafiəçiləri olmuşlar.
Şiələr imamlarının və müctəhidlərinin sözlərini Allahın sözü hesab etmirlər.
Amma bir çoxu onların icrasını Allahın sözü kimi vacib sayar. Gəlin, onların
bəzi bəyanatlarına diqqət yetirək:
“İctihad şərtlərini özündə toplamış müctəhid, qeybət (imamın gözdən uzaq
olması) dövründə İmam əlehyissəlamın naibidir, mütləq hakim və rəisdir; şəriətə
dair hökm vermək və hakimiyyət xüsusunda imamın səlahiyyətinə sahibdir.
Onun hökmünü qəbul etməmək İmamın hökmünü qəbul etməməkdir; İmamın
hökmünü qəbul etməmək isə Allahın hökmünü qəbul etməmək deməkdir ki, bu
da öz növbəsində, Sadiqi Ali-Məhəmməddən (İmam Cəfər əs-Sadiq tərc.)
rəvayət edilən hədisə görə Allaha şirk qoşmağa bərabərdir”.
86
Sadiqi Ali-Məhəmməd Həzrət Məhəmmədin (s) nəslindən olan dürüst insan
deməkdir. Bu şəxs Həzrət Həsən (r.ə.) və ya Həzrət Hüseyn (r.ə.) belə olsa,
onların sözləri bizə dəlil ola bilməz. Bu, Peter və Paulun sözlərinə verilən dəyərə
çox bənzəyir.
Əhli-sünnə, müctəhid imamlardan heç birinə müqəddəslik tanımır və heç birinin
sözünü itaət edilməsi vacib olan bir əmr kimi qəbul etmir.
Məən ibn İsa əl-Qəzzaz İmam Malikdən belə eşitdiyini nəql edir: “Mən sıradan
bir insanam, xəta etdiyim də olur, doğrunu tapdığım da. Rəylərimin üzərində
86
Şiə İnancları, s. 24.
düşünün, Kitab və sünnəyə uyğun olanını qəbul edin, uyğun olmayanını isə bir
kənara qoyun”.
87
İmam Malik tez-tez belə deyərdi: “Bizim fikrimiz zəndən ibarətdir. Dəqiq bir
qənaətə gələ bilmərik”.
88
Əbu Yusif və Həsən bin Ziyad da Əbu Hənifənin belə dediyini nəql edirlər:
“Bizim bildiyimiz sadəcə bir rəydir. O, gələ bildiyimiz ən gözəl qənaətdir. Kim
bundan daha gözəlini (daha üstününü) gətirərsə, qəbul edərik”.
89
NƏTİCƏ
116. Quran teokratik quruluşu heç bir vəchlə qəbul etmir. Teokratiya Allahın
səlahiyyətinin kilsəyə həvalə edilməsi və ya kilsə ilə paylaşılması mənasını ifadə
etdiyi üçün Qurana görə belə bir davranış şirkdir.
Digər tərəfdən teokratiyada insanların Allaha boyun əydiyi kimi, idarəedicilərə
də boyun əyməsi tələb edilir. Onlara itaət Allaha itaət, onlarla müxalifət Allaha
qarşı çıxmaq sayılır. Quran bunu da şirk sayır.
117. Bununla yanaşı Quranın tövsiyə etdiyi konkret bir dövlət quruluşu yoxdur.
İslamın ümumbəşəri və zamanın fövqündə olması da bunu zəruri edir. Quran
dövlətlərdən bir sıra universal müddəaların əsas alınmasını tələb edir. Onlardan
bir qismi artıq qeyd edilmişdir. Bu əsas müddəalar elə təməl prinsiplərdir ki, heç
bir cəmiyyət onlardan boyun qaçıra bilməz. Heç bir üsuli-idarə də bu xüsusda
mübarizə aparan insanların müxalifətini qəbul edə bilməz. Bu da İslamın hər
zaman və hər yerdə yaşana bilməsinə imkan verir.
118. İslam alimlərinin siyasi nüfuz sahiblərindən gözlədikləri vəzifələr belə
xülasələşdirilə bilər: “Siyasi nüfuz qanunları və cəza tədbirlərini həyata
keçirməli, cəmiyyətin ehtiyaclarını təmin etməli, hərbi personalı təchiz etməli,
87
İbnul-Qəyyum əl-Cəvziyyə, Əbu Abdillah Muhamməd b. Əbubəkr (öl h.701)İlamul-muvakkın, c.
1.Beyrut,1987/1407 s. 75.
88
İbnul-Qəyyum e. q. ə. c.1,s.76.
89
İbnul-Qəyyum e. q. ə. c.1,s.76.
vergi toplamalı, zülm edənləri, soyğunçuları və qanun pozuntusuna yol verənləri
dizə gətirməlidir. İnsanların əqidələrinə uyğun yaşamaq azadlığını təmin
etməlidir. Ədliyyə təşkilatının davamlı və müstəqil fəaliyyətini təmin etməlidir.
Qazanc və sərvət paylarının balanslı olması üçün tədbirlər həyata keçirməlidir.
Müdafiəyə möhtac uşaqların ehtiyaclarının təbii mühit çərçivəsində təmin
edilməsi üçün lazımı tədbirləri tədbirləri həyata keçirməlidir. Yoxsullara sosial
dəstək göstərməlidir”.
*Bunu da ölçü alaraq əlavə etmək lazımdır ki: İslam dini nə şəxsi əlaqədar
inanclar səviyyəsinə endirilə bilir nə də zahirdə qurulan şəriət sistemiylə yetinir!
Bu din, həm şəxsi məsuliyyətləri həm də ictimai məsuliyyətləri yükləyən bir
dindir. Bunu da nə zorla qəbul etdirir nə də ona laqeyd qalır!*
Nəticə olaraq, qeyd etmək lazımdır ki, teokratiya Quranın qəbul etmədiyi bir
dövlət quruluşudur. İncilin teokratik quruluşun bərqərar olunmasını əmr edən
ifadələri Quran meyarlarına görə həqiqi İncilə aid ola bilməz. Bu mövzu öncəki
səhifələrdə izah edilmişdir. Bundan həqiqi xristianlığın da teokratiyanı qəbul
etməyəcəyi qənaətinə gəlirik. Laisizm də teokratiyaya qarşı aparılan
mübarizənin adı olmuşdur.
*İslam bütün sistemlərin ali və adil formasıdır. Hansı sistem nə qədər ondan
faydalanarsa o qədər ali və adil olar. İnsan da belədir: Nə qədər bu ali və adil
olana tabe olarsa, o qədər çox Yaradanına və müsəlmanlığa yaxın olur.*
Dostları ilə paylaş: |